Məhkəmə qərarları › İş №2(105)-666/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-666/2025

21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-666/2025 21.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-5084/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı öhdəliyin icra edilməməsinə görə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 46445,79 manat və öhdəliyin icrasını gecikdirdiyinə görə 5612,29 manat pulun və 248 (iki yüz qırx səkkiz) manat dövlət rüsumunun alınıb, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-5084/2024 saylı qiyabi qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia təmin edilmiş, Cavabdeh 46445.79 (qırx altı min dörd yüz qırx beş manat yetmiş doqquz qəpik) manat məbləğində pul, gecikdirilmiş vaxt üçün 5612.29 (beş min altı yüz on iki manat iyirmi doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 52058.08 (əlli iki min əlli səkkiz manat səkkiz qəpik) manat pul, ödənilmiş 250.50 (iki yüz əlli manat əlli qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh məhkəməyə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-5084/2024 saylı qiyabi qətnaməsinin ləğv olunması barədə ərizə və qiyabi qətnamənin ləğv olunması üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnamənin ləğvinə görə müəyyən edilmiş 10 günlük prosessual müddəti üzrlü səbəbdən ötürüldüyü üçün müddətin bərpa edilməsi, qiyabi qətnamənin ləğv edilməsi və işə yenidən iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Ərizəçi buraxılmış prosessual müddətin bərpası barədə ərizəsini onunla əsaslandırmışdır ki, qiyabi qətnamə bu günə kimi rəsmi olaraq ona təqdim edilməmişdir. O, qətnamə barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin bildirişi əsasında məlumat almışdır. Lakin qiyabi qətnamənin surəti ona təqdim edilməmişdir. O, qiyabi qətnaməni yalnız ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixində əldə etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-5084/2024 saylı qərardadı ilə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəs təmin edilməmiş, qiyabi qətnamənin ləğvi barədə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh tərəfindən qiyabi qətnamənin ləğv edilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı inandırıcı, mötəbər və təkzib olunmaz sənəd məhkəməyə təqdim edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-5084/2024 saylı qərardadından Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qiyabi qətnamə barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin bildirişi əsasında məlumat almışdır. Lakin qiyabi qətnamənin surəti ona təqdim edilməmişdir. O, qiyabi qətnaməni yalnız ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixində əldə etmişdir. Hesab edir ki, bu əsaslar ilə ərizənin təmin edilməməsi qanunsuzdur. Həmçinin qeyd etmək lazımdır ki, heç məhkəmə iclasları barədə də məlumat almamışdır. Bu əsasla ərizənin təmin edilməməsi qanunsuzdur. İstifadəsində olan telefon nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada sms bildiriş göndərilməsi qiyabi qətnamənin ona çatdırılması demək deyil. Şəxsin məhkəmə iclası barədə məlumatının olması onun şikayət etmək müddətinə təsir göstərmir. Qanunvericiliyin tələblərində yekun aktın rəsmi qaydada çatdırılmasından danışılır, məhkəmə iclası barədə məlumatın verilməsindən deyil. Həmçinin qeyd etmək lazımdır ki, cavabdeh heç məhkəmə iclasları barədə də məlumat almamışdır. Bununla yanaşı məhkəmə bildirir ki, hüquq və vəzifələrin izahı barədə bildiriş də xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən təhvil alınmışdır. İş icra mərhələsində olanda işin yekunlaşdığını, onun ziyanına qətnamənin çıxarıldığını bilmişdir. Şikayətinə və ərizəsində qeydiyyatda olduğu ünvanda yaşamadığına, başqa ünvanda yaşadığına dair rəsmi sənədləri də əlavə etmişdir. Belə olan təqdirdə məhkəmənin müddətin bərpasına dair ərizəni təmin etməməsi tamamilə qanunsuz və əsasızdır. Bu qərardad ilə məhkəmənin əslində qərəzli olmasa dair şüphələr ortaya çıxır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-5084/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materiallarına əsasən araşdırıb belə hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-5084/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-5084/2024 saylı qiyabi qətnaməsi 23 dekabr 2024-cü il tarixdə iş üzrə Cavabdeh yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmiş və qətnamə poçt göndərişinin verilməsinə dair xəbərnaməyə əsasən şəxsən deyil, digər qaydada Mehtiyev soyadlı şəxs tərəfindən 04 yanvar 2025-ci il tarixdə qəbul edilmişdir. Bundan başqa iş materiallarında olan (səhifə 38) məhkəmə iclasının yeri və vaxtı barədə bildirişin alınmasına dair poçt göndərişinin verilməsinə dair xəbərnamədən görünür ki, qeyd olunan məhkəmə sənədi də həmin ünvana göndərilmiş və həmin bildiriş də şəxsən deyil, digər qaydada Mehtiyeva soyadlı şəxs tərəfindən qəbul edilməklə, Mehtiyeva soyadı qarşısında “anası” sözləri qeyd olunmuşdur. Cavabdeh ərizəsində iş materiallarındakı qeyd olunan poçt göndərişinin verilməsinə dair xəbərnamələrə hər hansı bir münaibət bildirməmişdir. Bundan başqa iş materiallarından görünür ki, cavabdeh məhkəmə qiyabi qətnamənin almadığını iddia eədərk xx.xx.2025-ci il tarixdə məhkəmə aktının surətinin ona verilməsini xahiş etsə də “Dövlət rüsusmu haqqında” Azərbaycan Respublikası qanunun 8.7-ci bəndinə əsasən məhkəmə aktının təkrar verilməsinə görə dövlət rüsumu ödəmişdir. Cavabdeh qiyabi qətnaməni almadığını bildirdiyi halda qətnamənin surətinin təkrar alınması dövlət rüsumu ödəməsi faktı da qətnamənin birinci dəfə ona rəsmi qaydada verilməsini təsdiq edən əsaslardan olmuşdur. Yuxarıda qeyd olunan hallar nəzərə alındıqda isə məhkəmə qətnaməsi Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfindən rəsmi qaydada alınmış hesab olunur. Məhkəmə kollegiyası buraxılmış müddətin bərpasına dair ərizəyə münasibətdə qeyd edir ki, cavabdeh məhkəmənin qiyabi qətnaməsini almadığı üçün həmin qətnamənin ləğvi ilə bağlı ərizənin verilməsi üçün müəyyən edilmiş 10 gün müddətin buraxılmasını üzürlü hesab edərək bərpa edilməsini xahiş etmişdir. Halbuki, məhkəmə aktını təqtim edilmədiyi halda sonradan həmin aktı əldə edən şəxsin məhkəmə qərarından şikayət vermə müddəti həmin qərarı aldığı gündən sonrakı gün başlayır. Belə olduğu təqdirdə isə qeyd edilən əsas prosessual müddətin ötürülməsinin üzürlü səbəbi hesab edilə bilməməklə yanaşı, cavabdeh müddətin üzrlü hesab edilməsi ilə bağlı hər hansı bir səbəb də göstərməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi buraxılmış prosessual müddətin bərpasına dair ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

133. Qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

244. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-5084/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar