Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-64/2021 19.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh və X2 qarşı evə köçürülmə və tikiliyə sərf olunmuş vəsaitə payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(012)-1768/2018 saylı qətnaməsindən cavabdehlər Cavabdeh və X6 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(012)-1768/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2004-cü il təvəllüdlü X8, xx.xx.2006-cı il təvəllüdlü X17 və xx.xx.2012-ci il təvəllüdlü X18 ilə birlikdə Abşeron rayonu Masazır kəndi M.S.Ordubadi küçəsində yerləşən özbaşına tikilmiş fərdi yaşayış evinə köçürülməsi, tərəflərin birgə nikah dövründə əldə etdikləri, bazar dəyəri 30000 manat məbləğində olan Abşeron rayonu, Masazır kəndi, M.S.Ordubadi küçəsində yerləşən fərdi yaşayış evinin tikintisinə sərf olunmuş vəsaitə İddiaçı payının 1/2 hissədə müəyyən edilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 10 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim İlham Kərimli) Cavabdeh və qətnamə ilə maraqlarına toxunulan X6 apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-741/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(012)-1768/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Cavabdeh və qətnamə ilə maraqlarına toxunulan N.Məmmədovanın kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(102)-3592/2019 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinə yenidən baxılarkən X6 əlavə cavabdeh qismində işə cəlb edilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə nikahından olan 3 uşağı ilə birlikdə cavabdehlə birgə nikah dövründə Abşeron rayonu, Masazır kəndi, M.S.Ordubadi küçəsində yerləşən və cavabdehin adına qeydə alınan özbaşına tikiliyə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcmini artırıraq, uşaqları ilə birlikdə birgə nikah dövründə inşa etdikləri Abşeron rayonu, Masazır kəndi M.S.Ordubadi küçəsində yerləşən tikiliyə köçürülməsini və evin tikintisinə sərf edilmiş vəsaitə ½ hissədə payının müəyyən edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili, cavabdeh X1 vəkili Vəkil1 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, iddiaçının köçmək istədiyi və tikintisinə çəkilmiş xərcin yarısını tələb etdiyi ev iddiaçının keçmiş əri olan Cavabdeh məxsus deyil. Ev və evin yerləşdiyi 0,01 ha torpaq sahəsinin mülkiyyətçisi cavabdehin bacısı Nərminə Məmmədovadır. X14 öz vəsaiti hesabına alıb, evi də N.Məmmədova öz pulu ilə tikib. Həmin torpağın alınmasına və tikilinin inşa edilməsinə nə iddiaçının, nə də iddiaçının əri olmuş Cavabdeh vəsaiti sərf olunmayıb. Buna görə də həmin tikiliyə iddiaçının hər hansı subyektiv tələb hüququ yoxdur. Torpaq sahəsi və ev Nərminə Məmmədovaya məxsus olsa da məhkəmə onu cavabdeh qismində işə cəlb etməyib. iş materiallarında iddiaçının həmin evə vəsait sərf etməsini təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Tərəflər arasında heç bir kompromis əldə etmək mümkün deyil. Sözügedən ev özbaşına tikili deyil, xüsusi mülkiyyətdə olan torpaq sahəsində tikilib. X10 şəxsi mülkiyyətində olub və evin tikilməsinə vəsaiti də o sərf edib. Hazırda mübahisəli evin həqiqi mülkiyyətçisi iş üzrə Cavabdeh deyil. X15 xüsusi mülkiyyətində olan torpaq sahəsində olması ekspert rəyində də qeyd olunub. Sadəcə olaraq ev bir az iri tikilib. Evə mülkiyyət hüququ məhkəmə mübahisəsi gedən dövrdə əldə olunub. Mübahisədən əvvəl isə torpağa mülkiyyət hüququ var idi. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(012)-1768/2018 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil3 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, tərəflərin toyu Gədəbəy rayonunda olub. Toydan sonra xx.xx.2004-cü il tarixdə qızları doğulub. Bundan sonra nikahı rəsmiləşdiriblər. Sonradan iki övladları da olub. Tərəflər Masazır rayonu Sarı Aşıq küçəsi ünvanında qanunsuz tikili olaraq iki otaqlı evi birgə tikiblər ki, köçüb yaşasınlar. Yaşayış evinin iddiaçı və cavabdeh tərəfindən birgə tikilməsini yerli baxış zamanı birinci instansiya məhkəməsi tərəfindən dindirilmiş şahidlərin ifadələri sübut edir. Bu zaman qonşu dindirilib və təsdiq edib ki, evi iddiaçı və cavabdeh birgə tikiblər. Hətta iddiaçı tikintidə birbaşa iştirak edib, fəhlələrə kömək edib. Yəni ev faktiki olaraq birgə vəsait hesabına tikilib. Sonradan Nərminə xanımın adına rəsmiləşdirilib. Evə xüsusi mülkiyyət hüququna dair çıxarışı mötəbər sübut kimi qəbul etmir. Çünki bu çıxarış məhkəmə mübahisəsinin getdiyi bir vaxtda əldə olunub. Ekspert də rəy verərkən təzə çıxarışa istinad edir. Birinci instansiya məhkəməsində cavabdeh tərəf deməyib ki, torpaq Nərminə Məmmədovaya məxsusdur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(012)-1768/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçıkarının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Gədəbəy Rayon Məhkəməsinin 2(041)-883/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdehla İddiaçı arasında xx.xx.2004cü il tarixdə bağlanmış nikah pozulmuş, xx.xx.2004-cü il təvəllüdlü X8 anasının, xx.xx.2006-cı il təvəllüdlü X17 və xx.xx.2012-ci il təvəllüdlü X18 atalarının himayəsində saxlanmış və xx.xx.2004-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatabadək saxlanılması üçün 80 manat alimentin Cavabdeh tutularaq xx.xx.2005-ci il tarixdən başlayaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(041)- 625/2016 saylı qətnaməsindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X17 və xx.xx.2012-ci il təvəllüdlü X11 Cavabdeh alınaraq İddiaçı himayəsinə verilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2016-cı il tarixli 2(104)-2464/2016 saylı qətnaməsindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin 2(041)-625/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Abşeron RİHB-in Masazır kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, İddiaçı və Cavabdeh birlikdə inşa etdirdikləri ev Abşeron rayonu, Masazır kəndi, M.S.Ordubadi küçəsində yerləşir. İş materiallarında olan Fərdi yaşayış evinin qazlaşdırılması barədə izahat və cizgisindən, qaz paylayıcı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2014-cü il tarixli müqavilədən, aktlardan görünür ki, Cavabdeh özünə məxsus Abşeron rayonu Masazır kəndində yerləşən evinə qaz xəttinin çəkilməsi üçün müraciət etmiş, müvafiq müqavilə də onunla bağlanmışdır. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2018-ci il tarixli evin bazar dəyərinin müəyyən edilməsi barədə hesabatından görünür ki, Abşeron rayonu, Masazır kəndi, M.S.Ordubadi küçəsində yerləşən fərdi yaşayış evinin qiyməti 30000 (otuz min) manat təşkil edir. İş materiallarında olan RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,01 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi xx xxxxxx 2019-cu ul tarixdə X3 adına mülkiyyət hüququ ilə qeydə alınıb. Birinci instansiya məhkəməsi iddiaçının 2014-cü ildən, birgə nikah dövründə cavabdehlə bərabər Abşeron rayonu, Masazır kəndi, M.S.Ordubadi küçəsində yerləşən fərdi yaşayış evindən istifadə etməyə başlamasını, qeyd olunan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun hər hansı şəxsin adına qeydə alınmasa da, həmin evdə kommunal xidmətlərin cavabdehin adına tərtib olunmasını, cavabdeh tərəfin bacısı N.Məmmədovaya məxsus torpaq sahəsi ilə bağlı sənədləri təqdim etsə də, həmin torpaq sahəsinin mübahisəli evin yerləşdiyi torpaq sahəsinə aidiyyətini təsdiq edən heç bir sübutu təqdim etməməsini, Abşeron rayonu, Masazır kəndi, M.S.Ordubadi küçəsində yerləşən fərdi yaşayış evinin Cavabdeh və İddiaçı birgə nikah dövründə inşa edilməsi, evin tikintisinə birgə vəsait sərf edilməsi və evin onlara məxsus olmasını müəyyən edərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə işin hallarını tam araşdırmamış, yekunda səhv nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(102)- 3592/2019 saylı qərarında da çıxarışın aid olduğu torpaq sahəsi ilə mübahisə predmeti olan evin yerləşdiyi torpaq sahəsinin üst-üstə düşüb-düşməməsinin aydınlaşdırılmalı olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Mübahisənin obyektiv araşdırılması üçün iş materiallarında olan RX seriyalı, ******* nömrəli Çıxarış (i.v.209) əsasında məhkəmə tikinti-texniki ekspertizası təyin edilməli, həmin çıxarışda əks olunan evin naturada mövcud vəziyyəti aydınlaşdırılmalı, evin qeyd edilən çıxarışdakı 0,01 ha torpaqda yerləşib-yerləşməməsinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, 10/2019 saylı ekspert rəyindən görünür ki, RX seriyalı, ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 62,5 kv.m olan ev RX seriyalı, ******* saylı çıxarışa əsasən X1 xüsusi mülkiyyətində olan 0,01 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində 62 kv.metr yerləşir. RX seriyalı, ******* saylı çıxarışa əsasən X1 xüsusi mülkiyyətində oan torpaq sahəsində 1 tikili (yaşayış evi) mövcuddur. İddiaçının iddia etdiyi tikili (yaşayış evi) 50 kv.metri RX seriyalı, ******* saylı çıxarışa əsasən X4 xüsusi mülkiyyətində olan 0,01 ha torpaq sahəsinin plan və ölçüsünün döngə koordinatların daxilində yerləşir. Baxış zamanı təqdim olunmuş fərdi yaşayış evinin texniki göstəriciləri RX seriyalı, ******* saylı çıxarışa əsasən X1 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 62,5 kv.m olan evə dair tərtib edilmiş texniki pasportda göstərilən plana uyğundur. Lakin faktiki istifadə olunan torpaq sahəsinin ölçüləri və yerləşmə vəziyyəti texniki pasportda göstərilən sxemə uyğun deyildir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülmə barədə iddiası da əsassızdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı Məmmədova Kəmalə Hümbət qızı ilə Cavabdeh 2004-cü ildə nikaha girmiş, 2014-cü ildən mübahisəli torpaq sahəsində tikilmiş evdə yaşamışdır. Eləcə də iş materiallarından görünür ki, mübahisəli torpaq sahəsi Abşeron rayonu, Masazır bələdiyyəsinin balansında olmuş, torpaq sahəsi X9 ayrılmış, onun adına dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmış, torpaq sahəsi X12 tərəfindən xx.xx.2014-cü il tarixdə X5 notarial qaydada satılmış, torpaq sahəsi X1 adına xx.xx.2014cü il tarixdə dövlət qeydiyyata alınmışdır. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi cavabdeh X1 adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmaqla onun mülkiyyətinə verilmişdir. Eyni zamanda mübahisəli torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evi də X1 adına xx.xx.2019- tarixdə dövlət qeydiyyatına alınmışdır. Bundan başqa mübahisələndirilən fərdi yaşayış evinin və torpaq sahəsinin RX seriyalı, ******* saylı çıxarışa əsasən cavabdeh X1 mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evi ilə eyni olması keçirilmiş ekspert rəyi ilə təsdiq edilir. Göründüyü kimi, iddiaçının köçmək istədiyi mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi və fərdi yaşayış evi cavabdeh X1 xüsusi mülkiyyətindədir. Həmçinin iddiaçının köçmək istədiyi fədi yaşayış evinin X4 mülkiyyətində olan torpaq sahəsində tikilmiş, xüsusi mülkiyyətdə olan fərdi yaşayış evi ilə eynilik təşkil etməsi iş materaillarına əlavə edilmiş ekspert rəyi ilə də təsdiq edilir. Hazırda müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2015- cil il tarixli qətnaməsi ilə pozulmuşdur. Göründüyü kimi, iddiaçı köçmək istədiyi fərdi yaşayış evinin mülkiyyətçisi olan X1 ailə üzvü deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli qərarı ilə də müəyyən edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırki işdən görünür ki, tərəflər arasıdna mübahisəli fərdi yaşayış evinə dair münasibətlər 2014-cü ildən yaranmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə də əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Mövcud qanunvericiliyə görə yaşayış sahəsindən istifadə hüququnun saxlanmasını iddia edən şəxslərin yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərində olması imperativ şərtdir. Hazırki işdə isə iddiaçı fərdi yaşayış evinin mülkiyyətçisi Nərminə Məmmədovanın ailə üzvləri sırasına daxil deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respubliksaı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüququ mövqeyi baxımından da hazırki işdə iddiaçının fərdi yaşayış evinin mülkiyyətçisi olan cavabdeh Nərminə Məmmədovadan özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin sırasına aid olmadığı üçün onun həmin yaşayış sahəsindən istifadə hüququ mövcud deyildir. Bundan əlavə məhkəmə kollegiyası iddia tələbinin digər hissəsinə, tikintisyə sərf edilmiş vəsaitə ½ hissədə payının müəyyən edilməsinə qiymət verərək qeyd edir ki, mübahisəli fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin cavabdeh X2 məxsus olması iş materialları ilə müəyyən edildiyindən, eləcə də iddiaçının fərdi yaşayış evinin tikintisinə özü ilə nikahda olan əri Cavabdeh tərəfindən vəsait sərf etməsinə dair sübut təqdim edilmədiyindən əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” xx xxxx 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini əsası kimi istinad etdiyi halları, sübuta yetirə bilməmişdir. Bununla da, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş maddi və prosessual hüquq normalarının şərh olunan bu pozuntularını qətnamənin ləğvi üçün əsas hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi təmin edilmədiyi üçün keçirilmiş ekspertizaların dəyəri də iddiaçıdan tutulmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, yuxarıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(012)-1768/2018 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(012)-1768/2018 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh və X2 qarşı evə köçürülmə və tikiliyə sərf olunmuş vəsaitə payın müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri olaraq 50 manat pul İddiaçı Hümbət qızından tutularaq dövlət büdcəsinə aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba, 60,60 manat “xxxx” ASC Xətai filialı, kod 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, benefisiarın hesabı AZ23AİİB********************, VÖEN ********** köçürülsün. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Zaur Məmmədov Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-64/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-64/2021
19.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver