Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-642/2023 03.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və X8 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və X5 qarşı müqavilənin ləğv edilməsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-4453/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İşin halları Xüsusi təyinatlı yaşayış sahəsinin 07 dekabr 2015-ci il tarixli, 6/19 saylı kirayə müqaviləsinin surətindən görünür ki, məcburi köçkün Cavabdeh1 və 1 nəfərdən ibarət ailə üzvü (X9) Dövlət Proqramı çərçivəsində Abşeron rayonu ərazisində Mehdiabad qəsəbəsi, “Gənclər” şəhərciyi, 6 saylı binadakı 19 nömrəli 2 otaqlı mənzillə təmin edilmişdir. Abşeron rayon 1 saylı Mənzil-Kommunal İstismar Səhəsinin mühəndisi X12, sahə nəzarətçiləri X13 və X6 tərəfindən imzalanmış xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli aktlardan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər Şəhərciyində kirayə müqaviləsi ilə xüsusi təyinalı yaşayış sahəsi kimi verilmiş bina 6 mənzil 19 ünvanında yaşayan Cavabdeh1 həmin mənzili başqa şəxslərə kirayə verərək özü başqa ünvanda yaşayır. Abşeron rayon 1 saylı Mənzil-Kommunal İstismar Səhəsinin mühəndisi X15, sahə nəzarətçisi X13 və komputer operatoru X6 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli aktdan görünür ki, dəfələrlə aparılan yoxlamalar zamanı məlum olmuşdur ki, Gənclər Şəhərciyi, bina 6 ünvanda 19 nömrəli mənzildə Cavabdeh1 özü yaşayır və mənzili kirayə verməyib. Abşeron rayon 1 saylı Mənzil-Kommunal İstismar Səhəsinin 556 və 557 nömrəli, xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, Cavabdeh1 və Ağayeva X4 qəsəbəsi, Gənclər Şəhərciyi, ev 6, 19 nömrəli mənzildə məcburi köçkün kimi müvəqqəti məskunlaşmışlar. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1 və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və X3 istifadələrinə verilmiş Abşeron rayonu, Mehdabad qəsəbəsi, “Gənclər” şəhərciyi, 6 saylı binadakı 19 nömrəli mənzilə dair 07 dekabr 2015-ci il tarixli, 6/19 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 ailə üzvləri ilə birlikdə və qeyrilərinin həmin mənzildən çıxarılması, həmçinin 6/19 saylı mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-4453/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən, hakim Məlahət Abbasova) iddia qismən təmin edilmiş, Cavabdeh1 və X3 (Cavabdeh2) istifadəsinə verilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər” şəhərciyi, 6 saylı binadakı 19 nömrəli 2 otaqlı mənzilə dair xx.xx.2015-ci il tarixli 6/19 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və X9 (Cavabdeh2) Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər” şəhərciyi, 6 saylı binadakı 19 nömrəli 2 otaqlı mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri və vəzifələri yerinə yetirmədiyindən iddiaçı hazırda tərəflər arasında imzalanmış müqavilənin ləğv edilməsi və mübahsəli yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələbində haqlıdır. Tərəflər arasındakı icarə müqaviləsi ləğv edilməli, Cavabdeh1 və X9 mübahisəli yaşayış sahəsindən çıxarılmalı, bu yaşayış sahəsi iddiaçıya təhvil verilməlidir. Mənzil Məcəlləsinin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallardan heç birinin baş verməməsini, habelə Cavabdeh1 mülkiyyətində digər mənzillərin olmasını (hazırki yaşayış sahəsinə ehtiyacının olmamasını) nəzərə alır. Apellyasiya şikayətinin dəlilləri, ona etiraz, apellyasiya icraatında tərəflərin izahatları Cavabdeh Ağayeva X7 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-4453/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, həmin məhkəmə qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının iddia tələbindən imtina etdiyini bildirmiş, iddia tələbindən imtinasının qəbul edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi Vəkil məhkəmə iclasında iddiaçının iddiadan imtinasının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apelyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüququ Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Maddə 370. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261.0.4. İdiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Madd 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-4453/2022 nömrəli qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Belə ki, məhkəmə kollegiyasına təqdim edilmiş iddiaçının nümayəndəsinin xx.xx.2023cü il tarixli ərizəsindən görünür ki, iddia tələbindən imtina etmiş, iddiadan imtinasının qəbul edilməsini və mülki işin icraatına həmin hissədə xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də həmin imtina qəbul olunmalı, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)- 4453/2022 nömrəli qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 372, 387, 397 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-4453/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və X5 qarşı müqavilənin ləğv edilməsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təhvil aldıqdan sonra 10 (on) gün müddətində (elektron kabinet və vəkil vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-642/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-642/2023
03.04.2023 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver