Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-650/2022 31.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı əqdin və qeydin mövcud olmaması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 363-cü maddəsinin tələblərinə uyğunluğu məsələsinə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.M.Seyidov) İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı əqdin və qeydin mövcud olmaması faktının müəyyən edilməsi tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Quba rayonu Mirzəməmmədkənd kənd ərazisində 0,20 ha torpaq sahəsinin X3 mülkiyyətinə verilməsinə dair 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin, həmin şəhadətnamə ilə əlaqəli Quba rayon AİK-nın 03 saylı, 09 fevral 1998-ci il tarixli, qərarın və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə təhvil verilmiş arxiv sənədləri və şəhadətnamələrin verilməsi kitabında 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”-yə dair qeydin mövcud olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, hazırkı iddia ərizəsinə əlavə edilmiş, Azərbaycan Respublikasının Quba Rayon Məhkəməsinin ləğv edilmiş 02 fevral 2017-ci il tarixli qətnaməsi və həmin qətnamə ilə əlaqəli, qanuni qüvvəyə malik Azərbaycan Respublikasının Sumqayıt Apellyasiya Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, N° 2(105)-941/2020 saylı qərardadı üzrə mülki iş materiallarında olan 09 sentyabr 2016-cı il tarixli, **********69№-li AR ƏMDK DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən mərhum atası X1 adına Quba rayonu Mirzəməmmədkənd kəndində yerləşən fərdi yaşayış evinə Quba rayonu Tİ və MHQ İdarəsinin reyestrində edilmiş 81 reyestr nömrəli qeydiyyat əsasında qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Lakin, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Ərazi İdarəsinə təhvil verilmiş arxiv məlumatları və şəhadətnamələrin verilməsi kitabında “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” haqqında heç bir məlumat aşkar edilməmişdir. Hazırki iddia ərizəsinə əlavə edilmiş, Azərbaycan Respublikasının Quba Rayon Məhkəməsinin ləgv edilmiş 07 mart 2019-cu il tarixli, № 2(105)-184/2019 saylı qətnaməsi və həmin qətnamə ilə əlaqəli, qanuni qüvvəyə malik Azərbaycan Respublikasının Sumqayıt Apellyasiya Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli, № 2(105)-3349/2019 saylı qətnaməsi üzrə mülki iş materiallarında olan 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə; dair Şəhadətnamə” surətinə əsasən Quba rayon aqrar islahat komissiyasının 03 saylı, 09 fevral 1998-ci il tarixli qərarı ilə Quba rayonu Mirzəməmmədkənd kənd ərazisində 0,20 ha torpaq sahəsi qardaşı X3 mülkiyyətinə verilmişdir. Hazırki iddia ərizəsi ilə bağlı mübahisəyə səbəb ondan ibarətdir ki, mərhum qardaşı X3 mülkiyyətinə torpaq sahəsinin verilməsinə dair mövcud olmayan 13 mart 2003cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə surətində göstərilən torpaq sahəsi, həmin dövrə qədər, Quba rayonu Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyatı İdarəsinin reyestrində edilmiş 81 nömrəli qeyd və həmin qeyddən verilmiş qeydiyyat vəsiqəsi əsasında mərhum atası X1 mülkiyyətində olan Quba rayonu Mirzəməmmədkənd kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Vərəsəlik və ya bağışlama hüququ olmadan, atası X1 mülkiyyətində olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi, atasının qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi qardaşı İlyasın mülkiyyətinə verilə bilməzdi. Hesab edir ki, Quba rayonu Mirzəməmmədkənd kənd ərazisində 0,20 ha torpaq sahəsinin qardaşı X3 mülkiyyətinə verilməsinə dair 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” və həmin şəhadətnamə ilə əlaqəli Quba rayon AİK-nın 03 saylı, 09 fevral 1998-ci il tarixli qərarı mövcud deyildir, həmin şəhadətnamə ilə bağlı hüquqlar uydurmalardır. Göründüyü kimi, aqrar islahat komissiyaları yaradılığı dövrə qədər Quba rayonu Mirzəməmmədkənd kəndində yerləşən mübahisəli fərdi yaşayış evinə atası X1 mülkiyyət hüququ Quba rayonu Tİ və MHQ İdarəsində 81 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmış və həmin qeyd əsasında atasının adına 81 reyestr nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Yuxarıda istinad edilən məhkəmə aktlarından göründüyü kimi Quba rayon Mirzəməmmədkənd kənd ərazisində 0,20 ha torpaq sahəsinin qardaşı X3 mülkiyyətinə verilməsinə dair 13 mart 2003-cü il tarixi JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dar Şəhadətnamə” rəsmiləşənə və həmin şəhadətnamə ilə əlaqəli Quba rayon AİK-nın 03 saylı, 09 fevral 1998-ci il tarixli qərara qədər həmin torpaq sahəsi X3 istifadəsində olmamış, torpaq üzərindəki ev isə ona məxsus olmamışdır. 13 mart 2003cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” surətinə əsasən şəhadətnamə iki nüsxədən ibarət tərtib edilib və 009 nömrə ilə kitabda qeydə alınmışdır. Şəhadətnamənin bir nüsxəsi X4 verilib, ikinci nüsxəsi rayon şöbəsində saxlanılmışdır. Lakin, ikinci nüsxəsinin hansı şöbədə saxlanıldığı müəyyən deyildir. 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” həmin Şəhadətnamənin surətindən göründüyü kimi şəhadətnamə Dövlət Yerquruluşu Layihə İnstitutunun, səlahiyyəti bəlli olmayan şəxsi F.Cəfərovun imzası və institutun möhürü ilə təsdiq olunsa da, həmin hüquqverici sənədin doğruluğunu təsdiq etməli digər dövlət orqanı olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müdiri Allahverdi Xudaverdiyevin imzası və Komitənin möhürü ilə təsdiq edilməmişdir, 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” mövcud olmadığı həm də onunla təsdiq olunur ki, həmin şəhadətnamənin əsli yoxdur, Azərbaycan Respublikası X12 filialı tərəfindən verilmiş 03 mart 2014-cü il tarixli, 421 saylı “Arxiv çıxarışı”-nın surətinə əsasən Quba RİHB-mn Vladimirovka kənd İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin Mirzəməmmədkənd kəndinə aid 1991-1995-cı illər üzrə təsərrüfatbaşına kitabında vətəndaş X6 təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində 1991-1995-cı illərdə ümumi sahəsi 130 kv.metr, o cümlədən yaşayış sahəsi 60 kv.metr olan yaşayış evi və şəxsi istifadəsində 1990-1995-cı illərdə 0,20 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası X12 filialı tərəfindən verilmiş 02 may 2014-cü il tarixli, 934 saylı “Arxiv çıxarışı”-nın surətinə əsasən Quba rayonu Vladimirovka kəndi X10 İcraiyyə Komitəsinin 1986-1990-cı illərə aid Vladimirovka kəndi üzrə təsərrüfatbaşına kitabında H.M.Abasov təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində 1965-ci ildə tikilmiş yaşayış evi, şəxsi istifadəsində 1986-1990-cı illərdə 0,20 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli, 2(105)- 3349/2019 saylı qətnaməsinə əsasən həmin mülki iş üzrə materiallarda olan Azərbaycan Respublikası X12 filialı tərəfindən verilmiş 09 mart 2017-ci il tarixli “Arxiv arayışı”-na əsasən Quba rayonu Vladimirovka kəndi X10 İcraiyyə Komitəsinin 1977-1979-cu illərə aid Mirzəməmmədkənd kəndi üzrə təsərrüfatbaşına kitabında X5 təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində 1965-ci ildə tikilmiş yaşayış evi, şəxsi istifadəsində 0,20 ha həyətyanı torpaq sahəsi olmuşdur; Həmin məhkəmə aktlarından göründüyü kimi X12 filialının 03 mart 2014-cü il tarixli, 421 saylı “Arxiv çıxarışı”-na əsasən Quba RİHB-mn Vladimirovka kənd İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin Mirzəməmmədkənd kəndinə aid 19911995-cı illər üzrə təsərrüfatbaşına kitabında vətəndaş X6 təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində 1991-1995-cı illərdə ümumi sahəsi 130 kv.metr, o cümlədən yaşayış sahəsi 60 kv.metr olan yaşayış evi və şəxsi istifadəsində 1990-1995-cı illərdə 0,20 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Yenə də həmin məhkəmə aktlarından göründüyü kimi həmin mülki işlər üzrə iş materiallarında olan Azərbaycan Respublikası X12 filialı tərəfindən verilmiş 16.10.2017-ci il tarixli, 1797 saylı “Arxiv arayışı”-na əsasən Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 03 saylı, qərarı Aqrar islahatın aparılması ilə əlaqədar "Xınalıq” kolxozunun fəaliyyətnə xitam verilməsi haqqında "Xınalıq” kolxozunun ümumi yığıncağının 23 dekabr 1997-ci il tarixli, 06 saylı qərarının təsdiqi barədədir. Həmin qərarda Vladimirovka kəndində aqrar islahatın aparılması barədə heç bir qeyd yoxdur. Lakin, hazırkı iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri 4 saylı « ASAN xidmət» Mərkəzində notariat kontorunda olan V-390/2024 vərəsəlik işinin materiallarında olan Bakı şəhəri, Sabunçu rayon İHB-nın A.Bakıxanov qəsəbəsi üzrə nümayəndəsinin 2014-cü il tarixli arayışının surətindən göründüyü kimi X6 1991-ci ildən Bakıxanov qəsəbəsində pasport qeydiyyatında olmuş, 24.01.2014-cü il tarixdə vəfat etmiş, vəfat edənə kimi həmin ünvanda yaşamışdır. Həmin fakt X3 ünvan 1zibati Ərazi Vahidi üzrə nümayəndəliyinin Mirzəməmmədkənd kəndinə aid 1991 - 1995-cı illər üzrə təsərrüfatbaşına kitabında təsərrüfat başçısı olması barədə qeydin uydurma olduğunu təsdiq edir. Hazırki iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası X12 filialı tərəfindən verilmiş 26 may 2014-cü il tarixli, 1194 saylı “Arxiv çıxarışı”-dan göründüyü kimi Quba rayon aqrar islahat komissiyasının 03 saylı, 09 fevral 1998-ci il tarixli qərarı “Gülüstan” sovxozu ərazisində aparılan torpaq islahatına aiddir, Azərbaycan Respublikası X12 filialı tərəfindən verilmiş 16 oktyabr 2017-ci il tarixli, 1797 saylı “Arxiv çıxarışı”-dan göründüyü kimi Quba rayon Aqrar islahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 03 saylı protokolunun 03 saylı qərarı aqrar islahatın aparılması ilə əlaqədar “Xınalıq” kolxozunun ümumi yığıncağının qərarı “Gülüstan” sovxozu ərazisində aparılan torpaq islahatına aiddir; Göründüyü kimi 13 mart 2003-cü il tarixli, JN - 009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”-nin verilməsinə əsas olmuş aqrar islahat komissiyasının qərarı mövcud deyildir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır, məhkəmə əsaslandığı qanunların mənasını düzgün təsvir etməmişdir. Həmin qətnamə ilə mülki və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə tərəfindən bir çox maddi hüquq normalarının tələbləri pozulmuşdur. Quba Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli 2(027)-1837/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, aşağıda şərh olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti geri qaytarılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Quba Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı əqdin və qeydin mövcud olmaması faktının müəyyən edilməsi tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il qətnaməsinin surəti 02 dekabr 2021-ci il tarixli məktubla rəsmi qaydada tərəflərə göndərilmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti 05 yanvar 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə qaytarılır. Azərbaycan Respublikası MPM-nin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilən hallar aradan qaldırıldıqdan sonra şikayəti verən şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 363.3, 366.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Quba Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(027)-1837/2021 saylı qətnaməsindən İddiaçı Hacıbala oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-650/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-650/2022
31.01.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver