Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-618/2024 15.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) X10 Süleymanovanın sədrliyi və məruzəsi, X12 Məmmədov və X3 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(012)-4369/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona məxsus olan ünvan 3 üvanda yerləşən mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 rayonu, Südçülük Sovxozu ərazisində 0,12 ha torpaq sahəsinə dair 150 kv.m sahədə tikinti işlərini aparmağı və bu torpaq sahəsinin və tikilinin sənədləşməsi üçün dövlət orqanlarına müraciət etmək səlahiyyətini ona vermişdir. Aralarındakı qeyri-rəsmi alqı-satqı müqaviləsinə görə o, torpaq sahəsini və üzərindəki evi faktiki olaraq almış və kommunal müqavilələr onun adına rəsmiləşdirilmişdir. Həmin mənzilə köçmüş və orada yaşayır və mənzilin rəsmiləşdirilməsi üçün aidiyyəti orqanlara müraciətlər etmiş, yəni onun orada gözlənilən mülkiyyət hüququ var. Cavabdeh onun qızıdır. O, öz evini satıb cavabdehə mənzil almaq üçün vəsait vermişdir. Cavabdeh mənzil almamış, ya da satmışdır, amma indi də gəlib onun aldığı mənzilə girmişdir. Cavabdeh onu narahat edir, təhqir edir, bir sözlə normal yaşamağa imkan vermir. Cavabdeh onun iradəsinin əleyhinə olaraq ona məxsus mənzilə soxulub. Onun bu hərəkətləri qanunsuzdur və onun mənzildən istifadə hüquqlarını pozur. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. xx.xx.2022-ci il tarixli 178724 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 3 otaqlı həyət evi üçün 300 manat ödəniş etmişdir.
5. “Azəriqaz” İB ilə istehlakçı İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli, AKX-05046xx/xx-2022 saylı müqavilənin surətindən görünür ki, paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
6. “Mübariz” ofisdə İddiaçı ilə X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsindən görünür ki, İddiaçı Suraxanı rayonu, Hövsan Binə sütçülük (qeydiyyat ünvan: Xəzər rayonu, Binə qəsəbəsi) yerləşən mənzili xx.xx.2022-ci ildə 37500 (otuz yeddi min beş yüz) manata alqı-satqı etmişdir.
7. "xxxx" ASC ilə istehlakçı İddiaçı arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, bu Müqavilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82-№-li Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir.
8. X8 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Abşeron rayon, Hövsan südçülük sovxozu ərazisində yerləşən ona etibar edilmiş 0.015 ha torpaq sahəsini müqvafiq olaraq təyinatı üzrə istifadə edilməsi məqsədi ilə İddiaçı istifadəsinə vermişdir. Həmin torpaq sahəsinə və üzərindəki tikiliyə dair heç bir iddiası və tələbi olmayacaqdır. Adından müxtəlif orqanlara onu təmsil etmək üçün verdiyi baş etibarnaməni onu xəbərdar etmədən ləğv etməyəcəyini öhdəsinə götürür. Eyni zamanda o, həmin etibarnamə ilə yalnız ona verdiyi torpaq sahəsini özəlləşdirib öz adına keçirə bilər, başqa bir əmlaka iddia və tələbi olmayacaqdır. Hər hansı bir mübahisə yaranarsa şəxsən özü cavabdehlik daşıyacaqdır.
9. xx.xx.2022-ci il tarixli AR-İİ № 796298 nömrəli etibarnamədən görünür ki, X2 rayon, Hövsan südçülük sovxozu ərazisində istifadəsində olan 0.12 ha torpaq sahəsinə dair sənədlər toplamağı, 150 kv.m torpaq sahəsində tikinti işləri aparmağı, tikinti və torpaq sahəsini özəlləşdirməyi və.s hərəkətlər etməyi İddiaçı etibar etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
10. Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(012)- 4369/2023 nömrəli qətnaməsilə (hakim Habil Əhmədov) İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndi, İİ bəndi və 29-cu maddəsinin İİİ bəndi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1, 14.3, 146.1, 146.2, 178.1 və 180.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 124.2, 217.4, 218.3, 4, 7, 14, 36, 77, 88, 149, 150, 216-236-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
12. İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(012)-4369/2023 nömrəli qətnaməsin ləğv edilməsi və Cavabdeh ona məxsus mənzildən çıxarılması haqda iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin çıxarılması xahiş olunan ev dövlət qeydiyyatına alınmasa da iddiaçının mülkiyyətə gözlənilən hüququ var. Belə ki, “Mübariz” ofisdə İddiaçı ilə X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsindən görünür ki, İddiaçı Suraxanı rayonu, Hövsan Binə sütçülük (qeydiyyat ünvan: Xəzər rayonu, Binə qəsəbəsi) yerləşən mənzili xx.xx.2022-ci ildə 37500 (otuz yeddi min beş yüz) manata alqı-satqı etmişdir. "xxxx" ASC ilə istehlakçı İddiaçı arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, bu Müqavilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82-№-li Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. X8 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Abşeron rayon, Hövsan südçülük sovxozu ərazisində yerləşən ona etibar edilmiş 0.015 ha, torpaq sahəsini müvafiq olaraq təyinatı üzrə istifadə edilməsi məqsədi ilə İddiaçı istifadəsinə vermişdir. Həmin torpaq sahəsinə və üzərindəki tikiliyə dair heç bir iddiası və tələbi olmayacaqdır. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və ya onu pozma özbaşınalıq sayılır. Cavabdehin onun pulu ilə aldığı mənzilə soxulub onu döyərək oradan qovması özbaşınalıqdır. Lakin məhkəmə buna hüquqi qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
15. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
16. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
17. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Bu baxımdan və eləcə də mübahisənin predmeti bölünməz olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir.
22. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı onun istifadə və sahibliyində olan ünvan 3 üvanda yerləşən mənzilindən qızı - Cavabdehın çıxarılmasını xahiş etmişdir.
23. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir.
24. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüquqları rəsmi dövlət qeydiyyatına alınmamışdır. ünvan 3 ünvanının İddiaçı məxsus olmasına dair hər hansı bir hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim olunmamışdır. İddiaçının mənzilə dair mülkiyyət hüququ olmasa da, həmin mənzilə dair istifadə və sahiblik etdiyindən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından və tərəflərin izahatından görünür ki, cavabdeh iddiaçının qızıdır və iddiaçı kimi mübahisəli mənzildə yaşayır, başqa yaşamağa mənzili yoxdur. Məhkəmə qeyd etmişdir ki, hər iki tərəf mübahisəli mənzilə münasibətdə eyni statusa malikdirlər. Beləliklə, qanunun tələbini, tərəflərin mənzildən istifadə etməsində bərabər hüquqlara malik olmasını nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
25. Qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti vermişdir.
26. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır, şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
27. Kollegiya ilk növbədə qeyd edir ki, mübahisə predmeti olan daşınmaz əmlak özbaşına tikili olmaqla, mülkiyyətçisi olmayan şəxslə münasibətləri tənzimləyən norma mövcud deyildir.
28. Azərbaycan Respublikası Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
29. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun qərarların formalaşmış hüquqi mövqeyə görə də «hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur».
30. R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumu 30 noyabr 2018-ci il tarixli qərarında qeyd etmişdir ki, konstitusiya normasından irəli gələrək mənzil sahəsində yaranan münasibətlərin hüquqi tənzimlənməsi sahəvi (mənzil və mülki) qanunvericilikdə öz əksini tapmışdır.
31. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür.
32. İşin hallarından göründüyü kimi ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi özbaşına tikili olmaqla, hüquqmüəyyənedici sənədləri yoxdur, iddiaçının əmlak hüquqları qeydə alınmamışdır. Bununla yanaşı qeyd olunmalıdır ki, həmin yaşayış sahəsi iddiaçı tərəfindən əldə edilmişdir, sahibliyində və istifadəsindədir, aidiyyəti qurumlar tərəfindən müvafiq müqavilələr bağlanılmaqla yaşayış sahəsinə kommunal xidmətlər göstərilir. Müəyyən edildi ki, cavabdeh iddiaçının razılığı olmadan həmin evə köçərək orada yaşayır, bununla da iddiaçının yaşayış sahəsi üzərində sahiblik hüququnu pozur.
33. Həmçinin araşdırma zamanı müəyyən edildi ki, cavabdeh iddiaçının qızı olmaqla, tərəflər arasında münasibətlər gərgindir, cavabdeh bir müddət əvvələdək kirayədə yaşamış, daha sonra iddiaçının iradəsinə zidd olaraq bu yaşayış evinə köçmüşdür.
34. Kollegiya vurğulayır ki, mübahisə predmeti olan yaşayış evinin iddiaçı tərəfindən 2022-ci ildə əldə edilməsi, sonuncunun sahibliyində olması işin mübahisəsiz hallarıdır.
35. Mülki Məcəllənin 164, 165-ci maddələrinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası araşdırılan mübahisə üzrə iddiaçının tələbini əsaslı hesab edir.
36. X14 Məhkəməsinin bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, X15rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.
37. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(012)-4369/2023 nömrəli qətnaməsi ləğv olunmalı və iddia təmin edilməlidir.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(012)-4369/2023 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin olunsun. Cavabdeh Abşeron rayonu, Südçülük Sovxozu ərazisində yerləşən (ev 12, mənzil 7) İddiaçı məxsus yaşayış sahəsindən çıxarılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.