Məhkəmə qərarları › İş №2(105)-659/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-659/2022

28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-659/2022 28.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Gülabbas qızı, Cavabdeh6, X9, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X1, X2, X3, Cavabdeh13 və Cavabdeh14 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(026)-256/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC Cavabdeh1 arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasının və 22 iyul 2020-ci il tarixli 017R**********S saylı sazişin ləğv edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu və Qəhrəmanlı Süleyman Xəyal oğlundan müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 26 noyabr 2019-cu il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 12083.15 manat məbləğində kredit borcu, 1977.78 manat məbləğində faiz borcu və 2924.04 manat məbləğində cərimə borcu olmaqla, cəmi 16984 (on altı min doqquz yüz səksən dörd) manat 97 (doxsan yeddi) qəpik məbləğində borcun tutulması, 18 aprel 2018ci il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 25885.56 manat məbləğində kredit borcu, 5336.93 manat məbləğində faiz borcu və 6514.55 manat məbləğində cərimə borcu olmaqla, cəmi 37737 (otuz yeddi min yeddi yüz otuz yeddi) manat 04 (dörd) qəpik məbləğində borcun tutulması, tələbin Cavabdeh3 və Cavabdeh4 mülkiyyətində olan müvafiq olaraq Qobustan şəhəri, Yeni Massiv 1, ev 3B-də xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi və Sumqayıt şəhəri, 11-ci mikrorayondaki 9 nömrəli evdə yerləşən 72.9 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 27 saylı mənzilə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə cəmi 54722 (əlli yeddi min yeddi iyirmi iki) manat 01 (bir) qəpik məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına “AccessBank» QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 ümumi müştərək qaydada tutulması, Cavabdeh4 və Cavabdeh3 müvafiq olaraq mülkiyyətində olan Sumqayıt şəhəri, 11-ci mikrorayondaki 9 nömrəli evdə yerləşən 72.9 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 27 saylı mənzilə və Qobustan şəhəri, Yeni Massiv 1, ev 3B-də xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh4, Cavabdeh6, X9, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X2, X3, X6, X5, X11, Cavabdeh13 Cavabdeh14, Cavabdeh3 və Cavabdeh5 Gülabbas qızının istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(026)-256/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasının və 22 iyul 2020-ci il tarixli 017R**********S saylı sazişin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 26 noyabr 2019-cu il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 11948,47 manat məbləğində kredit borcu, 1599,77 manat məbləğində faiz borcu və 1200 manat məbləğində cərimə borcu, 18 aprel 2018-ci il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 25885,56 manat məbləğində kredit borcu, 4647,18 manat məbləğində faiz borcu və 2500 manat məbləğində cərimə borcu, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 60 manat xidmət haqqı ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulması, tələbin Qobustan şəhəri, Yeni Massiv 1, ev 3Bdə Cavabdeh3 xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsinə və Sumqayıt şəhəri, 11-ci mikrorayondaki 9 nömrəli evdə yerləşən Cavabdeh4 xüsusi mülkiyyətində 72,9 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 27 saylı mənzilə yönəldilməsi, Cavabdeh4 və Cavabdeh3 müvafiq olaraq mülkiyyətində olan Sumqayıt şəhəri, 11-ci mikrorayondaki 9 nömrəli evdə yerləşən 72,9 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 27 saylı mənzilə və Qobustan şəhəri, Yeni Massiv 1, ev 3B-də xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsinə tutma yönəldikdən və əmlaklar satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh4, Cavabdeh6, X9, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X2, X3, X6, X5, X11, Cavabdeh13, Cavabdeh14, Cavabdeh3 və Cavabdeh5 Gülabbas qızının istifadə hüquqlarının itirilməsi, onların həmin evdən çıxarılması, əmlakların boşaldılması, alıcıya təhvil verilməsi, Qobustan şəhəri, Yeni Massiv 1, ev 3B-də olan, Cavabdeh3 xüsusi mülkiyyətindəki 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı yaşayış sahəsinin likvid dəyərinin 27000 (iyirmi yeddi min) manat müəyyən edilməsi, Sumqayıt şəhəri, 11-ci mikrorayondaki 9 nömrəli evdə yerləşən Cavabdeh4 xüsusi mülkiyyətində olan 72,9 kv.m ümumi sahədən ibarət 27 saylı mənzilin likvid dəyərinin 50000 (əlli min) manat müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Mirələm Quliyev). Qətnamədən Cavabdeh1 23.12.2021-ci ildə apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası daxil olmuş şikayəti iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 09.07.2021-ci il tarixli Qanunun keçid müddəalarına əsasən: 2.1. Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir; 2.2. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Bundan başqa, MPM-nin 10-1.3-cü maddəsində təsbit edilmişdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.1.5-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Hazırki işdən görünür ki, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada (Əlavə 2-Apellyasiya şikayətinin forması) tərtib edilməmiş, eləcə də apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə göndərilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apellyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə əsasən göstərilmiş hallar aradan qaldırıldıqdan sonra apelaysiya şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada şikayət ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Gülabbas qızı, Cavabdeh6, X9, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X1, X2, X3, Cavabdeh13 və Cavabdeh14 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(026)-256/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar