Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-651/2025 25.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: aliment üzrə borcların silinməsi, aliment ödəməkdən azad edilmə və aliment tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X13 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh, onun vəkili Vəkil1 iştirakı ilə, Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-1057/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı aliment üzrə borcların silinməsi, aliment ödəməkdən azad edilmə və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-2244/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə ona hesablanmış 3670 manat aliment borcunun ödənilməsindən azad edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-2244/2021 saylı qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X8 oğluna görə Cavabdeh aliment ödəməkdən azad edilməyi, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X8 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat məbləğində alimentin tutularaq, ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə ailəli olmuş və birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X8 oğlu, xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü Allahyarov Ayxan Telman oğlu doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü X1, xx.xx.2008-ci il təvəllüdlü X8 oğlu və xx.xx.2017ci il təvəllüdlü Allahyarov Ayxan Telman oğlunun anaları Cavabdeh himayəsində saxlanılmaları və xx.xx.2017-ci il təvəllüdlü X1, xx.xx.2008- ci il təvəllüdlü X8 oğlu və xx.xx.2017-ci il təvəllüdlü Allahyarov Ayxan Telman oğlunun yetkinlik yaşına qədər çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, ümumilikdə 390 manat sabit pul məbləğində alimentin xx.xx.2021-ci il tarixdən başlayaraq ondan tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Övladı X8 oğlu 10 iyun 2022-ci il tarixdən etibarən öz razılığı ilə onun himayəsində və yanında yaşamaqdadır. X11 Telman oğlu isə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində onun himayəsində onunla birgə yaşamışdır. Bu barədə onun, qohumları və qonşularının iştirakı ilə xx.xx.2024-cü il tarixli akt tərtib edilmiş, imzalar Çölquşçu İƏD üzrə nümayəndəlikdə təsdiq edilmişdir. Ona görə də Şabran Rayon Məhkəməsində iddia qaldıraraq xx.xx.2008-ci il təvəllüdlü X8 oğlunun ana himayəsindən məhrum olduğu nəzərə alınaraq onun himayəsinə (ona) verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 2(031)- 246/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X8 oğlunun onun yanında saxlanılması qət edilmişdir. Qeyd etmək istəyir ki, X8 oğlu üçün 10 iyun 2022-ci il tarixdən hazırkı vaxtadək, X11 Telman oğlu üçün isə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddət üçün aliment borcu hesablanmamalıdır. Göründüyü kimi X8 oğlu 2 il 4 aydır ki, onun himayəsində və yanında yaşayır. 2 il 4 ay üçün aliment pulu 3640 manat təşkil edir. Allahyarov Ayxan Telman oğlu isə 13 aydan çox onun himayəsində və yanında yaşamışdır. 13 ay üçün aliment pulu 1690 manat təşkil edir. Yəni, ümumilikdə 5330 manat təşkil edir. Belə ki, həmin aliment borcu övladları Nüsrət və Ayxanın yanında qaldıqları dövr ərzində, üzrlü səbəbdən yaranmışdır. Lakin, həmin əsassız borc məbləğinin bir hissəsi Şabran rayon İcra və Probasiya Şöbəsi tərəfindən tutulmuşdur. Belə ki, Şabran rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunur ki, İddiaçı qeyd olunan icra sənədi üzrə tələbkarın xeyrinə 9980 manat ödənilmiş və icra sənədi üzrə ödənilməmiş 3670 manat aliment borcu yaranmışdır. Ona görə də, 3670 manat aliment borcunu ödəməkdən azad edilməlidir. Üstəlik övladı Nüsrət onun yanında olduğundan o, X8 oğluna görə cavabdehə aliment ödəməkdən azad edilməlidir.
3. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)- 2244/2021-ci il tarixli qətnaməsi ilə azyaşlı olan 3 uşağı onun himayəsinə verilmiş və İddiaçı uşaqların saxlanılmasından ötrü qətnamə qəbul edilmişdir. Uşaqlar onun himayəsində olmuşdur. İddiaçı isə aliment pulunu ödəməmiş və yaxud da cüzi hissəsini ödəmişdir. Ona görə də onun aliment borcları yığılıb qalmış və hazırda da ödəməkdən imtina edir. Uşaqları xx.xx.2008-ci il təvəllüdlü X8 oğlu isə 09 avqust 2024-cü il tarixli, 2(031)-246/2024 saylı Şabran Rayon Məhkəməsinin qətnaməsi ilə İddiaçı himayəsinə verilmişdir. Həmin vaxta qədər uşaqların hamısı onun himayəsində olmuşdur. Ona görə də hesab edir ki, 09 avqust 2024-cü il tarixli, 2(031)-246/2024 saylı Şabran Rayon Məhkəməsinin qətnaməsi qüvvəsini alana kimi İddiaçı alimentə olan bütün borclarını ödəməlidir. Digər tərəfdən iddiaçının ondan aliment tələb etməsini də qanunsuz hesab edir. Onun aliment ödəməyə maddi imkanı yoxdur. Himayəsində olan azyaşlı uşaqları- Allahyarov Ayxan Telman oğlu 1-ci sinifdə təhsil alır. İddiaçı aliment ödəmədiyi və ya yetərincə ödəmədiyi üçün bütün tələbatlarını o, qarşılayır. Eyni zamanda uşaqları X1 ödənişli əsaslarla Bakı şəhəri Texnik Universitetində təhsil alır. İllik ödəniş pulunu faizə pul götürərək ödəmişdir. İddiaçının da uşağı olmasına baxmayaraq heç bir maddi yardım göstərməmişdir. Uşaqları ilə birlikdə Sumqayıt şəhərində kirayədə yaşayırlar. Kirayə pulu, kommunal xərclər, uşaqların qidalanması, təhsili, istirahəti və ödənişləri hamısı onun öhtəsindədir. Belə bir vəziyyətdə iddiaçının ondan aliment tələb etməsini əsassız hesab edir. Buna gör ədə İddiaçı iddia ərizəsinin tam şəkildə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
4. Şabran Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2(031)-1057/2024 nömrəli qətnaməsi ilə (hakim Könül Mirzəfərova) iddianın qismən təmin edilməsi, xx.xx.2008-ci il təvəllüdlü X8 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, Cavabdeh 40 (qırx) manat 40 (qırx) qəpik dövlət rüsumunun tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, məhkəmə iclasında izahat verən şahidlərin izahatları mötəbər sübut kimi qəbul edilməməlidir. Belə ki, iclasda iştirak edən və akta imza atan şahidlər əvvəl məhkəməyə teleqram vuraraq aktla razı olmadıqlarını və həmin aktda qeyd edilənləri təsdiq etmədiklərini, sonra iclasa gəlib qeyrimüəyyən izahat vermişlər. Şahidlərin bildirdiklərinə görə onlar həm iddiaçı həm də cavabdeh tərəfindən təzyiqlərə məruz qalmışlar. Aliment məbləğinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdeh gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə iddiaçının himayəsində olan uşağın yaşını və onun Şabran rayonunda yaşamasını nəzərə alaraq məhkəmə qeyd edir ki, Şabran rayonu ərazisində yaşayan uşaqlarla müqayisədə Bakı, Sumqayıt və digər iri şəhərlərdə yaşayan uşaqların normal yaşaması üçün qiymətlər daha aşağıdır. İddianın aliment bolcunun silinməsi hissəsinə münasibət bildirərək hesab edir ki, məhkəmədə dindirilmiş şahidlər X3 və X2 məhkəməyə ünvanladığı 18 noyabr 2024-cü il tarixli teleqramlarda qeyd edilmişdir ki, qonşuları İddiaçı tərəfindən Allahyarov Ayxan Telman oğlunun yanında saxlanılması ilə bağlı xx.xx.2024-cü il tarixdə tərtib edilən aktın mahiyyətini başa düşməmişlər, aktda şahid qismindən çıxarılmasını və imzaların etibarsız sayılmasını xahiş etmişlər. Göründüyü kimi şahidlər təzyiqə məruz qaldıqlarından müvafiq mübahisə üzrə sərbəst izahat vermək qabiliyyətində olmamışlar. Bu səbəbdən məhkəmədə həmin şahidlərin izahatları və müvafiq aktı mötəbər sübut kimi qəbul edə bilməz.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75.1, 75.4, 78, 112-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin 03 dekabr 2024cü il tarixli, 2(031)-1057/2024 saylı qətnaməsinin ləğv olunması, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2(031)-1057/2024 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi, iddianın tam təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəni həll edərkən məhkəmə araşdırma aparmamış, banka sorğu verərək aliment borcunun real məbləğinə aydınlıq gətirməmişdir. Məhkəmə həmçinin qətnamədə qeyd edir ki, iddiaçı cavabdehin gəliri barədə hər hansı bir sənəd təqdim etməmiş, hesab etmişdir ki, Şabran rayonu ilə müqayisədə Sumqayıt şəhərində yaşayan uşağın normal yaşaması üçün qiymətlər daha aşağıdır. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, Ayxan və Nüsrətin onun yanında yaşaması barədə akt məhkəməyə təqdim edilib. Həmçinin məhkəmə uşaqların yaşını nəzərə almalı idi. Aydındır ki, uşaqlar böyüdükcə təlabatları da artır. Beləliklə hesab edir ki, iddia tələbimin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. 10 iyul 2022-ci ildən anasının razılığı ilə X8 oğlu onun yanında yaşamışdır. Həmçinin digər X11 Telman oğlu isə xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixə qədər, yəni 13 aydan artıq yanında yaşamışdır. Bu barədə xx.xx.2024-cü ildə akt tərtib edilmiş və Çölqışlaq İƏDsi həmin aktı təsdiqləmişdir. Şabran Rayon Məhkəməsinin 2(031)-246/2024 saylı qətnaməsi ilə X8 oğlunun onun yanında qalması qət edilmişdir. N.Allahyarov 2 il 4 ay, A.Allahyarov 13 aydan artıq himayəsində yaşadığına görə aliment borcu silinməlidir. Lakin məhkəmə heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Tez-tələsik qərar verməklə qanunla qorunan hüququnu pozmuşdur. Qeyd edilənlərə əsasən hesab edirəm ki, X8 oğlu üçün xx.xx.2022-ci ildən hazırki vaxtadək, Allahyarov Ayxan Telman oğlu üçün isə xx.xx.25022-ci ildən xx.xx.2023-cü il tarixinə kimi olan müddət üçün aliment borcu hesablanmamalıdır.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-2244/2021-ci il tarixli qətnaməsi ilə azyaşlı olan 3 uşağı onun himayəsinə verilmiş və İddiaçı uşaqların saxlanılmasından ötrü qətnamə qəbul edilmişdir. Uşaqlar onun himayəsində olmuşdur. İddiaçı isə aliment pulunu ödəməmiş və yaxud da cüzi hissəsini ödəmişdir. Ona görə də onun aliment borcları yığılıb qalmış və hazırda da ödəməkdən imtina edir. Uşaqları xx.xx.2008-ci il təvəllüdlü X8 oğlu isə 09 avqust 2024-cü il tarixli, 2(031)-246/2024 saylı Şabran Rayon Məhkəməsinin qətnaməsi ilə İddiaçı himayəsinə verilmişdir. Həmin vaxta qədər uşaqların hamısı onun himayəsində olmuşdur. Ona görə də hesab edir ki, 09 avqust 2024-cü il tarixli, 2(031)- 246/2024 saylı Şabran Rayon Məhkəməsinin qətnaməsi qüvvəsini alana kimi İddiaçı alimentə olan bütün borclarını ödəməlidir. Digər tərəfdən iddiaçının ondan aliment tələb etməsini də qanunsuz hesab edir. Onun aliment ödəməyə maddi imkanı yoxdur. Himayəsində olan azyaşlı uşaqları- Allahyarov Ayxan Telman oğlu 1-ci sinifdə təhsil alır. İddiaçı aliment ödəmədiyi və ya yetərincə ödəmədiyi üçün bütün tələbatlarını o, qarşılayır. Eyni zamanda uşaqları X1 ödənişli əsaslarla Bakı Texnik Universitetində təhsil alır. İllik ödəniş pulunu faizə pul götürərək ödəmişdir. İddiaçının da uşağı olmasına baxmayaraq heç bir maddi yardım göstərməmişdir. Uşaqları ilə birlikdə Sumqayıt şəhərində kirayədə yaşayırlar. Kirayə pulu, kommunal xərclər, uşaqların qidalanması, təhsili, istirahəti və ödənişləri hamısı onun öhtəsindədir. Belə bir vəziyyətdə iddiaçının ondan aliment tələb etməsini əsassız hesab edir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddia ərizəsində olan ikinci tələb, yəni birgə nikahdan doğulmuş Nüsrətin saxlanılmasına görə alimentin ödənilməsindən azad edilmə tələbi Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə öz həllini tapmış, uşaq atanın himayəsinə verilmişdir. Digər tələblərə gəldikdə isə birinci instansiya məhkəməsi prosessual pozuntulara yol verilmişdir. İş materiallarında mövcud olan Şabran rayon Çayqaraqaşlı orta məktəbin arayışından görünür ki, Allahyarov Nüsrət həqiqətən də 2022-2023, 2023-2024-cü tədris illərində həmin məktəbdə təhsil almışdır. Yəni, uşaq həmin müddətdə atasının yaşadığı kənddə yaşamış və orada təhsil almışdır. Məhkəmə iclas protokolundan görünür ki, şahid ifadə vermişdir ki, Nüsrət atasının himayəsində olmaqla onunla yaşayır. Lakin müddəti dəqiq ifadə etməmişdir. Digər şahid Həşimov Zakir ifadəsində həmin uşağın uzun müddət, dəqiqləşdirici suala cavabında isə artıq üç ildir ki, atasının yanında yaşadığını bildirmişdir. Həmin müddət məktəbin arayışındakı müddətlərlə eynilik təşkil edir. Birinci instansiya məhkəməsi qeyd olunan sübutları müqayisəli qiymətləndirməmiş, məktəbin arayışına sübut kimi qiymət verməmiş, şahid ifadələrinə əhəmiyyət verməmişdir. Valideynlərin uşaqlara münasibətdə eyni vəzifələri var, atanın yanında saxlanılan uşağa görə təyin edilmiş aliment məbləği ilə ananın yanında saxlanılan uşaqlara görə təyin edilmiş aliment məbləğləri qeyri-mütənasibdir. Həmçinin, yığılmış aliment borcunun silinməsi barədə tələbə düzgün qiymət verilməmişdir. Hesab edir ki, iddiaçı yığılmış 3670 manat aliment borcundan azad edilməli, atanın yanında qalan uşağa görə aliment məbləği mütənasib müəyyənləşdirilməlidir. Ata hər uşağa görə 210 manat aliment ödəyir, lakin atanın yanında saxlanılan uşağa görə 170 manat aliment məbləği təyin edilib. Cavabdeh İddiaçıla eyni kənddə yaşamır. Yığılmış 3670 aliment borcu, cavabdehin qeyd etdiyi ümumi borca daxildir. Yığılmış borc 2022-ci ilin aprelindən qətnamə ilə uşaq ataya verilənədək olan müddətə görə hesablanıb. Uşağın nənə-baba himayəsinə yaşamasına gəldikdə isə, ata uşağı saxlamaq üçün işləyir, gün ərzində evdə olmasa da, axşam evinə qayıdır.
13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, Sumqayıt şəhərində yaşayır, qızının fevral ayında 18 yaşı tamam olub, kiçik oğlunun 7 yaşı var. Nüsrət əvvəldən kənddə oxuyub, təhsilini orada davam etdirmək istəyib. Həmin uşaq atanın yox, nənə-babanın himayəsində olub. Ata uşaqlardan ikisini onun, birini də öz valideynlərinin üzərinə atıb. Atası Nüsrəti şirnikləşdirmək üçün ona maşın alıb, ona görə də məhkəmə iclasında atası ilə yaşamaq istəyini bildirib. Ayxan daimi onun yanında yaşayıb, arabir kəndə gedib. Əvvəllər uşaqların üçü də onun yanında olub. Nüsrət 2022-ci ildən nənə-babanın yanında yaşayır. Hazırda işləmir, qızı universitetdə təhsil alır, qızına görə alimentin verilməsi isə dayandırılmışdır.
14. Məhkəmə kollegiyasının Cavabdeh vəkili Vəkil1 qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyib bildirdi ki, iddiaçı hazırda kənddə yox, Sumqayıt şəhərində yaşayır. Nüsrətin kənddə müəyyən müddət yaşamasını qəbul edirlər, cavabdeh uşağın kəndə gedib-gəlməsinə şərait yaradıb, lakin bu o demək deyildir ki, uşaq rəsmi olaraq ananın himayəsində olduğu müddətdə ata aliment ödəməməlidir. İddiaçı qəsdən və qərəzli şəkildə alimenti ödəməkdən yayınır. Alimentlə bağlı qərar icra edilmir, bununla bağlı dəfələrlə şikayət vermiş, məsələni həll etməyə çalışmışlar, lakin sanki icra məmurları da ona alimentin ödənilməməsi üçün şərait yaradırlar. Hesab edir ki, yığılmış aliment borcunun silinməsi barədə tələb əsassızdır, təmin edilə bilməz. Qarşı tərəfin həmin tələblə bağlı dedikləri gerçək olduğu halda belə, qeyd edilən 3670 manatın hansı şəkildə hesablandığı məlum deyil, əsaslandırılmayıb. Aliment tələbinə gəldikdə isə şəhər və rayonlar üzrə aliment məbləğlərində fərqlər müşahidə oluna bilər, bu normaldır. Sumqayıtda uşaqları saxlamaq daha çox xərc tələb edir. İddiaçı isə kənddə yaşayır. Məhkəmə də məhz bunu nəzərə alaraq aliment təyin edib. Bu baxımdan aliment məbləğinin artırılması hissəsində də apellyasiya şikayətini qəbul etmir.
İşdə olan sübutlar
15. Şabran Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, 2(031)-246/2024 saylı qətnaməsindən görünür ki, ilkin iddia təmin edilmiş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X8 oğlu ilkin iddia üzrə İddiaçı yanında saxlanılmış, qarşılıqlı iddia qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı X1 və xx.xx.2017-ci il təvəllüdlü Allahyarov Ayxan Telman oğluna münasibətdə artırılaraq, İddiaçı hazırki qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı X1 və xx.xx.2017-ci il təvəllüdlü Allahyarov Ayxan Telman oğlunun yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 210 manat olmaqla, ümumilikdə 420 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.
16. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı X11 Telman oğlu 05 aprel 2022ci il tarixdən 28 may 2023-cü il tarixə kimi atası İddiaçı himayəsində birgə yaşamış və İddiaçı digər övladı X8 oğlu 10 iyul 2022-ci il tarixdən hal-hazıradək atası İddiaçı himayəsində birgə yaşayırlar. Aktın doğruluğunu İddiaçı, E.Allahyarov, Z.Həşimov, F.Abdulov, Ə.Abdulov və Q.Allahyarova öz imzaları ilə təsdiq etmişlər.
17. Şabran rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 12 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, borclu İddiaçı qeyd olunan icra sənədi üzrə tələbkarın xeyrinə 9980 manat ödənilmiş və icra sənədi üzrə ödənilməmiş 3670 manat aliment borcu yaranmışdır.
18. Azərbaycan Texniki Universitetinin İnformasiya tədris mərkəzi tərəfindən verilmiş 29 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, X1 Azərbaycan Texniki Universitetinin bakalavriat səviyyəsi üzrə X4 “Biznesin idarə edilməsi" ixtisasının ödənişli əsaslarla qiyabi təhsilin İ il 7224aq saylı qrup tələbəsidir.
19. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt şəhər X10 tərəfindən verilmiş 23 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, Allahyarov Ayxan Telman oğlu Sumqayıt şəhər X10nın 1b sinfində təhsil alır.
20. Şabran rayon Çölquşçu kənd orta məktəbi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 31 saylı arayışdan görünür ki, X8 oğlu həqiqətən 2022-2023, 2023-2024-cü tədris ilində Şabran rayonu Çölquşçu kənd tam orta məktəbin onuncu sinfində oxuyur.
21. xx.xx.2024-cü il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, Kərimova Afaq Rzaqulu qızı ünvan 1 ünvanında uşaqları - 2007-ci il təvəllüdlü X1, 2017-ci il təvəllüdlü Allahverdiyev Ayxan Telman oğlu ilə birlikdə yaşayır.
22. X3 və X2 məhkəməyə ünvanladığı 18 noyabr 20224-cü il tarixli teleqramlarda qeyd edilmişdir ki, qonşuları İddiaçı tərəfindən Allahyarov Ayxan Telman oğlunun yanında saxlanılması ilə bağlı xx.xx.2024-cü il tarixində akt tərtib olunmuşdur. Bildirmək istəyirlər ki, onlar həmin aktla razı deyillər. O, aktın mahiyyətini başa düşməmişlər. Onları aldadaraq imza etdiriblər. Xahiş edirlər, onlar aktda şahid qismindən çıxarılsınlar və imzaları etibarsız sayılsın.
23. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
24. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X7 bildirmişdir ki, İddiaçı övladı X8 oğlu atası İddiaçı himayəsində birgə yaşayırlar. Lakin hansı tarixdən atasının yanında qalması yadında qalmamışdır.
25. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X5 bildirmişdir ki, İddiaçı ilə qonşuluqda yaşayır. X8 oğlu uzun müddətdir ki, atası İddiaçı himayəsində yaşayır.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 78.1. Valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. 107.1. Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
28. Məhkəmə kollegiyası tərəfindən Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-1057/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən, Cavabdeh apellyasiya şikayəti isə tam təmin edilməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-1057/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir.
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməməklə yanaşı, qətnamə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır.
31. Belə ki, birinci instansiya məhkəməsi sübut qismində məhkəməyə təqdim edimiş akta imza edən şahidlərin məhkəməyə teleqram vuraraq aktla razı olmadıqlarını və həmin aktda qeyd edilənləri təsdiq etmədiklərini, daha sonra isə məhkəmə iclasında qeyrimüəyyən ifadə vermələrini əsas gətirərək dindirilmiş şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin şahid ifadələrinin mötəbər sübut qismində qəbul edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, şahidlər məhkəməyə 18 noyabr 2024-cü il tarixdə teleqram ünvanlasalar da 03 dekabr 2024-cü il tarixdə məhkəmə iclasında şahid qismində dindirilmiş və onlar ifadələri ilə X8 oğlunun atası İddiaçı yanında yaşamasını təsdiq etmişlər. Birinci instansiya məhkəməsi isə həmin şahidlərin daha əvvəl məhkəməyə ünvanladıqları teleqramın mahiyyətini isə aydınlaşdırmamışdır. Digər tərəfdən iş materiallarında olan Şabran rayon Çölquşçu orta məktəbinin arayışı ilə X8 oğlunun 2022-2023, 2023-2024-cü tədris illərində həmin məktəbdə təhsil alması təsdiq olunmuşdur ki, qeyd edilən fakt X8 oğlunun anası ilə birlikdə Sumqayıt şəhərində yaşamamasını təsdiq etmişdir. Bununla yanaşı məhkəmə kollegiyasının iclasında cavabdehin öz izahatı ilə də bu fakt təsdiq olunmuşdur. Buna görə də Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-2244/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə X8 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı tərəfindən hər ay üçün 130 manat ödənilməli olan aliment məbləğinə görə 10 iyun 2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan 2 il 4 aylıq müddət üçün hesablanmış, lakin iddiaçı tətəfindən ödənilməmiş 3640 manat aliment borcunun silinməsinə dair iddia tələbi əsaslı olmuşdur. Lakin, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halların sübut edilməsinə baxmayaraq, iddia tələbini həmin hissədə təmin etməməkdlə düzgün olmayan nəticəyə gəlmişdir. Bununla yanaşı Şabran Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, 2(031)- 246/2024 saylı qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X8 oğlunun atası İddiaçı yanında saxlanılması, həmçinin onun faktiki olaraq da atanın yanında qalması nəzərə alındıqda, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-2244/2021 saylı qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X8 oğluna görə aliment ödəməkdən azad edilmə ilə bağlı iddia tələbi də əsaslı olmuşdur. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi qeyd olunan tələblər hissəsində ləğv ediməli və həmin hissələrdə iddia təmin olunmalıdır.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin xx.xx.2008-ci il təvəllüdlü X8 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulması ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd olunan tələb hissəsində mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmişdir. Belə ki, yuxarıda istinad olunan Ailə Məcəlləsinin 78.3-cü maddəsinin tələbinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə aliment tutulur. Hazırkı iş üzrə isə Şabran Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, 2(031)-246/2024 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X8 oğlu İddiaçı yanında saxlanılmaqla, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehin yanında qalan uşaqlar X1 və Allahyarov Ayxan Telman oğlunun yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün ayda 210 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. X1 isə xx.xx.2007-ci il təvəllüdlü olmaqla artıq 18 yaşına çatmışdır. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə aliment tutulur ki, qeyd olunan halda birinci instansiya məhkəməsinin yanında qalan uşaqlara görə aliment alan cavabdehdən iddiaçının xeyrinə aliment tutması əsaslı və qanuni olmamışdır. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi qeyd olunan tələblər hissəsində ləğv ediməli və həmin hissədə iddia rədd olunmalıdır.
33. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən, Cavabdeh apellyasiya şikayəti isə tam təmin edilməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-1057/2024 nömrəli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilərək, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-2244/2021 saylı qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X8 oğluna görə Cavabdeh aliment ödəməkdən və həmin qətnamə əsasında hesablanmış 3640 manat aliment borcunu ödəməkdən azad edilməli, iddia Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X8 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin tutulması hissəsində isə təmin edilməməlidir.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı apellyasiya şikayəti qismən, Cavabdeh apellyasiya şikayəti isə tam təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-1057/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-2244/2021 saylı qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X8 oğluna görə Cavabdeh aliment ödəməkdən azad edilsin. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-2244/2021 saylı icra sənədinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X8 oğluna görə hesablanmış 3640 (üç min altı yüz qırx) manat aliment borcunu ödəməkdən azad edilsin. İddia Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X8 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin tutulması hissəsində təmin edilməsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.