Məhkəmə qərarları › İş №2(105)-632/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-632/2023

02.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-632/2023 02.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Abasov Şəmsəddin Rizalı oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair mülki işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ünvan 1 ünvanında yerləşən evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-2525/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-2525/2022 saylı qətnaməsindən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-2525/2022 saylı qərardadı ilə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-2525/2022 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(060)- 2525/2022 saylı qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət geri qaytarılması qərara alınmışdır. Daha sonra Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə prosessual müddətin bərpasına dair ərizə ilə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-2525/2022 saylı qətnaməsindən apellyasiya şikayətini vermək üçün qanunda nəzərdə tutulmuş müddəti bərpa edib, apellyasiya şikayətini mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2525/2022 saylı qərardadı ilə Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-2525/2022 saylı qərardadından verdiyi şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim Aynur Behbudova). Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılan zaman müəyyən olundu ki, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulmuş müddətin bərpa edilməsini və apellyasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsi isə xx.xx.2023-cü il tarixli qərardadla buraxılmış prosessual müddətin bərpası barədə ərizəni təmin etməmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından şikayət verilmədiyi halda, həmin qərardaddan şikayət verilmiş kimi baxaraq mülki işi baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Behbudova Sumqayıt Apellyasiya Məhkəməsinə məktub ünvanlayaraq Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadında yol verilmiş yanlışlığın aradan qaldılması barədə məsələyə baxılması üçün mülki işin məhkəməyə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2525/2022 saylı qərardadında yol verilmiş yanlışlığın aradan qaldılması barədə məsələyə baxılması üçün iş apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 384.0.6 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılsın və birinci instansiyası məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar