Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-617/2024 24.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, Ərizəçi Əliyeva (İlyasova) Elnurə Fazil qızının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinin maraqlı şəxs qismində cəlb etdiyi həyətyanı torpaq sahəsinin mülkiyyətdə olması faktının müəyyən edilməsi və tikiliyə mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-806/2011 nömrəli, 05 iyul 2011-ci il tarixli qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 05 iyul 2011-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Paşayev) ərizənin təmin edilməsi, mübahisəli 0,07 ha torpaq sahəsinin Ərizəçi mülkiyyətində olması faktı müəyyən edilərək, həmin torpaq sahəsinə və torpaq sahəsinin üzərində inşa edilən 2 mərtəbəli yaşayış evinə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı üzrə Ərizəçi mülkiyyət hüququnun tanınması və mülkiyyət hüquqlarının DƏDR-də qeydə alınması və adına vahid əmlak şəkildə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədinin verilməsi qət edilmişdir. Maraqlı şəxs2 qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Qanunun mənasına görə birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan işdə iştirak edən şəxslər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilərlər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. İşdən görünür ki, Maraqlı şəxs2 apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etmiş, lakin birinci instansiya məhkəməsi həmin qətnamənin onun maraqlarına toxunmasını, MPM-nin 364.2. maddəsinin tələblərinə uyğunluğunu müzakirə etmək əvəzinə Maraqlı şəxs2 tərəfindən 05 iyul 2011-ci il tarixli qətnamədən verilmiş apellyasiya şikayətinin verilməsi üçün müddət bərpa etməklə baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti MPM-nin 361ci maddəsinə uyğun olmadığından, Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6. maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, apellyasiya şikayətinin icraata qəbul edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2024-cü il tarixli qərardadı ləğv edilməli, Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalı və qətnamədən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 364.2, 361-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Xaçmaz Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 269, 364.2, 384.0.6-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Apellyasiya şikayətinin icraata qəbul edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2024-cü il tarixli qərardadı ləğv edilsin. Maraqlı şəxs2 tərəfindən Xaçmaz Rayon Məhkəməsinin 05 iyul 2011-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın və apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 364.2, 361-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-617/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-617/2024
24.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver