Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-594/2021 02.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, X12, X1, X3, X13, X14 və X7 qarşı evdən çıxarma, evin boşaldılaraq təhvil verilməsi, pul tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-660/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şabran Rayon Məhkəməsinin 2(031)-660/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh, X19, X2, X15, X20, X21 və X4 İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Ç.Ə.İsgəndərov). Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin 2(031)-660/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsini xhaiş etmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, evin boşaldılaraq ona təhvil verilməsi, Cavabdeh kirayə haqqı borcu olaraq 450 manat pulun, kommunal haqqı borcu olaraq 1019.50 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə əlavə iddia ərizəsi ilə müraciət edərək iddia tələbinin təmin edilməsi, Cavabdeh qızları X19, X2, X5 ilə oğulları X8 və X9 ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarmaları, Cavabdeh İddiaçı 450 manat kirayə pulunun, 1019 manat məbləğində yığılmış cavabdeh tərəfindən ödənilməmiş kommunal borcların ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apelyasiya şikayətini onunla asaslandırmışdır ki, qətnamə prosessual hüquq normalarının pozulması, maddi hüquq normalarının isə səhv təfsir edilərək tətbiq olunması nəticəsində qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Odur ki, Şabran Rayon Məhkəməsinin 2(031)-660/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsini xhaiş etmişdir. P R O S E S İ Ş T İ R A K Ç İ L A R İ N İ N İ Z A H A T L A R İ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Şabran Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(031)- 660/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, Şabran Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(031)-660/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehlər X12, X1, X3, X13, X14 və X7 lazımi qaydada xəbərdarlıq edilsə də o, üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, iddiaçının, cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********59-10301 olan çıxarışdan görünür ki, ünvan 3 saylı ünvanda yerləşən fərdi yaşayış evi X6 adına qeydə alınmışdır. İşə əlavə edilmiş AZ-T seriyalı 057386 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx xxxxxxxx 1950-ci ildə doğulmuş, atası X16, anası X11 qeyd olunmuşdur. İşə əlavə edilmiş AZ seriyalı 000346 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx xxxxxxx 1999-cu ildə ölmüşdür. İşə əlavə edilmiş AZ seriyalı 000357 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx xxxxxx 1995-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 04/6113 saylı arayışdan görünür ki, ünvan 4 saylı ünvanda yerləşən obyektin xx xxxx 2020-ci il tarixinə bazar dəyəri 26000 manat təşkil edir. İşə əlavə edilmiş xx xxxx 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx xxxxxxx 1999-cu ildə ölmüş X6 vərəsəsi oğlu İddiaçı miras əmlakdan 1/1 hissədə pay almalıdır. Miras əmlaka Şabran şəhəri, Zərifə Əliyeva küçəsi, 26 saylı ünvanda yerləşən fərdi yaşayış evi və həmin ünvanda yerləşən 0.1104 ha həyətyanı torpaq sahəsi aiddir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Müəyyən edilmişdir ki, iddiaçı iddia predmeti olan yaşayış evinin özünə məxsus olduğuna əsaslanaraq cavabdehdən geri alınmasını tələb edir. Həmin mübahisə özgənin sahibliyində olan əmlakın alınması üzrə yaranan mübahisədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddənin mənasına görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Həmin Məcəllənin 158.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da mülkiyyət hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. İş materiallarından görünür ki, iddiaçı 450 manat kirayə pulunun və 1019 manat məbləğində yığılmış cavabdehlər tərəfindən ödənilməmiş kommunal borcların ödənilməsinə dair məhkəməyə heç bir əsaslı sübut təqdim etməmişdir. Müəyyən edilmişdir ki, iddiaçının vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mülkiyyətində olan Şabran şəhəri, Z.Əliyeva küçəsi, 26 ünvanında yerləşən fərdi yaşayış evində cavabdehlər yaşayıb istifadə etməklə onun həmin evdə olan mülkiyyət hüququnu pozurlar. Cavabdehlərin həmin evdə yaşamalarına və istifadə etmələrinə əsas verən hüquqa söykənən əsasları yoxdur. Tərəflər arasında əmlakın kirayəyə verilməsi barədə sənədləşmə aparılmamışdır, kommunal xərclər cavabdehlər tərəfindən ödənilmiş və ödənilməkdədir. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh, X19, X2, X15, X20, X21 və X17 İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mülkiyyətində olan mübahisəli fərdi yaşayış evindən çıxarılmalı, iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəcsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yacud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin oluna bilməz. Belə ki, iddiaçı apelyasiya şikayətində cavabdehlərən kirayəvə kommunal xərclərin tutularaq ona ödənilməsini xahiş etsə də buna dair sübut təqdim edə bilməmişdir. İddiaçı apelyasiya şikayətində iddiasının tam təmin olunmasını xahiş etsə də bunu əsaslandıra bilməmişdir, onun dəlilləri isə məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Şabran Rayon Məhkəməsinin 2(031)-660/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-594/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-594/2021
02.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver