Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-602/2022 12.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili X4, Cavabdeh və digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi Cavabdeh1, onun vəkili və nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X11, X19, X20 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı çıxarışın, torpağın plan və ölçüsünün etibarsız hesab edilməsi, daşınmaz əmlakın alqı-satqı müqavilələrinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(074)-24/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(074)-24/2021 saylı qətnaməsilə (hakim E.Hümbətov) iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(074)-24/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi, Cavabdeh1 qarşı çıxarışın, torpağın plan və ölçüsünün etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına Şamaxı rayonu, Sabir adına qəsəbənin ərazisində yerləşən torpağa aid MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin torpağın plan və ölçüsünün etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini artıraraq Cavabdeh1 ilə X11, X19 və X20 ilə bağlanmış alqı-satqı müqavilələrinin ləğv edilməsini tələb etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 13 fevral 2019-cu il tarixli, **********40 saylı məktubla cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi əsassız olaraq ona çıxarış verməkdən imtina etmiş və cavabı onunla əsaslandırmışdır ki, guya elektron məlumat bazasında həmin torpaq sahəsi digər şəxsin, yəni Cavabdeh1 adına verildiyi göstərilmiş və həmin torpaq sahələri üst-üstə düşür. Cavabdeh1 adına MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXnin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən ona verilən cavab qanunsuzdur. Alınmış çıxarış qanunsuz yolla alınmışdır və etibarsız sayılmalıdır. Eyni zamanda cavabdehin sonradan həmin torpaq sahələrini başqa şəxslərə satması da qanunsuz olduğu üçün həmin əqdlər də ləğv edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İş üzrə İddiaçı iddia ərizəsilə eyni məzmunlu apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə mübahisəni hər tərəfli araşdırmamış, sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bunlar da qətnamənin ləğvi üçün əsaslardır. Şamaxı Rayon Aqrar İslahat Komissiyasının 07.11.2006-cı il tarixli, 9 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün ona 01.02.2010-cu il tarixdə 0,12 ha torpaq sahəsi, 686 № ilə A № 215297 saylı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü verilmişdir. O, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edərək ona verilmiş torpaq sahəsinə çıxarış verilməsini xahiş etmişdir. 13 fevral 2019-cu il tarixli, **********40 saylı məktubla cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi əsassız olaraq ona çıxarış verməkdən imtina etmiş və cavabını onunla əsaslandırmışdır ki, guya elektron məlumat bazasında həmin torpaq sahəsi digər şəxsin, yəni Cavabdeh1 adına verildiyi göstərilmişdir, həmin torpaq sahələri üst-üstə düşür və Cavabdeh1 adına MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən ona verilən cavab qanunsuzdur. Çıxarış qanunsuz yolla alınmışdır və etibarsız sayılmalıdır. Belə ki, cavabdehlər tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, ona torpaq sahəsi 2010-cu ildə ayrıldığı halda cavabdeh guya 31.07.2012-ci il tarixdə toprağa aid sənəd almışdır. Cavabdeh1 hal-hazırda həmin torpaq sahəsində qanunsuz tikinti aparır. Cavabdeh1 torpaq sahəsi paylı mülkiyyətdir, eyni zamanda həmin torpaq sahəsi X9, X14, X18 alqı-satqı yolu ilə satılmışdır. Məhkəmə tərəfindən təyin olunmuş ekspertizalar zamanı ekspertlərin verdiyi rəylərin heç bir əsası yoxdur. Bu səbəbdən apelyasiya şikayətinin təmin edilməsini, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 24/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya baxışı zamanı İddiaçı, onun vəkili və nümayəndəsi X6 məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə etdilər və onun təmin edilməsini xahiş etdilər. Əlavə etdilər ki, onların hər iki tələbi qüvvədədir və hər iki tələb üzrə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və onun vəkili və nümayəndəsi X15 şikayətlə razılaşmadılar və onun təmin edilməməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan A № 215297 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 07.11.2006-cı il tarixli, 09 saylı qərarı ilə İddiaçı 1200 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi verilmişdir. Yenə iş materiallarında olan A № 306569 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 07.11.2006-cı il tarixli, 09 saylı qərarı ilə X16 2434 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi verilmişdir. Yenə də iş materialarında olan 31.07.2012-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA № ******* saylı Çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən 0,2434 ha torpaq sahəsi Cavabdeh1, Cavabdeh3 Baladadaş qızı, Cavabdeh5 və X12 məxsusdur. İş materiallarına əlavə edilmiş AN-İ № ******* saylı, 16.01.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 paylı mülkiyyətdə olan torpaq sahəsinin özünə məxsus 0,06 ha hissəsini Cavabdeh6 satmışdır. Yenə işə əlavə edilmiş 4Ə-267 saylı, 25 aprel 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 - 0,00736 ha, Cavabdeh3 - 0,01868 ha, Cavabdeh4 - 0,01868 ha, Cavabdeh5 -0,01868 ha mülkiyyətlərində olan torpaq sahəsini ümumilikdə 0,0634 ha olan torpaq sahəsini X3. İş materiallarında olan 4Ə-266 saylı, 25 aprel 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 - 0,03 ha, Cavabdeh3 - 0,03 ha, Cavabdeh4 - 0,03 ha, Cavabdeh5 - 0,03 ha mülkiyyətlərində olan torpaq sahəsini ümumilikdə 0,12 ha olan torpaq sahəsini X1. Yenə iş materiallarında olan Kadastr və Yerquluşu Layihə-Tədqiqat Mərkəzi MMCnin 20 avqust 2020-ci il tarixli rəyindən görünür ki, təqdim edilmiş Şamaxı rayon Aqrar İslahat Komissiyasının 07.11.2006- cı il tarixli, 09 saylı qərarı ilə X5 1200 kv.m fərdi yaşayış evi tikmək üçün verilmiş A 215297 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlara əsasən torpaq sahəsi naturada mübahisələndirilən torpaq sahəsi ilə eyni ərazidə yerləşmir və konfiqurasiyası uyğunsuzluğu mövcuddur. AN-İ № ******* saylı, 16.01.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.06 ha hissəsinin Cavabdeh6, 25 aprel 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.0634 ha hissəsinin X18, 25 aprel 2019-cu il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən 0.12 ha hissəsinin X2 torpaq sahələrinin hüquqmüəyyənedici və texniki sənədləri təqdim edilmədiyindən sualın cavablandırılması mümkün olmamışdır. AN-İ № ******* saylı, 16.01.2019-cu il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən 0.06 ha hissəsinin Cavabdeh6, 25 aprel 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.0634 ha hissəsinin X18, 25 aprel 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.12 ha hissəsinin X2 torpaq sahələrinin hüquqmüəyyənedici və texniki sənədləri təqdim edilmədiyindən məhkəmə tərəfindən təqdim etdilmiş A 215297 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 07.11.2006-cı il tarixli, 09 saylı qərarı ilə X5 1200 kv.m fərdi yaşayış evi tikmək üçün verilmiş torpaq sahəsi ilə üstüstə düşməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən təqdim edilmiş Şamaxı rayon Aqrar islahat Komissiyasının 07.11.2006-cı il tarixli, 09 saylı qərarı ilə X5 1200 kv.m fərdi yaşayış evi tikmək üçün verilmiş A 215297 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlara əsasən torpaq sahəsi cavabdehlər tərəfindən naturada istifadə edilmir. Eyni zamanda bildirilmişdir ki, mülki iş materiallarında təqdim edilmiş MA № ******* saylı çıxarışa əsasən Cavabdeh1, Cavabdeh3 Baladadaş qızı, Cavabdeh5 və X10 mülkiyyətinə verilmiş torpaq sahəsinə aid “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlarda yerləşən 0.2434 ha torpaq sahəsi naturada mübahisələndirilən torpaq sahəsi ilə üst-üstə düşür. Naturada mübahisələndirilən torpaq sahəsi Cavabdeh1 tərəfindən istifadə edilir. Keçirilmiş ekspertiza üzrə ekspert xərci 68 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 oktyabr 2020-ci il tarixli, 10/820 saylı rəyi ilə AN-İ № ******* saylı, 16.01.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.06 ha hissəsinin Cavabdeh6, 25 aprel 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.0634 ha hissəsinin X18, 25 aprel 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.12 ha hissəsinin X2 torpaq sahələrinin hüquqmüəyyənedici və texniki sənədləri təqdim edilmədiyindən məhkəmə tərəfindən təqdim etdilmiş A 215297 saylı “Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 07.11.2006-cı il tarixli, 09 saylı qərarı ilə X5 1200 kv.m fərdi yaşayış evi tikmək üçün verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək olmamışdır. Məhkəmə tərəfindən təqdim edilmiş Şamaxı rayon Aqrar islahat Komissiyasının 07.11.2006-cı il tarixli 09 saylı qərarı ilə X5 1200 kv.m fərdi yaşayış evi tikmək üçün verilmiş A 215297 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlara əsasən torpaq sahəsi cavabdehlər tərəfindən naturada istifadə edilmir. Eyni zamanda bildirilmişdir ki, mülki iş materiallarında təqdim edilmiş MA № ******* saylı çıxarışa əsasən Cavabdeh1, Cavabdeh3 Baladadaş qızı, Cavabdeh5 və X10 mülkiyyətinə verilmiş torpaq sahəsinə aid “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlarda yerləşən 0.2434 ha torpaq sahəsi naturada mübahisələndirilən torpaq sahəsi ilə üst-üstə düşür. Naturada mübahisələndirilən torpaq sahəsi Cavabdeh1 tərəfindən istifadə edilir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, Ali Məhkəmənin iş üzrə göstərişlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(074)-24/2021 saylı qətnaməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X11, X19, X20 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın alqı-satqı müqavilələrinin ləğv edilməsinə dair hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmamalıdır. Hər şeydən əvvəl, məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi iki hissədən ibarət olmuşdur. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə və Cavabdeh1 qarşı çıxarışın, torpağın plan və ölçüsünün etibarsız hesab edilməsi; İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X11, X19, X20 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın 16.01.2019 və 25.04.2019-cu il tarixli alqı-satqı müqavilələrinin ləğv edilməsi. İşə baxan birinci instansiya məhkəməsi daha öncə qeyd olunan birinci tələbə qiymət verməmiş, yekun nəticədə də bu tələblə bağlı qərar qəbul etməmişdir. Yalnız ikinci tələbə qiymət verərək yekun qərar qəbul etmişdir. Bundan əlavə, Ali Məhkəmənin də iş üzrə qərarında vurğuladığı kimi işə baxan məhkəmə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə və Cavabdeh1 qarşı çıxarışın, torpağın plan və ölçüsünün etibarsız hesab edilməsi tələbinin əslində DƏDRXnin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı yönəldiyinə əhəmiyyət verməmiş, həmin tələbə ümumi məhkəmədə deyil, inzibati məhkəmədə baxılmalı olması məsələsini araşdırmamışdır. Həmin hissədə araşdırma aparılaraq Sumqayıt Apellyasiya Məhkəmə Mülki Kollegiyasının 2(105)-602/2022 nömrəli, 12.04.2022-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXnin 14 saylı Şamaxı Ərazi İdarəsi, Cavabdeh1 qarşı çıxarışın, torpağın plan və ölçüsünün etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Qeyd edildiyi kimi iddia tələbinin ikinci hissəsi və hazırda araşdırma predmeti İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X11, X19, X20 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın 16.01.2019 və 25.04.2019-cu il tarixli alqı-satqı müqavilələrinin ləğv edilməsi barədədir. İş materiallarından göründüyü kimi Şamaxı rayon Aqrar İslahat Komissiyasının 07.11.2006-cı il tarixli, 09 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsi iddiaçının, 2434 kv.m torpaq sahəsi isə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətlərinə verilmişdir. Torpaq sahəsinə dair A № 306569 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmış və 0,2434 ha (2434 kv.m) torpaq sahəsinə dair cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyət hüquqları qeydə alınaraq, daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA № ******* saylı çıxarış verilmişdir. Cavabdeh1 AN-İ № ******* saylı, 16.01.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsinin özünə məxsus 0,06 ha hissəsini Cavabdeh6 satmışdır. 25.04.2019-cu il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən isə cavabdehlərdən Cavabdeh1 0,00736 ha, Cavabdeh3 0,01868 ha, Cavabdeh4 0,01868 ha, Cavabdeh5 isə 0,01868 ha olmaqla birgə mülkiyyətlərində olan torpaq sahəsinin ümumilikdə 0,0634 ha hissəsini cavabdeh X3. 25.04.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdehlərdən Cavabdeh1 0,03 ha, Cavabdeh3 0,03 ha, Cavabdeh4 0,03 ha, Cavabdeh5 isə 0,03 ha olmaqla birgə mülkiyyətlərində olan torpaq sahəsinin ümumilikdə 0,12 ha hissəsini cavabdeh X1. İddiaçı tələbini mübahisəli əqdlərin predmeti olmuş torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olması ilə əsaslandırmışdır. İşin tədqiq olunan faktiki hallarından görünür ki, hazırki mübahisəyə səbəb iddiaçının iddia etdiyi torpaq sahəsinə dair hüquqlarının qeydiyyatından, həmin torpaq sahəsinin koordinatlarının cavabdehlərin 0.24 ha torpaq sahəsi ilə üst-üstə düşməsi səbəbilə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXnin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən imtina edilməsidir. Qeyd edildiyi kimi iddiaçı mübahisələndirdiyi torpaq sahəsinə dair cavabdehlər arasında bağlanmış alqı-satqı müqvilələrini mübahisələndirib ləğvini tələb edir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini həmin müqavilənin tərəfləri olan şəxslər irəli sürə bilərlər. İddiaçı mübahisələndirdiyi müqavilələrin tərəfi olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Yenə həmin Məcəllənin 421.2-ci maddəsinin tələblərinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin ləğvini nizama salan maddi hüquq normalarının tələblərinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İstinad olunan maddələrin əsas dispozitiv şərtlərindən göründüyü kimi, əvvəla müqavilənin ləğvini müqavilə tərəfi tələb edə bilər və bundan başqa, müqavilənin məhkəmə qaydasında ləğvini tələb etməmişdən əvvəl məhkəməyədək nizama salmaq qaydalarına riayət edilməlidir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır... Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, İddiaçı hazırki iş üzrə iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Bundan əlavə, işin tədqiq olunan hallarından görünür ki, iddiaçının ikinci tələbi əslində birinci tələbin təmin olunub-olunmamasından asılıdır. Belə ki, işin tədqiq olunan faktiki hallarından, o cümlədən birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş mütəxəssis və ekspert rəylərindən məlum olur ki, iddiaçının mübahisələndirdiyi və iddia etdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində cavabdehlərin mülkiyyəti kimi qeydə alınmış və həmin torpaq sahəsi sonradan iş üzrə digər cavabdehlərə özgənikiləşdirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-сi maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məсəllənin 139.3-сü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Yenə həmin Məcəllənin 140-сı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Başqa sözlə, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası baxımından hazırki halda nə qədər ki, cavabdehlərin mübahisəli torpaq sahələrinə dair hüquqlarının qeyri-dəqiqliyi sübuta yetirilməyib iddianın əsaslılığından söhbət gedə bilməz. Göründüyü kimi, iddiaçı məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, sübutetmə yükü daşıyan iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Bununla belə, məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən yuxarıda qeyd edildiyi kimi maddi və prosessual normaları kobud şəkildə pozmuşdur ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Şamaxı Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(074)- 24/2021 saylı qətnaməsi hazırda araşdırılan hissədə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia həmin hissədə təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən İddiaçı 68 manat pul alınıb Kadastr və Yerquluşu Layihə- Tədqiqat Mərkəzi MMC-nin Kapitalbankın 1 saylı Xətai filialına, kod 200071VÖEN (bank) **********, müxbir hesab AZ37NABZ******************** SWİFT AİİBAZ2Z, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN **********, hesab № AZ 23AİİB******************** hesabına və 100 manat ekspertiza xərci alınıb X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesabına köçürülməli, ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(074)-24/2021 saylı qətnaməsi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X11, X19, X20 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın 16.01.2019 və 25.04.2019-cu il tarixli alqı-satqı müqavilələrinin ləğv edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X11, X19, X20 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın 16.01.2019 və 25.04.2019-cu il tarixli alqı-satqı müqavilələrinin ləğv edilməsi tələbinə dair iddiası təmin olunmasın. İddiaçı 68 manat pul alınıb Kadastr və Yerquluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Kapitalbankın 1 saylı Xətai filialına, kod 200071VÖEN (bank) **********, müxbir hesab AZ37NABZ******************** SWİFT AİİBAZ2Z, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN **********, hesab № AZ 23AİİB******************** hesabına və 100 manat ekspertiza xərci alınıb X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-602/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-602/2022
12.04.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver