Məhkəmə qərarları › İş №2(105)-645/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-645/2023

16.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-645/2023 16.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, iddiaçı Cavabdeh, onun nümayəndəsi Vəkil2, İddiaçı, onun nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh İddiaçı qarşı nikahın etibarsız sayılması tələbinə dair mülki iş üzrə çıxarılmış Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(012)-4499/2021 nömrəli qətnaməsindən, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair mülki iş üzrə çıxarılmış Abşeron Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(012)- 3536/2022 nömrəli əlavə qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddiaçının ərizəsinin təmin edilməsi, X1 ilə İddiaçı arasında Oğuz Rayon İcra Hakimiyyəti başçısının Kərimli İcra Ərazi Dairəsi üzrə Nümayəndəliyində xx.xx.2021-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeydə alınmış nikahın etibarsız hesab edilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli əlavə qətnaməsi ilə (hakim C.Səfiyeva) İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir İddiaçı qətnamədən və əlavə qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh İddiaçı qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onunla İddiaçı arasında xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti başçısının Kərimli İcra Ərazi Dairəsi üzrə Nümayəndəliyində 03 saylı bağlanmış nikahının etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, o valideynlərinin təkidi ilə cavabdeh İddiaçı ilə nikaha daxil olmuşdur. Cavabdeh İddiaçı ilə iddiaçı Cavabdeh nikahı xx.xx.2021-ci il tarixdə qeydə alınsa da, iddiaçının ailə qurmaq niyyəti olmamışdır. Belə ki, nikaha daxil olduğu gündən cavabdeh iddiaçıya qarşı soyuq olmuş, heç bir münasibətdə olmamış və birgə nikah dövründə heç bir əsaslı səbəb olmadan aralarındakı münasibətlər kəskinləşmişdir. İddiaçı ailə qurmaq niyyətinin olmaması nikah bağlandıqdan sonra iddiaçıya məlum olmuşdur. Belə ki, cavabdehin əvvəl iddiaçıya münasibəti normal olmuş, lakin nikaha daxil olduqdan sonra soyuq davranmağa başlamışdır. Tərəflər arasında ərarvad münasibəti olmamışdır, tərəflər ayrı yaşayır. Sonradan iddiaçıya cavabdehin öz qürurunu cəmiyyətdə qorumaq üçün iddiaçı ilə nikaha girmək istəməsi məlum olmuşdur. Belə ki, cavabdeh iddiaçının qüruru ilə oynamış, özünü ondan kənar saxlamış, bununla da cavabdehin həyatını məhv etmişdir. Bütün bunların nəticəsidir ki, cavabdeh iddiaçı ilə saxta nikaha daxil olmuşdur. İddiaçı cavabdehin niyyətini bilmiş olsa idi, onunla əvvəl cavabdeh özünü normal aparmış, qətiyyən nikaha girməyə razı olmazdı. Nikahdan əvvəl cavabdeh özünü normal aparmış, bununla da iddiaçını aldatmış, bir sözlə, özünü cəmiyyətə sübut etmək xatirinə iddiaçının həyatını məhv etmişdir. Tərəflər arasında toy olmamışdır. Bu səbəbdən də iddiaçı nikahının bağlandığı andan etibarsız hesab edilməsini zəruri sayır. İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti başçısının Kərimli İcra Ərazi Dairəsi üzrə Nümayəndəliyində 03 saylı bağlanmış nikahının etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 04 aprel 2021-ci il tarixdə Oğuz rayonunda cavabdeh qız toyu etmişdir. Cavabdeh ilə aralarında yaxınlıq olmamışdır. Toyun səhəri günü cavabdeh Kərimova (Rəsullu) Turanə Kamran qızı ilə onun təkidi ilə onların Kərimli kənd nümayəndəliyində nikahları rəsmiləşdirilmişdir. Həmin günün axşamı cavabdeh ilə yaxınlıq etmək istədikdə cavabdeh onunla yaxınlıq etməmişdir. Onda cavabdehin bakirəliyi ilə əlaqədar şübhələr yarandığı üçün səhəri günü ginekoloqa getməyi təklif etmişdir. Cavabdeh ilə birlikdə Zərdabi küçəsində yerləşən “Florence” tibb mərkəzinin ginekoloji şöbəsinə gəlsələr də, cavabdeh müayinə olunmaqdan imtina etmişdir. Sonra cavabdehin anası gəlib qızına aparmışdır. Cavabdehin məqsədi nikaha daxil olub ailə kimi yaşamaq yox, sadəcə adı nikahda olan qadın kimi çıxması məqsədi olmuşdur. Cavabdeh ailə qurmaq niyyəti ilə nikaha daxil olmamışdır. İlkin olaraq onların qızlarına öz rayonlarında toy etmələri və bununla da qızının rəsmi ərə getməsini xalq arasında göstərmək niyyətləri vardır. Nikahlarını belə onların kəndində rəsmiləşdirilməsi də bunu sübut edir. Bundan əlavə, cavabdeh təkidlə nikahın pozulmasını tələb edirdi. Çünki o, evdən anası ilə gedərkən ona verilmiş zinət əşyaların belə özü ilə aparmış və nikahın pozulduğu təqdirdə hədiyyələrin onda qaldığını əvvəlcədən bilirdi. Buna görə də nikahın pozulmasını təkid edirdi. Hətta ona ASAN xidmətə ərizə ilə müraciət etdirmişdir. Sonradan başa düşmüşdür ki, onun niyyəti ailə qurmaq olmamışdır. Abşeron Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(012)-637/2021 nömrəli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən Abşeron rayon Məhkəməsinə daxil olmuş iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın etibarsız sayılması tələbinə dair e- 2(012)-5416/2021 nömrəli mülki iş Abşeron Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair 2(012)-4499/2021 nömrəli mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Kərimov X2 Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qətnaməsi və 09 dekabr 2022-ci il tarixli əlavə qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin və əlavə qətnamənin ləğv edilməsi, iddiaçı Cavabdeh iddia tələbinin rədd edilməsi, İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin nikah bağlanarkən İddiaçı ailə qurmaq niyyəti olmadan nikaha daxil olduğu ilə bağlı gəldiyi nəticə yanlışdır. Bununla Məhkəmənin işi təfsilatlı araşdırmadığı və nəticədə Ailə Məcəlləsinin 25.1-ci maddəsinin tələbini pozduğu sübut olunur. Cavabdeh nikahın etibarsız hesab edilməsini tələb etməyə subyektiv hüququ olmayıb. Lakin məhkəmə, onun tələbi ilə nikahı etibarsız sayıb. Bununla Məhkəmə, Ailə Məcəlləsinin 26.1.7-cü maddəsinin tələbini pozmuşdur. Məhkəmənin Ailə Məcəlləsinin 26.1.3-cü maddəsinə əsasən Cavabdeh nikahın etibarsız hesab edilməsini tələb etməyə subyektiv hüququ olduğunu qəbul etməsi də həmin normanın kobud pozulmasıdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-3536/2022 saylı əlavə qətnaməsi də qanunvericiliyin maddi və prosessual normalarına zidd olduğu kimi, həm də ədalətsiz və əsassızdır. Məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Məhkəmə əlavə qətnamədən iddia tələbini nə üçün təmin etmədiyini əsaslandırmayıb. Məhkəmə İddiaçı əsaslı iddia tələbini və gətirdiyi sübutlara qarşı heç bir müdafiə hərəkəti etməyən, etiraz irəli sürməyən Cavabdeh qarşı olan tələbini təmin etməyərək Ailə Məcəlləsinin 26.1.3-cü və digər normalarını pozmuşdur. Məhkəmə iddiaçının ekspertizanın keçirilməsi barədə olan vəsatətini təmin etməyərək MPM-nin 47.2ci və digər normalarını pozmuşdur. Məhkəmə cavabdehin, ekspertizadan yayınması ilə bağlı hərəkətlərin düzgün qiymət verə bilmədiyi üçün, yanlış qətanmə qəbuledərək MPMin 97.5-ci və digər maddələrini pozmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı Cavabdeh nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın etibarsız sayılması tələbinə dair iddiasının rədd, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Aşağı instansiya məhkəməsi iddiaçı Cavabdeh iddia tələbinin təmin edilməsini tərəflərin ailə qurmaq niyyətinin olmamasının məhkəmə araşdırması zamanı öz təsdiqini tapması, İddiaçı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsinin dəlillərinin işin məhkəmə baxışında sübut olunmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşdən görünür ki, X1 ilə İddiaçı arasında Oğuz Rayon İcra Hakimiyyəti başçısının Kərimli İcra Ərazi Dairəsi üzrə Nümayəndəliyində xx.xx.2021-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə nikahın qeydə alınması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə hər iki iddia tələbi nikahın etibarsız sayılması barədədir. İddia tələbinin qanuni əsasını isə Ailə Məcəllənin 25-ci maddəsi təşkil edir. Ailə Məcəlləsinin 25.1. maddəsinə əsasən Bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nəzərə almaq lazımdır ki, nikahın etibarsız sayılması üçün şərtlər qanunvericilikdə konkret olaraq qeyd edilmişdir. Nikahın etibarsız sayılmasının ikinci şərti nikahın bağlanması zamanı ər və ya arvadın yazılı razılığının (könüllü razılıq) olmamasıdır. Bu şərt ailə hüququnda nikahın könüllüyü prinsipinə əsaslanır. Nikaha daxil olan zaman könüllülük prinsipinin pozulması çeşidli səbəblərdən baş verə bilər (fiziki və psixi zor tətbiq etmə və ya zor tətbiq etməklə hədələməklə, aldatma və s.). Mövcud tələblər üzrə hər iki tərəf nikahın aldadılması ilə bağlanılmasına istinad edərək nikahın etibarsızlığını tələb etsələr də, lakin nikahın etibarsızlığına səbəb olacaq halları təsdiq edəcək hər hansı bir tutarlı sübut məhkəmə kollegiyasına təqdim edə bilməmişlər. Qeyd olunmalıdır ki, aldatma nikaha daxil olan ərin (arvadın) qarşı tərəfi qəsdən yanıltmaqla onu nikaha girməyə təhrik etməsidir. Aldatma aktiv hərəkət və ya hərəkətsizlik yolu ilə (qarşı tərəfi nikaha daxil olmaqdan çəkindirəcək hallar barədə susma, yalan məlumat vermə) edilə bilər. Bütün bu hallarda nikaha daxil olan şəxslərin adətən onlardan birinin gerçək iradəsi ifadəsi üst-üstə düşmədiyindən nikahın könüllüyü prinsipi pozulur. Lakin hazırkı işdə belə bir hallar mövcud deyil. Bu baxımdan məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması barədə iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlsə də, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın etibarsız sayılması barədə iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın etibarsız sayılması tələbinə dair iddiasının rədd, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4., 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı nikahın etibarsız sayılması barədə iddia tələbi rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar