Məhkəmə qərarları › İş №2(105)-658/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-658/2022

14.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-658/2022 14.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Naibə İlham qızı Abdullayevanın katibliyi, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi və vəkili: Nümayəndə, Cavabdeh və cavabdehlərin nümayəndəsi: Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi, yaşayış sahəsindən çıxarılma və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair ilk iddia, Cavabdeh1 İddiaçı qarşı reyestrdən çıxarışın ləğv edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim X.İ.Quliyev) ilk iddia tələbinin qismən təmin edilməsi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməsi və onların ailə üzvləri ilə birlikdə həmin yaşayış evindən və evin yerləşdiyi 0,0152 ha həyətyanı torpaq sahəsindən çıxarılması, ilk iddia tələbinin 14.000 manat ziyan tələbinə dair hissədə, qarşılıqlı iddia tələbinin isə bütövlükdə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı özünə aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların ailə üzvləri ilə birlikdə həmin yaşayış evindən və evin yerləşdiyi 0,0152 ha hissədə həyətyanı torpaq sahəsindən çıxarılmaları, eləcə də Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 dəymiş zərərin əvəzi olaraq 14.000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddətdir ki, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında həkim işləyir. İşlədiyi müddət ərzində o, iş yerinə yaşadığı Xaçmaz rayonunun Hacıqurban-oba kəndindən gəlib-getmişdir. Yaşayış evi iş yerindən uzaq olduğundan və hər gün işə gedib-gəlmək çətinlik yaratdığından 2015-ci ilin iyun ayında Xaçmaz şəhərində yaşayış evi almaq qərarına gəlmiş və bu barədə maraqlandıqda Cavabdeh1 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini satdığını öyrənmiş və Cavabdeh1la görüşüb qarşılıqlı qiymət razılaşmışlar. Bundan sonra onlar birlikdə Xaçmaz rayon 1 saylı Notariat Kontoruna getmişlər. Notariat Kontorunda təsdiq olunmuş 07 iyun 2015-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 ünvan 2 ünvanında istifadədə olan 0,0152 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 119,4 kv.metr, yaşayış sahəsi 69,6 kv.metr və yardımçı sahəsi 49,8 kv.metr olan 3 otaqlı fərdi yaşayış evini ona satmışdır. Sonradan alqı-satqı müqaviləsi əsasında o, yaşayış evinə mülkiyyət hüququna dair adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi almışdır. Yaşayış evi ona satıldıqdan və evin yerləşdiyi torpaq sahəsi onun istifadəsinə verildikdən sonra Cavabdeh1, onun həyat yoldaşı və yetkinlik yaşına çatmış digər ailə üzvləri olan cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ona vəd vermişlər ki, bir ay müddətində həmin evdən və evin yerləşdiyi torpaq sahəsindən çıxacaqlar. Vəd olunmuş müddət ötdükdən sonra isə onlar əlavə 5-6 ay müddət istəyərək kirayədə qalmalarına icazə verməsini ondan xahiş etmiş və qaldıqları hər ay müddətinə görə kirayə haqqını ödəyəcəklərinə söz vermişlər. Lakin cavabdehlər həmin vədlərinə də əməl etməyərək aldatma yolu ilə onun əmlakından qanunsuz istifadə etməkdə davam edirlər. Dəfələrlə ilk iddia üzrə cavabdehlərdən yaşayış evini boşaltmalarını və qeydiyyatdan çıxmalarını tələb etsə də cavabdehlər bundan imtina etmişlər. Cavabdehlərin hərəkətləri nəticəsində onun mülkiyyətinə aid əmlak üzərində hüquqları məhdudlaşmışdır. Cavabdehlər ona əmlaklarından istifadə etməyə imkan vermirlər. Hesab edir ki, cavabdelərin qanunsuz hərəkətləri onun qanunla qorunan mülkiyyət və istifadə hüquqlarını pozur. Cavabdehlər ona məxsus evdən vaxtında çıxsaydılar o, həmin evi kirayəyə verməklə bu müddət ərzində 14.000 manat məbləğində gəlir əldə edə bilərdi. O, həmin gəlirdən də məhrum olunmuşdur. Hazırda da cavabdehlər və ailə üzvləri ona məxsus evdə qanunsuz yaşamaqla könüllü olaraq evdən çıxmadıqlarından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı adına ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair işlənmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, həqiqətən 2015-ci ildə ona məxsus ünvan 3 ünvanda yerləşən yaşayış evinin alq-satqısına dair ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə aralarında razılaşma olmuş, o, yaşayış evini İddiaçı 65000 manata satdığını bildirmiş, cavabdeh onunla razılaşaraq indiki halda 10000 manat pul verəcəyini, qalan 55000 manatı 5-6 aya verə biləcəyini bildirmişdir. Həmin vaxt onun pula ehtiyacı olduğundan o, cavabdehlə razılaşmış, birlikdə Xaçmaz rayon notaliat kontoruna gedərək evi 10000 manata alqı-satqı etmişlər. Evin yerləşdiyi həyətyanı torpaq sahəsi bütövlükdə alqı-satqı predmeti olmamış, yalnız tikinti altı sahə müqavilədə qeyd edilmişdir. İddiaçıla razılaşmışlar ki, satdığı evin dəyərinin qalan hissəsi olan 55000 manat pulu o, ödədikdən sonra torpaq sahəsinin qalan hissəni də alqı-satqı edəcəkdir və həmin evdən pulu aldıqdan sonra çıxacaqdır. Sonradan İddiaçı dəfələrlə pulunu istəsə də, sonuncu ona hazırda pulu olmadığını, evdə yaşamaqda davam etmələrini, pulu verdikdən sonra evdən çıxmalarını və qalan torpaq sahəsini də adına rəsmiləşdirmələrini bildirmişdir. Lakin sonradan Nazir onun qalan pulunu vəd verdiyi vaxtda ödəmədiyindən ona müraciət edərək pulun dəyərinin düşdüyünü, evlərin qiymətinın qalxdığını, 55000 manatı ona ödəməsə evi ala bilməyəcəyini demiş, Nazir ona pulu düzəldə bilmədiyini, ona verdiyi 10000 manat pulu qaytarmasını, pulu qaytardıqda sözü gedən evi adına rəsmiləşdirəcəyini bildirmişdir. Lakin bununla bağlı aralarında razılaşma baş tutmamışdır. O, İddiaçı bildirmişdir ki, 6-7 il onu aldadaraq evin qalan pulunu vermədiyindən ondan aldığı 10.000 manat pulu da geri qaytarmayacaqdır. Bundan sonra İddiaçı ona qarşı məhkəmədə hazırkı iddianı qaldırmışdır. İddia tələbini əsassız hesab edir və həmin iddia tələbinin təmin olunmamasını, qarşılıqlı iddia tələbinin təmin olunmasını, İddiaçı adına ünvan 3 ünvanda yerləşən yaşayış evinə dair işlənmiş daşınmaz əmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Məhkəmə onun mülkiyyət hüququnu pozmuş və ona yönələn hərəkətlər etmişdir. Onların arasında alqı-satqı barədə müqavilə olsada, borclu İddiaçı alqı-satqı zamanında onunla razılaşdığı 55.000 manat pulu ödəmədiyindən, aldığı evdə qalıb yaşamağa mənəvi haqqı olmamışdır. Sahiblik əşyaya faktiki sahibliyə nail olmaqla əldə edilir. Məhkəmənin onun ailəsinin evdən və torpaq sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və çıxarılması qanunsuz və əsassızdır. İş materiallarından, tərəflərin izahatından, tərəflər arasındakı mübahisəli hüquq münasibəti mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələbi yox, daşınmaz əmlakın alqı-satqı müqaviləsindən yaranmışdır. İddiaçı 07 iyun 2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsini əsas göstərmiş işin hallarının tam və obyektiv araşdırması və obyektiv həqiqətin üzrə çıxarılmasına çalışmamış, əlində onun ona ödənilmiş 10.000 manat qəbzin surəti ola-ola qətnamədə qeyd etmişdir ki, heç bir sübut guya təqdim etməmişdir. Hakim işin faktiki halların araşdırmamış və obyektiv həqiqəti üzrə çıxarmamışdır. Xaçmaz Rayon Məhkəməsinin qətnaməsinin evdən istifadə hüququnun itirilməsi və evdən çıxarma hissəsinin ləğv edilməsi arədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh1 öz adından apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, nümayəndəsi olduğu digər cavabdehlərin adından apellyasiya şikayətini qəbul etdi, ona oxşar izahat verdi və apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İlk iddia üzrə İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi qismən ləğv edilməlidir, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ilk iddia ərizəsini təmin, qarşılıqlı iddia tələbini rədd edərkən, mübahisəli mənzilin iddiaçı tərəfindən qanuna uyğun alınmasına, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan mənzildən qanunsuz istifadə etməsinə, çıxarışın ləğv edilməsi üçün qanunla müəyyən olunmuş əsasların olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin ilk iddia üzrə gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur, lakin qarşılıqlı iddia hissəsində qətnamə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin 30 iyul 2021-ci il tarixli, 160-17987-1221 nömrəli məktubundan və “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ünvan 3 ünvanda qeydiyyatdadırlar. İşdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Qaraçı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 26 iyul 2021-ci il tarixli, 357 nömrəli arayışdan görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Xaçmaz rayonunun Hacıqurbanoba kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İşə əlavə olan Xaçmaz rayon Qeydiyyat Şöbəsinin 28 oktyabr 2021-ci il tarixli, 05/Q- 571/15 nömrəli məktubundan görünür ki, Xaçmaz rayonunun Müşkür İcra nümayəndəliyində 01 sentyabr 1957-ci il tarixdə tərtib edilmiş 68 saylı doğum akt qeydində İddiaçı soyadı “Adilov”, adı “Nazir”, ata adı “Hüseyn kimi yazılmışdır. İş materiallarında olan 07 iyun 2015-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 4Ə967 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ünvan 3 ünvanda istifadədə olan 0,01516 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 119,4 kv.metr, yaşayış sahəsi 69,6 kv.metr və yardımçı sahəsi 49,8 kv.metr olan 3 otaqlı fərdi yaşayış evini ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 10.000 manata satmışdır. İşə əlavə olan ********* qeydiyyat nömrəli, 18 sentyabr 2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanda istifadədə olan 0,0152 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 119,4 kv.metr, yaşayış sahəsi 69,6 kv.metr və yardımçı sahəsi 49,8 kv.metr olan 3 otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 49 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Hazırkı məhkəmə iclası zamanı ilk iddia üzrə iddiaçı, qarşılılqlı iddia üzrə cavabdeh İddiaçı üzərinə alqı-satqı yolu ilə notarial qaydada əldə etdiyi və alqı-satqı müqaviləsi əsasında xususi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mübahisəli ünvan 1 yaşayış evindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarının itirildiyini, sonuncuların və ailə üzvlərinin həmin yaşayış sahəsindən qanunsuz istifadə etməklə evdən çıxmamalarını, qanunsuz hərəkətləri nəticəsində ona keçən müddət ərzində 14.000 manat məbləğində ziyan dəyməsini sübutetmə yükü düşür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərannın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası «İnsan hüquqlarının və azadlıqların müdafıəsi haqqında» Avropa Konvensiyasnın iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifıkasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasnın məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifıkasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə isnad etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq. «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§93). İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Aparılmış məhkəmə araşdırması zamanı iş materialları ilə ilk iddia üzrə iddiaçı, qarşılılqlı iddia üzrə cavabdeh İddiaçı 07 iyun 2015-ci il tarixdə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı razılaşma əsasında notarial qaydada sonuncuya məxsus ünvan 4 ünvanda istifadədə olan 0,0152 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini satın alması, sonradan həmin alqı-satqı müqaviləsi əsasında qeyd olunan yaşayış evinin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına rəsmiləşdirildiyi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3nun mübahisəli evin özgəninkiləşdirildiyi andan həmin yaşayış sahəsindən istifadə hüquqlarının itirildiyi, lakin buna baxmayaraq sonuncuların və ailə üzvlərinin ilk iddia üzrə iddiaçı, qarşılılqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətinə aid evdən çıxmadıqları halı öz təsdiqini tapmışdır. Lakin məhkəmə tədqiqatı zamanı ilk iddia üzrə iddiaçı, qarşılılqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində keçən müddət ərzində ona 14.000 manat məbləində maddi ziyan dəydiyini göstərsə də, ilk iddia tələbinin bu hissədə əsası kimi istinad etdiyi halı sübut edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və həmin hal aparılmış məhkəmə tədqiqatı zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətində mübahisələndirilən fərdi yaşayış evini İddiaçı 65.000 manata satdığını, sonuncunun evin pulundan ona 10.000 manat hissəsini verdiyini, lakin qalan 55.000 manatını isə ona ödəmədiyini göstərsə də öz etirazının əsası kimi istinad etdiyi halları sübut edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və həmin hallar aparılmış məhkəmə tədqiqatı zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia üzrə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır, qarşılıqlı iddia hissəsində qətnamə ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İlk iddia üzrə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə 25 noyabr 2021-ci il tarixli 2(067)-2717/2021 saylı qətnaməsi Cavabdeh1 İddiaçı qarşı reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair hissədə ləğv edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar