Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-642/2025 27.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X11 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınmaqla əvvəlki sərhədin bərpa edilməsi və qanunsuz yerləşdirilmiş dəmir darvazanın cavabdehin hesabına sökülməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-12/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Cəlilov) İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınmaqla əvvəlki bərpa sərhədin edilməsi və qanunsuz yerləşdirilmiş dəmir darvazanın cavabdehin hesabına sökülməsi tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə 100 (yüz) manat təşkil edən məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, HesabAZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X6, Kodu210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınmaqla əvvəlki sərhədin bərpa edilməsi və qanunsuz yerləşdirilmiş dəmir darvazanın cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1ndan miras qalmış və Qusar rayonunun Yuxarı Qələnxur kəndində yerləşməklə onun qanuni istifadəsində və sahibliyində olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş hissəsinin onun qanunsuz sahibliyindən alınıb X1nun adına verilmiş 15 iyul 1988-ci il tarixli qeydiyyat vəsiqəsi və 1989-cu ildə tərtib edilmiş texniki pasporta uyğun olaraq sərhədin bərpa edilməklə aidiyyəti üzrə geri qaytarılmaqla onun sahiblik və istifadə hüququnun bərpa edilməsinə və Cavabdeh tərəfindən həyətyanı torpaq sahəsi ilə sərhəddə evin həyətinə giriş üçün qanunsuz olaraq quraşdırılan dəmir darvazanın cavabdehin hesabına sökülməsinə və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Qusar rayonunun Yuxarı Qələnxur kəndində yaşayır. Yaşadığı ev 2 mərtəbəli, 3 otaqlı olmaqla X1na məxsus olmuş və bu barədə adına 15 iyul 1988-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsi və texniki pasport mövcuddur. Həmin evin yerləşdiyi torpaq sahəsi isə 1500 kv. metr, yəni 0,15 hadır. X1 30 oktyabr 1998-ci il tarixdə, anası X8 isə xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Valideynlərinin vəfatından sonra onlardan miras qalmış evdə ailəsilə birlikdə o yaşayır və təsərrüfatı faktiki idarə etməklə həmin ev və evin yerləşdiyi həyətyanı torpaq sahəsi onun qanuni sahibliyində və istifadəsindədir. Neçə illərdir ki, ailəsini dolandırmaq məqsədi ilə yay aylarında Rusiya Federasiyasının Dağıstan Respublikasına işləməyə gedir. Son illər ona məlum olmuşdur ki, çəpər qonşusu-iş üzrə Cavabdeh onun Dağıstan Respublikasına getməklə uzun müddət evdə olmamağından sui-istifadə edərək faktiki idarəçiliyində və sahibliyində olan, mərhum valideynlərindən miras qalmış fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin onun həyətyanı torpaq sahəsi ilə həmsərhəd olan tərəfindən qanunsuz olaraq çəpər boyu içəri daxil olmaqla çəpərin yerini dəyişmiş, həyətyanı torpaq sahəsi ilə sərhəddə evin həyətinə giriş üçün istifadə olunan dəmir darvaza quraşdırmışdır. Cavabdehin bu hərəkətlərindən xəbər tutan kimi bu barədə Qusar RİHB-nın Yuxarı Qələnxur İƏDÜ Nümayəndəliyə, Qusar rayonunun Yuxarı Qələnxur bələdiyyəsinə və Qusar Rayon Polis Şöbəsinə yazılı müraciətlər etmişdir. Onun müraciətləri əsasında həmin təşkilatların nümayəndələri tərəfindən onun və Cavabdeh iştirakı ilə mübahisəli torpaq sahəsinə baxış keçirilmiş, müəyyən ölçmə işləri aparılmış, lakin koordinatların yerində dəqiq müəyyən edilməməsi səbəbindən ölçmə işlərinin aparılması mümkün olmamış, mübahisənin həll edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və məhkəməyə müraciət olunması məsləhət görülmüşdür. Ona görə də valideynlərimin ölümündən sonra miras qalmış fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət reyetrində qeydiyyata alınması və yeni texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə tərəfindən müraciət olunmuş və qeydiyyatın 15 iyul 1988-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsi və texniki pasporta uyğun aparılmasını xahiş etmişdir. Müraciətilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi tərəfindən həmin torpaq sahəsi müayinə edilmiş, lakin evin texniki pasportunda göstərilən ölçülər faktiki naturaya uyğun olmadığına, həmçinin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mübahisə olduğuna görə müraciəti təmin edilməmişdir. Göründüyü kimi, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində o, miras qalmış əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını həyata keçirə bilmir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Qusar Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə almamış, iş üzrə verilmiş mütəxəssis rəyini və həmin rəydə göstərilənləri təkrarlamaqla eyni məzmunlu ekspert rəyini əsas tutaraq qeyd edilən məzmunda qətnamə qəbul etmişdir. Məhkəmədə iş üzrə verilmiş mütəxəssis və ekspert rəyləri ilə razılaşmayaraq etirazını bildirməklə həmin rəyin qeyri-obyektiv və qərəzli verildiyini, ekspertizanın birtərəfli qaydada, cavabdehin də istifadəsində olan torpaq sahəsində müvafiq ölçü işləri aparılmadan birtərəfli qaydada aparıldığını bildirməklə iş üzrə təkrar məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının təyin edilməsi barədə vəkili ilə birlikdə məhkəməyə şifahi vəsatət versə də məhkəmə vəsatətini əsassız olaraq təmin etməmişdir. İş üzrə Cavabdeh arvadı torpaq islahatı dövründə X13 Komissiyasının üzvü olmuş və onun istifadəsində olan torpaq sahəsi ilə sərhəddə yerləşən və islahata qədər cavabdehin valideynlərinin istifadəsində olmuş 0,12 ha torpaq sahəsinin hansı yollasa Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilməsi barədə JN- 037A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin işlənməsinə nail olmuşdur. Hansı ki, Cavabdeh islahat zamanı təsərrüfatbaşına kitablarda ayrı təsərrüfat kimi qeydə alınmışdır. Hazırda da həmin kitablarda qeyd olunan 0,12 ha torpaq sahəsi Cavabdeh valideynlərinin adına qeyd edilmişdir. Ona görə də hesab edir ki, iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-12/2025 nömrəli qətnaməsi ləğv edilməklə iş üzrə təkrar məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizası təyin edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini İddiaçı iddia tələbinin əsası kimi istinad olunmuş hallar sübuta yetirilmədiyindən, işin faktiki halları iddia tələbinin hüquqi əsası ilə uzlaşmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Baxılan iş üzrə iddia tələbi zəbt edilmiş torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınmaqla əvvəlki sərhədin bərpa edilməsi və qanunsuz yerləşdirilmiş dəmir darvazanın cavabdehin hesabına sökülməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2. maddəsi təşkil edir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Maddənin dispozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehlərin çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən anda əmlakın cavabdehlərin sahibliyində olduğunu sübut etməli və yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalı, üçüncüsü isə cavabdehlərin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Nəzərə alınmalıdır ki, qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asıl olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu iddia mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Qeyd olunan maddənin dispozisiya şərtlərindən göründüyü kimi sözügedən tələbin təmin olunması üçün çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu, həmin əmlakın cavabdehin sahibliyində olduğunu və sonuncunun əşyaya sahiblik hüququ qanunsuz olduğunu sübut etməlidir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 22 oktyabr 2024-cü il tarixli 3-16-16/2-10/7957 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilir ki, 15 yanvar 1989-cu il tarixli yaşayış evinin texniki passportuna əsasən, X4 məxsus Qusar rayonu Yuxarı Kalanxur kəndində yerləşən torpaq sahəsinin naturada ölçüsü 0.1511 ha təşkil edir. 15 yanvar 1989-cu il tarixli yaşayış evinin texniki pasportuna əsasən, X4 məxsus Qusar rayonu Yuxarı Kalanxur kəndində yerləşən torpaq sahəsinin künc koordinatları müəyyən edilməklə sərhədlərin müəyyən edilməsi mümkün deyildir. Həmin torpaq sahəsi və ya hər hansı bir hissəsi Cavabdeh tərəfindən heç bir ölçüdə istifadə olunmur. İddiaçı iddia ərizəsində sökülməsini tələb etdiyi dəmir darvaza iddiaçıya məxsus torpaq sahəsində inşa edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materialları və ekspert rəyi ilə təkzib olunduğundan, eləcə də iddiaçının göstərdiyi hallar öz təsdiqini tapmadığından, iddianı təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-642/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-642/2025
27.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver