Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-630/2025 23.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Abdullayeva (Sahibova) Gülşən Şahin qızına qarşı mülki iş üzrə (Açar sözlər: yaşayış hüququna xitam vermə və mənzildən çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1, cavabdeh Abdullayeva (Sahibova) Gülşən Şahin qızının iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-517/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Abdullayeva (Sahibova) Gülşən Şahin qızına qarşı yaşayış hüququna xitam vermə və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 10/8-də yerləşən 41 saylı mənzilə yaşayış hüququna xitam verilməsi və onun uşaqları xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü Sahibova Leyla Rəhman qızı ilə birlikdə həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 8/10, mənzil 41-də yerləşməklə mənzilin keçmiş sahibi olmuş atası X2 ilə onun arasında xx.xx.2022-ci ildə Sumqayıt şəhər 1 saylı Asan Xidmət Mərkəzində bağlanmış bağışlama müqaviləsinə əsasən mülkiyyət hüququ əsasında onun adına qeydə alımışdır. Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Belə ki, onlar 2014-cü ildə ailə həyatı qurmuş və birgə nikahdan onların xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2019cu il təvəllüdlü Sahibova Leyla Rəhman qızı adında 2 övladları anadan olmuşdur. Aralarında münasibətlər pozulmuş və Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)926/2024 saylı qətnaməsinə əsasən nikahları ləğv edilmiş, birgə nikahdan olan uşaqlar iddiaçının himayəsinə verilmiş və ondan uşaqların saxlanılmaları üçün aliment tutulmuşdur. Cavabdehin bu mənzilə istifadə hüququ olmamış və o bu mənzilə gəlin gələn ərəfədə mənzil onun atasının mülkiyyətində olmuşdur. Yalnız 2022-ci ildə atası mənzili ona hədiyyə etmiş, yəni mənzil onun adına olsa da onun bu mənzili pay hüququ da yoxdur. Hətta əgər cavabdeh mənzil adına rəsmiləşdirilən zaman onun ailə üzvü olsa belə onlar artıq boşanmış və onun mənzilə olan hüququna da ailə münasibətlərinə xitam verildiyi vaxtdan xitam verilmiş hesab olunur. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Lakin cavabdehin bu mənzildə yaşamaqda davam etməsi onun mülkiyyət hüquqlarını kobud surətdə pozur, mənzili könüllü olaraq tərk etmək istəmir. Cavabdehin mənzildə yaşaması onun Konstitusiyasının 13, 29-cu maddələrində nəzərdə tutulan mülkiyyət hüquqlarını pozulur. Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən hər bir mülkiyyətçinin öz əmlakından istifadə etmək, onun üzərində sahiblik və sərəncam hüququ vardır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 3.Cavabdeh Abdullayeva (Sahibova) Gülşən Şahin qızı məhkəməyə iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı ilə 2014-cü ildə ailə həyatı qurmuş və birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü Sahbova Leyla Rəhman qızı adlı övladları var. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-926/2024 saylı qətnaməsinə əsasən nikahları pozulmuş, birgə nikahlarından olan övladları onun himayəsinə verilmiş və İddiaçı uşaqların saxlanması üçün aliment tutulması qət edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Lakin İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin həmin yuxarıda qeyd edilən cümlələrdən sonra redaksiyası aşağıdakı məzmundadır: “Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin kcçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istiladə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Onun hal hazırda himayəsində iki azyaşlı uşağı var. Hal-hazırda iki yetkinlik yaşına çatmayan uşağı olduğu üçün heç bir yerdə işləyə bilmir. Başqa heç bir yerdə yaşayış sahəsinə malik deyil. O, özü və iddiaçıdan birgə nikahdan olan uşaqları ilə xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü Sahibova Leyla Rəhman qızı ilə harada yaşasınlar? Belə ki, X4 Rəhman qızı qüsurlu uşaqdır, ona tibbi xidmətinə görə müəyyən maliyyə məsrəfləri tələb edir. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini və xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü Sahibova Leyla Rəhman qızı ilə birlikdə Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 8/10, 41 saylı mənzilə 10 il müddətinə yaşayış sahəsinə istifadə hüququnun saxlanılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-517/2025 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia qismən təmin edilmiş, cavabdeh Abdullayeva (Sahibova) Gülşən Şahin qızının uşaqları xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü Sahibova Leyla Rəhman qızı ilə birlikdə Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 10/8-də yerləşən 41 saylı mənzildən 3 (üç) il müddətinə istifadə hüququ saxlanılmaqla həmin mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, İddiaçı ilə cavabdeh Abdullayeva (Sahibova) Gülşən Şahin qızı 2014-cü ildə nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş, tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü Malik və xx.xx.2019-cu il təvəllüdlü Leyla adlı uşaqları doğulmuşdur, hazırda cavabdeh həmin uşaqlarla birlikdə Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 10/8-də yerləşən 41 saylı mənzildə yaşayır. Həmin mənzil 2022-ci il tarixdə iddiaçıya atası tərəfindən bağışlanılmışdır. Tərəflər arasında nikah xx.xx.2024-cü il tarixdə məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Hal-hazırda İddiaçı cavabdeh Abdullayeva (Sahibova) Gülşən Şahin qızının həmin mənzilindən istifadə hüququna xitam verilməsini və uşaqları ilə birlikdə mənzildən çıxarılmasını xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etmir və mübahisəli mənzildən 10 il müddətinə istifadə hüququnun saxlanılmasını xahiş edir. Yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Cavabdeh himayəsində iki azyaşlı uşağı olan tək qadın olmaqla Sumqayıt şəhərində başqa yaşayış yeri olmadığını, hər iki valideyninin Füzuli rayonunda yaşadığını, uşaqlarından birinin “Sinir sisteminin digər rubriklarda təsnif olunmayan başqa pozğunluqları” və digər xəstəliklərdən əziyyət çəkdiyini, hazırda işləmədiyini, maddi imkanının özünü və uşaqlarını başqa yaşayış yeri ilə təmin etməyə imkan vermədiyini nəzərə alaraq hesab edir ki, cavabdeh Abdullayeva (Sahibova) Gülşən Şahin qızının mənzildən istifadə hüququ 3 il müddətinə saxlanılmalıdır.
6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-517/2025 nömrəli qətnaməsinin dəyişdirilməklə iddia tələbinin tam həcmdə təmin edilməsi və cavabdeh Abdullayeva (Sahibova) Gülşən Şahin qızının uşaqları xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü Sahibova Leyla Rəhman qızı ilə birlikdə Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 10/8-də yerləşən 41 saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi norma kimi Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad etmişdir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olubolmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür. Bu normaya istinad edən məhkəmə iddiaçı ilə cavabdehin ailə münasibətlərinə xitam verildiyindən cavabdehin iddiaçıya məxsus mənzildən istifadə hüququnun saxlanılmaması və uşaqları ilə birlikdə həmin mənzildən çıxarılmalı olması qənaətinə gəlsə də cavabdehin himayəsində iki azyaşlı uşağın olmasını, Sumqayıt şəhərində başqa yaşayış yeri olmadığını, hər iki valideyninin Füzuli rayonunda yaşadığını, uşaqlarından birinin “Sinir sisteminin digər rubriklarda təsnif olunmayan başqa pozğunluqları” və digər xəstəliklərdən əziyyət çəkdiyini, hazırda işləmədiyini və s. halları nəzərə alaraq cavabdeh Abdullayeva (Sahibova) Gülşən Şahin qızının iddiaçı cavabdeh İddiaçı məxsus Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 10/8-də yerləşən 41 saylı mənzildən istifadə hüququnun 3 il müddətinə saxlanılması qənaətinə gəlmişdir. Məhkəmənin cavabdehin qeyd olunan müddətdə mübahisəli mənzildə yaşaması ilə bağlı müddətə toxunarkən bildirmək istəyir ki, artıq 2 ilə yaxındır ki, öz mülkündən məhrumdur, cavabdeh həmin mənzilə gəlin gələrkən mənzil atasının mülkiyyətində olmuş, yalnız 2022-ci ildə atası bu mənzili ona hədiyyə etmişdir. Bundan başqa qeyd olunan mənzildə olan bütün əmlaklar ona məxsusdur və cavabdeh onun bu mənzildə yaşamasına imkan verməyərək onunla mübahisə etmiş, birgə yaşayış qaydalarını pozmuş, onu dəfələrlə təhqir etmiş, hətta evdə olan əmlaklara da zərər yetirmişdir. Cavabdeh özünü mənzilin tam səlahiyyətli sahini kimi hesab edərək hətta mənzilin şüşələrini sındırmış və evdə olan avadanlıqları da pis hala salmışdır. Bundan başqa mənzil kirayə və kommunal xidmət haqlarını da ödəmir və nəticədə mülkiyyətçi olan iddiaçı nəinki öz mənzilindən məhrum olmuş, bundan başqa bir sıra əlavə problemlərlə qarşılaşmışdır. Cavabdeh həmin evə iddiaçının razılığı olmadın kənar şəxsləri-yaxın,uzaq qohumlarını, tanışlarını buraxır və bu da iddiaçıya ağır təsir edir. Onu da qeyd edir ki, tərəftlərin 2022-ci ilin may ayından boşandıqlarını nəzərə aldıqda artıq 1 ildir ki, cavabdeh bu mənzildə sərbəst yaşayır və məhkəmə uşağın birinin xəstə olmasını və digər halları nəzərə almaqla cavabdehə 1 il vaxt verə bilərdi. Lakin məhkəmənin əlavə 3 il müddət təyin etməsi iddiaçının mənzil və mülkiyyət hüquqlarının pozulmasına xidmət edir. Bundan başqa cavabdehin həmin mənzili korlaması, pəncərələrini sındırması, əmlakları məhv edərək yararsız hala salması, kommunal xidmətlərə görə borcları ödəməməsi də iddiaçının əsaslı narazılığının yaranmasına xidmət etmişdir. Qeyd olunan mənzil iddiaçının yeganə yaşayış yeridir və o hazırda kirayədə yaşayır, bundan başqa aliment ödəyir və bu qədər maddi yükü çiynində daşıdığı bir halda cavabdehə əlavə olaraq mənzildə yaşaması üçün 3 il müddət verilməsi onun bir sıra maddi sıxıntılarla üzləşməsinə xidmət edir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, mübahisəli mənzil iddiaçının atasına məxsus olmuş, 2022-ci ildə iddiaçıya bağışlanmışdır. Tərəflərin birgə yaşayışı mümkünsüz olduğundan 2023-cü ildə nikahları pozulmuşdur. İki ildir ki, iddiaçı öz mülkündən məhrum olub. Tərəflər arasında ailə münasibətlərinə xitam verilib. İddiaçının daimi yaşamağa yeri yoxdur. Birgə nikahdan iki uşağı var, biri xəstədir, verilən məlumata görə uşağın biri yıxılıb, ehtiyaclarını da iddiaçı ödəyir, alimentini də ödəyir. Cavabdeh iddiaçıya məxsus mənzilin pəncərələrini sındırır, əşyaları sındırır. Komunal ödənişləri etmir, evə kənar şəxsləri yığır. İddiaçının əmlakına etinadsız yanaşır. Valideyninə Fizuli rayonunda dövlət tərəfindən ev verilib. Evdən çıxacağı təqdirdə iddiaçı yataqxana da ala bilər.
11. Məhkəmə kollegiyasının iclasında cavabdeh Abdullayeva (Sahibova) Gülşən Şahin qızı bildirdi ki, mənzil istifadəyə yararlı deyil, həmin evə gələn gündən ev təmirsizdir. 1960-cı illərdən ev təmir edilməyib. Evdə olan əşyalar qaynanasının cehizidir. Evə də başqa şəxslər gəlmir. Valideynləri Fizuli rayonunda yaşayırlar. Valideynləri ilə münasibəti yaxşı deyil. Komunal xərcləri isə ödəyir. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş edir.
İşdə olan sübutlar
12. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh, onun uşaqları xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü Sahibova Leyla Rəhman qızı Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 10/8, 41 saylı mənzildə qeydiyyatdadırlar.
13. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanmsı müqaviləsindən görünür ki, Sahibov Sayil Rəhman oğlu Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 10/8, 41 saylı mənzili İddiaçı bağışlamışdır.
14. Sumqayıt şəhər məhkəməsinin 2(060)-926 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında olan Sumqayıt Nikah evində 11 aprel 2015ci il tarixdə bağlanmış və 85 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, nikahın pozulmasından sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü Sahibova Leyla Rəhman qızının anaları- Cavabdeh himayəsində saxlanılmaları, İddiaçı xx.xx.2015ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü Sahibova Leyla Rəhman qızının yetkinlik yaşlarına çatanadək hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin xx.xx.2024-cü il tarixdən başlayaraq tutulub Cavabdeh verilməsi qət edilmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(015)-1216/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinədn görünür ki, həmin qətnamə ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-926/2024 nömrəli qətnaməsi mübahisələndirilən - aliment məbləği hissəsində dəyişdirilmiş, İddiaçı xx.xx.2015-ci il təvəliüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü Sahibova Leyla Rəhman qızının yetkinlik yaşlarına çatanadək hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin xx.xx.2024-cü il tarixdən başlayaraq tutularaq Cavabdeh verilməsi qət edilmişdir.
16. AZ-İ 482766 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Abdullayeva (Sahibova) Gülşən Şahin qızı arasında olan nikah Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur və bu barədə nikahın pozulması haqqında akt qeydlərində xx.xx.2024-cü il tarixdə 339 nömrə ilə qeyd edilmişdir.
17. Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 10/8-də yerləşən 41 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır.
18. “Sumqayıt Tibb Mərkəzi” X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü Sahibova Leyla Rəhman qızı “Sinir sisteminin digər rubriklarda təsnif olunmayan başqa pozğunluqları (G98)”, “Qavrama və dərketmə qabiliyyətinə aid olan digər pozğunluqları (R41.8)”, “Nitqin digər və dəqiqləşdirilməməmiş pozğunluqları (R41.8)” diaqnozları ilə xəstəxananın poliklinika şöbəsinin nevroloji kabinetində dispanser qeydiyyatındadır.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
21.Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” 22 yanvar 2015-ci il tarixli qərardadında qeyd edilmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər.
24. Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
25. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-517/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-517/2025 nömrəli qətnaməsi dəyişdirilməlidir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından müəyyən edlir ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin mənzilə üç il müddətinə istifadə hüququnun saxlanılması hissəsindən narazıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məcəllənin bu maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir.
28. Hazırki işdən görünür ki, iddiaçı ilə cavabdeh arasında nikah münasibətlərinə xitam verilmiş, tərəflərin birgə nikahdan iki azyaşlı övladı var, uşaqlardan biri xəstədir, cavabdehin başqa yaşayış yeri yoxdur, hər iki valideyni Füzuli rayonunda yaşayır, hazırda işləmir, hazırkı maddi imkanı özünü və uşaqlarını başqa yaşayış yeri ilə təmin etməyə imkan vermir.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehin müəyyən müddətə istifadə hüququnun saxlanılmaqla mənzilə istifadə hüquqlarına xitam verilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşsa da cavabdehin mənzilə 3 il müddətinə istifadə hüququnun saxlanılması barədə gəldiyi nəticəni əsaslı saymır. Belə ki, cavabdehin faktiki olaraq iddiaçının mülkiyyətində olan mənzildə 3 il müddətinə istifadə hüququnun saxlanılması cavabdehin mülkiyyət hüquqlarından tam sərbəst istifadə etməsi baxımından uzun müddət hesab edilməlidir. Analoji işlərdə mülkiyyət hüquqlarını məhdudlaşdırılan mülkiyyətçilərin maraqları maksimum şəkildə qorunmalı, onların mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə uzun müddətə məhdudlaşdırılmamalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mübahisəli evə cavabdehin istifadə hüququnun 3 il müddətinə saxlanılması hissəsində qətnamə dəyişdirilməli, bu müddət 2 il müəyyən edilməlidir.
30. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-517/2025 nömrəli qətnaməsi cavabdeh Abdullayeva (Sahibova) Gülşən Şahin qızının uşaqları xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü Sahibova Leyla Rəhman qızı ilə birlikdə Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 10/8-də yerləşən 41 saylı mənzildən 3 il müddətinə istifadə hüququ saxlanılması hissəsində dəyişdirilməli, bu müddət 2 il müəyyən edilməlidir.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.3, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-517/2025 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh Abdullayeva (Sahibova) Gülşən Şahin qızının uşaqları xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü Sahibova Leyla Rəhman qızı ilə birlikdə Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 10/8-də yerləşən 41 saylı mənzilə 2 (iki) il müddətinə istifadə hüququ saxlanılmaqla, mənzildən istifadə hüququna xitam verilsin və mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.