Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-6/2025 30.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, Cavabdeh1 sədri Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Şamaxı rayon Nağaraxana bələdiyyəsinin sədrinə və DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı Cavabdeh2 adına verilmiş ********** saylı, xx.xx.2014-cü il tarixli çıxarışın ləğv olunması, qanunsuz tikilinin öz hesabına sökülməsi, ona verilmiş ilkin sənədə əsasən sərhədlərin tanınması və Reyestr Xidmətində çıxarışın verilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(074)-157/2021-032 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov) İddiaçı cavabdehlər Cavabdeh2, Şamaxı rayon Nağaraxana bələdiyyəsinin sədrinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsinin təmin edilərək Cavabdeh2 onun torpağında qanunsuz zəbt edərək tikdirdiyi evin sökülməsinə, ərazinin boşaldılması və həmin sahəyə dair Reyestr Xidmətindən ona yeni çıxarış verilməsinə dair iddiasının təmin edilməməsi, İddiaçı 406,0 manat torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspetiza xərci alınıb Kapitalbankın 1 saylı Xətai filialı kod ******* VÖEN (bank) **********, müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN ********** hesab AZ23AİİB******************** hesaba və 100 manat ekspertiza xərci alınıb X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Şamaxı rayon Nağaraxana bələdiyyəsinə və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı cavabdehlərin onun torpağından çıxarılması və ona verilmiş 0,15 ha torpaq sahəsinin sərhədlərinin tanıdılmasına dair iddia qaldıraraq, iddia ərizəsinin təmin edilərək cavabdehlərin onun torpağından çıxarılması və **********0220 kadastr nömrəsi ilə 29 dekabr 2008-ci il tarixdə 4326 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsü sənədindəki və bununla eyni olan 28 dekabr 2012- ci il tarixli çıxarışdakı göstərilən sərhədlər və döngə nöqtələrinin koordinatları əsasında ona verilmiş 0,15 ha torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və ona tanıdılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı cavabdehlər Cavabdeh2, Şamaxı rayon Nağaraxana bələdiyyəsinin sədrinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh2 onun torpağında qanunsuz zəbt edərək tikdirdiyi evin sökülməsinə, ərazinin boşaldılması və həmin sahəyə dair Reyestr Xidmətindən ona yeni çıxarış verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə daxil etdiyi 13 saylı 25 avqust 1995-ci il tarixli əmrdən çıxarışın təsdiq olunmuş surətindən göründüyü kimi 0,15 ha torpaq ona verilmişdir. Həmin əmrə əlavə edilmiş akt və xəritənin təsdiq olunmuş surətlərində ona verilmiş torpaq sahəsinin Şamaxı rayon Nağaraxana Bələdiyyəsinin mülkiyyətində olmaşı, o cümlədən, ona verilmiş həmin torpaq sahəsinin sərhədlərinin ölçüləri sxemi göstərimişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin plan və ölçüsünə dair ona verdiyi A №115315 nömrəli sənədin təsdiq olunmuş surətindən görünür ki, fərdi yaşayış evi tikmək üçün ona verilmiş 1500.25 m torpaq sahəsi X6 kitabında xx.xx.2008-ci il tarixdə 4326 nömrə ilə uçota alınıb. Bu sənəddə ona verilmiş 0,15 ha torpaq sahəsinin qaiməsi rəqəmli (elektron) katastır xəritəsindən çıxarış, əsas döngə nöqtələrinin koordinatları, torpaq sahəsinin qonşu sərhədləri, torpaq sahəsinin planı və **********0220 kadastr nömrəli torpaq sahəsinin onun adına mövcudluğu göstərilmişdir. Şamaxı rayon Nağaraxana Bəlidiyyəsinə məxsus VÖEN **********, əhalidən torpaq vergilərin ödənilməsi va ona verilmiş 0,15 ha torpaq sahəsinin vergisi 2020-ci ilə qədər ödəmiş və qəbzlərini ərizəsinə əlavə etmişdir. Ona verilmiş 015,25 ha torpaq sahəsinin reyestr nömrəsi **********72 olmaqla onun xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etmiş və oradan xx.xx.2012-ci il tarixdə qeyydiyyat nömrəsi ********** olan seriya RX № ******* nömrəli çıxarış ona verilmişdir. Həmin çıxarışa əlavə olunmuş sənəddən görünür ki, orada xüsusi mülkiyyətində olan 0,15 ha torpaq sahəsinin əsas göstəriciləri döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin planı (cizgisi) göstərilmişdir. xx.xx.2012-ci ildə həmin torpaq sahəsi ona verilərkən onun sərhədləri ona tanıdılmışdır. Lakin Şamaxı Rayon Nağaraxana kənd Bələdiyyəsi digər naməlum dövlət orqanları ilə əlbir olaraq xüsusi mülkiyyətində olan həmin torpaq sahəsini başqalarına satmışdır. Bu səbəbdən çıxarışda göstərilən o vaxt sərhədləri ona tanıdılmış xüsusi mülkiyyətində olan 0,15 ha torpaq sahəsindən əsar-əlamət qalmamışdır. Çünki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi xx.xx.2008-ci il tarixdə 4326 nömrəsi ilə 0,15 ha sahəsini qanunla müəyyən edilmiş qaydada ona vermiş, o, həmin sənəd əsasında xx.xx.2012-ci il tarixində çıxarış almışdır. Lakin hal-hazırda sənədi var, amma torpağı başqasına verilmişdir. Məlum olur ki, ona verilmiş 0,15 ha (**********02020) kadastr nömrəli torpaq sahəsi üzrə Cavabdeh2 verilmiş xx.xx.2014-cü il tarixində RX №0488001 seriyalı çıxarış ləğv edilməklə həmin sahədə tikilmiş ev sökülməli, ona məxsus sahədən çıxarılmalıdır. Bundan başqa həmin sahənin ona məxsus olması barədə qətnamə çıxararaq Reyestr Xidmətində ona dair müvafiq sənədlərin verilməsi tələb olunmalıdır. Ona məxsus **********20 kadastr nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədinə aid məlumatlar elektron bazada mövcuddur. Müəyyən etmişdir ki, Şamaxı Rayon Nağaraxana Kənd Sovetinin 25 avqust 1995-ci il tarixli, 13 saylı sərəncamı ilə ona verilmiş, X6 kitabında xx.xx.2008-ci il tarixdə 4326 nömrə ilə uçota alınmış **********0220 kadastr nömrəsi ilə ona məxsus torpaq başqa şəxsə verilmişdir. Belə ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ona məxsus torpaq sahəsini zəbt etmişlər. Halbuki, həmin koordinatlara aid torpaq sahəsi birinci olaraq ona verilmişdir. Onun adına verilmiş 0.15 ha torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş hüquqları pozulmuşdur. Belə ki, Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində bir tərəfdən **********0220 kadastr nömrəsi ilə və xx.xx.2008-cu il tarixdə 4326 nömrə ilə uçota alınmaqla ona rəsmi qaydada 0.15 ha torpaq sahəsi verilmişdir, digər tərəfdən isə həmin ərazi üçün başqa şəxslərə də sənəd verilmişdir. Bu yolverilməz olsa da, amma reallıqdır. 25 avqust 1995-ci il tarixdə Nağaraxana kənd sovetinin 13 saylı qərarı ilə ona verilmiş və **********0220 kadastr nömrəsi ilə xx.xx.2008-ci il tarixdə 4326 nömrə ilə uçota alınmaqla ona qanunla müəyyən edilmiş qaydada 0.15 ha torpaq sahəsi verilmişdir. Buna dair torpaq sahəsinin planı və ölçüsü sənədində həmin torpağın sərhədləri, döngə nöqtələrinin koordinatları - o cümlədən ona verilmiş axtarışdakı eyni koordinatlar göstərilsə də, faktiki olaraq həmin ərazi qanunsuz olaraq başqasının adına yenidən sənədləşdirilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 30 dekabr 2025-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Şamaxı Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, 0,15 ha torpaq sahəsinə dair Reyestr Xidmətindən iddiaçıya yeni çıxarış verilməsi hissəsində iddia tələbinə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Şamaxı Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Birinci instansiya məhkəməsi heç bir digər sübut növünə istinad etmədən, yalnız başdan ayağa ziddiyətli olan mütəxəssis rəyinə və həmin rəy əsasında verilmiş ekspertiza rəyinə istinad etmişdir. Rəylər qeyri-obyektiv olduğuna görə iddiaçı tərəfindən təkrar ekspertiza keçirilməsi ilə bağlı qaldırılmış vəsatət əsassız olaraq təmin edilməmiş, mübahisənin hərtərəfli, tam və obyektiv araşdırılması üçün bütün tədbirləri görməmişdir. Maddi hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən pozulmuşdur. Belə ki, həmin maddi hüquq normaları iddianın təmin edilməsi üçün əsaslardır. Maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, hazırkı iş üzrə iddia tələbində qeyri-qanuni tikililərdən söhbət getmir. Birinci instansiya məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsini təmin etməmişdir. İddiaçı tərəfindən irəli sürülən xüsusatlar tam araşdırılmamış və iddia tərəfinin əsaslı vəsatətləri təmin edilməmişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımı şərait yaratmamışdır. Belə ki, mütəxəssis və ekspert rəylərindəki ziddiyətlərin aradan qaldırılması üçün tədbirlər görməmiş, mübahisəli hesab edilən torpaq sahələri ilkin torpaq ayırma sənədləri, plan və ölçülərinə dair sənədlər və hüquqmüəyyənedici sənədlər əlaqəli şəkildə araşdırılmasını Cavabdeh2 adına olan torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsinin onun naturada göstərdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşməməsinə dair mütəxəssis və ekspert rəylərində göstərilənlərə hüquqi qiymət verməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 sədri Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh2 vəkili Vəkil5 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, sonuncu məhkəmə kollegiyasına ərizə ünvanlayaraq məhkəmə prosesinin nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini təmin etməyən birinci instansiya məhkəməsi iş üzrə olan sübutlarla cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi, onun apardığı tikintinin iddiaçıya məxsus torpaq sahəsində yerləşməsi təsdiq edilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən göründüyü kimi Şamaxı rayonu Nağaraxana kəndində 0,15 ha həyətyanı torpaq sahəsinin İddiaçı, 0,12 ha torpaq sahəsinin Cavabdeh2 xüsusi mülkiyyətlərində olması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi cavabdehin qanunsuz zəbt edərək tikdirdiyi evin sökülərək ərazini boşaltması barədədir. İddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.2, 180 və Torpaq Məcəlləsinin 111-ci maddələri nəzərdən keçirilə bilər. Məlum olduğu kimi, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu maddənin dizpozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı ilk növbədə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Qeyd olunduğu kimi ilk öncə əmlakın iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halı olmalıdır. İkinci iddiaçı tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu tələb mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Qeyd etmək lazımdır ki, mülkiyyət hüququ şəxsin mülkiyyətində olan əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüququnun realizəsi ilə həyata keçirilir. Bu hüququnun həyata keçirilməsinə hər hansı bir müdaxilənin edilməsi qadağandır və belə bir qadağa mülkiyyət hüququna müdaxilə kimi dəyərləndirilir. Mövcud vəziyyətdə iddiaçı onun mülkiyyətində olmuş, tələbində göstərdiyi əmlakına cavabdehin mülkiyyət hüququna müdaxilənin aradan qaldırılmasından ötrü hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etsə də, iddianı rədd edən birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş 28 iyul 2021-ci il tarixli 10/3477 saylı ekspert rəyinə istinadən cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyi qənaətinə gəlmişdir. Halbuki, aşağı instansiya məhkəməsinin istinad etdiyi 28 iyul 2021-ci il tarixli 10/3477 saylı ekspert rəyində İddiaçı Şamaxı rayonu Nağarxana kəndində seriya RX ******* saylı dövlət reyestrindən çıxarışla mülkiyyətinə verilmiş 0,15 ha torpaq sahəsinə hazırlanmış AA 013966 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsinin onun naturada göstərdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşdiyi, lakin konfiqurasiya və sahə fərqi olduğu müəyyən edilmişdir. Cavabdeh2 Şamaxı rayon XDS-nin Kirovka inzibati ərazisi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 06 saylı sərəncamı ilə verilmiş 1200,06 kv.metr torpaq sahəsinə hazırlanmış A 032032 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsinin onun naturada göstərdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşmədiyi müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, iddiaçıya çıxarışa əsasən mülkiyyətinə verilmiş 0,15 ha torpaq sahəsinə hazırlanmış AA 013966 nömrəli planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsi ilə cavabdehə 06 saylı sərəncamla verilmiş 1200,06 kv.metr torpaq sahəsinə hazırlanmış A 032032 saylı plan və ölçü sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Həmin rəydə iddiaçının dövlət reyestrindən çıxarışla mülkiyyətinə verilmiş 0,15 ha torpaq sahəsinin naturada Cavabdeh2 tərəfindən istifadə edilmədiyi müəyyən olunmuşdur. Eyni zamanda iddiaçının Sumqayıt İnzibati Məhkəməsində 0,15 ha torpaq sahəsinə dair planı və ölçüsündə nəzərdə tutulan ərazinin koordinatlarının dəqiqləşdirilərək, ona düzgün koordinatları əks etdirən torpaq sahəsinin planı və ölçüsü sənədin verilməsi ilə bağlı iş üzrə mübahisənin gedişatında əldə edilmiş mütəxəssis rəyində müəyyən edilmişdir ki, 28 dekabr 2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsi naturada boş olmaqla, sənəd üzrə koordinatlarına uyğun olaraq, elektron baza məlumatlarına əsasən digər şəxslərin mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Həmin çıxarış əsasında iddiaçıya məxsus torpaq sahəsinin sənəd üzrə koordinatları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı, 115315 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatlarla eynidir. Həmin torpaq sahəsinə hazırlanmış AA 013966 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsi ilə Cavabdeh2 Şamaxı rayon X4 Kirovka inzibatı ərazisi üzrə nümayəndəliyinin 4 may 1996-cı il tarixli, 06 saylı sərəncamı ilə verilmiş 1200.06 kv.m torpaq sahəsinə hazırlanmış A 032032 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsi üst-üstə düşmür. Çıxarışa əsasən iddiaçıya məxsus 0,15 ha torpaq sahəsinin çıxarış üzrə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı, 115315 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” və cavabdeh orqan tərəfindən tərtib edilmiş 28 dekabr 2012-ci il tarixli, AA seriyalı, 013966 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə mövcud olan koordinatları üst-üstə düşür və heç bir uyğunsuzluq aşkar olunmamışdır. Mütəxəssis rəyində həmçinin qeyd olunmuşdur ki, Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinə dair çıxarışın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 032032 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nə uyğun olduğu halda, faktiki naturada istifadəsində olan torpaq sahəsinin koordinatları ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı, 032032 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatların üst-üstə düşmədiyi, A seriyalı, 032032 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatlar daxilində olan torpaq sahəsinin elektron baza məlumatlarındakı A seriyalı, 032032 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatlardan 98 m aralı məsafədə yerləşdiyi, torpaqların yerquruluşu planının bir hissəsindən çıxarışa və 4 may 1996-cı il tarixli torpaq sahəsinin ayrılması aktına uyğun hazırlanmadığı, ilkin sxemdə üçüncü şəxs Cavabdeh2 ayrılmış torpaq sahəsinin bələdiyyə xəritəsindən çıxarışda qeyd edildiyi kimi, 13-cü çevrədə göstərildiyi, lakin onun fərdi yaşayış evi və faktiki istifadəsində olan torpaq sahəsi 28-ci çevrədə mübahisələndirilən ərazidə yerləşir. Nəticə etibarı ilə 28 dekabr 2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında iddiaçıya məxsus torpaq sahəsinin sənəd üzrə koordinatlarının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı, 115315 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatlarla eyni olduğu, həmin torpaq sahəsinə hazırlanmış AA 013966 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsi ilə Cavabdeh2 06 saylı sərəncamı ilə verilmiş 1200.06 kv.m torpaq sahəsinə hazırlanmış A 032032 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsi üst-üstə düşmədiyi, lakin 28 dekabr 2012-ci il tarixli çıxarışla İddiaçı mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsinin sənəd üzrə koordinatlarının sonuncuya ayrılmış və təhvil verilmiş torpaq sahəsi göstərilən ilkin torpaq ayırma sənədləri olan Nağaraxana bələdiyyəsinin sədri Hüseynov və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin müdiri Əfəndiyev tərəfindən təsdiq edilmiş Şamaxı rayon Nağaraxana bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqların yerquruluşu planının bir hissəsindən çıxarışa və 25 avqust 1995-ci il tarixli torpaq sahəsinin ayrılması aktına uyğun hazırlanmadığı, ilkin sxemdə Cavabdeh2 ayrılmış torpaq sahəsi bələdiyyə xəritəsindən çıxarışda qeyd edildiyi kimi, 13-cü çevrədə göstərildiyi, lakin onun fərdi yaşayış evi və faktiki istifadəsində olan torpaq sahəsi isə 28-ci çevrədə mübahisələndirilən ərazidə yerləşdiyi müəyyən edilmişdir. Qeyd edilən ilkin yerquruluşu sxemlərinə (bu sxemdə miqyas göstərilsə də təqdim edilmiş sxem ksero surət olduğundan, hər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi, sxemdəki yan planda ölçülərin qeyd edilməməsi, koordinatları olmaması baxımından naturada dəqiq koordinatla yerini müəyyən etmək mümkün olmasa da) əsasən bu sahənin İddiaçı və onun bacısının ilkin sənədlərinə uyğundur. Qeyd olunan məhkəmə aktında iddiaçıya hüquqi yardım edilərək yaranmış vəziyyətin aradan qaldırılması məqsədi ilə Cavabdeh2 məxsus və uyğunsuzluq təşkil edən sənədlərin iddiaçının mülkiyyət hüquqlarına müdaxilə edilən hissədə məhkəmə icraat qaydasında mübahisələndirilə bilməsi izah edilmişdir. Lakin idddiaçının hazırki mövcud tələbi ona məxsus torpaq sahəsinin Cavabdeh2 tərəfindən qanunsuz zəbt edilərək inşa etdiyi evin sökülməsi və ərazinin boşaldılması təşkil etdiyindən, başqa sözlə, Cavabdeh2 adına verilmiş xx.xx.2014-cü il tarixli çıxarış iddiaçı tərəfindən mübahisələndirmədiyindən, MPM-nin 218.3-cü maddəsinin tələbi baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının verdiyi tələblər üzrə qətnamə qəbul edilməlidir. Həmçinin o da nəzərə alınmalıdır ki, məhkəmədə hər hansı məsələnin mülki prosessual qaydada baxılması üçün ilk növbədə maraqlı şəxs birinci instansiya məhkəməsinə iddia ərizəsi və ya müvafiq növ ərizə ilə müraciət edərək öz tələb və ya xahişini göstərməlidir. İşə (iddia və ya digər növ ərizələrlə) mahiyyəti üzrə baxılması aşağı instansiya məhkəməsində müvafiq olaraq iddia tələblərinin və ya məhkəməyə ünvanlanmış xahişi əsasında və hədlərində həyata keçirilir. Hazırkı tələbdə də iddiaçının Cavabdeh2 məxsus çıxarışın ləğvi və ya etibarsızlığı barədə xahişi mövcud deyil. Bu mənada cavabdehin adına verilmiş xx.xx.2014-cü il tarixli çıxarışın ləğvinə baxıla bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası tərəflər arasında əvvəlki məhkəmə mübahisəsinin gedişində əldə edilmiş mütəxəssis rəyinin, eləcə də hazırki iş üzrə keçirilmiş mütəxəssis və ekspert rəyinin nəzərə alaraq hesab edir ki, iddiaçının mülkiyyətinə verilmiş 0,15 ha torpaq sahəsi naturada boş olmaqla, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı, 115315 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”, eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində mövcud olan koordinatlarla üst-üstə düşməklə heç bir uyğunsuzluq yoxdur. Lakin Cavabdeh2 Şamaxı rayon XDS-nin Kirovka inzibati ərazisi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 06 saylı sərəncamı ilə verilmiş 1200,06 kv.metr torpaq sahəsinə hazırlanmış A 032032 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsinin onun naturada göstərdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşmədiyi, ilkin sxemdə Cavabdeh2 ayrılmış torpaq sahəsi bələdiyyə xəritəsindən çıxarışda qeyd edildiyi kimi, 13-cü çevrədə göstərildiyi, lakin onun fərdi yaşayış evi və faktiki istifadəsində olan torpaq sahəsi isə 28-ci çevrədə mübahisələndirilən ərazidə yerləşdiyi müəyyən edilmişdir. Qeyd edilən ilkin yerquruluşu sxemlərinə (bu sxemdə miqyas göstərilsə də təqdim edilmiş sxem ksero surət olduğundan, hər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi, sxemdəki yan planda ölçülərin qeyd edilməməsi, koordinatları olmaması baxımından naturada dəqiq koordinatla yerini müəyyən etmək mümkün olmasa da) əsasən bu sahənin İddiaçı və onun bacısının ilkin sənədlərinə uyğundur. Göründüyü kimi həm plan və ölçü sənədində, həm də naturada üst-üstə düşən iddiaçıya mülkiyyət hüququ üzrə məxsus torpaq sahəsi cavabdehin qanunsuz sahibliyindədir. Belə ki, sənəd üzrə cavabdehə mülkiyyət hüququ üzrə məxsus torpaq sahəsi mübahisəli torpaq sahəsindən 98 kv.m. aralıda yerləşməklə, üst-üstə düşmür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bu hissədə Mülki Məcəllənin 157.2 və Torpaq Məcəlləsinin 111-ci maddələrinin dispozisiya şərtlərinə uyğun olduğundan, təmin edilməli, İddiaçı məxsus torpaq sahəsi (ev və altındakı torpaq sahəsi istisna olmaqla) Cavabdeh2 tərəfindən boşaldılmalıdır. İddia tələbinin cavabdeh inşa etdiyi evin sökülməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sökülməsini tələb etdiyi mübahisəli fərdi yaşayış evi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydə alınmaqla sonuncuya çıxarış verildiyindən və hazırda həmin çıxarış mübahisələndirilmədiyindən, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan, eləcə də Mülki Məcəllənin 180-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olmadığından, iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı məxsus torpaq sahəsi (ev və altındakı torpaq sahəsi istisna olmaqla) Cavabdeh2 tərəfindən boşaldılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh2 406,0 manat torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci alınıb Kapitalbankın 1 saylı Xətai filialı kod ******* VÖEN (bank) **********, müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X "xxxx" MMC VÖEN ********** hesab AZ23AİİB******************** hesaba və 100 manat ekspertiza xərci alınıb X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2., 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı məxsus torpaq sahəsi (ev və altındakı torpaq sahəsi istisna olmaqla) Cavabdeh2 tərəfindən boşaldılsın. İddia tələbi evin sökülməsi hissəsində rədd edilsin. Cavabdeh2 406 manat torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci alınıb Kapitalbankın 1 saylı Xətai filialı kod ******* VÖEN (bank) **********, müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN ********** hesab AZ23AİİB******************** hesaba və 100 manat ekspertiza xərci alınıb X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-6/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-6/2025
30.12.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver