Məhkəmə qərarları › İş №2(105)-581/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-581/2021

15.02.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-581/2021 15.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili: X4, Maraqlı tərəfin nümayəndəsi: X1 iştirakları ilə, Ərizəçi şəxsin ölmüş elan edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən maraqlı tərəfin nümayəndəsi A.İ.Ağayeva tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Xəlilov) ərizənin təmin edilməsi, xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş X2 ölmüş elan edilməsi və qətnamənin qanuni qüvvəsini aldığı gün X2 ölüm günü hesab edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, əri X2 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 2017-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, əri X2 itkin düşmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-5725/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmişdir. xx.xx.2014-cü il tarixdə S.E.Eyvazov ilə nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X6 anadan olmuşdur. Həyat yoldaşı 2014-cü ildən evdən çıxıb getmiş, bir daha geri qayıtmamışdır. Hazırkı vaxtadək ondan xəbər yoxdur. Onu aşkar edə bilmədiyindən aliment tələb edə bilməmişdir. O, ünvanlı sosial yardım almaq üçün Xaçmaz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etmişdir, lakin oradan ona bildirilmişdir ki, həyat yoldaşı məhkəmə qaydasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan ediləcəyi təqdirdə ona ünvanlı sosial yardım təyin edilə bilər. Bunun üçün ərinin ya ölüm haqqında şəhadətnaməsi, yaxud da ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi təqdim olunmalıdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Maraqlı tərəfin nümayəndəsi A.İ.Ağayeva apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. İddiaçı müraciət etdikdən sonra məhkəmə işə mahiyəti üzrə baxmış lakin araşdırma zamanı müəyyən hallarda hərəkətsizlik göstərmişdir. Qətnamə yalnız Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məktubuna əsasən qəbul olunmuşdur. Hakim işi məhkəmə baxışında hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır. Məhkəmə ərizəçinin dörd şahid qonşusunun ifadələri əsasında qətnamə qəbul olunmuşdur. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(067)-1149/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Maraqlı tərəfin nümayəndəsi A.İ.Ağayeva apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Ərizəçi nümayəndəsi və vəkili S.S.Əhmədova apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, əri X5 xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İşdə olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(067)5725/2017 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, Ərizəçi ərizəsi əsasında əri S.E.Eyvazov xx.xx.2015-ci il tarixdən xəbərsiz itkin düşmüş elan edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2020-ci il tarixli, 33/ 3079 saylı məktubuna əsasən S.E.Eyvazovun xx.xx.2016-cı il tarixdən hazırkı vaxtadək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Azəpbaycan Respublikası MPM-nin 305-ci maddəsinə məhkəmənin xüsusi icraat qaydasında baxdıgı işlər ayrı-ayrılıqda qeyd edilmiş və şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi bu icraat növünə aid edilmişdir. Ərizəçi məhkəməyə həyat yoldaşı X2 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF X7 2 saylı regional ərazi filialı (Xaçmaz) maraqlı tərəf qismində cəlb olunmuşdur. Məhkəmə kollegiyası Ərizəçi iş üzrə maraqlı tərəfin göstərilən idarənin cəlb edilməsini düzgün hesab etmir. Belə ki, şəxsin ölmüş elan edilməsi faktı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyət Aktlarının Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınır. Azərbaycan Respublikası MPM-nin 259.0 və 259.0.1-cı maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası maraqlı tərəfin şikayətdə bu iş üzrə maraqlı tərəf olmadığı halda onların cəlb edilməsinin qeyd olunan dəlilləri əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan, şikayət təmin edilməlidir. Eyni zamanda ərizəçiyə izah olunur ki, qərardadla müəyyən edilmiş qaydalara riayət etdikdən sonra bu məsələ ilə yenidən məhkəməyə müraciət etmək hüququna malikdir, hazırkı qərardad yenidən ərizə ilə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Maraqlı tərəfin nümayəndəsi X3 apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli 2(067)-1149/2020 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar