Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-661/2023 28.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ lİddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa və əmək haqqının ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X15 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, cavabdeh X16 adına X3 direktoru Nümayəndə1 vəkili və nümayəndəsi Nümayəndə3, üçüncü şəxs X14 Xidmətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli 2(060)-7080/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək İddiaçı 06 yanvar 2022-ci ildən işə bərpa olunması və 27 sentyabr 2021-ci ildən hal-hazıradək ödənilməmiş 3900 (üç min doqquz yüz) manat əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “X16 adına X8” arasında 27 entyabr 2021-ci ildə müddətsiz əmək müqaviləsi bağlanmış və hər ay 300 manat əmək haqqı ödənilməsi şərti ilə "Kitabxanaçı” işinə qəbul edilmişdir. 2021-ci ilin dekabr ayının 5də işəgötürən iddiaçıya bildirmişdir ki, “kursa şagird gəlmir, sabahdan işə gəlməsin. Şagirdləri toplayıb xəbər verəndən sonra işə gələr”. Bundan sonra rəhbərliyin çağırışını gözləyərək evdə oturmalı olmuşdur. Sonradan iddiaçıya məlum olmuşdur ki, işəgötürən iddiaçını xəbərdar etmədən xx.xx.2022-ci ildə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Lakin iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamı ilə əlaqədar cavabdeh iddiaçını məlumatlandırmamışdır. Hazırki tarixədək cavabdehin iddiaçıya 13 ay üçün ödənilməmiş 3900 (üç min doqquz yüz) manat əmək haqqı borcu qalmışdır (13 ay x 300 manat = 3900 manat). Dəfələrlə cavabdehə müraciət etsə də o, iddiaçını işə bərpa etməmişdir. Mediasiya prosesi zamanı cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Mediasiya prosesi zamanı iddiaçı dövlət rüsumunu ödəmişdir. Bunu xx.xx.2022-ci il tarixli, MŞB/6-6168 saylı arayış təsdiq edir. Hesab edir ki, iddiaçının 06 yanvar 2022-ci ildən işə bərpa olunmağı və 27 sentyabr 2021-ci ildən hal-hazıradək ödənilməmiş 3900 (üç min doqquz yüz) manat əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdeh direktoru Nümayəndə1 ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddia müddəti tətbiq edilməklə iddiaçının hazırki iş üzrə olan iddiasının təmin edilməməsi barədə qətnamə qbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırkı iddianı əsassız hesab edir və belə hesab edir ki, iddiaçı hazırkı mübahisəyə dair iddia müddətini də ötürmüşdür. Belə ki, iddiaçı özü də göstərir ki, xx.xx.2021-ci il tarixdən işə gəlmir və bunun səbəbi də özündə olmuşdur. Belə ki, iddiaçı özü işə çıxmamış və qızı gəlib bildirmişdir ki, atası anasını işə gəlməyə qoymur və xahiş etmişdir ki, onun işdən azad edilməsi barədə əmr versin. Cavabdeh də iddiaçının işdən çıxarılması barədə əmr qəbul edib iddiaçıya göndərmiş və onun müqaviləsinə xitam verildiyi üçün portaldan da çıxartmış və bu sənədi də iddiaçıya göndərmişdir. Beləliklə, iddiaçı xx.xx.2021-ci il tarixdən işdən azad edilmişdir və bu barədə məlumatı olmuşdur. Onu da qeyd etmişdir ki, iddiaçı cavabdehdən şikayət ərizəsi ilə polisə müraciət etmiş, istintaq aparılmış və cavabdeh barəsində cinayət işi qaldırılaraq məhkəməyə göndərilmişdir. Bütün bunlar göstərir ki, iddiaçı guya ehtimal olunan hüquqlarının pozulmasını xx.xx.2021-ci il tarixdən bilmişdir (əslində isə işdən özü getmişdir). Bu halda görünür ki, iddiaçı iddia ərizəsi vermə müddətini ötürmüşdür və bu zaman hər hansı bir üzürlü sabəb olmamışdır. Ona görə də onun iddiası iddia müddəti ötürülməklə verildiyi üçün rədd edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(060)-7080/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı İddiaçı 06 yanvar 2022-ci ildən işə bərpa olunması və 27 sentyabr 2021-ci ildən hal-hazıradək ödənilməmiş 3900 (üç min doqquz yüz) manat əmək haqqının ödənilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir (hakim Elmir Hüseynov) Birinci instansiya məhkəməsi mövgeyini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixindən işdən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə həmin tarixdən xitam verilmişdir. İddiaçı özü etiraf etdiyi kimi 2022-ci ilin fevral ayında işdən azad edilməsi barədə məlumatlı olmuşdur. Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Lakin buna baxmayaraq iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Buna görə də iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294, 296, 375-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarına istinad edərək iddianı təmin etməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı S apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli 2(060)-7080/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Sumqayıt Şəhər Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(060)-7080/2022 saylı qətnaməsindən narazıdır. Məhkəmə qətnamə qəbul edərkən kobud qanun pozuntusuna yol vermiş, ƏM-nin 11-ci maddəsinin a) və b) bəndi, 12-ci maddəsinin a) bəndi, 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndini, 69, 70, 73, 76, 77, 296.2-ci maddəsinin, MM-nin 375-ci maddəsinin tələblərini pozmaqla, əsassız, qanunsuz qətnamə qəbul etmişdir. Belə ki məhkəmə hesab etmişdir ki, cavabdehlə İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2021-ci il tarixindən 27 sentyabr 2022-ci il tarixinədək olan dövr üçün bağlanmışdır, yəni 1 il müddətinə. Belə olan halda cavabdeh ƏM-nin 73-cü maddəsinin şərtlərini pozmuş, məhkəmə isə bu faktı araşdırmamışdır. Belə ki müddətli əmək müqaviləsinə müddət başa çatdıqda xitam verilməlidir (1 həftə müddətində). Qətnaməyə görə cavabdehlə iddiaçı arasında 1 il müddətinə, yəni xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilə qədər müddətə əmək müqaviləsi bağlanmışdır. Əgər doğurdan da belədirsə cavabdeh iddiaçı ilə bağladığı müddətli əmək müqaviləsini müddət başa çatandan 3 aydan sonra, özü də ƏM-nin 68-ci maddəsinin 2ci hissəsinin a) bəndinə əsasən pozmuşdur. Halbuki ƏM-nin 73-cü maddəsinə görə tərəflər 1 həftə müddətinə müqaviləyə xitam verməzlərsə həmin əmək müqaviləsi əvvəl müəyyən edilmiş müddətə, yəni 1 il uzadılmış hesab olunur. Əslində iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi xx.xx.2021-ci ildə müddətsiz bağlanmışdır. Müddətsiz bağlanmış əmək müqaviləsinə ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi ilə xitam verilməsi səlahiyyəti hər iki tərəfin, yəni işəgötürənin və işçinin birgə razılığı ilə mümkündür. Belə olan halda işəgötürənin müddətsiz əmək müqaviləsini işçinin razılığı olmadan birtərəfli qaydada xitam vermək səlahiyyəti qanunda nəzərdə tutulmamışdır. İşəgötürən müddətsiz bağlanmış əmək müqaviləsinə xitam verərkən bu zaman ƏM-nin 70-ci maddəsinin şərtlərini gözləməlidir. Lakin məhkəmə heç bir araşdırma aparmadan tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətlərini araşdırmadan belə bir kobud qanun pozuntusuna yol vermişdir. Həmçinin bildirir ki, onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. İddia ərizəsinə həmin əmək müqaviləsini əlavə etsə də məhkəmə real faktlara deyil, əsası olmayan ifadələrə üstünlük vermişdir. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün cavabdeh ƏM-nin 70-ci maddəsinin müvafiq bəndlərinə (“a” və “b” bəndlərinə) əsaslanmalı idi. Digər tərəfdən məhkəmə tərəfindən iddia müddətinin tətbiqi qətnamədə əsaslanmayıb. Qətnamədə məhkəmə belə bir qənaətə gəlmişdir ki, iddiaçı iddiasını müdafiə edir, cavabdeh iddia müddətinin tətbiqini tələb edir. Məhkəmə öz qanunsuzluğunu əsaslandırmaq üçün hesab edir ki, iddiaçı xx.xx.2022-ci ildən işdən azad edilib, özü də etiraf edir ki, işdən çıxmadan xəbəri olmuşdur. Əvvəla o, belə bir etirafı etməmiş və işdən çıxmağı barədə məlumatı olan kimi əvvəl mediasiyaya, daha sonra məhkəməyə müraciət etmişdir. Polis orqanlarına cavabdehin ondan pul almasına görə şikayət etmişdir. Məhkəmə üçün cavabdehin əsassız sübutları əsas ola bilməz. İlk öncə iddia müddətinin tətbiqi araşdırılmalı, işdən çıxma əmrinin ona nə vaxt verilməsinə hüquqi qiymət verilməli idi. ƏM-nin 296.2-ci maddəsinə görə “işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 ay müddətinə məhkəməyə müraciət etməlidir. Praktikada hüququn pozulduğunu aşkar etdiyi gün dedikdə əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin verildiyi gün başa düşülür. Belə bir hal olmamış və məhkəmə əsası olmayan sözlərlə qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 2021-ci il sentyabrın 27-də müqavilə əsasında işə qəbul olunmuş, dekabr ayının 14-nə qədər işləmişdir. Cavabdeh işə 27 sentyabrda qəbul olunsa da X9 əmək müqaviləsi bildirişini noyabr ayında daxil etmişdir. Sonra cavabdeh müəssisənin rəhbəri dedi ki, işə gəlməyin, işi müvəqqəti olaraq dayandırır, lazım olanda işə çağıracaq. xx.xx.2022-ci il tarixdə işəgötürən ona heç bir məlumat vermədən müqaviləyə xitam verib. Onunla bağlanılan müqavilə müddətsiz əmək müqaviləsi idi. O, cavabdehdən 13 ayın əmək haqqısını istəyir. Ona cavabdeh tərəfindən heç bir əmək haqqı ödənilməyib. Cavabdeh qurumun rəhbəri onu işə çağırmayıb. Cavabdehi əmək haqqına görə polisə verməmişdir. Cavabdeh iş məhkəməyə getməsin deyə ounla razılaşmış və bu barədə ona yazılı razılıq vermişdi ki, pulu verəcək, amma vermədi. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə müqaviləyə xitam veriləndə məlumatı olmayıb, fevral ayında xəbər tutub. Bu zaman əmək haqqını tələb edib. Cavabdehin barəsində cinayət işi üzrə araşdırma gedirdi. O onunla razılığa gəlmək istədi ki, məhkəməyə müraciət etməsin. Sonra görüb ki, razılığı icra etmədiyinə görə məhkəməyə müraciət edib. Məhkəməyə 2022-ci ilin oktyabrında müraciət edib. Mediasiya mərhələsini də keçib. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli 2(060)-7080/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh direktoru Nümayəndə1 vəkili və nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, müəssisə hazırda fəaliyyət göstərmir. İş materiallarında olan kontrakt blankı hazır blankdı, blankı Aynurə xanım tərtib edib, Səbinə xanım imzalayıb. xx.xx.2021-ci il tarixdə iddiaçı işə gəlməyib, sadəcə müəssisə rəhbəri bu əsasla işdən çıxarmayıb. İşə gəlməmək əsası ilə işdən azad etməyib. Müəssisə rəhbəri barəsində dələduzluqla bağlı iş açılıb, iddiaçıdan aldığı pul məbləğini də qaytarıb. Barəsində başlanmış cinayət işinə xitam verilib. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 30 dekabr 2022ci il tarixli 2(060)-7080/2022 saylı qətnaməsinin mdəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X14 Xidmətinin nümayəndəsi Nümayəndə2 bildirdi ki, birinci instansiya məhkəməsində iclasda iştirak edərkən də fikir bildirib. Vətəndaşın əmək haqqının ödənilməsi barədə hər hansı sənəd yoxdur. Qənaəti budur ki, tərəfə əmək haqqı ödənilməyib. Xitamın özü də vətəndaşın ərizəsi olmadan qeyri-qanuni formada həyata keçirilib. Cavabdehə tənbeh tədbiri tətbiq edilməyib, çünki müraciət olunmayıb. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. 7.1-ci maddəsinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. 7.2-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 7.2-1-ci maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. 42-ci maddənin 1-ci bəndinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 43-ci maddənin 1-ci bəndinə əsasən Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 68-ci maddəsinin 2-ci bəndinin «b» yarımbəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əmək müqaviləsinə xitam verilə bilər. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. 294-cü maddəsinin 4-cü bəndinə əsasən, məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü bəndinə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. 296-cı maddəsinin 5-ci hissəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. 296-cı maddəsinin 6-cı hissəsinə müvafiq olaraq, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 296-cı maddəsinin 6-cı hissəsində fərdi əmək mübahisələrinə baxan orqan dedikdə, yalnız fərdi əmək mübahisələrinə məhkəməyədək baxan orqanlar başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən. Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətindən görünür ki, iddiaçı qətnaməni bütövlükdə mübahisələndirir. Ona görə də məhkəmə kollegiyası qətnaməni bütövlükdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarını tım, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. 21 sentyabr 2021-ci il tarixli əmək müqaviəsindən görünür ki, İddiaçı Cavabdehnə kitabxanaçı vəzifəsinə işə qəbul edilmişdir. İşçi xx.xx.2021-ci il tarixindən işə başlayır. Bu əmək müqaviləsi xx.xx.2022-ci il tarixinədək müddətə bağlanmışdır. MŞB/6-6168 saylı, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. 2 saylı ərazi Vergilər Baş İdarəsi tərəfindən Nümayəndə1 ünvanlanmış məktuba əsasən **********2-29005 kodlu təsərrüfat subyekti (obyekti) qeydiyyatdan çıxarılmışdır. “Yüksəl” Reabilitasiya Mərkəzi üzrə xx.xx.2022-ci il tarixli, 30 №-li əmrdən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən cəmiyyətin mərkəzin kitabxanaçısı X10 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam edilmiş, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı həmin əmək müqaviləsi bildirişi ləğv edilmişdir. Birinci instansiya məhkəməsi mövgeyini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixindən işdən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə həmin tarixdən xitam verilmişdir. İddiaçı özü etiraf etdiyi kimi 2022-ci ilin fevral ayında işdən azad edilməsi barədə məlumatlı olmuşdur. Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Lakin buna baxmayaraq iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Buna görə də iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etməyərək qeyd edir ki, məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəni əsaslı sayaraq iddia müddətini keçməsi əsası ilə iddianı təmin etməməkdə haqlı olmamışdır. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü bəndinə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Qanunvericlik normasından da görünür ki, işçi hüququnun pozulduğunu aşkar etdiyi gün işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, Hazırki işdən isə işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) hansı tarixdə verilməsi müəyyən edilmir. Belə olan halda işçinin hüquqlarının pozulduğu günün 2022-ci il fevral ayı müəyyən edilməsi qanunvericiliyə ziddir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən iddia müddətinin ötrülməsinə dair dəlilini əsassız hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə əsaslı olmadığından birinci instansiya məhkəməsini qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası iddiaçının işdən azad edilməsinə dair xx.xx.2022-ci il tarixli əmrinə qiymət verərək qeyd edir ki, əmrdə iddiaçının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi qeyd edilmişdir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; Qeyd edilən əmrdən görünür ki, işçinin işdən azad edilməsinə əsas kimi işçinin işdən çıxması barədə ərizəsi qeyd edilmişdir. Lakin iş materiallarında İddiaçı tərəfindən belə bir ərizə mövcud deyildir. Məhkəmə iclas protokolundan görünür ki, cavabdeh məhkəmədə bildirmişdir ki, müqavləyə tərəflərin birinin tə.əbbüdü ilə xitam verilib, iddiaçı ərizə yazmayıb. (i.v.45) Eyni zamanda əmrdən görünür ki, əmrin 1-ci qrafasında İddiaçı Qabil qızı, əmrin məzmununda X7 qızının işdən azad olunması, əmrin sonunda “işçi (tanış oldum)” qrafasının qarşısında X11 qeyd edilmişdir. Bununla da müəyyən edilir ki, “Yüksəl” Reabilitasiya Mərkəzinin xx.xx.2022-ci il tarixli, 30 nömrəli əmri qanunvericiliyin tələblərin uyğun tərtib edilməmiş, əmrin məzmununda işçı X12 əvəzinə İddiaçı Qabil qızı, X10, X2 məlumaları düzgün qeyd edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, işçının işdən azad olunması barədə əmr qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən, eləcə də işçinin işdən çıxmasının əsası kimi götürülmüş işçinin ərizəsi mövcud olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kolegiyası hesab edir ki, iddiaçının işdən azad olunması barədə xx.xx.2022-ci il tarixli, 30 nömrəli əmri ləğv edilməli, iddaçı həmin tarixdən işə bərpa edilməlidir. Bundan başqa məhkəmə kollegiyası xx.xx.2021-ci il tarixdən iddia ərizəsinin verildiyi günədək ödənilməmiş 3900 manat əmək haqqının ödənilməsi barədə tələb qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, işçıyə hər ay 250 manat məbləğində əmək haqqı ödənilir. Eyni zamanda işə əlavə edilmiş sosial arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdən İddiaçı aldığı əmək haqqı 300 manatdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edur ki, iddiaçının aldığı əmək haqqı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 250 manat. xx.xx.2021-c il tarixdən sonra isə 300 manat müəyyən edilməlidir. 2021-ci ilin oktyabr ayı üçün 250 manat, 2021-ci ilin noyabr ayından 2022-ci ilin oktyabr ayınadək 300 manat ollmaqla 3850 manat müəyyən edilməlidir. Məhkəmə kollegyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərkən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, nəticədə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməməklə işin hallarına uyğun olmayan qətnamə çıxarmışdır. Bu da qətnamənin ləğvi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qeyd edilən hissəsi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və yekunda səhv nəticəyə gəlmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli 2(060)-7080/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı xx.xx.2022-ci ildən işə bərpa olunmalı, İddiaçı 27 sentyabr 2021-ci ildən xx.xx.2021-ci il tarixədək 250 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 300 manat olmaqla ödənilməmiş əmək haqqı ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli 2(060)-7080/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2022-ci ildən Cavabdehndə kitabxanaçı vəzifəsinə bərpa edilsin. İddiaçı 27 sentyabr 2021-ci ildən xx.xx.2021-ci il tarixədək 250 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 300 manat olmaqla ödənilməmiş əmək haqqı ödənilsin. Mediasiyaya ödənilmiş 50 (əlli) manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-661/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-661/2023
28.04.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver