Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-641/2025 23.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 Nuhbala oğluna, Cavabdeh3 və Qusar rayon notariat ofisinə qarşı qarşı mülki iş üzrə (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-83/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh2 Nuhbala oğluna, Cavabdeh3 və Qusar rayon Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********40-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 mülkiyyətinə verilmiş ünvan 1 ünvanında 0,09 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin Cavabdeh3 bağışlanması haqqında Qusar rayon Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-619 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışın və reyestrdə mülkiyyət hüququna dair qeydin torpaq sahəsinə münasibətdə onun torpaq sahəsi ilə üstüstə düşən hissədə (0,629 ha) ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 2002-ci ilin dekabr ayında Quşar Bələdiyyəsinə ərizə ilə müraciət edərək ona yaşayış evinin tikintisi üçün 900 kv.metr həyətyanı torpaq sahəsinin satılmasını xahiş etmişdir. Qusar şəhəri, Piroğlanov küçəsində ona satılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu planı müvafiq qaydada təsdiq edilmiş və xx.xx.2001-ci il tarixdə torpaq sahəsinin dəyəri olan 815 min manat pul 3 saylı qəbzlə Qusar bələdiyyəsinə onun tərəfindən ödənilmişdir. Qusar Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli iclasında ona yaşayış evinin tikintisi üçün 900 ky.metr torpaq sahəsinin satılmasına dair qərar qəbul edilmiş və həmin iclas protokolunun qərarı əsasında Qusar Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 1/4-10 saylı qərarı ilə Qusar şəhəri, S.Piroğlanov küçəsində ona 900 kv.metr torpaq satılmışdır. Qeyd olunan qərar qəbul ediləndən sonra həmin torpaq sahəsi onun sahibliyinə keçmişdir. Qardaşı, iş üzrə Cavabdeh2 2005-ci ildə torpaq sahəsinin 300 kv.metr hissəsində fərdi yaşayış evinin tikintisi üçün şifahi olaraq icazə vermiş, qalan 600 kv.metr hissəsindən isə əkin kimi istifadə etmişdir. 2019-cu ilin noyabr ayında qardaşı Cavabdeh2 arvadı Cavabdeh3 ona telefonla sahibliyində olan torpaq sahəsinin bütünlüklə Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alındığını bildirmiş və həmin torpaq sahəsi üzərində sonuncunun mülkiyyət hüququnu təsdiq edən sənədlərin şəklini ona göndərməklə həmin torpaq sahəsini boşaltmağı tələb etmişdir. Başa düşmüşdür ki, Qusar bələdiyyəsindən 2002-ci ildə aldığı torpaq sahəsi hansısa yolla Cavabdeh2 adına dövlət qeydiyyatına alınmışdır. Qusar bələdiyyəsindən ona satılmış torpaq sahəsinin Cavabdeh2 satılması barədə soruşduqda həmin torpaq sahəsinin onlar tərəfindən heç kimə satılmadığını bildirmişlər. Sonradan ona məlum olmuşdur ki, 2002-ci ildə Qusar bələdiyyəsi tərəfindən ona satılmış 0,09 ha torpaq sahəsinə Cavabdeh2 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən JN-068F KOD 30101004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhədatnamə verilmiş və həmin şəhadətnamə 08 aprel 2006-cı il tarixdə qeydiyyata alınmışdır. Şəhadətnamədə həmin torpaq sahəsinin Cavabdeh2 mülkiyyətinə verilməsinin əsası kimi Qusar bələdiyyəsinin 25 yanvar 2002-ci il tarixli, 1/4 -10 saylı qərarı ilə satılması qeyd edilmişdir. Halbuki, Qusar bələdiyyəsinin həmin tarixli və nömrəli qərarı ilə qeyd olunan 0,09 ha torpaq sahəsi qanuni əsaslarla ona satılmış və bu barədə bütün aidiyyəti sənədlər onun adınadır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən vəkil sorğusuna verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, ləğv edilmiş DT və XK Qusar rayon şöbəsi tərəfindən 0,09 ha torpaq sahəsinə dair JN-068F KOD 30101004 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair səhadətnamə»yə əsasən dövlət revestrindən Cavabdeh2 Minbala oğlunun adına xx.xx.2019-cu il tarixli. ********** qeydiyyat nömrəli, **********40-10301 revestr nömrəli cıxarıs işlənmişdir. Cavabdeh2 Minbala oğlu həmin 09 ha torpaq sahəsini və üzərində yerləsən fərdi yasayış evini Qusar rayon Notariat Kontorunun xx.xx.2020-ci il tarixli, 4Ə-619 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən arvadı Cavabdeh3 adına özgəninkiləşdirmiş və həmin fərdi yaşayış evinə Cavabdeh3 adına dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarıs işlənmişdir. Ona görə də Qusar bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək torpaq sahəsinin Cavabdeh2 Nuhbala oğluna satılmasına dair qərarın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 21(118)-1077/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamış və həmin qərardadda ona Cavabdeh2 Nuhbala oğlunun adına verilmiş JN-068F KOD 30101004 nömrəli «Torpaqın mülkiyyətə verilməsinə dair şəhadətnamə», onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, bağışlama müqaviləsi və s. sənədlərin etibarsız hesab edilməsinə dair iddia ilə ümumi məhkəmədə iddia qaldırmaq hüququm izah edilmişdir. Qusar bələdiyyəsi tərəfindən ona satılmış 0,09 ha torpaq sahəsinə Cavabdeh2 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən JN-068F KOD 30101004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və həmin şəhadətnamə əsasında dövlət reyestrindən Cavabdeh2 odlunun adına işlənmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********4010301 reyestr nömrəli çıxarışın ləğv edilməsinə dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Revestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmisdir. Ərizəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsində baxılmış və xx.xx.2021-ci il tarixli, **********32 №-li məktubla hüquqların dövlət oevdiyyatı ilə mübahisələrin məhkəmə qaydasında həll edilməli olduğu göstərilmiş və ərizənin icrasının yalnız məhkəmə qərarı ilə mümkünlüyü bildirilmişdir. Lakin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən aparılmış həmin qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparıldığından bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyater keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu və həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğu üçün 2021-ci ilin sentyabr ayında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Cavabdeh2 adına verilmiş JN-068F, KOD 30101004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cü il tarixli, ********** nömrəli çıxarış və Cavabdeh3 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışın və reyestrdə mülkiyyət hüququna dair qeydin torpaq sahəsinə münasibətdə ləğv edilməsinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və iddia ərizəsi xx.xx.2021-ci il tarixdə Sumqayıt inzibati Məhkəməsində qeydiyyata alınmışdır. Sumqayıt İnzibatı Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2-1(118)- 72/2023 saylı qərarı ilə iddiası təmin edilmiş və Cavabdeh2 adına verilmiş JN-068F, KOD 30101004 olan “Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cü il tarixli, ********** nömrəli çıxarış və Cavabdeh3 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-çi il tarixli çıxarış və reyestrdə mülkiyyət hüququna dair qeyd torpaq sahəsinə münasibətdə onun torpaq sahəsi ilə üst-üstə düşən hissədə (0,629 ha) ləğv edilmişdir. İş üzrə 3-cü şəxs Cavabdeh2 Sumqayıt İnzibatı Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2- 1(118)-72/2023 saylı qərarından apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(105)259/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibatı Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2- 1(118)-72/2023 saylı qərarı üçüncü şəxs Cavabdeh2 adına verilmiş JN- 068F, KOD 30101004 olan “Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamənin, daşınmaz əmlakın dövlət reyestrindən, yerilmiş xx.xx.2019-cü il tarixli, ********** nömrəli çıxarışın və reyestrdə mülkiyyət hüququna dair qeyd torpaq sahəsinə münasibətdə menim torpaq sahəm ilə üstüstə düşən hissədə (0,629 ha) ləğv edilməsinə dair iddianın təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(105)-259/2024 nömrəli qərardadı ilə Sumqayıt İnzibatı Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2-1(118)-72/2023 saylı qərarı qismən- Cavabdeh3 adına yerilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışın və reyestrdə mülkiyyət hüququna dair qeyd torpaq sahəsinə münasibətdə onun torpaq sahəsi ilə üst-üstə düşən hissədə (0,629 ha) ləğv edilməsinə dair iddianın təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia mümkün sayılmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddianın yuxarıda qeyd olunan hissədə mümkün şayılmamasını onunla əsaslandırmışdır ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 17-ci bəndinə əsasən əgər aidiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmis hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və bələ işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(105)-259/2-24 nömrəli qərarından və həmin tarixli qərardadından kassasiya qaydasında şikayət verilməmiş və həmin qərar və qərardad qanuni qüvvəyə minmişdir. Ona görə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 17.1Q.2019-çu il tarixli, ********** qeydiyyat nömrəli, **********40-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 mülkiyyətinə yerilmiş ünvan 1 ünvanında 0,09 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin Cavabdeh3 bağışlanması haqqında Qusar rayon Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-619 reyestr nömrəli bağışlama müqaviləsi mülki mühakimə icraatı qaydasında etibarsız hesab edilməli və həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış və reyestrdə mülkiyyət hüququna dair qeyd torpaq sahəsinə münasibətdə onun torpaq sahəsi ilə üst-üstə düşən hissədə (0,629 ha) ləğv edilməlidir.
3. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddiaya qarşı etiraz ərizəsi göndərərək göstərmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən vəkil sorğusuna verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, ləğv edilmiş DT və XK Qusar ravon şöbəsi tərəfindən 0,09 ha torpaq sahəsinə dair JN-068F KOD 30101004 nömrəli «Torpaäın mülkiyyətə verilməsinə dair şəhadətnamə və həmin şəhadətnaməyə əsasən dövlət reyestrindən Cavabdeh2 adına xx.xx.2019-cu il tarixli. ********** qeydiyyat nömrəli, **********40-10301 reyestr nömrəli cıxarıs işlənmişdir. Cavabdeh2 həmin 09 ha torpaq sahəsini və üzərində yerləşən fərdi vasayıs evini Qusar rayon Notariat Kontorunun xx.xx.2020-ci il tarixli 4Ə-619 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən arvadı Cavabdeh3 adına özgəninkiləsdirmiş və həmin fərdi ysayış evinə Cavabdeh3 adına dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli cıxarıs işlənmişdir. Cavabdeh2 Cavabdeh3 həyat yoldaşıdır. Cavabdeh2la həmin şəxs mübahisələndirilən torpaq sahəsindən uzun müddətdir ki, istifadə edirlər və 2012- 2013-cü ildə fərdi yaşayış evi inşa etmişlər. Həmin fərdi yaşayış evi yerləşdiyi 0.09 ha torpaq sahəsi ilə birlikdə xüsusi mülkiyyət hüququ üzrə əri Cavabdeh2 adına qeydiyyata alınmaqla xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********40-10301 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. İddiaçı Nühbala oğlu Cavabdeh2 qardaşıdır. Həmin şəxs mübahisəli torpaq sahəsinin cavabdehlərin istifadəsində olmasını, o cümlədən həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evini inşa etmələrini bilmiş, uzun müddət bununla bağlı heç bir tələb irəli sürməmişdir. Bundan başqa, iddiaçı özünün iddia ərizəsində də qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən vəkil sorğusuna verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubu ilə qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə Cavabdeh3 bağışlandığı iddiaçıya bildirilmişdir. İddiaçı Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış bağışlama müqaviləsini mübahisələndirməyə subyektiv hüququ yoxdur. Belə ki, əvvəla qeyd etdiyi kimi bağışlama müqaviləsinin predmetini torpaq sahəsi ilə birlikdə həm də qanuni əsaslarla inşa edilmiş fərdi yaşayış evi təşkil edir. Həmin fərdi yaşayış evinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Bundan başqa, bağışlama müqaviləsi bağlanan anda Mülki Məcəllənin heç bir tələbləri pozulmamış, həmin vaxt Cavabdeh2 adına olan Çıxarış qüvvədə olmuş və bağışlama müqaviləsi notariat orqanında təsdiq edildiyi anda Cavabdeh2 adına olan Çıxarış mübahisələndirilməmişdir. Bununla bağlı reyestrə hər hansı etiraz daxil edilməmişdi. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki Məcəllənin 140-cü maddəsinin mahiyyəti ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin qeyri-dəqiq olması müəyyən edildiyi anadək, həmin qeydə əsasən həyata keçirilmiş əqdlər (yalnız əqdin xeyrinə hüquq özgəninkiləşdirilən tərəfinin qeydin qeyri-dəqiq olmasını bildiyi hal istisna olmaqla) əsasında hər bir şəxsin əldə etdikləri hüquqlar müdafiə edilməlidir. Bu zaman ilkin qeydin hansı əsasla edilməsi, o cümlədən qanunsuz olması əhəmiyyət kəsb etmir. Qeydin yalnız qanuni əsaslarla həyata keçirildiyi halda daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamlığı prezumpsiyasının qüvvədə olması və əldə edən şəxsin hüquqlarının müdafiə olunması, həmin normanın mahiyyətinə ziddir və zərurətini aradan qaldırır. Mülki Məcəllənin 148.2 və 149.2-ci maddələrinin məzmunu da qeyd olunanları təsdiq edir. Belə ki, həmin müddəalara görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları, habelə əsassız dövlət qeydiyyatının dəyişdirilməsi zamanı vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqlar müdafiə olunmalı və saxlanılmalıdır. Yuxarıda qeyd etdiyi kimi Cavabdeh3 ilə Cavabdeh2 arasında mübahisələndirilən bağışlama müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanmışdır. Cavabdeh2 adına olan Çıxarış isə bağışlama müqaviləsindən 1 ildən artıq müddət keçdikdən sonra mübahisələndirilmişdir. Bu isə onu təsdiq edir ki, bağışlama müqaviləsi bağlanarkən Cavabdeh2 adına olan Çıxarışın düzgün olmadığını Cavabdeh3 bilmirdi və bilə də bilməzdi. Bundan başqa Mülki Məcəllənin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını istisna edən ikinci hal reyestrdəki qeydiyyatın düzgün olmaması barədə etirazın reyestrə daxil edilməsi halıdır. Lakin, bağışlama müqaviləsi bağlanan anadək belə bir etiraz reyestrə daxil edilməmişdi. Bununla da Cavabdeh3 adına aparılan daşınmaz əmlakın dövlət reyestrinin məzmununun tamlığı və həqiqiliyi prezumpsiyasını aradan qaldıran heç bir hal yoxdur. Bundan başqa İddiaçı Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış məlum bağışlama müqaviləsindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən vəkil sorğusuna verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubundan sonra məlumatı olsa da hazırkı iddianı qaldırmamış, həmin vaxtdan 3 ildən artıq müddət keçdikdən sonra qaldırmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunan maddədə nəzərdə tutulan müddət əslində iddia müddəti deyil, kəsici müddətdir. Kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. Kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən olunmuş bir illik müddət iddia müddəti olmamaqla qanunun həmin normasının qüvvəsi müddətin tətbiqi barədə ərizənin verilməsindən asılı olmayaraq, bunun üçün qanuni əsaslar olduqda tətbiq edilir. Hazırki halda iddiaçı tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülmüşdür. Qeyd olunmalıdır ki, müddət institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. Beləlikə, yuxarıda sadalanan əsaslara görə İddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Odur ki, İddiaçı oğlu tərəfindən qaldırılmış hazırkı iddia rədd edilməlidir.
4. Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-83/2025 nömrəli qətnaməsi ilə (hakim Anar Qasımov) iddia qismən təmin edilmiş, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********40-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 mülkiyyətinə verilmiş ünvan 1 ünvanında 0,09 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin Cavabdeh3 bağışlanması haqqında Qusar rayon Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-619 reyestr nömrəli bağışlama müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışın torpaq sahəsinə münasibətdə iddiaçıya məxsus 0.0629 ha hissədə etibarsız hesab edilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 12 mart 2020ci il tarixli, 4Ə-619 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin predmetini ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.09 hektar torpaq sahəsi təşkil edir. Qeyd olunan daşınmaz əmlaklar daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmaqla xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Lakin, sonradan İddiaçı iddiasına əsasən Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-72/2023 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(105)-259/2024 saylı qərarları ilə həmin Çıxarış və reyestrdə mülkiyyət hüquqlarına dair qeyd torpaq sahəsinə münasibətdə iddiaçının torpaq sahəsi ilə üst-üstə düşən hissədə (0.0629 ha hissədə) ləğv edilmişdir. Bununla da qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 adına qeydiyyata alınmış 0.09 ha torpaq sahəsinin 0.0629 ha hissəsi Cavabdeh2 deyil, İddiaçı məxsus olmuşdur. Belə olan halda həmin torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnun tərkib elementi olan sərəncam vermək səlahiyyəti olmamışdır. Eyni zamanda Cavabdeh2 həmin torpaq sahəsini sərəncam vermək səlahiyyəti üzrə Cavabdeh3 bağışlaması İddiaçı mülkiyyət hüququnu pozmuşdur. Bu hal isə yuxarıda qeyd olunduğu kimi Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 12 mart 2020-ci il tarixli 4Ə-619 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin torpaq sahəsinə münasibətdə 0.0629 ha hissədə etibarlı olmasını aradan qaldırır. Bununla belə məhkəmə hesab edir ki, bağışlama müqaviləsi fərdi yaşayış evinin bağışlanmasına dair hissədə etibarlıdır, onun həmin hissədə etibarlı olmasını aradan qaldıran heç bir hal mövcud deyil. Belə ki, qeyd olunan torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyətində olmaqla qanuna müvafiq qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Onun həmin fərdi yaşayış evi üzərində əldə etdiyi mülkiyyət hüququ iddiaçı tərəfindən mübahisələndirilməmiş, eyni zamanda əsassızlığı sübuta yetirilməmiş və Sumqayıt İnzibati Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının yuxarıda göstərilən məlum qərarları ilə Cavabdeh2 adına verilmiş Çıxarış fərdi yaşayış evinə dair hissədə ləğv olunmamışdır. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinin tələbinə əsasən Cavabdeh2 həmin fərdi yaşayış evi üzərində qeydiyyata alınmış mülkiyyət hüququ üzrə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir və onun fərdi yaşayış evi üzərində sərəncam vermək səlahiyyəti olmuşdur. Bundan başqa İddiaçı özünün izahatında Cavabdeh2 tərəfindən qeyd olunan torpaq sahəsində fərdi yaşayış evini inşa etməsini bildiyini, fərdi yaşayış evi inşa edilərkən, o cümlədən bundan sonra həmin halla bağlı heç bir etiraz və tələb irəli sürmədiyini etiraf etmişdir. Bu isə ona dəlalət edir ki, hətta fərdi yaşayış evi iddiaçının 0.0629 ha torpaq sahəsində inşa edilmişdirsə belə iddiaçının həmin fərdi yaşayış evini tələb etmək hüququ mövcud deyil, vicdanlılıq prezumpsiyası da onun belə bir hüququnu istisna edir. Belə olan halda, məhkəmənin qənaətinə görə İddiaçı Cavabdeh2la Cavabdeh3 arasında bağlanmış bağışlama müqaviləsini fərdi yaşayış evinin bağışlanmasına dair hissədə mübahisələndirməyə subyektiv hüququ mövcud deyil və ona görə də, həmin hissədə iddia rədd edilməlidir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 144.1, 152.1, 152.4, 337.1, 339.1, 339.2, 339.3, 339.4, 339.6-cı maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-83/2025 nömrəli qətnaməsinin ləğv edilsin, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı apellyasiya şikayətinin dəlilləri iddia ərizəsində göstərilənlərlə eynilik təşkil etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, torpaq sahəsi ona məxsusdur. Cavabdehlər torpaqdan çıxmaq istəmirlər. Ev qardaşınındır, özü tikib, hazırda da tikinti işləri aparırlar, ikinci evi tikir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, qətnamə cavabdehi də qane etməsə də iki qardaş arasında razılıqla bu məsələnin sonlandırılmasını istəmişlər. Lakin iddiaçı razılaşmamışdır. Torpaq sahəsi tərəflərin ataları tərəfindən iddiaçının adına alınıb, torpaq sahəsində ev 2012-2013-cü ildə tikilib, iddiaçının məlumatı olub, razılığı ilə tikilib, etiraz etməyib. İddiaçının çıxarışı mübahisələndirməyə subyektiv hüququ yoxdur. 2020-ci ildə torpaq sahəsi və ev cavabdehin adına qeydiyyata alınmış, sonra cavabdeh arvadına bağışlamışdır. Torpaq sahəsi və ev təmsil etdiyi şəxsə bağışlananda hüquqmüəyyənedici sənədlər mübahisələndirilməmişdir. Torpaq sahəsi 9 sotdur, 3 sotu cavabdehə məxsusdur. Evin torpağın hansı hissəsində yerləşməsinə dair ekspert rəyi yoxdur. Bu hallar növbəti iddia predmetinin əsasını təşkil edəcək. İlk iddia qaldırılanda dəfələrlə müəyyən məbləğ təklif edilməklə razılığa gəlinməsini istənilmiş, lakin razılaşma olmamışdır.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Ağalarov X1 rayon notariat ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübular
13. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 26 dekabr 2019-cu il tarixli 1946 saylı arxiv arayışından və Qusar rayon bələdiyyəsinin 25 yanvar 2002-ci il tarixli 1/4-10 saylı qərarının surətindən görünür ki, həmin qərarla İddiaçı Nöhbala oğluna Qusar şəhərinin baş planına uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün Ş.Piroğlanov küçəsində 900 kv.metr torpaq sahəsi satılmışdır.
14. xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.09 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır.
15. 12 mart 2020-ci il tarixli 4Ə-619 reyestr nömrəli daşınmaz əmlakın bağşlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0.09 hektar torpaq sahəsini Cavabdeh3 bağışlamışdır.
16. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-72/2023 saylı qərarından görünür ki, Cavabdeh2 adına verilmiş JN-068F KOD 30101004 olan şəhadətnamə, DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarış və Cavabdeh3 adına verilmiş ********** saylı qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış və reyestrdə mülkiyyət hüquqlarına dair qeyd torpaq sahəsinə münasibətdə iddiaçının torpaq sahəsi ilə üst-üstə düşən hissədə (0.0629 ha hissədə) ləğv edilmişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(105)-259/2024 saylı qərarından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2-1(118)-72/2023 nömrəli qərarı üçüncü şəxs Cavabdeh2 adına verilmiş JN-068F, KOD 30101004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin, onun adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019cu il tarixli, ********** nömrəli çıxarış və mülkiyyət hüququna dair qeydin 0.0629 ha torpaq sahəsinə münasibətdə ləğv edilməsinə dair iddianın təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(105)-259/2024 saylı qərardadından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 24 avqust 2023-cü il tarixli 2-1(118)-72/2023 nömrəli qərarı qismən Cavabdeh3 adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** nömrəli çıxarışın və reyestrdə mülkiyyət hüququna dair qeydin torpaq sahəsinə münasibətdə iddiaçının torpaq sahəsi ilə üst-üstə düşən hissədə (0,0629 ha) ləğv edilməsinə dair iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia mümkün sayılmamışdır.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Konstitusiyası
13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası mülkiyyət toxunumlmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur.
20.Azərbacyan Respublikası Mülki Məcəlləsi
139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 144.1.Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2.Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
22. Məhkəmə kollegiyası tərəfindən Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-83/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)- 83/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Belə ki, işin hallarından müəyyən edilir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.09 hektar torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmaqla xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarışla rəsmiləşdirilmiş, 12 mart 2020-ci il tarixli, 4Ə-619 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin torpaq sahəsi və fərdi yaşayış evi Cavabdeh3 bağlanmış, İddiaçı iddiasına əsasən Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-72/2023 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(105)-259/2024 saylı qərarları ilə həmin Çıxarış və reyestrdə mülkiyyət hüquqlarına dair qeyd torpaq sahəsinə münasibətdə iddiaçının torpaq sahəsi ilə üst-üstə düşən hissədə (0.0629 ha hissədə) ləğv edilmişdir. Bununla da torpaq sahəsinə münasibətdə sərəncam verilməsində Cavabdeh2 səlahiyyətsiz şəxs olmuş, iddiaçının isə bu sərəncamın həyata keçirilməsinə qabaqcadan verilmiş razılığının olması və sərəncamın verilməsini sonradan bəyənməsi sübut olunmamışdır. Buna görə də birinci instansiya məhkəməsinin Qusar rayon Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-619 reyestr nömrəli bağışlama müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışı torpaq sahəsinə münasibətdə etibarsız hesab etməsi əsaslı olmuşdur.
25. Məhkəmə kollegiyası bağışlama müqaviləsinin və buna əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə münasibətdə etibarsız hesab edilməsi ilə bağlı tələbinə münasibətdə isə qeyd edir ki, iş materiallarında olan məhkəmə qərarlarından görünür ki, fərdi yaşayış evinə münasibətdə Cavabdeh2 mülkiyyət hüququna dair qeyd mübahisələndirilməmiş və həmin qeydin həqiqiliyi və tamamlığı prezumpsiyası hazırda da qüvvədədir. Belə olduğu təqdirdə isə Cavabdeh2 mülkiyyətində olan əşyaya dair sərəncam vermək səlahiyyəti olmuş və bu səlahiyyətə əsasən də həmin evi arvadına bağışlamışdır. Birinci instansiya məhkəməsi də haqlı olaraq qeyd etmişdir ki, həmin qeydin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğu təqdirdə, iddiaçının fərdi yaşayış evinə münasibətdə bağışlama müqaviləsini və həmin müqaviləyə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydi mübahisələndirmək üçün subyektiv hüququ olmamışdır.
26. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-83/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 27.. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-83/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.