Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-597/2023 25.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Süleymanovanın sədrliyi və məruzəsi, X2 Qafari və X1 ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi Xırdalan şəhər 1 nömrəli tam orta məktəbinə qarşı “əmrlərin ləğv edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməklə işə bərpa edilmə” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehin nnümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi Xırdalan şəhər 1 nömrəli tam orta məktəbinə qarşı “əmrlərin ləğv edilməsi və işə bərpa edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində olan Abşeron-Xızı Regional Təhsil İdarəsinin K-59 saylı, 03 iyun 2022-ci il tarixli əmrinin və Xırdalan Şəhər 01 nömrəli tam orta məktəbin 10 iyun 2022-ci il tarixli 225 saylı əmrin ləğv edilməsi və onun Xırdalan Şəhər 01 saylı Tam Orta Məktəbin təlim tərbiyə işləri üzrə Direktor müavini vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2(012)-4302/2022 nömrəli qətnaməsi ilə hakim (Elman Məmmədov) iddianın təmin edilməsi, Xızı Regional Təhsil İdarəsinin k-59 saylı 02 iyun 2022-ci il tarixli əmrinin İddiaçı münasibətdə, Xırdalan şəhər 01 nömrəli tam orta məktəbin 10 iyun 2022-ci il tarixli 225 saylı və 20 iyun 2022-ci il tarixli 254 saylı əmrlərinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Xırdalan şəhər 01 saylı Tam orta məktəbin təlib-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa edilməsi qət edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-4302/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” Sistemi vasitəsilə məhkəməyə daxil olmuşdur. Bundan sonra cavabdeh tərəf xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” Sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq Abşeron Rayon Məhkəməsinin 21 noyabr 2022ci il tarixli 2(012)-4302/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfin şikayəti üzrə işə baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 363.1.4-cü maddəsinə əsasən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi cavabdeh tərəf məhkəmənin qeyd edilən qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Azərbaycan Respublikası MPMnin 363-cü maddəsinin tələblərinə uyğunluğunu yoxlayarkən qeyd edilən hala əhəmiyyət verməmiş, verilmiş ərizəyə münasibət bildirmədən apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və Azərbaycan Respublikası MPM-nin 363-364-cü maddələrinin tələblərinə riayət edilib-edilmədiyinin yoxlanılması üçün şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2(012)-4302/2022 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-597/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-597/2023
25.01.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver