Məhkəmə qərarları › İş №2(105)-65/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-65/2023

17.01.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-65/2023 17.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Müseyib oğlunun Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)- 246/2021 saylı qətnaməsindən maraqlı səxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq müəyyən etdi: İddiaçı Müseyib oğlu Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin ona təhvil verilməsi, bu mümkün olmadıqda isə mənzilin dəyərinin bugünki bazar qiyməti dəyərində qiymətləndirməklə ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının vəkili-nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilin onun istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-246/2021 saylı qiyabi qətnaməsi ilə İddiaçı Müseyib oğlunun Cavabdehnə qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.m olan, 2 otaqdan ibarət 26 №-li mənzilin İddiaçı Müseyib oğlunun sahibliyinə verilməsi qət edilmişdir (sədrlik edən, hakim Cəmilə Səfiyeva). Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 02 dekabr 2021-ci il tarixli, 2(105)-3302/2021 nömrəli qərardadından görünür ki, hazırki iş üzrə Maraqlı şəxs iş üzrə icraatın dayandırılması barədə ərizəsi təmin edilmiş, İddiaçı Müseyib oğlunun Cavabdehnə qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə icraat Abşeron Rayon Məhkəməsinin icraatında olan iddiaçı Maraqlı şəxs cavabdehlər Cavabdehnə və İddiaçı Müseyib oğluna qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iş üzrə məhkəmə aktı qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. İş materiallarından görünür ki, iddiaçı Maraqlı şəxs cavabdehlər Cavabdehnə və İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2(012)-778/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 13 avqust 2016-cı il tarixli, 131 saylı müqavilənin etibarsız hesab edilməsi, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilin Maraqlı şəxs təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Müseyib oğlunun Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair hazırki 2(105)- 65/2023 nömrəli mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı Maraqlı şəxs cavabdehlər Cavabdehnə və İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair 2(105)-273/2023 nömrəli digər mülki işlə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Belə ki, hər iki iş üzrə tərəflər, iddianın predmeti və əsasları üst-üstə düşür, işdə iştirak edən şəxslərin təkrarlandığı hər iki iş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilə dair mübahisə ilə bağlıdır, hazırkı iş üzrə iddianın əsasları faktiki olaraq digər iş üzrə verilməli olan etirazın əsaslarını təşkil edir. Azərbaycan Respublikası MPM-nin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. MPM-nin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara istinadən hesab edir ki,İddiaçı Müseyib oğlunun Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair hazırki 2(105)-65/2023 nömrəli mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı Maraqlı şəxs cavabdehlər Cavabdehnə və İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair 2(105)-273/2023 nömrəli digər işlə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 169.3,169.4, 263- 264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Müseyib oğlunun Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair hazırki 2(105)-65/2023 nömrəli mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı Maraqlı şəxs cavabdehlər Cavabdehnə və İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair 2(105)-273/2023 nömrəli digər mülki işlə baxılmaq üçün bir icraatda birləşdirilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar