Məhkəmə qərarları › İş №2(105)-596/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-596/2023

06.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-596/2023 06.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlunun sədrliyi və məruzəsi, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5555/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5555/2022 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5555/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qətnaməsindən Nümayəndə tərəfindən verilmiş 05 yanvar 2023-cü il tarixli apellyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Qərardaddan İddiaçı şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, vəkil birinci instansiya məhkəməsində iddiaçının həm vəkili, həm də nümayəndəsi olmuş, apellyasiya Məhkəməsi üçün order olmadan da onun apellyasiya şikayəti vermək üçün hüququ olmuşdur. İddiaçının etibarnaməsi olmuş, etibarnaməsi və birinci instansiya məhkəməsində vəkili olduğu üçün adından apellyasiya şikayəti verə bilər. Apellyasiya məhkəməsində hüquqlarının müdafiəsi üçün müqavilə bağlaya da bilər, bağlamaya da. Nəzərə almaq lazımdır ki, apellyasiya şikayəti Sumqayıt şəhər məhkəməsi vasitəsilə verilir və Sumqayıt şəhər məhkəməsində Nümayəndə vəkili və nümayəndəsi olduğu müəyyən olunub. Məhkəmə hüquq normasını düzgün tətbiq etməyib. Ona görə də qərardad ləğv olunmalı və apellyasiya şikayəti baxılması üçün Sumqayıt Apellyasiya məhkəməsinə göndərilməlidir. Qərardadı tamamilə qanunsuz və əsassız hesab etməsinə baxmayaraq orderi işə əlavə edir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5555/2022 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 06 yanvar 2023cü il tarixli, 2(060)-5555/2022 saylı qərardadının dəyişdirilmədən saxlanılması, Sumqayıt Şəhər Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 2(060)-5555/2022 qərardadından İddiaçı nümayəndəsi-vəkil Nümayəndə xx.xx.2023-cü il tarixli şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytarmış və hesab etmişdir ki, apellyasiya şikayətini imzalamış Nümayəndə cavabdeh İddiaçı yaxın qohumu və ya vəkili olmasını təsdiq edən sənəd apellyasiya şikayətinə əlavə edilməmişdir. Belə olan halda, Nümayəndə cavabdehin nümayəndəsi qismində şikayəti imzalaya bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1. maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (Mülki Prosessual Məcəllənin 74.1., 74.2. maddələri). Mülki Prosessual Məcəllənin 361.2. maddəsinə əsasən Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Mülki Prosessual Məcəllənin 363.1.1. maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa geri qaytarılır. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası istinad olunan hüquq normalararının tələbləri baxımından qeyd edir ki, apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinə uyğun verildiyindən, apellyasiya şikayətinin qaytarılması üçün əsaslar müəyyən olunmadığından, şikayət təmin olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5555/2022 nömrəli və şikayət təmin edilmədən işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(060)-5555/2022 nömrəli qərardadları ləğv edilməli, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun verilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 366.2, 366.3. və 366.4., 398.0.3 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ İddiaçı şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5555/2022 nömrəli və şikayət təmin edilmədən işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(060)-5555/2022 nömrəli qərardadları ləğv edilsin. Apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun verilmiş hesab edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar