Məhkəmə qərarları › İş №2(105)-632/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-632/2024

27.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-632/2024 27.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Ərizəçi əmək stajının (sosial sığorta stajının) mövcud olması faktının müəyyən olunması (Maraqlı şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı) barədə ərizəsinin geri qaytarılması haqqında Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-1830/2024 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi əmək stajının (sosial sığorta stajının) mövcud olması faktının müəyyən olunması (Maraqlı şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı) tələbinə dair ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-1830/2024 nömrəli qərardadı ilə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır (hakim Elmir Hüseynov). Həmin qərardaddan narazı qalan Ərizəçi nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 1830/2024 saylı qərardadının ləğv edilməsinə və ərizəçinin məhkəmənin icraatına qəbul edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ərizəçi Cəbrayıl rayonundan məcburi köçkün düşmüş və Sumqayıt şəhərində məskunlaşmışdır. Bununla bağlı arayışlar təqdim edilmişdir. Ərizəçi Cəbrayıl rayonu Papı kəndində qeydiyyatda olsa da məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-1830/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-1830/2024 nömrəli qərardadı ləğv edilməli, Ərizəçi əmək stajının (sosial sığorta stajının) mövcud olması faktının müəyyən olunması (Maraqlı şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı) barədə ərizəsinin icraata qəbul edilməsi məsələsinin yoxlanılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qənaətinə gələrkən Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü madəsinə istinad edərək qeyd etmişdir ki, Ərizəçi Cəbrayıl rayonunun Papı kəndində qeydiyyatda olduğundan ərizəyə Sumqayıt Şəhər Məhkəməsində baxılmalı deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyini əsaslı hesab etmir və yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bununla yanaşı prosessual qanunvericilikdə iddiaçının seçiminə görə aiddiyat və müstəsna aiddiyyat kimi digər normalar da təsbit olunmuşdur. Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi:- şəxslərin məhkəməyə əlçatanlığının;- işlərə ağılabatan müddətdə baxılmasının;- prosessual qənaət prinsipinin;- ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri dedikdə-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. İş materiallarında olan Məcburi Köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Sumqayıt şəhərində sonuncu dəfə xx.xx.2023-cü il tarixində qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Sumqayıt şəhəri üzrə sektorunun xx.xx.2024-cü il tarixli 596 nömrəli məktubunda qeyd edilmişdir ki, Ərizəçi 1993-cü ildən valideynləri ilə birgə Cəbryaıl rayon İcra nümayəndəliyinin Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Sumqyaıt şəhər sektorunda məcburi köçkün kimi müvəqqəti qeydiyyata alınmışlar. Birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması qənaətinə gələrkən yuxarıda göstərilən normaların tələbini, Ərizəçi məcburi köçkün olmaqla Sumqayıt şəhəri ərazisində məskunlaşmasını nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yuxarıda sadalananlara əsasən kollegiya qeyd edir ki, ərizənin qeyd olunan əsasla geri qaytarılması barədə mövqeyi işin faktiki halına uyğun olmadığı kimi, tərəfin qanunla müəyyən edilmiş məhkəmə müdafiəsi hüququnun da məhdudlaşdırılmasına səbəb olmuşdur. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vаrdır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-1830/2024 nömrəli qərardadı ləğv edilməli, Ərizəçi əmək stajının (sosial sığorta stajının) mövcud olması faktının müəyyən olunması (Maraqlı şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı) barədə ərizəsinin icraata qəbul edilməsi məsələsinin yoxlanılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-1830/2024 nömrəli qərardadı ləğv edilsin. Mülki iş ərizənin icraata qəbul edilib-edilməməsi məsələsinə qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar