Məhkəmə qərarları › İş №2(105)-606/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-606/2025

07.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-606/2025 07.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Afət oğluna və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X17 və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2562/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahələrində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz inşa edilmiş daş hasarların və fərdi yaşayış evlərinin onların hesabına sökülməsi, torpaq sahələrinin boşaldılması, əvvəlki vəziyyətinə gətirilməsi və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha olmaqla torpaq sahəsi xx.xx.2021-ci il tarixdə adına qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********39 reyestr nömrəli çıxarış verilmişdir. Həmin ərazidə yerləşən 0,10 ha olmaqla digər torpaq sahəsi də xx.xx.2021-ci il tarixdə adına qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********40 reyestr nömrəli çıxarış təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən İddiaçı mülkiyyətində olan xx.xx.2021-ci il tarixli, **********39 və **********40 reyestr nömrəli torpaq sahələrinə Abşeron RPİ-nin Mehdiabad PB-nin polis sahə rəisinin iştirakı ilə texniki baxış keçirilmiş və məlumatlar idarənin elektron baza məlumatları əsasında araşdırılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, sənəd üzrə torpaq sahələri başqa şəxslər tərəfindən daş hasara alınaraq fərdi yaşayış evləri inşa edilmişdir. Abşeron RPİ-nin Mehdiabad PB-nin polis sahə rəisi tərəfindən həmin şəxslərin Cavabdeh1 və Cavabdeh2 olduğu müəyyən edilmişdir. Buna görə də iddia tələbinin təmin olunması xahiş olunmuşdur.

3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2562/2024 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia qismən təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2021-ci il tarixli **********39 və **********40 reyestr nömrəli çıxarışlara əsasən İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0.20 ha torpaq sahəsindən çıxarılması, xx.xx.2021-ci il tarixli **********39 və **********40 reyestr nömrəli çıxarışlara əsasən İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0.20 ha torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 öz vəsaiti hesabına sökülməsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0,20 ha torpaq sahəsinin boşaldılaraq İddiaçı əvvəlki vəziyyətdə təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin və mütəxəssis rəyinə görə ödənilmiş 95 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı qaytarılması, ekspertiza tədqiqatı üçün tələb olunan 50 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli 0,2 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olmaqla, **********39 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi (ümumi daş hasar daxilində) ilə üst-üstə düşən hissəsi 0.0423 ha təşkil edir və **********39 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh2 faktiki istifadəsində olan tikilinin bir hissəsi üst-üstə düşür. **********40 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 0.015 ha təşkil edir. Lakin, Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********39 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi Cavabdeh2 faktiki isitfadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********39 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi Cavabdeh2 faktiki isitfadəsində olan tikilinin bir hissəsi ilə üst-üstə düşür. **********40 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi (ümumi daş hasar daxilində) ilə üstüstə düşən hissəsi 0.025 ha təşkil edir və **********40 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh1 faktiki istifadəsində olan ev tikilisi ilə üst-üstə düşmə halı mövcud deyildir, lakin köməkçi tikilinin tam hissəsi üst-üstə düşür. Fərmanın icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********40 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi Cavabdeh1 faktiki isitfadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Fərmanın icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********40 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi Cavabdeh1 faktiki isitfadəsində olan ev tikilisinin bir hissəsi ilə, köməkçi tikili ilə tam üst-üstə düşür. Elektron məlumat bazasına əsasən JN-1312 saylı dövlət aktının sənəd üzrə yerləşməsi sxemdə göstərilmişdir. Elektron məlumat bazasına əsasən JN-1312 saylı dövlət aktının sənəd üzrə yerləşməsi ilə xx.xx.2021-ci il tarixli **********39 və **********40 reyestr nömrəli çıxarışlara əsasən İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmə halı mövcud deyildir. Göründüyü kimi iddiaçıya sənəd üzrə ümumilikdə 0,20 ha torpaq sahəsi məxsus olsa da onun faktiki istifadəsində heç bir sahə yoxdur. Bu torpaq sahələri cavabdehlər tərəfindən istifadə edilir və orada tikili mövcuddur.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Kostitusiyasının 13,60, Mülki Məcəllənin 140, 152.1, 157.2, 157.4, 164.1, 165.1-ci maddələrinə istinad edərək iddianı təmin etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2562/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişlər.

8. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi maddi və prosesual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmə gedişində hüquq və vəzifələrinin düzgün və əhatəli şəkildə izah edilməməsi səbəbindən onda olan sənədlərin sübut qismində məhkəməyə təqdim etməli olduğu barədə məlumatlandırılmamış, məhkəmə işin hallarını düzgün qiymətləndirməmiş, bununla da yekun qətnamə mülkiyyətçi olaraq, onların hüquqlarının pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən qətnamə ləğv edilməli və iddia tələbi həmin edilməməlidir. Hazırki mülki mübahisəni araşdıran məhkəmə mütəxəssis rəyi vermiş qurumun üçüncü şəxs qismində işə cəlb etməli, mütəxəssis rəyləri arasında olan ziddiyyətləri araşdırmalı, onun səbəbini müəyyən etməli, dürüstləşdirmə işlərinin yekunu olaraq, mülkiyyətçinin hüquqlarının daha çox pozulması halına diqqətini çəkməli, hüquq və vəzifələrini düzgün və əhatəli şəkildə izah etməklə onlar tərəfindən mövcud sənədlərin sübut qismində məhkəməyə zamanında təqdim etməyini təmin etməli olduğu halda bunu etməmişdir. Belə ki, məhkəmə qətnaməsində iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparığını qeyd etsə də bütün araşdırma onlara və ailə üzvlərinə məxsus olmuş JN-1312 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı üzərindən aparılmışdır. Halbuki, sözügedən Akt zamanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim edilərək buna dair müvafiq Çıxarış və Plan və ölçü sənədi əldə edilmiş, həmin sənəddə torpaq sahəsinin yerləşmə koodinatları müəyyən edilmiş və həmin koodinatlar daxilində hüquqları dövlət reyestrində qeydiyyata alınmış və Dövlətin onlara zəmanət verdiyi mülkiyyətin müdafiəsi təmin edilməmişdir. Buna dair təkrar ekspertiza keçirilməsinə dair verilmiş vəsatəti təmin edilməmiş, məhkəmə bir-birinə ziddi olan mütəxəssis rəylərinə, sonda isə həmin rəyin olduğu kimi köçürülmüş ekspert rəyinə istinad etməklə qətnamə qəbul etmiş, dürüstləşmə adı altında qurum tərəfindən aparılmış fəaliyyətin qanunauyğunluğu məsələsi açıq qalmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh olsalar da mülkiyyətçi kimi hüquqlarının əsassız pozulmasından məhkəmə onları müdafiə etməmiş, dövlət reyestrində qeydiyyatın olmasını halını görməzdən gəlmiş, torpaq sahəsinə dair verilmiş Çıxarış və nalP˝ və ölçü sənədinin˝ mövcudluğunu nəzərə almamış, məhz həmin sənədlər əsasında araşdırma aparmalı, bununla da onların mülkiyyət hüquqlarının qorunmasını təmin etməli olduğu halda bunu etməmişdir. Dürüşləşdirmə işlərinin aparılması gedişinə cəlb edilməmiş, onlardan torpaq sahəsinin koordinatlarının dəyişdirilməsi, buna dair razılığı alınmamış, təklif belə edilməmişdir. Lakin qətnamədən görünür ki, eyni qurum tərəfindən verilmiş ilkin mütəxəssis rəyi işin gedişində dəyişdirilmiş, iddiaçının torpaq sahəsinin qeydiyyata alınmadığı göstərilsə də, sonradan həmin sahənin onlara məxsus torpaq sahələrinin içərisində olması qeydi aparılmış, ilkin rəydə iddiaçıya məxsus torpaq sahəsinin onlara məxsus bir evlə üst-üstə düşməsi halı səsləndirilsə də sonradan hər iki daşınmaz əmlakla kəsişməsi göstərilmişdir. Açıq-aşkar rəy verən qurumun qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüquqları kobud şəkildə pozulmuş və min əziyyət və külli miqdarda vəsait hesabına başa gəlmiş daşınmaz əmlaklarının taleyi hazırda sual altındadır. Bununla belə məhkəmə sözügedən hallara qətnaməsində qiymət verməmiş, göstərilən rəyləri sübutlar hissəsində sadəcə qeyd etməklə kifayətlənmiş, rəylər arasında ziddiyyəti və hansı rəyi qəbul etməsini və hansı səbəbdən qəbul etməsini qətnamədə əsaslandırmamış, bununla da maddi hüquq normalarının tələbini pozmuşdur. Birinci instansiya məhkəməsə ədalətli məhkəmə araşdırılması prinsipini pozmaqla yanaşı, qarşı tərəf münasibətdə çəkişmə prinsipini də pozmuşdur. Belə ki, hüquqlarının düzgün və əhatəli izah edilməməsi nəticəsində lazımi sənədləri məhkəməyə təqdim etməmişlər. Bununla belə məhkəmə elektron sistem üzərində mübahisələndirilən hissədə onların dövlət reyestrində Çıxarışının və torpaq sahəsinə dair nalP˝ və ölçü sənədi˝nin olmasını görməsinə baxmayaraq, təyin edilmiş ekspertizanı onlara məxsus olmuş JN-1312 saylı Dövlət aktı üzərində aparmışdır. Nəticədə həmin rəyin hazırda heç bir əsası yoxdur, çünki hüquqlarını illər öncə dövlət reyestrində qeydiyyata aldırarkən ona müvafiq koordinatları özündə əks etdirən nalP˝ və ölçü sənədi˝ təqdim edilmiş, bundan əlavə bir neçə dəfə torpaq sahəsindən hissələrlə alğı-satqı edərək, plan və ölçü sənədini yeniləmişdir. Yalnız ən sonuncu halda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron ərazi idarəsi yerdə qalan torpaq sahəsinə dair Çıxarış və Plan və ölçü sənədini verməkdən imtina etmişdir. Buna dair Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmış və həmin iddia tələbi təmin edilmişdir. Bununla belə həmin qərar qüvvəsini almamışdır. Həmin prosesin gedişində Abşeron Rayon Məhkəməsini bu barədə məlumatlandırmış, işin dayandırılması barədə qərardadın qəbul edilməsi perspektivinin müzakirə edilməsini xahiş etmişdir. Bununla belə məhkəmə buna münasibət bildirməmişdir. Göstərilənlərdən görünür ki, məhkəmə prosessual hüquq normasının tələbini kobud şəkildə pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilərək qeyd edilmişdir ki, apellyasiya şikayətləri məzmununa görə eyni olduğundan etirazda cavabdehlərin şikayətlərini fərqləndirmədən ümumi qiymət veriləcəkdir. Apellyasiya şikayətlərində qeyd olunmuşdur ki, iş üzrə verilmiş mütəxəssis rəylərində ziddiyyətlər vardır və onların səbəbləri araşdırılmalıdır. Lakin şikayətdə ziddiyyətlərin nədən ibarət olduğu göstərilmir. İş üzrə 2 mütəxəssis rəyi verilmişdir. xx.xx.2024-cü il tarixli, 32/332/2- 5225/24 nömrəli mütəxəssis rəyində elektron məlumat bazasına əsasən Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi ilə digər şəxslərin torpaq sahələrinin sənəd üzrə yerləşmələri ilə üst-üstə düşməsi qeyd olunmuşdur (Nəzərə alınmalıdır ki, həmin şəxslərin hamısının qonşu ərazilərdə sənədlərinə uyğun faktiki istifadəsində olan torpaq sahələri vardır). Bu halın aradan qaldırılması üçün məhkəmə müvafiq məktubla Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********40 reyestr nömrəli torpaq sahəsinin Necas baza məlumatlarına əsasən yerləşməsi ilə digər şəxslərin sənəd üzrə mülkiyyətlərinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmə halları aradan qaldırılmışdır. Göstərilənlərdən belə nəticə hasil olunur ki, 2-ci mütəxəssis rəyi 1-ci mütəxəssis rəyinə zidd deyildir, əksinə 1-ci rəyin sual doğuran hissəsini aradan qaldırır. Bundan başqa şikayətdə göstərilmişdir ki, “...eyni Qurum tərəfindən verilmiş ilkin mütəxəssis rəyi işin gedişində dəyişdirilmiş, iddiaçının torpaq sahəsinin qeydiyyata alınmadığı göstərilsə də sonradan həmin sahənin iddiaçıya məxsus torpaq sahələrinin içərisində olması qeydi aparılmış, ilkin rəydə iddiaçıya məxsus torpaq sahəsinin ona məxsus bir evlə üst-üstə düşməsi halı səsləndirilsə də sonradan hər iki daşınmaz əmlakla kəsişməsi göstərilmişdir”. Şikayəti yazan şəxs qətnaməni oxusa da ilkin rəydə və torpaq mübahisəsi ilə bağlı digər sənədlərdə mübahisə ilə bağlı araşdırmanın mərhələlərini və məntiqini başa düşməmişdir. Belə ki, qətnamədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna istinad olunur. Həmin məktubdan məlum olur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən İddiaçı mülkiyyətində olan xx.xx.2021-ci il tarixli, **********39 və **********40 reyestr nömrəli torpaq sahələrinə Abşeron RPİ-nin Mehdiabad PB-nin polis sahə rəisinin iştirakı ilə texniki baxış keçirilmiş və məlumatlar idarənin elektron baza məlumatları əsasında araşdırılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, sənəd üzrə torpaq sahələri başqa şəxslər tərəfindən daş hasara alınaraq fərdi yaşayış evləri inşa edilmişdir. Abşeron RPİ-nin Mehdiabad PB-nin polis sahə rəisi tərəfindən həmin şəxslərin Cavabdeh1 və Cavabdeh2 olduğu müəyyən edilmişdir. "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 313 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu, o cümlədən Mehdiabad qəsəbəsində fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəkı torpaq sahələrinin faktiki koordinatları qeydiyyata alınmışdır. Hazırda əldə edilmiş məlumatların təhlili və sistemləşdirilməsi işləri aparılır. Torpaq sahələrinin qeydiyyata alınmış faktiki koordinatları əsasında aparılan təhlillər və sistemləşdirilmə işləri başa çatdırıldıqdan və elektron kadastr məlumat bazasında müvafiq düzəlişlər aparıldıqdan sonra torpaq sahələrinin hüquqi və texniki sənədlərdəkı məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması təmin ediləcəkdir. İş üzrə xx.xx.2024-cü il tarixli, 32/332/2-5225/24 nömrəli mütəxəssis rəyi verilmişdir. Rəydə iddiaçının mülkiyyətində olan iki torpaq sahəsinin çıxarışlardakı koordinatlara əsasən ayrı-ayrılıqda cavabdehlərin faktiki istifadəsində olan torpaq sahələri və tikililərlə üst-üstə düşməsi halları, bundan sonra isə dürüstləşmə aparıldıqdan sonra həmin hallar açıqlanmışdır. Rəydə vacib məqam odur ki, elektron məlumat bazasına əsasən JN-1312 saylı dövlət aktının sənəd üzrə yerləşməsi (cavabdehlərə məxsus torpaq sahəsi) ilə xx.xx.2021-ci il tarixli **********39 və **********40 reyestr nömrəli çıxarışlara əsasən İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmə halı mövcud deyildir. Beləliklə, şikayətdə qeyd olunduğu kimi “işin gedişində” mütəxəssis rəyi dəyişdirilməmiş, həmin rəyin mətnində dürüstləşmə aparıldıqdan sonra iddiaçının mülkiyyətində olan torpaq sahələri ilə cavabdehlərin faktiki istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmə halları açıqlanır. Apellyasiya şikayətində cavabdehlərin dürüştləşmə işlərinə cəlb olunmaması göstərilmişdir. Nəzərə alınmalıdır ki, mübahisəli torpaq sahələrinə rəy verilməsi üçün texniki baxışda cavabdehlər, reyestr xidmətinin mühəndisi və iddiaçının nümayəndəsi iştirak etmişdir. Dürüştləşmə işləri reyestr xidmətinin mütəxəssislərinə aid olan bir proses olduğundan cavabdehlərin cəlb olunmaması qəbul ediləndir. Eyni zamanda diqqətə alınmalıdır ki, həmin torpaq sahələrinə cavabdehlərin heç bir hüququ yoxdur, onlar bu sahələri zəbt etmişdirlər. Apellyasiya şikayətində cavabdehlər tərəfindən mövcud sənədlərin sübut qismində məhkəməyə zamanında təqdim edilməsini məhkəmənin təmin etməli olduğu halda bunu etmədiyi, cavabdehlərin zəbt etdiyi torpaq sahələrinə dair çıxarışın və “plan, ölçü sənədinin” olması qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 154.1-ci maddəsinə əsasən, iddia icraatında cavabdeh iddiaya qarşı etirazını və mülahizələrini onlara əlavə olunmuş sənədlərlə birlikdə məhkəməyə təqdim edə bilər, iş materiallarından görünür ki, cavabdehlər bununla bağlı JN-1312 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktından başqa məhkəməyə heç bir sübut təqdim etməmişdirlər. İş üzrə olan mütəxəssis rəylərində də cavabdehlərin adına torpaq sahəsi barədə çıxarışın olmasına dair məlumat yoxdur. Apellyasiya şikayətində mübahisə predmeti olan torpaq sahələri ilə bağlı Sumqayıt İnzibati Məhkəməsində iddianın qaldırılması, iddianın təmin edilməsi, həmin prosesin gedişində Abşeron Rayon Məhkəməsinin bu barədə məlumatlandırılması, işin dayandırılması barədə qərardadın qəbul edilməsinin xahiş edilməsi göstərilmişdir. Bu sadalananlar həqiqəti əks etdirmir, şikayəti yazan şəxsin əsası olmayan istəklərindən başqa bir şey deyildir. Əgər Sumqayıt İnzibati Məhkəməsinin bu torpaq sahələri ilə bağlı qərarı olsa idi apellyasiya şikayətinə əlavə olunardı. Beləliklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abşeron Rayon Məhkəməsinin e-2(012)- 2562/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməyərək qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iş üzrə icraatın dayandırılmasını xahiş edir. Belə ki, təmsil etdiyi şəxs hüquqlarının dövlət reyestrində qeydə alındığını göstərməklə iş üzrə təyin edilmiş tikinti-texniki ekspertizanın vaxtilə vətəndaşa və onun ailə üzvlərinə məxsus olmuş JN-1312 (KOD ********) saylı Dövlət aktı əsasında aparılmasını qanunsuz hesab etməklə, torpaq sahəsinin dövlət aktının koordinatları üzrə təyin edilməsini mübahisələndirmişdir. 0,52 ha torpaq sahəsi Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli qərarı ilə cavabdehlərə və ailə üzvlərinə verilib. Sözügedən Dövlət aktı üzrə mövcud olmuş 0,52 ha torpaq sahəsi X13, X5, Cavabdeh1, Cavabdeh2 ilə X9 arasında xx.xx.2007-ci il tarixdə bağlanılmış 4Ə/06-994 reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında sonuncunun adına özgəninkiləşdirilmiş, buna dair X6 Çıxarış verilmişdir. Daha sonra X10 ilə X4 arasında bağlanılmış xx.xx.2008-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,5138 ha torpaq sahəsi sonuncunun xüsusi mülkiyyətinə keçmişdir. xx.xx.2010-cu il tarixli bağışlama müqaviləsinə əsasən X4 Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,5138 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini X2 bağışlamışdır. Hüseynzadə (Zaytseva) Valeriya Dmitriyevna (Satıcı) ilə Cavabdeh1 (alıcı) arasında bağlanılmış xx.xx.2013-cü il tarixli, AN-İ №0365028 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumi sahəsi 0,5138 ha torpaq sahəsindən 0,4538 ha hissəsini cavabdehin mülkiyyətinə vermişdir. Bundan sonra Cavabdeh1 reyestr nömrəsi **********11, qeydiyyat nömrəsi ********** olan Seria RX, 02883955 saylı dövlət reyestrindən Çıxarış verilmişdir. Birinci instansiya məhkəməsi Dövlət Aktı əsasında araşdırma aparıb. Cavabdeh1 bir neçə dəfə xüsusi mülkiyyətində olan torpaq sahəsini alğı-satqı müqavilə əsasında hissə-hissə olmaqla satmışdır. Ən son Cavabdeh1 ilə X21 ilə bağlanılmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 özünə məxsus 0,2982 ha torpaq sahəsindən 0,075 ha hissəsini V.Nəsibovun mülkiyyətinə vermişdir. Cavabdeh1 sözügedən torpaq sahəsindən yerdə qalan 0,2232 ha torpaq sahəsinə dair "Plan və ölçü˝ sənədinin verilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən imtina edilmişdir ki, torpaq sahəsinə dair mübahisə var. Bu səbəbdən araşdırma yeni sənədlər əsasında aparılmamış, dövlət aktı əsasında aparılmışdır. Bu səbəbdən həmin sənədin verilməsi öhdəliyinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmasına dair müvafiq iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli, 2- 1(118)-3866/2024 saylı Qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən 4 saylı Abşeron Ərazi İdarəsinin verdiyi apelyasiya şikayəti hazırda Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının icraatındadır. Mübahisəli torpaq sahəsinə dair Cavabdeh1 adına torpaq sahəsinin yerləşmə koordinatlarını özündə əks etdirən “Plan və ölçü sənədi” əsasında, yəni dəyişdirilmiş koordinatlar əsasında araşdırılma aparılması üçün ekspertiza təyin edilməlidir.

11. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3866/2024 saylı qərarının hazırki işə aidiyyəti yoxdur. Reyestr xidmətinin rəyində qeyd edilmişdir ki, dövlət aktındakı torpaq sahələri üst-üstə düşmür. Cavabdehlərlə görüşmüş, barışıq əldə edilməsini istəmişlər. Cavabdehlər özləri etiraf etmişlər ki, onların torpaq sahəsi aşağıda yerləşir. Mübahisəli 10 sot torpaq sahəsinin bir hissəsi həm Kərimin, həm də qardaşının torpaq sahəsində var. Torpaq sahələrinin aşağıda yerləşməsini Kərim özü etiraf edib. Birinci instansiya məhkəməsində sübutlar təqdim edilməli idi. Cavabdeh1 birinci instansiya məhkəməsində bir dəfə də olsun bildirməmişdir ki, torpaq sahəsinin hansısa hissəsini satmışdır. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlərdən Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

13. xx.xx.2021-ci il tarixli, **********39 reyestr nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0,10 ha torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır. Onun adına A 635026 saylı, xx.xx.2021-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.

14. xx.xx.2021-ci il tarixli, **********40 reyestr nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0,10 ha torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır. Onun adına A 635027 saylı, xx.xx.2021-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.

15. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan xx.xx.2021-ci il tarixli, **********40 və **********39 reyestr nömrəli torpaq sahələrinə Abşeron ravon Polis İdarəsinin Mehdiabad Polis bölməsinin polis sahə rəisinin iştirakı ilə texniki baxış keçirilmiş və məlumatlar idarənin elektron baza məlumatları araşdırılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, sənəd üzrə torpaq sahələri başqa şəxslər tərəfindən daş hasara alınaraq, orada fərdi yaşayış evlər inşa edilmişdir. Mehdiabad Poiis bölməsinin polis sahə rəisi Həsənov Məmmədxan tərəfindən həmin şəxslərin Cavabdeh1 (АА 06628ЭЗ) və Cavabdeh2 (AA 0510286) olduğu müəyyən edilmişdir. "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında'' Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu, o cümlədən Mehdiabad qəsəbəsində fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəkı torpaq sahələrinin faktiki koordinatları qeydiyyata alınmışdır. Hazırda əldə edilmiş məlumatların təhlili və sistemləşdirilməsi işləri aparılır. Torpaq sahələrinin qeydiyyata alınmış faktiki koordinatları əsasında aparılan təhlillər və sistemləşdirilmə işləri başa çatdırıldıqdan və elektron kadastr məlumat bazasında müvafiq düzəlişlər aparıldıqdan sonra torpaq sahələrinin hüquqi və texniki sənədlərdəkı məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması təmin ediləcəkdir.

16. JN-1312 saylı, 30800027 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Abşeron rayon AİK-nin xx.xx.1998-ci il tarixli, 21 saylı qərarına əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,52 ha torpaq sahəsi X13, X11, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə verilmişdir.

17. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 32/332/2-5225/24 nömrəli mütəxəssis rəyindən görünür ki, torpaq sahəsinə yerli baxış zamanı İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi qeydə alınmamışdır. Yerölçmə işlərinin aparılması Cavabdeh2 və Cavabdeh1 faktiki istifadələrində olan torpaq sahələrində aparılmışdır. xx.xx.2021-ci il tarixli **********39 və **********40 reyestr nömrəli çıxarışlara əsasən İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri sxemdə göstərilmişdir. **********39 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi (ümumi daş hasar daxilində) ilə üst-üstə düşən hissəsi 0.0423 ha təşkil edir və **********39 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh2 faktiki istifadəsində olan tikilinin 1 hissəsi üst-üstə düşür. **********40 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 0.015 ha təşkil edir. Lakin Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********39 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi Cavabdeh2 faktiki isitfadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********39 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi Cavabdeh2 faktiki isitfadəsində olan tikilinin bir hissəsi ilə üst-üstə düşür. **********40 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi (ümumi daş hasar daxilində) ilə üst-üstə düşən hissəsi 0.025 ha təşkil edir və **********40 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh1 faktiki istifadəsində olan ev tikilisi ilə üst-üstə düşmə halı mövcud deyildir, lakin köməkçi tikilinin tam hissəsi üst-üstə düşür. Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********40 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi Cavabdeh1 faktiki isitfadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********40 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi Cavabdeh1 faktiki isitfadəsində olan ev tikilisinin bir hissəsi ilə, köməkçi tikili ilə tam üst-üstə düşür. Elektron məlumat bazasına əsasən JN-1312 saylı dövlət aktının sənəd üzrə yerləşməsi sxemdə göstərilmişdir. Elektron məlumat bazasına əsasən JN-1312 saylı dövlət aktının sənəd üzrə yerləşməsi ilə xx.xx.2021-ci il tarixli **********39 və **********40 reyestr nömrəli çıxarışlara əsasən İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmə halı mövcud deyildir və sxemdə göstərilmişdir. xx.xx.2021-ci il tarixli **********39 və **********40 reyestr nömrəli çıxarışlara əsasən İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0.20 ha torpaq sahəsindən istifadə edilməsinə cavabdehlər tərəfindən hər hansı maneənin yaradılıb-yaradılmaması sualının cavablandırılması İdarənin səlahiyyətləri xaricindədir. Elektron məlumat bazasına əsasən cavabdeh faktiki istifadəsində olan Cavabdeh1 faktiki istifadəsində olan (ümumi daş hasar daxilində yerləşən torpaq sahəsi) **********60 (X18), **********29 (X16), **********84 (X16), **********76 (X12), **********19 (X7), **********44 (X7), Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış **********75 (X8), **********77 (X14), **********40 (İddiaçı) reyestr nömrəli torpaq sahələrinin sənəd üzrə yerləşmələri ilə üst-üstə düşür.

18. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/210/3334 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 32/332/2-5225/24 nömrəli mütəxəssis rəyinə əsasən, torpaq sahəsinə yerli baxış zamanı İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi qeydə alınmamışdır, yerölçmə işlərinin aparılması Cavabdeh2 və Cavabdeh1 faktiki istifadələrində olan torpaq sahələrində aparılmışdır. xx.xx.2021-ci il tarixli **********39 və **********40 reyestr nömrəli çıxarışlara əsasən İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri sxemdə göstərilmişdir. **********39 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi (ümumi daş hasar daxilində) ilə üst-üstə düşən hissəsi 0.0423 ha təşkil edir və **********39 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh2 faktiki istifadəsində olan tikilinin 1 hissəsi üst-üstə düşür. **********40 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 0.015 ha təşkil edir. Lakin Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********39 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi Cavabdeh2 faktiki isitfadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********39 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi Cavabdeh2 faktiki isitfadəsində olan tikilinin bir hissəsi ilə üst-üstə düşür. **********40 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi (ümumi daş hasar daxilində) ilə üst-üstə düşən hissəsi 0.025 ha təşkil edir və **********40 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh1 faktiki istifadəsində olan ev tikilisi ilə üst-üstə düşmə halı mövcud deyildir, lakin köməkçi tikilinin tam hissəsi üst-üstə düşür. Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********40 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi Cavabdeh1 faktiki isitfadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********40 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi Cavabdeh1 faktiki isitfadəsində olan ev tikilisinin bir hissəsi ilə, köməkçi tikili ilə tam üst-üstə düşür. Elektron məlumat bazasına əsasən JN-1312 saylı dövlət aktının sənəd üzrə yerləşməsi sxemdə göstərilmişdir. Elektron məlumat bazasına əsasən JN-1312 saylı dövlət aktının sənəd üzrə yerləşməsi ilə xx.xx.2021-ci il tarixli **********39 və **********40 reyestr nömrəli çıxarışlara əsasən İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmə halı mövcud deyildir və sxemdə göstərilmişdir. xx.xx.2021-ci il tarixli **********39 və **********40 reyestr nömrəli çıxarışlara əsasən İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0.20 ha torpaq sahəsindən istifadə edilməsinə cavabdehlər tərəfindən hər hansı maneənin yaradılıbyaradılmaması sualının cavablandırılması İdarənin səlahiyyətləri xaricindədir.

19. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********40 reyestr nömrəli torpaq sahəsinin Necas baza məlumatlarına əsasən yerləşməsi ilə digər şəxslərin sənəd üzrə mülkiyyətlərinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmə halları aradan qaldırılmışdır.

Tətbiq edilən hüquq 20.Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

23. Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

24. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2562/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2562/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, iş üzrə əldə edilmiş mütəxəssis və ekspert rəyləri ilə iddiaçıya məxsus torpaq sahələrinin koordinarları ilə cavabdehlərə məxsus olmuş, ilkin mülkiyyət sənədi hesab olunan JN-1312, 30800027 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan torpaq sahəsinin sənəd üzrə koordinatlarının ayrı olması və üst-üstə düşməməsi müəyyən edilir. Lakin, cavabdehlər sənəd üzrə torpaq sahəsinin tam koordinatları çərçivəsində deyil, həmin koordinatlardan fərqli sahədə faktiki olaraq istifadə etməkdədirlər. Həmçinin, yuxarıda istinad olunan mütəxəssis və ekspert rəyləri ilə Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının icrası ilə əlaqədar aparılmış dürüstləşmə işlərindən əvvəlki, o cümlədən dürüstləşmə işlərindən sonrakı vəziyyətə görə də **********39 və **********40 reyestr nömrəli çıxarışla iddiaçının mülkiyyətinə verilmiş torpaq sahələrinin müəyyən hissəsinin cavabdehlər tərəfindən istifadə edilməsi və həmin sahələrdə tikinti işləri aparmaları müəyyən edilir ki, bu fakt mütəxəssis rəyinə əlavə edilmiş cizgi-planda da təsvir edilmişdir. Buna görə də birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı hesab olunur.

27. Məhkəmə kollegiyası cavabdehlərin mütəxəssis rəyləri arasında ziddiyyətlərin olması ilə bağlı apellyasiya şikayətlərinin dəlilini də əsassız hesab etmişdir. Belə ki, iş materiallarında yalnız Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 32/332/2-5225/24 nömrəli mütəxəssis rəyi mövcud olmuşdur ki, həmin rəyin hansı rəylə ziddiyyət təşkil etməsini cavabdehlər əsaslandırmamışdır. Yəni, cavabdehlər qeyd olunan rəydən əlavə hansı rəyin mövcudluğunu və mövcud rəylər arasında ziddiyyətin nədən ibarət olmasını şikayətində qeyd edə bilməmişdir.

28. Məhkəmə kollegiyası cavabdehinın iddiaçı Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair mülkiyyət hüququna dair çıxarışın, plan və ölçüsü sənədinin verilməsi öhdəliyinin qoyulması tələbinə dair inzibati iş üzrə mübahisə həll edilənədək icraatın dayandırılması ilə bağlı vəsatətini də əsassız hesab etmişdir. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinin tələbinə əsasən iddiaçının mülkiyyət hüququna dair qeydinin qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. İddiaçının mülkiyyət hüququna dair qeydinin həqiqiliyi və tamamlığı, o cümlədən torpaq sahəsinin yerləşməsinə dair plan və ölçüsü sənədləri də həmin mübahisənin predmeti deyildir. Buna görə də məhkəmə kollegiyası vəsatəti əsassız hesab etmişdir.

29. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2562/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar