Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-583/2022 29.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndə və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə və istifadə hüquqlarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(060)-6687/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə və istifadə hüquqlarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları ilə birlikdə Sumqayıt şəhəri, stansiya Sumqayıt bina 15, 5 saylı mənzilə köçürülməsi və otaqlardan istifadə qaydalaının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(060)-6687/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı övladları 08.05.2010-cu il təvəllüdlü X3 və 12.09.2019-cu il təvəllüdlü X2 ilə birlikdə Sumqayıt şəhəri, stansiya Sumqayıt ərazisi, 1001 mənzilli yeni yaşayış kompleksində 15 saylı binanın 5 saylı mənzilinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(060)-6687/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, tərəflər arasında hər hansı razılıq yoxdur. İşə birinci instansiya məhkəməsi tərəfindən ərazi aidiyyəti pozulmaqla baxılmışdır. Belə ki, mübahisə predmeti olan mənzil Stansiya Sumqayıt ərazisində yerləşsə də, ərazi Abşeron rayonunun tərkib hissəsidir. Bununla bağlı mübahisə predmetinə dair orderdə də qeyd vardır. Hətta binanın açılışında da Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak etmişdir. Əraziyə polis bölməsi kimi Abşeron rayonu X6 nəzarət edir. İddiaçı sosial kirayə müqaviləsinə əsasən cavabdehlə birlikdə həmin mənzildə yaşamağı davam etdirəcəyi təqdirdə cavabehlə eyni hüquqlu şəxs hesab olunur. Lakin iddiaçı mənzildən öz iradəsi əsasında çıxmışdır. Bu gün həmin mənzilin əla vəziyyətdə saxlanılması üçün Cavabdeh öhdəlik daşıyır. İddiaçının mənzilə gəlməsi bu öhdəliyin icrasına da meneə törədəcəkdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(060)-6687/2021 saylı qətnaməsinin ləğv edilməsinin və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiaysının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək göstərdi ki, cavabdeh tərəfin izahatı həqiqəti əks etdirmir. Evdən özü çıxmamışdır, 21 aprel 2021-cil il tarixdə, gecə saat 12-də cavabdeh qızı ilə onu evdən qovdu. Məhkəməyə müraciət etmişdir. Cavabdehlə nikaha daxil olmasa idi cavabeh evlə təmin oluna bilməzdi, onun və qızının hesabına aldığı evdən onları qovub. Hal-hazırda da cehizləri həmin mənzildədir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(060)-6687/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə üçüncü şəxs Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə kollegiyası Azərbaycan Resppublikası Mülki Prosessua Məcəlləsinin 376.2-ci maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş ərazi aidiyyətinə uyğun olaraq baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçının azyaşlı övladı ilə köçmək istədiyi mübahisəli mənzil Abşeron rayonunun ərazisi daxilindədir. İş materiallarına əlavə edilmiş “Dövlətqaçqınkom” mənzil istismar Departamenti ilə Cavabdeh arasında bağlanmış 18.08.2019-cu il tarixli xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsindən görünür ki, müqavilə Abşeron rayonu,stansiya Sumqayıt ərazisi, 1001 mənzilli yeni yaşayış kompleksində 15 saylı binanın 5 saylı mənzilin Cavabdeh istifadəsinə verilmişdir. Göründüyü kimi, mübahisəli mənzil Abşeron rayonunun ərazisinə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə də qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, qanunvericilik iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsi qaydasını müəyyən etmiş, eləcə də bu qaydadan kənara çıxan müstəsna aidiyyət qaydasını da nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə görə də tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Hazırki işdən də görünür ki, iddia tələbi iddiaçının cavabdehlə birgə nikahları dövründə cavabdehə təhvil verilmiş mübahisəli mənzilə köçürülmə ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin məzmunundan görünür ki, həmin maddə daşınmaz əmlakla bağlı yalnız mülkiyyət hüquqlarının müdafiəsi üzrə iddiaların daşınmaz əmlakın yerləşdiyi yerə görə verilməsini müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbinin mənzilə köçürülmə ilə bağlı olduğundan həmin tələbin müstəsna aidiyyət üzrə də Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunan prosessual hüquq normalarında mülki işlərə baxılmasının ərazi aidiyyətı göstərilsə də, birinci instansiya məhkəməsi bu hala diqqət yetirməmiş, mübahisəli mənzilin Abşeron rayonu ərazisində yerləşməsinə baxmayaraq, iddia ərizəsini icraata götürmüş, nəticədə aidiyyət qaydalarının pozulması ilə qətnamə çıxarmışıdr. Halbuki, qanunvericiliyin tələbinə görə, iddia ərizəsi ərazi aidiyyəti üzrə verilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 44.1-ci maddəsinə görə aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə görə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. İş materiallarından da görünür ki, birinci instansiya məhkəməsi əvvəlcədən aidiyyət qaydalarının pozulması ilə işi icraaata qəbul etmiş, sonradan da işi başqa məhkəmədə baxılmağa verməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.1-ci maddəsinə görə işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Qeyd olunanalara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarına əməl edilməmiş, ərazi aidiyyəti qaydaları pozulmuş, nəticədə işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxıldığı üçün Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(060)-6687/2021 saylı qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə görə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Bu normaya istinadən məhkəmə kollegiyası hesab edir ki, iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(060)- 6687/2021 saylı qətnaməsi ləğv edilməli, mülki iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual 44, 45, 263, 264, 266, 267, 402.2.5-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(060)-6687/2021 saylı qətnaməsi ləğv edilsin. Mülki iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-583/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-583/2022
29.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver