Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-611/2025 22.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-137/2025 nömrəli, 07 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddia tələbinin təmin edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə köçürülməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 01 may 2006-cı il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 18 fevral 2006-cı il təvəllüdlü X5 oğlu və 17 avqust 2007-ci il təvəllüdlü X2 anadan olmuşdur. Tərəflər ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuş, ailə faktiki olaraq dağılmışdır. Tərəflər boşanmaq qərarına gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4596/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri Səadət Sarayında xx.xx.2006-cı il tarixdə bağlanmış, 1084 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2006-cı il təvəllüdlü X5 oğlunun yetkinlik yaşına çatana qədər atası Cavabdeh yanında qalması, xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2006-cı il il təvəllüdlü X5 oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh verilməsi, xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalması, xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Tərəflər birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən 8 saylı mənzili əldə etmişlər. Həmin mənzil üzərində birgə nikah dövründə 07 aprel 2011-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilin hər birinin payı 1/2 hissə müəyyən edilməklə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-177/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilin əldə edilməsinə birgə gəlirlər hesabına görə ödənilmiş pul vəsaitinin 1/2 hissəsi, yəni 38620,81 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qət edərkən maddi hüquq normalarının tələblərini düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi İddiaçı mənzilə köçürülmə tələbini təmin edərkən, tərəflərinin nikahlarının pozulmasının və onların birgə yaşamasının mümkün olmadığını nəzərə almamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini iddiaçı mübahisəli mənzilin 1/2 hissəsinin mülkiyyətçisi olsa da, həmin mənzilin digər paylı mülkiyyətçisi olan cavabdehin hərəkəti nəticəsində öz mülkiyyətindən istədiyi kimi istifadə edə bilməməsi, bu da onun mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırılmasına əsas olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri Səadət Sarayında xx.xx.2006-cı il tarixdə bağlanmış, 1084 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-177/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddia tələbinin təmin edilməsi, Cavabdeh ilə İddiaçı birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilin üzərində hər birinin ½ hissədə paylarının müəyyən edilməsi, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli 194/ZBGF nömrəli kredit müqaviləsi üzrə 49000 (qırx doqquz min) manat öhdəliyin ½ hissəsinin İddiaçı aid edilməsi işin mübahisə olunmayan halıdır. Baxılan iş üzrə iddia tələbi mənzilə köçürülmə barədədir. İddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 152.1, 152.5, 153.4-cü maddələri nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 6.1.1. maddəsində mülki hüquq subyektlərinin bərabərliyi prinsipi müəyyən olunmuşdur. Bu prinsip baxımından bütün mülkiyyətçilərin hüquqları eyni səviyyədə müdafiə edilir. Mülki qanunvericilikdə müəyyən olunan hüquqlar, təminatlar və müdafiə vasitələri mülkiyyət hüququnun bütün subyektlərinə eyni tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan məhkəmə aktı ilə ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilin üzərində iddiaçı ilə cavabdehin hər birinin ½ hissədə payları müəyyən edildiyindən, iddiaçı həmin mənzilin ½ hissədə mülkiyyətçisi olaraq öz hüquqlarının reəlizə etməsinə cavabdeh tərəfindən maneə yaradılması öz təsdiqini tapdığından, iddiaçının həmin mənzilə köçürülməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvinə dair apellyasiya şikayətinin dəlilləri formal mülahizə kimi dəyərləndirilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-611/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-611/2025
22.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver