Məhkəmə qərarları › İş №2(105)-622/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-622/2021

09.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-622/2021 09.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçınun Cavabdeh qarşı yaşayış evindən çıxarılma və yaşayış evindən istifadə hüququna xitam verilməsi tələbinə dair dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1196/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 2(012)-1196/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, ev 605 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və cavabdehin həmin evə istifadə hüququna xitam verilməsi qət edilmişdir (hakim E.T.Məmmədov). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİ N H A L L A R İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun oğlu X2 ilə birgə nikahlarından dünyaya gələn azyaşlı uşaqları X3 ilə birlikdə mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvana cavabdehin pasport qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus olan Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, ev 605 ünvanında yaşayan Cavabdeh həmin yaşayış evindən çıxarılması və istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmıdır ki, Cavabdeh onun oğlu X2 ilə xx xxxxxx 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, ailə qurduqdan sonra kirayə evə köçmüşlər. Daha sonra aylıq kirayə haqqını ödəyə bilmədiyi üçün oğlu öz arvadını, yəni iddiaçının ona məxsus olan Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, ev 605 ünvanına gətirmişdir. Başqa yaşayış yerləri olmadığı üçün o, oğlunun və cavabdehin müvəqqəti olaraq onun evində yaşamasına etiraz etməmişdir. Cavabdeh həmin ünvanda faktiki olaraq yaşadığı üçün həmin ünvan üzrə pasport qeydiyyatına alınmışdır. Lakin cavabdehin həmin evdən istifadə hüququnun yaranması üçün onunla cavabdeh arasında notarial qaydada razılaşma olmamışdır. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-444/2020 saylı qətnaməsi ilə Cavabdeh ilə X2 arasındakı nikah pozulmuşdur. Cavabdehin həmin evdən istifadə hüququ olmadığına görə onun razılığı olmadan həmin evdə yaşaması qanunsuzdur. O, cavabdehdən evi tərk etməsini və özünə məxsus olan əşyaları evdən çıxarmasını tələb etsə də cavabdeh onun bu tələbini yerinə yetirməmişdir və hazırda da onun evində yaşamağa davam edir. Bu isə mülkiyyətçi kimi onun hüquqlarının pozulması deməkdir. Cavabdehin onun mülkiyyətində olan evdəki pasport qeydiyyatı isə formal xarakter daşıyır və istifadə hüququ olmadığına görə mənzildən çıxarılmaqla birlikdə pasport qeydiyyatı da ləğv olunmalıdır. Bunlara əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Şİ K A Y Ə T İ N İ N DƏ L İ L L Ə R İ və P R O S E S İŞ T İ R A K Ç İ L A R İ N İ N İ Z A H A T L A R İ Məhkəmə kollegiyasinın iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, məhkəmə iclasında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı ilə onun arasında heç bir problem yoxdur. Hazırda mübahisə predmeti olan evdə yaşayır və getməyə başqa yeri yoxdur. İddiaçı onun keçmiş həyat yoldaşının anasıdır. Keçmiş həyat yoldaşı qumar aludəçisidir və onun bütün cehiz əmlaklarını satmışdır. İddiaçı oğlunun onun haqqında dediyi şər-böhtanlara inanır. Azyaşlı uşağı var və kirayə evə çıxmaq üçün maddi imkanı yoxdur. X2 ilə 2010-cu il tarixdə rəsmi nikaha daxıl olmuş və Xətai rayonu, Köhnə Günəşli, İnqilab İsmayılov GÖ ünvanına gəlin köçmüş, 2-3 il kirayədə yaşadıqdan sonra Xəzər rayonuna köçmüşlər. Bir sözlə 2018-ci ilədək Bakının müxtəlif rayonlarında yerləşən evlərdə kirayə qalmışdır. Tez-tez ev dəyişdirməklərinin səbəbi isə keçmiş həyat yoldaşının qumar borcu olması səbəbi ilə kirayə haqqını ödəyə bilməməyi olmuşdur. Ailəsi o, evlənəndə ona 20000 manat dəyərində cehiz əşyaları vermişdir və keçmiş həyat yoldaşı X2 qumar borcuna görə bütün cehiz əşyalarını satmışdır. Hazırda qeydiyyatda olduğu və 2018-ci ildən bəri yaşadığı evdən başqa getməyə yeri yoxdur. Tək gedə bilərdi, lakin uşağı ilə ata evinə qayıda bilməz. Ata evində anası, qardaşı, qardaşının həyat yoldaşı, uşaqları qalırlar. İddiaçının isə 5 evi vardır. Onun isə qalmağa hər hansı evi və ya kirayə tutmağa maddi imkanı yoxdur. Lakin bütün bunları məhkəmə nəzərə almayaraq onun evdən çıxarılması üçün qətnamə çıxarmışdır. Bu ədalətsiz qətnamədir. Axı uşaqlar onların gələcəyidir və onların normal ailədə yaşaması və ən əsas da yaxşı şəraitdə yaşamasına şəraitin yaradılması hər birinin ilk öncə vətəndaşlıq borcudur. Həmin ailəyə gəlin olaraq getmiş və həmin qeydiyyatda olduğu evdə yaşayıb və həmin evdən istifadə etmişdir. Evin mülkiyyətçisi isə keçmiş qaynanası olsa da, övladının doğma nənəsidir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-1196/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, cavabdeh onun oğlu X2 ilə xx xxxxxx 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Ailə qurduqdan sonra kirayə evə köçmüşdülər. Daha sonra aylıq kirayə haqqını ödəyə bilmədiyi üçün oğlu öz arvadını ona məxsus olan Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, ev 605 ünvanına gətirmişdir. Başqa yaşayış yerləri olmadığı üçün oğlunun və cavabdehin müvəqqəti olaraq evində yaşamasına etiraz etməmişdir. Cavabdeh həmin ünvanda faktiki olaraq yaşadığı üçün həmin ünvan üzrə pasport qeydiyyatına alınmışdır. Lakin cavabdehin həmin evdən istifadə hüququnun yaranması üçün onunla cavabdeh arasında notarial qaydada razılaşma olmamışdır. Cavabdeh Abşeron Rayon Məhkəməsinə müraciət edərək X2 ilə aralarındakı nikahın pozulmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-444/2020 saylı qətnaməsi ilə Cavabdeh ilə X2 arasındakı nikah pozulmuşdur. Cavabdehin həmin evdən istifadə hüququ olmadığına görə onun razılığı olmadan həmin evdə yaşaması qanunsuzdur. Cavabdehdən evi tərk etməsini və özünə məxsus olan əşyaları evdən çıxarmasını tələb etsə də cavabdeh bu tələbini yerinə yetirməmişdir və hazırda da onun evində yaşamağa davam edir. Bu isə mülkiyyətçi kimi hüquqlarının pozulması deməkdir. Cavabdehin onun mülkiyyətində olan evdəki pasport qeydiyyatı isə formal xarakter daşıyır və istifadə hüququ olmadığına görə mənzildən çıxarılmaqla birlikdə pasport qeydiyyatı da ləğv olunmalıdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətini təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)- 1196/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçı və cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan AN-İ № ******* saylı, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X4 ilə alıcı İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən satıcı, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, ev 605 ünvanında yerləşən fərdi yaşayış evini 17000 manat qiymətinə alıcıya satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, ev 605 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron RPŞ QvŞV bölməsi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli, ******* saylı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, ev 605 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh, X3 qeydiyyatdadırlar. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)444/2020 saylı qətnaməsindən görünür ki, X2 ilə Cavabdeh arasında xx xxxxxx 2010-cu il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması qət edilmişdir. Müəyyən edilmişdir ki, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, ev 605 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı AN-İ № ******* saylı, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə əldə etmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışı ilə öz adına qeydiyyata almışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-444/2020 saylı qətnaməsindən görünür ki, X2 ilə Cavabdeh arasında xx xxxxxx 2010-cu il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Abşeron RPŞ QvŞV bölməsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından görünür ki, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, ev 605 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh, X3 qeydiyyatdadırlar. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı göstərilən mənzillə bağlı sərbəst sərəncam və mülkiyyət hüquqlarını təmin olunması üçün cavabdehin yaşayış sahəsi üzrə istifadə hüququna xitam verilməklə həmin yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cu maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İş materiallarından müəyyən olunur ki, cavabdeh iddiaçının ailə üzvü eyil, hər hansı bir qohumluq münasibəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsə də bunu əsaslandırmamış, hər hansı bir mötəbər sübut təqdim etməmişir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan, mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1196/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar