Məhkəmə qərarları › İş №2(105)-627/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-627/2021

15.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-627/2021 15.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi və vəkili: X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx xxxxxxxx 2017-ci il tarixli Seriya RX-1136142 və xx xxxxxxxx 2018-ci il tarixli Seriya RX1324484 saylı Çıxarışların qismən etibarsız sayılaraq reyestrdən çıxarılması, 0.31 ha torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsinə dair tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili A.T.Ağakərimov tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.V.Kazımov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx xxxxxxxx 2017-ci il tarixli Seriya RX-1136142 və xx xxxxxxxx 2018-ci il tarixli Seriya RX1324484 saylı Çıxarışların qismən etibarsız sayılaraq reyestrdən çıxarılması, 0.31 ha torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsinə dair iddiasının rədd edilməsi, iş üzrə 110 (bir yüz on) manat təşkil edən ekspertiza xərclərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq 50 (əlli) manatın Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, HesabAZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına və 60 (altmış) manat isə Kapital Bankın 1 saylı Xətai Filialı, Kod:200071 VÖEN (BANK) **********, Müxbir hesab: AZ37NABZ0135001**********1944, SWİFT: ALİİBAZ2X, Kadastr və Yerquruluğu Lahiyə-Təhqiqaq Mərkəzi MMC-VÖEN **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx xxxxxxxx 2017-ci il tarixli Seriya RX-1136142 və xx xxxxxxxx 2018-ci il tarixli Seriya RX1324484 saylı Çıxarışların qismən etibarsız sayılaraq reyestrdən çıxarılması, 0.31 ha torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsinə dair iddia ərzisəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 adına verilmiş Seriya RX-1136142 saylı və Cavabdeh1 adına verilmiş Seriya RX-1324484 saylı Çıxarışların qismən 0.31 ha hissəsində etibarsız sayılaraq reyestrdən çıxarılmasına, 0.31 ha torpaq sahəsi üzərində İddiaçı sahiblik və istifadə hüququnun bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayon X6 xx xxxx 1998-ci il tarixli 5/2 saylı qərarı ilə Qusar rayonunun Çiləgir kənd sakinləri Güləliyev Azad Qubaşah oğlunun, X2, X5, X7 və X1 mülkiyyətinə 2.57 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, torpaq sahəsi üzərində hüquqları KOD 30121028 JN-227 saylı Dövlət Aktı ilə rəsmiləşdirilmiş, Dövlət Aktı xx xxxx 2000-ci il tarixdə 227 nömrə ilə qeydiyyata alınmışdır. xx xxxxxx 2005-ci il tarixdə KOD 30121028 JN-227 saylı Dövlət Aktında planşet mülk nömrəsi 227 ilə nömrələnmiş 3139.02 kv/metr ölçüdə pay torpaq sahəsi mülkiyyətçilər Güləliyevlər tərəfindən 45000000 (qırx beş milyon) manata ona satılmış, alqı-satqı müqaviləsi xx xxxxxx 2005-ci il tarixdə reyestrdə 4Ə-1-06 nömrə ilə qeydə alınmışdır. xx xxxxxx 2005-ci il tarixdə təsdiqlənmiş alqı-satqı müqaviləsinə görə satın alınmış 0.31 hektar pay torpaq sahəsi üzərində o, sahiblik və istifadə hüququna malikdir, həmin tarixdən torpaq sahəsi onun istifadəsində olmuşdur. O, xx xxxxxxx 2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək satın alınmış 0.31 hektar torpaq sahəsinə mülkiyyət hüququnun Dövlət Qeydiyyatına alınmasını xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X17 xx xxxxxx 2018-ci il tarixli **********83 saylı cavab məktubu ilə 0.31 hektar torpaq sahəsinin 5 saylı X11 elektron məlumat bazasında olan torpaq sahəsi ilə kəsişdiyi üçün ərizənin icrasından imtina etmişdir. Sonradan vəkil sorğusu əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin 5 saylı X17 tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli **********54 saylı cavab məktubu ilə, onun Qusar rayon Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx xxxxxx 2005-ci il tarixli 4Ə-1-06 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 0.31 hektar torpaq sahəsinin, Cavabdeh1 adına olan Qusar rayonu, Çiləgir kəndində yerləşən 0.44 hektar torpaq sahəsinə dövlət reyestrindən verilmiş **********91 reyestr nömrəli Çıxarışla kəsişdiyi bildirilmişdir. Sonradan məlum olmuşdur ki, Cavabdeh2 Qusar rayonunun Çiləgir kəndində ona məxsus 0.31 hektar torpaq sahəsi də daxil olmaqla 0.44 hektar torpaq sahəsini əldə etmiş, həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx xxxxxxxx 2017-ci il tarixdə verilmiş Seriya RX ******* saylı, Reyestr nömrəsi **********91 olan Çıxarışla rəsmiləşdirilmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə Cavabdeh2 0.44 hektar torpaq sahəsini AN-İ ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən Cavabdeh1 satmış və sonuncunun mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx xxxxxxxx 2018-ci il tarixdə verilmiş Seriya RX-1324484 saylı Reyestr nömrəsi **********91 olan Çıxarışla rəsmiləşdirilmişdir. 2005-ci ildə satın alınmış 0.31 hektar pay torpaq sahəsinin KOD 30121028 JN-227 saylı Dövlət Aktı üzrə mülkiyyətçisi A.Q.Güləliyev bildirmişdir ki, 0.31 hektar torpaq sahəsini yalnız ona satmış, digər hər hansı bir şəxsə satmamış, qeyd olunan 0.31 hektar torpaq sahəsinin Cavabdeh2 adına rəsmiləşdirilməsi barəsində hər hansı bir məlumatı yoxdur. Bundan əlavə iddia ərizəsinin predmetində Cavabdeh2 adına verilmiş RX-1136142 saylı Çıxarışın tarixi xx xxxxxxxx 2017-ci il əvəzinə mexaniki olaraq səhvən xx xxxxxxxx 2007-ci il göstərilmişdir. Qətnamə çıxarılarkən bunun nəzərə alınmasını və cavabdehlər Cavabdeh2 adına verilmiş xx xxxxxxxx 2017-ci il tarixli Seriya RX-1136142 saylı və Cavabdeh1 adına verilmiş xx xxxxxxxx 2018-ci il tarixli Seriya RX-1324484 saylı Çıxarışların qismən 0.31 ha hissəsində etibarsız sayılaraq reyestrdən çıxarılmasına, 0.31 ha torpaq sahəsi üzərində onun sahiblik və istifadə hüququnun bərpa edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi A.T.Ağakərimov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual qanunvericiliyə zidd olaraq çıxarılmışdır. Məhkəmə ekspertizası ilə bağlı verilmiş xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, cavabdehlərə məxsus olan 0.44 ha torpaq sahəsi ilə iddiaçıya məxsus 0.31 ha torpaq sahəsinin koordinatların üst-üstə düşüb-düşmədiyini müəyyənləşdirmək mümkün deyildir. Buna səbəb cavabdehlərə məxsus 0.44 ha torpaq sahəsinin koordinatları ilə natura arasında şimal-qərb istiqamətində 24 metr, cənub-qərb istiqamətində 16 metr olmaqla kəskin uygunsuzluguna olmasıdır. Məhkəmə ilkin olaraq hər iki torpaq sahələri ilə bağlı baza sənədlərini araşdırmalı olduğu halda bunu etməmişdir. İddiaçıya məxsus 0.31 ha torpaq sahəsinin baza sənədləri xx xxxx 1998-ci il tarixdə aid olsa da, cavabdehə məxsus 0.44 ha torpaq sahəsi ilə bağlı baza sənədləri xx xxxxxxxx 2017-ci ilə aiddir. Bu hala birinci instansiya məhkəməsi ümumiyyətlə toxanmamışdır. Məhkəmə işdə olan sənədləri qiymət verilməmişdir. Hazırkı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus torpaq sahəsi ilə cavabdehə məxsus torpaq sahəsinin sərhədləri üst-üstə düşür. Məhkəmə tərəfindən ekspert qarşısında düzgün suallar qoyulmamışdır. Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(029)- 69/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi A.T.Ağakərimov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxs Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı X11 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini, tərəfin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi A.Ağakərimovun apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2 adına verilmiş RX 11361142 saylı və Cavabdeh1 adına verilmiş RX-1324484 saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ların qismən 0,31 ha hissəsində etibarsız sayılmas barədə qətnamə çıxarılmasını xahiş etmiş və birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılaraq iddia tələbini rədd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunverciliyin tətbiqində səhvə yol vermiş, məhkəmə aidiyyət qaydalarını pozmaqla səlahiyyətinə aid olmayan iddia tələbinə baxaraq yekun məhkəmə aktı qəbul etmişdir. İş materiallarında olan JN-2xx xxx 30121028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon X6 xx xxxx 1998-ci il tarixli 5/2 saylı qərarı ilə A.Q.Güləliyevin, S.Ə.Güləliyevanın, Ş.A.Güləliyevanın, T.A.Güləliyevin və G.A.Güləliyevanın mülkiyyətlərinə Qusar rayonu, Çiləgir kəndi ərazisindən 2.57 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qusar rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx xxxxxx 2005-ci il tarixli 4Ə-1-06 reyestr nömrəli Müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Qusar rayonu, Çiləgir kəndində yaşayan A.Q.Güləliyev Qusar rayon torpaq şöbəsindən verilmiş xx xxxx 2000-ci il tarixli JN-2xx xxx 30121028 saylı Dövlət Aktına əsasən ona məxsus olan Qusar rayonu Çiləgir kənd zonasında yerləşən 0.31 hektar torpaq sahəsini 45000000 (qırx beş milyon) manata Qusar şəhəri, Ş.Həsrətov küçəsi, ev 43-də yaşayan İddiaçı satmışdır. İş materiallarına əlavə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən İddiaçı nümayəndəsi Rusiya Federasiyasının vətəndaşı, müvəqqəti ünvan 1 yaşayan X8 ünvanlanmış xx xxxxxx 2017-ci il tarixli, 05/01-14-126/13 nömrəli cavab məktubundan görünür ki, Qusar rayon Dövlət Notariat Kontorunda xx xxxxxx 2004-cü il tarixdə 4Ə-1-15, xx xxxxxx 2005-ci il tarixdə 4Ə-İ-06, xx xxxx 2005-ci il tarixdə 4Ə-1-138, 4Ə-1-139, xx xxxxxx 2005-ci il tarixdə 4Ə-2-326 və 4Ə-3-327 reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələrin dəyişdirilməsi və ya ləğv edilməsi yoxlanıldıqdan sonra dublikatlarının verilməsi barədə Dövlət Notariat arxivinə daxil olmuş müraciətə baxılaraq bildirilmişdir ki, qeyd olunan müqavilələrin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı X17 tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsi E.H.Heybətova ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli **********83 nömrəli cavab məktubundan görünür ki, təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar ərizəyə əlavə edilmiş Qusar rayon notariat kontoru tərəfindən təsdiq edilmiş xx xxxxxx 2005-ci il tarixli 4Ə-İ-06 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş 0.31 hektar torpaq sahəsi 5 saylı X11 elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin dövlət reyestrindən çıxarışla mülkiyyətində olan torpaq sahəsi ilə kəsişir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-ti tərəfindən verilmiş Seriya RX ******* nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu, Çiləgir kəndi ərazisində yerləşən **********91 reyestr nömrəli 0.44 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olmuşdur. İşdə olan AN-İ ******* nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı- Satqı Müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 tam mülkiyyət hüququ üzrə özünə məxsus olan Qusar rayonu, Çiləgir kəndi ərazisində yerləşən 0.44 hektar torpaq sahəsini 3000 (üç min) manata Cavabdeh1 satmışdır. İşə əlavə olan Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-ti tərəfindən verilmiş Seriya RX ******* nömrəli hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu, Çiləgir kəndində yerləşən **********91 reyestr nömrəli 0.44 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur. İşdə olan Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin 5 saylı X17 tərəfindən ünvanlanmış xx xxxx 2019-cu il tarixli **********54 nömrəli cavab məktubundan görünür ki, İddiaçı Qusar rayon Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx xxxxxx 2005ci il tarixli, 4Ə-1-06 nömrəli alqı-satqı müqaviləsinə əsasən 0.31 hektar torpaq sahəsi Cavabdeh1 adına olan Qusar rayonu, Çiləgir kəndində yerləşən 0.44 hektar torpaq sahəsinə dövlət reyestrindən verilmiş **********91 reyestr nömrəli Çıxarışla kəsişir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxx” MMC X12 İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli C-186 nömrəli Mütəxəssis rəyindən görünür ki, Qusar rayonu, Çiləgir kəndində yerləşən Seriya RX ******* saylı Çıxarışa və torpaq sahəsinin plan və ölçüsünə əsasən Cavabdeh2 tərəfindən Cavabdeh1 satılmış Seriya RX-1324484 saylı **********91 reyestr nömrəli Çıxarışda göstərilən 0.44 hektar torpaq sahəsinin koordinatları ilə natura arasında kəskin uyğunsuzluq vardır. (şimal-qərb istiqamətində 24 metr, cənub qərb istiqamətində 16 metr). Bu səbəbdən qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 10/1815 nömrəli ekspert rəyindən görünür ki, Qusar rayonu, Çiləgir kəndində yerləşən, Seriya RX ******* saylı Çıxarışa və Torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh2 tərəfindən Cavabdeh1 satılmış Seriya RX ******* saylı, **********91 reyestr nömrəli Çıxarışda göstərilən 0.44 hektar torpaq sahəsinin koordinatları ilə natura arasında şimal-qərb istiqamətində 24 metr, cənub-qərb istiqamətində 16 metr olmaqla kəskin uyğunsuzluq olduğundan həmin torpaq sahəsinin JN-227 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən A.Q.Güləliyev tərəfindən İddiaçı satılmış 0.31 hektar torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyənləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2-ci maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul dilmişdirsə, Mülki Prosesual Məcəllənin 261.0. 261.0.1-ci madələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməli və iddiaçıya həmin tələblə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0, 261.0.1, 263- 264, 365, 384.0.4, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçının nümayəndəsi X3 apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli 2(029)-69/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx xxxxxxxx 2017-ci il tarixli Seriya RX-1136142 və xx xxxxxxxx 2018-ci il tarixli Seriya RX1324484 saylı Çıxarışların qismən etibarsız sayılaraq reyestrdən çıxarılması, 0.31 ha torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsinə dair iddia üzrə icraata xitam verilsin. İddiaçıya həmin tələblə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar