Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-643/2021 29.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialına qarşı əmək müqaviləsinin təsdiqlənmiş surətinin verilməsi tələbinə dair tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1633/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 2(027)-1633/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, işəgötürən Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının direktoru X4 ilə işçi İddiaçı arasında Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında Kadrlar üzrə mütəxəsis vəzifəsinə xx.xx.2005-ci il tarixli müddətsiz bağlanmış, xx.xx.2005-ci il tarixindən xx.xx.2009-cu il tarixinə kimi mövcud əmək müqaviləsinin təsdiqlənmiş surətinin Azərbaycan Müəllimlər İnstitutunun Quba filiialı tərəfindən İddiaçı təqdim edilməsi qət edilmişdir (hakim R.T.Həsənov). Qətnamədən narazı qalan cavabdeh Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialı apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-1633/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı məhkəməyə müraciət edərək işəgötürən Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının direktoru X4 ilə işçi İddiaçı arasında Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında Kadrlar üzrə mütəxəsis vəzifəsinə təyin edilməsinə dair xx.xx.2005-ci il tarixli müddətsiz bağlanmış, xx.xx.2005-ci il tarixindən xx.xx.2009-cu il tarixinə kimi mövcud əmək müqaviləsinin rəsmi təsdiqlənmiş surətini, Azərbaycan Müəllimlər İnstitutunun Quba filiialı tərəfindən İddiaçı təqdim edilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh “Azərbaycan Müəllimlər İnstitutunun Quba filiialı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, iddia tələbində göstərilən əmək müqaviləsi filialda mövcud deyildir. Filialın kadrlar şöbəsinin inspektoru, şöbənin mütəxəssisi və operatoru tərəfindən tərtin edilmiş xx.xx.2010-cu il tarixli aktdan görünür ki, filialın kadrlar şöbəsinin müdiri İddiaçı Əzizağa qızı əmək məzuniyyətinə çıxarkən, öz şəxsi işindən işdən çıxma barədə ərizəni, təhsil haqqında sənədini və əmək kitabçasını gizlicə götürmüşdür. Filialın kadrlar şöbəsinin inspektoru X1 xx.xx.2010-cu il tarixli izahatında göstərilən xüsusat təsdiqini tapmışdır. İddia tələbində göstərilən müqavilə də həmçinin İddiaçı şəxsi qovluğunda aşkar edilməmiş, həmin müqavilə də digər sənədlərlə birlikdə iddiaçı tərəfindən götürülmüşdür. İddiaçının işdən azad edilməsinə dair xx.xx.2010-cu il tarixli, 156 saylı əmrdə həmin hallara istinad olunmuşdur. Lakin həmin akt, əmrin və izahatın təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi üçün prosessual imkan yaradılmamışdır. Hazırlıq iclasının keçirilməsi barədə bildiriş filiala göndərilmiuş, bundan sonra yuxarda göstərilən aktın surəti məhkəməyə təqdim edilməsi üçün hazırlanmış, lakin məhkəmə baxışının keçiriləcəyi barədə heç bir bildiriş göndərilməmişdir. Göstərilən əmək müqaviləsi mövcud olduğu halda onun bir nüsxəsi iddiaçıda olmalı idi. İşə baxan birinci instansiya məhkəməsi cavabdehin iştirakını təmin etməməklə MPM-nin 9.1, 9.3, 165, 167.1-ci maddələrin tələblərini pozmuşdur. Bundan başqa müqavilənin surətinin təqdim edilməsi üçün cavabdehə şərait yaradılmamışdır. Odur ki, Quba Rayon Məhkəməsinin 2(027)- 1633/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edlməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edlmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə İddiaçı və Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının lazımi qaydada xəbərdarlıq edilsə də üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixindən müqavilə əsasında Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialında kadrlar üzrə mütəxəssis vəzifəsinə təyin edilməsi barədə əmr imzalanmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı nümayəndəsi X2 müraciətinə əsasən Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialı tərəfindən İddiaçı aid əmək müqaviləsinin surəti təqdim edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44.3-cü maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, cavabdehin məhkəmə iclasında iştirakını təmin etməmiş, bununla da ədalət mühakiməsinin çəkişmə prinsipini pozmuş, nəticədə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərləəsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə bildirişini rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən sənədin rəsmən verilməsi məhkəmənin göndərdiyi rəsmi sənədlərin çatdırılmasıdır. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə isə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri «Poçt haqqında» Azorbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarışlı poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edənşəxsin tapşırığı ilə həmin şəxsə həvalə edilə bilər. Tərəflərin məhkəmədə iştirakının təmin edilməsi qaydasını müəyyən edən mülki prosessual qanunvericiliyin qeyd olunan bu normalarının tələblərinə baxmayaraq, iş materallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmiş, nəticədə işə cavabdehin iştirakı olmadan və çəkişmə prinsipinə əməl edilmədən baxılmışdır. İş materiallarında məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə göndərilən bildirişlərin cavabdeh tərəfindən alınmasını təsdiq edən sübut yoxdur. Məhkəmə kollegiyası bunu prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirir və belə nəticəyə gəlir ki, qətnamə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.2-ci maddəsinə görə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin məhkəmə baxışında iştirakının təmin edilməməsi barədə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Buna görə də qətnamənin prosessual əsaslarla ləğv edilməsi qənaətinə gəldiyi üçün məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinə yenidən qiymət verilməlidir. İddia tələbinə qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməlidir. Müəyyən edilmişdir ki, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialının xx xxxxxx 2005-ci il tarixli, 98 saylı əmri ilə İddiaçı xx.xx.2005-ci il tarixdən müqavilə əsasında kadrlar üzrə mütəxəssis vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı nümayəndəsi X2 müraciətinə əsasən Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialı tərəfindən İddiaçı aid əmək müqaviləsinin surəti təqdim edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edlmiş nümunəvi formaya uyğun tərtib edilir. Həmin Məcəllənin 44.3-ci maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. İş materiallarından göründüyü kimi, işəgötürən Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialı ilə işçi İddiaçı arasında əmək münasibətləri yaranmış və işçiyə əmək müqaviləsinin surəti təqdim edilmişdir. Hazırda iddiaçı əmək müqaviləsinin təsdiqlənmiş surətinin verilməsini xahiş edir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsus iəhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq,inkar edənin deyil, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” xx xxxx 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini sübuta yetirmişdir. Göründüyü kimi, tərəflər arasında əmək münasibətləri olmuş, iddiaçı müqavilə əsasında cavabdeh təşkilatda kadrlar üzrə mütəxəssis vəzifəsində işləmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbində haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti cavabdehin iştirakı olmadan mübahisəyə baxılmasına dair hissədə əsaslı olduğu üçün təmin olunmalıdır. Cavabdehin apelyasiya şikayəti iddiaçının əmək kitabçasını aparması, müqavilənin iş materiallarında olmasına dair dəlili əsassız oluğu üçün təmin olunmamalıdır. Belə ki, cavabdeh göstərdiyi dəlilləri təsdiq edəcək sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki işdən görünür ki, cavabdeh apelyasiya şikayətinə dair dəlilini sübuta yetirə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi əsaslı olduğu üçün təmin edilıməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, işəgötürən Azərbaycan Müəİİimlər İnstitutunun Quba filialının direktoru X4 ilə işçi İddiaçı arasında Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında Kadrlar üzrə mütəxəsis vəzifəsinə təyin edilməsinə dair xx.xx.2005-ci il tarixli müddətsiz bağlanmış, xx.xx.2005-ci il tarixindən xx.xx.2009-cu il tarixinə kimi mövcud əmək müqaviləsinin təsdiqlənmiş surəti Azərbaycan Müəllimlər İnstitutunun Quba filiialı tərəfindən İddiaçı təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 387.2.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-1633/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialına qarşı əmək müqaviləsinin təsdiqlənmiş surətinin verilməsi tələbinə dair iddiası təmin edilsin. İşəgötürən Azərbaycan Müəİİimlər İnstitutunun Quba filialının direktoru X4 ilə işçi İddiaçı arasında Azərbaycan Müəİİimlər İnstitutunun Quba filialında Kadrlar üzrə mütəxəsis vəzifəsinə təyin edilməsinə dair xx.xx.2005-ci il tarixli müddətsiz bağlanmış, xx.xx.2005-ci il tarixindən xx.xx.2009-cu il tarixinə kimi mövcud əmək müqaviləsinin təsdiqlənmiş surəti Azərbaycan Müəllimlər İnstitutunun Quba filiialı tərəfindən İddiaçı təqdim edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-643/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-643/2021
29.03.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver