Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-64/2025 30.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması və zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, vindikasiya iddiası) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X11 (sədrlik edən və məruzəçi), X3 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-105/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X12 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********25 olan çıxarışdan görünür ki, Quba rayonu, Dağlı kəndi ərazisində yerləşən 0.31 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsi tam pay hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır.
2. JN-242 Kod 30318068 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyət hüququ əsasında Quba rayonu, Dağlı kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş 0.91 ha torpaq sahəsi Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.
3. Azərbaycan Respublikası İqtsadiyyat Nazirliyi yaınında ƏMDX DƏDK və Reyestri X12in mütəxəssis rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X12 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2023-cü-il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********25 əsasında Quba rayonu Dağlı kəndi ərazisində İddiaçı mülkiyyətində olan 0.31 ha torpaq sahəsi Cavabdeh və ailə üzvlərinə JN-242 Kod 30318068 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən verilmiş Quba rayonu, Dağlı kəndi ərazisində kənd əsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutlmuş 242Z planşetində göstərilən 0.40ha torpaq sahəsi üst-üstə düşmür. Cavabdeh və ailə üzvlərinə JN-242 Kod 30318068 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən 242Z planşetində qeyd edilmiş 0.40 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları faktiki istifadəsində olan torpaq sahəsi ilə eynilik təşkil etmir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X12 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2023-cü-il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********25 əsasında Quba rayonu Dağlı kəndi ərazisində İddiaçı mülkiyyətində olan 0.31 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları iddiaçının iddia etdiyi torpaq sahəsi ilə uyğunluq təşkil edir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2024-cü il tarixli ekspert rəyinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12in 5 saylı Xaçmaz Ərazi İdarəsinin texnik inventarlaşdırıcısı Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X12 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********25 əsasında Quba rayonu, Dağlı kəndi ərazisində İddiaçı mülkiyyətində olan 0.31 ha torpaq sahəsi Cavabdeh və ailə üzvlərinə JN242 Kod 30318068 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən verilmiş Quba rayonu, Dağlı kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş 242Z planşetində göstərilən 0.40 ha torpaq sahəsilə üst-üstə düşmür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-inin tabeliyində DƏDK və Reyestri Publik Hüquqişəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin texniki inventarlaşdırıcısı Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, üst-üstə düşmə halı mövcud deyil. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12in 5 saylı Xaçmaz Ərazi İdarəsinin texnik inventarlaşdırıcısı Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, Cavabdeh və ailə üzvlərinə JN- 242 Kod 30318068 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına göstərilən 242Z planşetində qeyd edilmiş 0.40 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları faktiki istifadəsində olan sahəsi ilə eynilik təşkil etmir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12in 5 saylı Xaçmaz Ərazi İdarəsinin texnik inventarlaşdırıcısı Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X12 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********25 əsasında Quba rayonu, Dağlı kəndi ərazisində İddiaçı mülkiyyətində olan 0.31 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları iddiaçının iddia etdiyi torpaq sahəsi ilə uyğunluq təşkil edir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/9271 nömrəli ekspert rəyində göstərilmişdir ki: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin texnik inventarlaşdırıcısı Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, 28.04,2023-cü il tarixli qeyyat nömrəsi ********** reyestr nömrəsi **********25 olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X2 məxsus Quba rayonu, Dağlı kənd ərazisində yerləşən 0.31 ha torpaq sahəsinin naturada kordinatları müəyyən edildi. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin texnik inventarlaşdırıcısı Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, Cavabdeh və ailə üzvlərinə JN- 242 Kod 30318068 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən verilmiş Quba rayonu, Dağlı kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş 0.91 ha torpaq sahəsinin naturada kordinatları müəyyən edildi. - Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi idarəsinin texnik inventarlaşdırıcısı Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, xx.xx.2023-cü il tarixli qeyyat nömrəsi ********** reyestr nömrəsi **********25 olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa və torpaq sahəsinin planı və ölçüsünə əsasən X6ma məxsus Quba rayonu, Dağlı kənd ərazisində yerləşən 0.31 ha torpaq sahəsi faktiki olaraq öz kordinatları hüdudlarında yerləşir. - Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi idarəsinin texnik inventarlaşdırıcısı Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, Cavabdeh və ailə üzvlərinə JN- 242 Kod 30318068 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktına əsasən verilmiş Quba rayonu, Dağlı kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş 0.40 ha torpaq sahəsi öz kordinatları daxilində yerləşir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12in 5 saylı Xaçmaz Ərazi idarəsinin texnik inventarlaşdırıcısı Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, iddiaçı X5 tərəfindən Quba rayonu, Dağlı kəndi ərazisində faktiki olaraq mübahisə predmeti olan massivdə heç bir torpaq sahəsindən istifadə etmir. - Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12in 5 saylı Xaçmaz Ərazi İdarəsinin texnik inventarlaşdırıcısı Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, iddiaçı X5 tərəfindən Quba rayonu, Cavabdeh tərəfindən Quba rayonu, Dağlı kəndi ərazisində faktiki istifadə etdiyi torpaq sahəsinin ümumi sahəsi 1.24 ha təşkil edir (Sxem tərtib olunmuşdur kordinatlar və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir). - Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12in 5 saylı Xaçmaz Ərazi idarəsinin texnik inventarlaşdırıcısı Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, iş materialında olan 28,04.2023-cü il tarixli qeyyat nömrəsi ********** reyestr nömrəsi **********25 olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X2 məxsus Quba rayonu, Dağlı kənd ərazisində yerləşən 0,31 ha torpaq sahəsi tam olaraq cavabdeh tərəfindən istifadə qlunur. İddiaçı əsasən X2 məxsus Quba rayonu, Dağlı kənd ərazisində yerləşən 0.31 ha torpaq sahəsi ilə Cavabdeh və ailə üzvlərinə məxsus olan 0.91 ha torpaq sahəsinfaktiki olaraq və sənədlər üzrə üstüstə düşmür (Sxem tərtib olunmuşdur kordinatlar və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir). - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12in 5 saylı Xaçmaz Ərazi İdarəsinin texnik inventarlaşdırıcısı Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, iş materialında olan xx.xx.2023-cü il tarixli qeyyat nömrəsi ********** reyestr nömrəsi **********25 olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X2 məxsus Quba rayonu, Dağlı kənd ərazisində yerləşən 0.31 ha torpaq sahəsi bütövlükdə cavabdeh tərəfindən istifadə olunur (Sxem tərtib olunmuşdur kordinatlar və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir).
6. Ekspert xərclərinə dair bildirişlərdən görünür ki, ekspert tədqiqatlarının dəyəri 150 manat təşkil etmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 28 aprel 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Dağlı kəndində yerləşən 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə (sahiblik, istifadə, sərəncam) Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılması, iddia ərizəsinin verilməsi üçün məhkəməyə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun və hüquqi yardım haqqında müqaviləyə əsasən ödənilmiş 50 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 28 aprel 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Dağlı kəndində yerləşən 0,31 ha torpaq sahəsi ona məxsusdur. Qeyd edilən torpaq sahəsini Cavabdeh zəbt etmişdir. Onda olan məlumatlara əsasən cavabdehin özünə məxsus torpaq sahəsi onun torpaq sahəsindən sonrakı iki qonşunun torpaq sahəsini də keçdikdən sonra yerləşir. Lakin cavabdeh heç bir qanuni əsası olmadan onun mülkiyyətində olan torpaq sahəsini zəbt edərək orada meyvə-tərəvəz əkir, hətta heyvanları üçün otlaq sahəsi kimi də istifadə edir. O cavabdehə dəfələrlə torpaq sahəsindən çıxmasını bildirsə də, “sənin burada torpağın yoxdur”- deyərək onun qanuni mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyinə imkan vermir. Sonuncu dəfə o, mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının yerində dəqiqləşdirilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri torpaq sahəsini ölçmək istəyərkən Cavabdeh buna mane olmuş və ölçmə işləri aparılması mümkün olmamışdır. Bununla bağlı ona 26 iyul 2023-cü il tarixli rəsmi məktub da verilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, Quba rayonu, Dağlı kəndində yerləşən 0,31 ha torpaq sahəsinin faktiki yerində elektron uçot baza məlumatlarına əsasən bir tərəf döngə nöqtəsi göstərilmiş, lakin digər 3 tərəfini göstərərkən məlum olmuşdur ki, həmin torpaq sahəsini digər vətəndaş istifadə edir, həmin vətəndaşa bu torpaq sahəsinin X1 məxsus olması bildirilsə də, o ölçü işlərinin aparılmasına etiraz etmişdir. Həmçinin bundan bir il əvvəl də o, torpaq sahəsinin koordinatlarının yerində dəqiqləşdirilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edib. Bununla bağlı 161 manat məbləğində dövlət rüsumu da ödəniş edib. Lakin yenə cavabdeh ölçmə işlərinə mane olmuş və o bununla bağlı ziyana düşmüş, ödədiyi 161 manat məbləğində pul batmışdır. Göründüyü kimi cavabdeh mülkiyyətində olan torpaq sahəsinə dair qanunvericiliklə müdafiə olunan mülkiyyət hüququnu həyata keçirməyə imkan verməməklə onun hüquqlarını kobudcasına pozur. Belə ki, onu torpaq sahəsindən istifadə etməyə, hətta torpaq sahəsinə daxil olmağa belə imkan vermir, torpaq sahəmi qanunsuz olaraq zəbt edərək istifadə edir. Ona görə də pozulmuş mülkiyyət hüququmun müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-105/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Aydın Babayev).
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-105/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi işlə bağlı mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan iddia tələbini rədd etmişdir. Belə ki, məhkəmə qeyd etmişdir ki, müvafiq ekspertiza nəticəsində hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********25 əsasında Quba rayonu, Dağlı kəndi ərazisində onun mülkiyyətində olan 0,31 ha torpaq sahəsi Cavabdeh və ailə üzvlərinə JN-242 KOD 30318068 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən verilmiş Quba rayonu, Dağlı kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş 242Z planşetində göstərilən 0,40 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Ona görə də onun iddia tələbi rədd edilmişdir. Məhkəmənin qeyd edilən mövqeyi və gəldiyi nəticə ilə qətiyyən razılaşmır. İddia tələbinin hüquqi əsasını başqasının qanunsuz sahibliyindən öz mülkiyyətinin geri tələb edilməsi təşkil edir. O, iddia tələbinin hansı hissəsində torpaq sahənin cavabdehin torpaq sahəsi ilə kəsişib-kəsişmədiyini araşdırmağı tələb etmişdir? Ümumiyyətlə torpaq sahələrinin kəsişib-kəşişməməsi ilə bağlı onun hər hansı tələbi olmamışdır, olsaydı da bu zaman cavabdehin mülkiyyət sənədinin ləğvi tələbi ilə yəqin ki, inzibati məhkəməyə müraciət edərdi, bu məsələnin rayon-şəhər məhkəməsinin səlahiyyətinə aidiyyəti olmadığı gün kimi aydındır. Birinci instansiya məhkəməsində iştirak edərkən ixtisaslı hüquqi yardım almadan məhkəmə iclaslarında iştirak etmiş və məhkəmənin ekspertiza təyin edərkən ekspert qarşısında qoyduğu suallara fikir verməmişdir. Hal-hazırda ona məlum olmuşdur ki, məhkəmə mübahisənin həllinə kömək edən, mübahisəni və işin hallarını aydınlaşdırmağa xidmət edən suallar qoymamış, əksinə onun mülkiyyətində olan torpaq sahəsinin cavabdehin mülkiyyətində olan torpaq sahəsi ilə kəsişib-kəsişmədiyini aydınlaşdırmağa çalışmışdır. Ekspert də haqlı olaraq torpaq sahələrinin kəsişmədiyi nəticəsinə gəlmişdir. İddianın əsası olan onun mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilərək istifadə edilməsi, cavabdehin onu mülkiyyətində olan torpaq sahəsinə daxil olmağa belə qoymaması isə məhkəmə tərəfindən qətiyyən araşdırılmamışdır. Hətta məhkəmə iş üzrə cavabdehin məhkəmə iclasında guya Dövlət Aktında qeyd edilmiş torpaq sahələrindən istifadə etdiyini bildirməsinə baxmayaraq ekspert rəyi ilə “Cavabdeh və ailə üzvlərinə JN-242 KOD 30318068 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən 242Z planşetində qeyd edilmiş 0,40 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları faktiki istifadəsində olan sahəsi ilə eynilik təşkil etmir” qeydinə də hüquqi qiymət verməmiş və cavabdehin izahatı ilə ekspert rəyindəki həmin ziddiyyətli məqamı da araşdırmamışdır. Göründüyü kimi iş üzrə cavabdeh məhkəmədə öz torpağından istifadə etdiyini bildirsə də, ekspert rəyi ilə öz torpağından istifadə etmədiyi təsdiq olunur. Eyni zamanda onun iddia etdiyi torpağın çıxarışdakı torpaqla eynilik təşkil etdiyi də rəylə təsdiq olunur. Hətta iddia ərizəsində dəfələrlə mülkiyyətində olan torpaq sahəsindən cavabdehin təqsirli hərəkətləri nəticəsində faktiki olaraq istifadə edə bilmədiyini qeyd etməsinə baxmayaraq məhkəmə eskpertiza təyin edilməsi ilə bağlı qərardadında 4-cü sualı çıxarışla onun mülkiyyətində olan 0,31 ha torpaq sahəsinin faktiki istifadəsində olan sahə ilə eynilik təşkil edibetmədiyini araşdırmağa çalışmış, yaxşı ki, ekspert cavabında “faktiki istifadə etdiyi” deyil, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə eynilik təşkil etdiyini qeyd etmişdir. Hesab edir ki, məhkəmənin onun iddia tələbi üzrə araşdırmalı olduğu məsələlər hər birinin torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edilməsi, ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən hər hansı formada zəbt edilib-edilməməsi, əgər zəbt olunmuşdursa hansı hissədə, eyni zamanda mülkiyyətində olan torpaq sahəsindən istifadə edilməsində cavabdeh tərəfindən hər hansı maneə halının mövcudluğu ilə bağlı olmalı idi. Lakin məhkəmə tərəfindən ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib edilməməsi və mənim mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən maneələrin olub-olmaması araşdırılmadan sırf torpaq sahələri üst-üstə düşmür deyilərək iddia tələbi rədd edilmişdir. Məhkəmə tərəfindən iddia tələbinin əsassız şəkildə rədd edilməsi onun mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Halbuki cavabdehin onu mülkiyyətində olan torpaq sahəsinə qoymayaraq onunla və ailə üzvləri ilə mübahisə etməsinə aid video görüntülər də mövcuddur. Qeyd etdiyi hallar isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, eyni zamanda birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsidir ki, bu hal da məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
13. Hal-hazırda onun iddia tələbini rədd edilərək faktiki olaraq öz mülkiyyətindən məhrum edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Lakin Quba Rayon Məhkəməsi cavabdeh tərəfindən onun torpaq sahəsinin zəbt edilib-edilməməsi ilə bağlı heç bir araşdırma aparmadan iddia tələbini rədd etmişdir.
14. O iş üzrə cavabdehin təqsirli hərəkətləri nəticəsində öz mülkiyyətindən öz istədiyi kimi nə sahiblik, nə də istifadə edə bilir. Quba Rayon Məhkəməsi isə bu halı qəti nəzərə almamışdır. O, cavabdehin mülkiyyəti üzərində qanunsuz sahibliyə yol verməməyə çalışır. Lakin məhkəmə qeyd edilən normanın tələblərini nəzərə almamışdır. İddia tələbinin hüquqi əsası da mülkiyyətinin cavabdehin qanunsuz sahibliyindən geri almaqla bağlı olmuşdur. İddia tələbi torpaq sahəsinin cavabdehin torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi ilə bağlı deyildir.
15. O, cavabdehdən onun mülkiyyətindən istifadə etməyə son qoyulmasını və öz mülkiyyətinə daxil olmaqda və mülkiyyət hüquqlarını həyata keçirməkdə yaratdığı manəelərin aradan qaldırılmasını tələb etmişdir. Məhkəmə isə heç əlaqəsi olmadığı halda torpaq sahələrinin üst-üstə düşməməyini əsas gətirərək onun iddia tələbini rədd etmişdir. Məhkəmə iddia tələbini rədd edərkən cavabdehin onun torpaq sahəsi zəbt edibetməməyini araşdırmadan və iddia tələbinin rədd olunması üçün hər hansı hal olmamasına baxmayaraq çəkişmə prinsipinin tələblərini pozmaqla qətnamə qəbul etmişdir. Quba Rayon Məhkəməsi onun mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsi və cavabdehin onun mülkiyyət hüquqlarını həyata keçirməyə maneə olub-olmamasını aydınlaşdırmadan iddia tələbini rədd etdiyindən həmin qətnamə işin halları tam və hərtərəfli araşdırılmadığından qanuni və əsaslı hesab edilə bilməz.
16. İş üzrə Cavabdeh Dövlət Aktı ilə mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyi iş materialları ilə sübut olunmur. Eyni zamanda cavabdehin onun mülkiyyətini zəbt etməməsi və mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə olmaması və bu işlərdə təqsirsiz olması da iş materialları ilə sübut olunmur.
17. Səhv nəticə odur ki, məhkəmə nədənsə onun torpaq sahəsinin cavabdehin və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyini qeyd etməklə iddia tələbini rədd etmişdir. Bu halın onun tələbinə heç bir aidiyyəti yoxdur. İddia tələbi mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi və onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən maneələrin yaranmasıdır. Məhkəmə işin hallarını düzgün araşdırmadığı üçün səhv nəticəyə gəlmişdir.
Apellyasiya şikayətlərinə qarşı tərəfin etirazının dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
20. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
21. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
22. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:
23. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
24. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
25. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
26. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
27. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi
30. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
35. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
36. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
39. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
Apellyasiya baxışının hədləri
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
42. Apellyasiya şikayətindən görünür ki, İddiaçı Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-105/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
43. Ona görə də kollegiya Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)- 105/2024 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsi tam ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
45. Beləliklə, İddiaçı iddia ərizəsi ilə müraciət edərək, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 28 aprel 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Dağlı kəndində yerləşən 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə (sahiblik, istifadə, sərəncam) Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir.
46. İddiaçının apellyasiya şikayətinin dəlillərini nəzərə alan məhkəmə kollegiyası iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi barədə qərardad qəbul etmişdir.
47. Qərardad əsasında əldə edilmiş rəylə müəyyən olunur ki, iddiaçı X5 tərəfindən Quba rayonu, Dağlı kəndi ərazisində faktiki olaraq mübahisə predmeti olan massivdə heç bir torpaq sahəsindən istifadə etmir. Həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən Quba rayonu, Dağlı kəndi ərazisində faktiki istifadə etdiyi torpaq sahəsinin ümumi sahəsi 1.24 ha təşkil edir. Rəydə qeyd olunmuşdur ki, X2 məxsus Quba rayonu, Dağlı kənd ərazisində yerləşən 0.31 ha torpaq sahəsi ilə Cavabdeh və ailə üzvlərinə məxsus olan 0.91 ha torpaq sahəsi faktiki olaraq və sənədlər üzrə üst-üstə düşmür. Rəyə əsasən xx.xx.2023-cü il tarixli Dövlət reyestrindən çıxarışla X2 məxsus Quba rayonu, Dağlı kənd ərazisində yerləşən 0.31 ha torpaq sahəsi bütövlükdə cavabdeh tərəfindən istifadə olunur
48. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilməsi ekspert rəyi ilə tam olaraq öz təsdiqini tapmışdır.
49. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
50. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini (Mülki Məcəllənin 152-ci maddəsi), habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini (Mülki Məcəllənin 157.2-ci maddəsi) təsbit etmişdir.
51. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
52. Göstərilən maddi hüquq normasında mülkiyyətçinin öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı üç dispozitiv şərtin olması nəzərdə tutulmuşdur: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması; 3) başqa şəxsin sahibliyinin qanunsuz olmalıdır. Göstərilən üç şərt və iddianın elementləri mövcud olduqda, vindikasiya iddiası verilir.
53. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)- 105/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməlidir.
54. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edildiyindən qanunvericiliyin tələbinə əsasən iddia tələbi ödənilmiş dövlət rüsumu və hüquqi xidmətin əvəzinin ödənilməsi hissəsində də təmin edilməli, həmçinin ekspertiza tədqiqatlarının dəyəri 150 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-105/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 28 aprel 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus Quba rayonu, Dağlı kəndində yerləşən 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə (sahiblik, istifadə, sərəncam) Cavabdeh tərəfindən iddiaçıya yaradılmış maneələr aradan qaldırılsın və cavabdeh həmin torpaq sahəsindən çıxarılsın. İddia ərizəsinin verilməsi üçün məhkəməyə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun və hüquqi yardım haqqında müqaviləyə əsasən ödənilmiş 50 (əlli) manat məbləğində pulun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.