Məhkəmə qərarları › İş №2(105)-652/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-652/2023

31.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-652/2023 31.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: torpaq sahəsindən çıxarılma və mülkiyyət hüququnun bərpa edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X3 Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə İddiaçı hüquqi varisi X2, Cavabdeh, onun nümayəndə və vəkili Vəkil1 iştirakı ilə, Qusar Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(029)-24/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. Babayeva X1 Fariz Teyfur oğluna qarşı torpaq sahəsindən çıxarılması və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin RX seriyalı ******* nömrəli, ********** qeydiyyat, **********72 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ona məxsus olan, Qusar rayonu, Üzdənoba kəndində yerləşən 0.68 hektar torpaq sahəsindən çıxarılması və çəkilmiş hasarın onun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, RX seriyalı ******* nömrəli, ********** qeydiyyat, **********72 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qusar rayonu, Üzdənoba kəndində yerləşən 0.68 hektar torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Onun torpaq sahəsinin qonşuluğunda Cavabdeh məxsus torpaq sahəsi vardır. Cavabdeh özünün torpaq sahəsini hasara alanda ona məxsus torpaq sahəsinin təxminən 0.25 hektar hissəsini öz torpaq sahəsinə qatıb hasarlamışdır. Artıq xeyli müddətdir ki, o, öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Bu barədə dəfələrlə cavabdehə müraciət olunmuş, həmin şəxs hər dəfə bunu etiraf edərək torpaq sahəsinin hasarını söküb ona məxsus torpaq sahəsini qaytaracağını bildirsə də, bunu etməmiş, ona məxsus torpaq sahəsindən çıxmamışdır. Hesab edir ki, Cavabdeh özbaşına tutduğu torpaq sahəsindən çıxarılmalı və çəkilmiş hasar onun hesabına sökülməlidir.

3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.

4. Qusar Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(029)-24/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli, ********** qeydiyyat, **********72 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan, Qusar rayonu Üzdənoba kəndində yerləşən 0.68 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0945 hektar hissəsindən çıxarılması, həmin torpaq sahəsinin İddiaçı qanuni sahibliyinə və istifadəsinə qaytarılması, həmin hissəyə çəkilmiş tor hasarın Cavabdeh öz hesabına sökülməsi (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinə əlavə olunmuş torpaq sahəsinin yerquruluşu planına uyğun olaraq). iş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcinin Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, Hesab AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməsi qət edilmişdir. (hakim Adil Vəliyev).

4. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mövqeyini bu cür əsaslandırmışdır ki, Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli, ********** qeydiyyat, **********72 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan, Qusar rayonu Üzdənoba kəndində yerləşən 0.68 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0945 hektar hissəsi zəbt edilərək tor hasarla hasarlanmış, indiyədək həmin şəxsin qanunsuz sahibliyində və istifadəsindədir. Bununla da, cavabdeh iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə etməklə onun həmin hüququnu pozmuşdur.

5. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, Torpaq Məcəlləsinin 111-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri 6.Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(029)-24/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

Şikayətin dəlilləri:

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təxminən 6-7 il bundan əvvəl Qusar rayonu Üzdənoba kəndində yerləşən 3.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satın almışdır. Həmin torpaq sahəsi iddiaçının torpaq sahəsi ilə həmsərhəddir. Torpaq sahəsini satın aldıqdan sonra oraya tikanlı məftillə hasar çəkmiş,, həmin vaxt iddiaçı da orada olmuş və hasar çəkməyinə heç bir etirazı olmamışdır. Bundan sonra qeyd olunan özünə məxsus torpaq sahəsində meyvə bağı salmışdır. Bundan sonra iddiaçı dəfələrlə ona qarşı məhkəmədə torpaq iddiası qaldırmış və bununla əlaqədar 2019-cu ildən sonra torpaq sahəsi mütəxəssislər tərəfindən 3 dəfə ölçülsə də, artıq torpaq sahəsi aşkar olunmamışdır. İddiaçının sənəd üzrə torpaq sahəsi 0.68 hektardır, lakin faktiki istifadə etdiyi torpaq sahəsi 0.90 hektardır. İddiaçının torpaq sahəsini zəbt etməmişdir və ola bilər ki, torpaq sahələrinin sənədlərində mümkün sürüşmələr olmuş və nəticədə mülkiyyətinə aid 0.0945 ha torpaq sahəsinin kontorları iddiaçının sənədindəki kontorlarla üst-üstə düşmüşdür. Lakin bu hal mənim tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunması anlamına gəlməməlidir. İddiaçının məqsədi min əziyyətlə saldığı hazır bağın bir hissəsini mənimsəməkdir. Qeyd etdiyi kimi iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi onun mülkiyyət sənədində göstərilən torpaq sahəsinin ölçülərindən təxminən 0.22 ha artıqdır. Lakin, Qusar Rayon Məhkəməsi həmin hala əhəmiyyət verməmiş, iddiaçının özünün faktiki istifadəsində 0.68 ha deyil, 0.90 ha torpaq sahəsinin olmasına hüquqi qiymət verməmişdir. Əgər ondan 0.0945 ha ölçüdə torpaq sahəsi alınıb İddiaçı verilsə onda həmin şəxsin torpaq sahəsinin ölçüsü təxminən 1.0 ha təşkil edəcək. Bu isə onun heç bir qanuni əsas olmadan mülkiyyətində olan torpaq sahəsindən məhrum olunmağı deməkdir. Məhkəmə öz qətnaməsini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********47 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 oktyabr 2022-ci il tarixli 10/6676 ekspert rəyi ilə əsaslandırmışdır. Halbuki, həmin rəylərdə qeyd olunmuşdur ki, seriya RX № ******* saylı Çıxarışa əsasən İddiaçı iddia etdiyi Qusar rayonu Üzdənoba kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.90 ha təşkil edir. Lakin, həmin rəylərdə ona məxsus torpaq sahəsinin faktiki ölçüləri dəqiq araşdırılmamışdır. Bir daha qeyd edir ki, istifadə etdiyi torpaq sahəsi özünün mülkiyyətində olan torpaq sahəsidir və İddiaçı heç bir ölçüdə torpaq sahəsini tutmamışdır. Həmin ərazidə olan torpaq sahələrinin sürüşməsi nəticəsində koordinatlar bir-biri ilə üstüstə düşmüşdür. Ondan 0.0945 ha torpaq sahəsinin alınması nəticəsində mülkiyyətində olan torpaq sahəsinin ölçüləri azalacaq ki, bu da mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən məhrum olunmağı ilə nəticələnəcəkdir. İddiaçı isə hazırkı halda belə torpaq sahəsinin ölçüləri sənəddə göstərilən ölçüdən xeyli artıqdır. Bu səbəbdən də, ondan 0.0945 ha torpaq sahəsinin alınaraq İddiaçı verilməsi qanunsuz və əsassızdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

8. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçının torpağını zəbt etməmişdir. Razılığa gəlmək üçün həmin torpağı ondan almağı da iddiaçıya təklif edir, amma absurd bir qiymət deyir. Ona 8 sot torpaq sahəsini alıb verməyə də razıdır. Yenə də razılığa gələ bilmir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Qusar Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli 2(029)-24/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir.

10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdeh təxminən 2014-2015-ci illərdə Qusar rayonu, Üzdənoba kəndində 3.45 ha torpaq sahəsini almışdır. Torpaq sahəsinə xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdeh həmin torpaq sahəsində bağ salmışdır. Torpaq sahəsini aldıqdan sonra iddiaçının iştirakı ilə torpaq sahəsinin ətrafını hasara almışdır. Buna qədər tərəflər arasında hər hansı mübahisə olmamışdır.Tərəflər arasında 2018-ci ildə mübahisə yaranıb. İddiaçı bildirib ki, cavabdeh güya onun 10 sot torpaq sahəsini zəbt edib. İş üzrə 3 dəfə ekspertiza keçirilib. Faktiki yerləşməylə cizgilər arasında mütləq şəkildə fərq var. Ekspert qarşısında qoyulan sual da iddiaçının torpağının naturada ölçüsü ilə bağlı olub. Sənədlə iddiaçının 68 sot torpaq sahəsi var. Amma rəydən görünür ki, o, 90 sot torpaq sahəsindən istifadə edir. Faktiki 22 sot artıq torpaq sahəsi var. Yəni onun əlavə torpaq sahəsi tələb etməyə hüququ yaranmır. Mərkəzdə də torpaq sahələrinə dair baza məlumatları yoxdur. Bu səbəbdən mütəxəssis rəyi və baza məlumatları müqayisə olunmamışdır. Yəni məlumatlar qeyridəqiqdir. Cavabdeh iddiaçının torpağını zəbt etməyib. İddiaçının torpağının ölçüsü artıqdır. Cavabdehin 7 ildir ki, həmin ərazidə bağı var. İddiaçının da məqsədi həmin bağ sahəsini mənimsəməkdir. Ekspert cavabdehin torpaq sahəsini ölçməyib. Əgər birinci instansiya məhkəməsinin qətnaməsi icra olunsa, iddiaçının sənəddə 68 sot olan torpağının ölçüsü 1 hektara çatacaq. Cavabdehin isə torpağı əsassız azalacaq. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Qusar Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli 2(029)-24/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən İddiaçı nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır. Apellyasiya şikayətində qətnamənin hansı hissədə əsassız olması, maddi və prosessual hüquq normalarının pozuntusu təsbitini tapmayıb. Məhkəmə qətnamədə qeyd edir ki, mütəxəssis rəyi ekspert rəyi ilə üst-üstə düşür. Çıxarışla iddiaçıya verilmiş torpaq sahəsi iddiaçının iddia etdiyi torpaq sahəsinin sərhədləri daxilində yerləşir və onun 10 sotu cavabdeh tərəfindən istifadə olunur. Qarşı tərəf bu halı təkzib edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəf sadaladığı barışıq variantlarını real olaraq icra etmir. İddiaçı öz mülkiyyətində olan torpaq sahəsini işləyir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Qusar Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli 2(029)-24/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

12. Məhkəmə kollegiyasının iclasında İddiaçı hüquqi varisi X5 apellyasiya şikayətinin təmin edilməməsini, Qusar Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli 2(029)- 24/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

152. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2.-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

15. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. 111-ci maddəsinin 3-cü hissəsinə əsasən torpaqların vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

16. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(029)-24/2022 saylı qətnaməsi qismən, Cavabdeh xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli, ********** qeydiyyat, **********72 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan, Qusar rayonu Üzdənoba kəndində yerləşən 0.68 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0945 hektar hissəsindən çıxarılması hissəsində ləğv edilməli, Cavabdeh xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli, ********** qeydiyyat, **********72 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan, Qusar rayonu Üzdənoba kəndində yerləşən 0.68 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0157 ha hissəsindən çıxarılmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

19. İşdə olan xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı ********** qeydiyyat, **********72 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Üzdənoba kəndində yerləşən 0.68 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.

20. İşdə olan xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı ********** qeydiyyat, **********49 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Üzdənoba kəndində yerləşən 3.454476 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh Teyfir oğlunun adına qeydiyyata alınmışdır.

21. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********47 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, seriya RX № ******* saylı Çıxarışa əsasən İddiaçı iddia etdiyi Qusar rayonu Üzdənoba kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.90 ha təşkil edir. Seriya RX № ******* saylı Çıxarışa əsasən İddiaçı məxsus 0.68 ha torpaq sahəsi iddiaçının iddia etdiyi torpaq sahəsinin cizgiləri daxilində yerləşir. Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin 0.0945 ha hissəsi istifadə olunur (Sxem tərtib olunmuş məlumatlar cizgidə təsvir edilmişdir).

22. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 oktyabr 2022-ci il tarixli 10/6676 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin texniki Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, seriya RX № ******* saylı Çıxarışa əsasən İddiaçı iddia etdiyi Qusar rayonu Üzdənoba kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.90 ha təşkil edir. Seriya RX № ******* saylı Çıxarışa əsasən İddiaçı məxsus 0.68 ha torpaq sahəsi iddiaçının iddia etdiyi torpaq sahəsinin cizgiləri daxilində yerləşir. Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin 0.0945 ha hissəsi istifadə olunur (Sxem tərtib olunmuş məlumatlar cizgidə təsvir edilmişdir). Ekspert tərəfindən qeyd olunur ki, mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər.

23. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli, ********** qeydiyyat, **********72 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan, Qusar rayonu Üzdənoba kəndində yerləşən 0.68 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0945 hektar hissəsi zəbt edilərək tor hasarla hasarlanmış, indiyədək həmin şəxsin qanunsuz sahibliyində və istifadəsindədir. Bununla da, cavabdeh iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə etməklə onun həmin hüququnu pozmuşdur.

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi barədə gəldiyi nəticəsi əsaslı olsa da,cavabdehin iddiaçıya məxsus 0.68 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0945 hektar hissəsindən çıxarılması hissəsində gəldiyi nəticədə haqlı olmamışdır.

25. Belə ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilibedilməməsi, edilmişdirsə hansı hissəsində zəbt etməsinin araşdırılması üçün məhkəmə tərəfindən əhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və rəy alınmışdır.

26. İşə əlavə edlmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 sentyabr 2023-cüil tarixli, 10/5716 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-9661/2023 nömrəli mütəxəssis rəyinə əsasən, xx.xx.2016-cı il tarixli, RX seriyalı ******* saylı ********** qeydiyyat, **********72 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı adına qeydiyyata alınmış Qusar rayonu Üzdənoba kəndində yerləşən 0.68 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada öz yerində olduğu, lakin hal-hazırda İddiaçı 0,68 ha torpaq sahəsinin 0,59 ha hissəsindən əkin məqsədi ilə istifadə edildiyi, qalan 0,09 ha hissəsindən isə hal-hazırda istifadə edilmədiyi müəyyən olunur.

27. Mütəxəssis rəyinə əsasən, xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı ********** qeydiyyat, **********49 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh adına qeydiyyata alınmış Qusar rayonu Üzdənoba kəndində yerləşən 3.454476 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada öz yerində olduğu müəyyən olunur.

28. Mütəxəssis rəyinə əsasən, 11,08.2016-cı il tarixli, RX seriyalı ******* saylı ********** qeydiyyat, **********72 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı adına qeydiyyata alınmış Qusar rayonu Üzdənoba kəndində yerləşən 0.68 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən cənub-şərq tərəfdən üçbucaq konfiqurasiyası şəklində 0,0157 ha hissəsinin Cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olunur.

29. Bununla da iddiaçıya məxsus torpaq sahəsinin cənub-şərq tərəfdən üçbucaq konfiqurasiyası şəklində 0,0157 ha hissəsinin Cavabdeh tərəfindən zəbt edilərək istifadə edilməsi keçirilmiş ekspertizanın rəyi ilə təsdiq edilir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus torpaq sahəsinin 0,0157 ha hissəsinin cavabdeh tərəfindən zəbt edilərək istifadə edilməsi ekspert rəyi ilə təsdiq edildiyindən cavabdeh həmin torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsi iddiaçıya (iddiaçının hüquqi varisinə) qaytarılmalı, eləcə də həmin hissəyə çəkilmiş tor hasar cavabdehin öz hesabına sökülməlidir.

31. Beləliklə məhkəmə kollegiyası hesab edir ki apellyasiya şikayəti qismən əsaslı olduğu üçün qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, ekspert rəyinə əsasən cavabdeh zəbt etdiyi torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahə geri qaytarılmalı və həmin hissəyə çəkilmiş tor hasar da sökülməlidir.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(029)-24/2022 saylı qətnaməsi qismən, Cavabdeh xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli, ********** qeydiyyat, **********72 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan, Qusar rayonu Üzdənoba kəndində yerləşən 0.68 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0945 hektar hissəsindən çıxarılması hissəsində ləğv edilməli, Cavabdeh xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli, ********** qeydiyyat, **********72 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan, Qusar rayonu Üzdənoba kəndində yerləşən 0.68 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0157 ha hissəsindən çıxarılmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(029)-24/2022 saylı qətnaməsi qismən, Cavabdeh xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli, ********** qeydiyyat, **********72 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan, Qusar rayonu Üzdənoba kəndində yerləşən 0.68 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0945 hektar hissəsindən çıxarılması hissəsində ləğv edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli, ********** qeydiyyat, **********72 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan, Qusar rayonu Üzdənoba kəndində yerləşən 0.68 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cənub-şərq tərəfdən üçbucaq konfiqurasiyası şəklində 0,0157 ha hissəsindən çıxarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, HesabAZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar