Məhkəmə qərarları › İş №2(105)-6/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-6/2024

14.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-6/2024 14.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X11 və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və X4 qarşı torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri qaytarılması və qanunsuz tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(027)- 30/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və X4 qarşı torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri qaytarılması və qanunsuz tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməməsi qət edilmişdir. İddiaçılar qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1998-ci il tarixli, JN-236 seriyalı, 30310038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən xüsusi mülkiyyətlərində olan Quba rayonu, Paşaoba kəndində yerləşən 1,49 ha torpaq sahəsindən 0,05 ha hissəsinin cavabdehlər Cavabdeh1 və X2 məcburi qaydada alınaraq onlara qaytarılması, torpaq sahəsində Cavabdeh1 və X6 tərəfindən qeyri-qanuni tikilmiş tikililərin onların öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayon AİK-nın 29 mart 1997-ci il tarixli, 03 saylı qərarı əsasında onlara Quba rayonu, Paşaoba kəndində 24 iyul 1998-ci il tarixdə JN-236 saylı, 30310038 kodlu Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 1,49 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 1,02 ha hissəsi Paşaoba kəndinin başqa hissəsində yerləşməklə, onların tam istifadəsindədir. Sözügedən 1,49 ha torpaq sahəsinin 0,46 ha hissəsi isə Paşaoba kəndinin digər hissəsində yerləşir. Həmin 0,46 ha hissəsinin 0,05 ha hissəsindən 2007-ci ildən etibarən onlar istifadə edə bilmirlər. Çünki torpaq sahəsini cavabdehlər 2007-ci ildə dəmir tor hasarla hasarlayaraq, həyətyanı torpaq sahəsi kimi zəbt edərək özlərinə yaşayış evi tikdirmişlər. Cavabdehlərdən Əfaqan yaxın qohum olduğu üçün ona bir söz deməyiblər. Cavabdeh Əfqanın böyük qardaşı Əbilşah evi almaq istəyib və onlara bildirib ki, evi alandan sonra zəbt olunmuş torpaqlarının əvəzinə bir cərgə bağ sahəsini onlara verəcək. Lakin cavabdehlər sonradan evi satmağa etiraz etmişlər. Cavabdehlər torpağı qaytarmaq və ya əvəzinə torpaq sahəsi alıb onlara vermək fikrində deyillər. Nəticədə onlar mülkiyyətlərindəki torpaq sahəsinin 0,05 ha hissəsindən məhrum olmuşlar. Cavabdehlər tərəflərindən dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, onlar xüsusi mülkiyyətləri olan torpaq sahəsini zəbt etməkdə davam edirlər. Onlara edilən şifahi müraciətlərin heç bir nəticəsi olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Quba Rayon Məhkəməsinin 21 yanvar 2020ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli qətnaməsi iş üzrə mübahisəli torpaq sahəsinin elektron xəritə koordinatlarına istinad olunmadan faktiki istifadə ilə torpaq sahəsinin xəritə cizgi sənədlərində şimaldan cənub istiqamətinə doğru 33,5 metr fərqin olması kimi heç bir rəsmi sənədə, sübuta əsaslanmayan ziddiyyətli arqumentlərə istinad olunmaqla iddia tələbinin rədd olunması barədə gəlinən nəticə əsassızdır və buna görə də, qətnamə ləğv edilməli və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməlidir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının rəyləri rəsmi xəritə cizgi koordinatlarına istinadən deyil, heç bir əsası olmayan və hüquq müəyyənedici sənədlərdə göstərilən döngə nöqtələrinə və sərhəd koordinatlarına uyğun gəlməyən faktiki istifadə kimi göstərilən ifadələrlə əsaslandırılmasına məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmiş, məhkəmə torpaqşünaslıq ekspertizasının hüquq müəyyənedici sənədlərdə (Dövlət aktı, şəhadətnamə, çıxarış, torpaq sahəsinin planı, ölçüsü və s.) əks olunan koordinatlara uyğun vəziyyəti əks etdirən göstəricilərə əsasən keçirilməli olmasına əhəmiyyət verilmədən iddia tələbinin rədd olunması kimi səhv nəticəyə gəlinmişdir. Ekspert rəyində iddiaçıların, yəni onların mülkiyyətinə verilmiş 1,49 ha torpaq sahəsinin mübahisə predmeti olan 0,46 ha hissəsi ilə faktiki istifadə edilən torpaq sahəsi arasında kəskin fərq olduğu və bu fərqə şimaldan cənub istiqamətinə 33,5 metr təşkil etməsinin səbəb olduğu göstərilmiş, fərqin olmamalı olduğu, yəni faktiki istifadənin deyil, sənəd üzrə xəritə cizgi koordinatlarının müəyyən edildiyi sərhədlər daxilində cavabdehlərin onlara məxsus torpaq sahəsini zəbt edib, orada qanunsuz tikili inşa etmələrinin təsdiqini tapıb-tapmaması ilə bağlı suala cavab aydınlaşdırılmadan, iş üzrə iddianın rədd olunması barədə qərar qəbul edilmiş, bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı2 nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər iddiaçılara və cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini cavabdehlər tərəfindən iddiaçılara məxsus torpaq sahəsinin istifadə edilməsinin öz təsdiqini tapmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. İşdən görünür ki, iddiaçılar mülkiyyətində olan torpaq sahəsinin zəbt edildiyini əsas gətirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən iddiaçılara məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edilmədiyi müəyyən edilərək iddia tələbi təmin edilməmiş, iddiaçılar həmin nəticədən narazı qalaraq apellyasiya qaydasında mübahisələndirmişlər. Torpağa mülkiyyət hüququna dair JN-236 seriyalı, KOD 30310038 saylı Dövlət aktına əsasən Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 03 saylı qərarı ilə İddiaçı2, İddiaçı1 və İddiaçı3 Quba rayonu, Paşaoba kəndi ərazisindən 1,49 ha torpaq sahəsinin verilməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri qaytarılması və qanunsuz tikililərin sökülməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2. maddəsi təşkil edir. Həmin maddənin dizpozisiya şərtlərinə əsasən iddianın təmin olunması üçün iddiaçılar ilk növbədə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Qeyd olunan torpaq sahəsinin iddiaçıların mülkiyyətində olduğu işin mübahisəsiz halıdır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asıl olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu iddia mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/9725 №li ekspert rəyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin texniki inventarlaşdırıcısı Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, JN-236 saylı, kodu 30310038 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı2, İddiaçı1 və İddiaçı3 mülkiyyətlərində olan Quba rayonu Paşaoba kəndi ərazisində yerləşən 1.49 ha torpaq sahəsinin 0.4633 ha hissəsinin naturada koordinatları müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin texniki inventarlaşdırıcısı Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, həmin ərazidə İddiaçı2, İddiaçı1 və İddiaçı3 faktiki istifadəsində 0,4127 ha torpaq sahəsi vardır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi idarəsinin texniki inventarlaşdırıcısı Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, JN-236 saylı, kodu 30310038 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı2, İddiaçı1 və İddiaçı3 mülkiyyətlərində olan Quba rayonu Paşaoba kəndi ərazisində yerləşən 1.49 ha torpaq sahəsinin planında (cizgisində) göstərilən 0.4633 ha hissəsi cavabdehlər tərəfindən istifadə olunmur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi idarəsinin texniki inventarlaşdırıcısı Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, JN-236 saylı, kodu 30310038 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı2, İddiaçı1 və İddiaçı3 mülkiyyətlərində olan Quba rayonu Paşaoba kəndi ərazisində yerləşən 1.49 ha torpaq sahəsinin planında (cizgisində) göstərilən 0.4633 ha hissəsi elektron baza məlumatlarında olan xəritə materiallarına əsasən heç bir mülkiyyət sənədi ilə üstə-üstə düşmür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçılarnın iddia ərizəsində qeyd etdikləri hallar iş materialları və ekspert rəyi ilə təkzib olunduğundan, eləcə də iddiaçılara məxsus torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olduğu öz təsdiqini tapmadığından, iddianı təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat iddiaçılardan müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar