Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-641/2024 01.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı̇ Sənan oğlunun Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: apellyasiya icraatına xitam) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı̇ Sənan oğlunun Cavabdehnə qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, e-2(012)- 1297/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdehnə qarşı – torpaq sahəsinin boşaldılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ********** qeydiyyat nömrəli torpaq sahəsi sənəd üzrə göstərildiyindən az olduğuna görə torpaq sahəsinin plan və ölçü sənədinin verilməsinə cavabdeh orqan Cavabdeh imtina edir. Bundan başqa torpaq sahəsinin bir hissəsinin digər şəxslər tərəfindən zəbt olunaraq istifadə edilməsi onun konstitusion hüquqlarını pozur. Sənəd üzrə sahəsi 0.0053 ha olan, lakin faktiki olaraq sahəsi 0.0047 ha olan ********** qeydiyyat nömrəli torpaq sahəsinin çatışmayan 0.0006 ha hissəsi cavabdeh orqan Cavabdeh tərəfindən qanunsuz olaraq qonşusunun istifadəsinə verilmişdir. Həmin 0.0006 ha torpaq sahəsi faktiki olaraq qonşusu Günel xanımın istifadəsindədir və Günel xanım bildirir ki həmin torpaq sahəsi ona Cavabdeh tərəfindən verilmişdir, torpaq sahəsinə dair çıxarış və plan-ölçü sənədi var. Məhkəmədən xahiş edir ki, ********** qeydiyyat nömrəli torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş 0.0006 ha hissəsinin boşaldılması və üzərindəki tikilinin cavabdeh tərəfindən sökülməsi barədə qətnamə qəbul edilsin.
3. Abşeron Rayon Məhkəməsinin e-2(012)-1297/2024 nönrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır.
4. İddiaçı qeyd edilən qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir.
5. Abşeron Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, e-2(012)- 1297/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, İddiaçı Abşeron Rayon Məhkəməsinin e-2(012)-1297/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından vermiş olduğu şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
7. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, e-2(012)-1297/2024 nömrəli qərardadının ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Odur ki, kollegiya Abşeron Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, e-2(012)-1297/2024 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
a) Şikayətin dəlilləri
8. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, sənəd üzrə sahəsi 0.0053 ha olan, lakin faktiki olaraq sahəsi 0.0047 ha olan ********** qeydiyyat nömrəli torpaq sahənin çatışmayan 0.0006 ha hissəsi cavabdeh orqan Cavabdeh tərəfindən qanunsuz olaraq qonşusunun istifadəsinə verməsinə görə iddia tələbi Cavabdehnə qarşı verilmişdir. Qərardadda iddia tələbinin digər müəyyən edilmiş şəxsə qarşı verilməsi göstərilsə də, həmin cavabdeh məhkəmə tərəfindən işə cəlb edilməmişdir. Müvafiq məhkəmə aktında iddia ərizəsinin geri qaytarılması barədə istinad edilən prosessual hüquq normalarında iddianın düzgün cavabdehə yönəlməməsi səbəbindən geri qaytarılması norması göstərilməyib. Ümumiyyətlə belə bir prosessual hüquq norması yoxdur. Bununla da prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
9. İddiaçı xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış Elektron Kabinet vasitəsi ilə məhkəməyə ərizə göndərərək, Abşeron Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, e-2(012)-1297/2024 nömrəli qərardadından verdiyi şikayətindən imtina etdiyini bildirərək, apellyasiya icraatına xitam verilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Maddə 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Maddə 402.2 Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
11. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası təqdim olunmuş sənədləri, o cümlədən iddiaçının apellyasiya şikayətindən imtina etməsi barədə ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək bu nəticəyə gəlir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Sadalanan mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs həm də apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apellyasiya şikayətindən imtina apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi ilə yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur. Məhkəmə kollegiyası hesab edir ki, idiaçı İddiaçı şikayətdən imtinası onun sərbəst iradə ifadəsini əks etdirir, şikayətdən imtina qanuna zidd deyil, eləcə də digər şəxslərin qanunla qorunan hüquq və mənafelərini pozmur. Ona görə də şikayətdən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir.
12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 369-370, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı̇ Sənan oğlunun şikayətdən imtinası qəbul edilsin. İddiaçı̇ Sənan oğlunun Cavabdehnə qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, e-2(012)- 1297/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.