Məhkəmə qərarları › İş №2(105)-668/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-668/2021

05.01.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-668/2021 05.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X5 oğlu və X1 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı ““xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 Firudin oğluna və Cavabdeh2 qarşı yaşayış sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-1710/2020 saylı qərardadından cavabdehlər Cavabdeh1 Firudin oğlu və Cavabdeh2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 Firudin oğlu və Cavabdeh2 qarşı yaşayış sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, M.C.Paşayev küçəsi, 0.04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 100 kv.metr olan 25 saylı fərdi yaşayış evindən Cavabdeh1 Firudin oğluna və digər şəxslərə məxsus olan əşyaların və Abşeron rayonu, Hökməli qəsəbəsində olan 0,0922 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 177.1 kv.metr olan fərdi yaşayış evindən Cavabdeh1 Firudin oğluna və digər şəxslərə məxsus olan əşyaların çıxarılaraq evlərin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışında Cavabdeh1 Firudin oğlunun vəkili və nümayəndəsi Vəkil qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsi, M.C.Paşayev küçəsi, 0.04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 100 kv.metr olan 25 saylı fərdi yaşayış evi və Abşeron rayonu, Hökməli qəsəbəsində olan 0,0922 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 177.1 kv.metr olan fərdi yaşayış evi barədə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** nömrəli və xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-1710/2020saylı qərardadı ilə cavabdehlər Cavabdeh1 Firudin oğlunun və Cavabdeh2 qarşılıqlı iddia ərizəsinin qəbulundan imtina olunması və qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır (hakim Cəmilə Səfiyeva) Cavabdehlər Cavabdeh1 Firudin oğlu və Cavabdeh2 Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-1710/2020 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-1710/2020saylı qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdehlər Cavabdeh1 Firudin oğlu və Cavabdeh2 şikayətini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia ərizəsi o zaman verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Məhkəmə icraatı dövründə təqdim edilən qarşılıqlı iddia ərizəsi onların iştirakının təmin olunduğu ilk məhkəmə iclası olmaqla bərabər, iddiaçı tərəfin irəli sürdüyü ilk tələb və qarşılıqlı iddia tələbi tələbi arasında birbaşa əlaqə mövcuddur. İddiaçı tərəf mülkiyyətində olduğu əmlakın boşaldılması barədə iddia irəli sürsə də, əvvəllər onlara məxsus olmuş həmin əmlakın əldə edilməsi barədə onun heç bir məlumatı olmamışdır. Yalnız sonuncu məhkəmə bildirişini aldıqdan sonra əmlakın hərrac vasitəsi ilə özgəninkiləşdirilməsindən xəbərləri olmuşdur. Odur ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-1710/2020saylı qərardadın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər, eləcə də onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-1710/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə qarşılıqlı iddia ərizəsinin işin baxılmasına başlanana kimi verilməli olmasını, iddiaçının hal-hazırda mübahisəli mənzilin mülkiyyətçisi olmasını, mülkiyyət hüququnu isə hərracda əldə etməsini, qarşılıqlı iddiaçının hərracın nəticələrini mübahisələndirmədən hazırkı iddia ilə məhkəməyə müraciət etməsini müəyyən edərək qarşılıqlı iddia ərzəsini geri qaytarmış, gəlidyi nəticəni də Mülki Prosessual Məcəllənin 155-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanunvericiliyə uyğun hesab edir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdehlər qarşılıqlı iddia ərizəsi ilə xx xxxxxxx 2020-ci ildə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra xx.xx.2020-ci il tarixdə mülki işi məhkəmədə baxılmağa hazırlamaq haqqında qərardad qəbul edilmiş, məhkəmə hazırlıq iclasının xx.xx.2020-ci il tarixə, saat 11:00-a təyin edilməsi barədə bildiriş göndərilmiş, respublika ərazisində tətbiq edilmiş karantin rejimi səbəbindən məhkəmə hazırlıq iclası xx.xx.2020, xx.xx.2020-ci il tarixə təyin edilmiş, işin baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, daha sonra məhkəmə iclası xx.xx.2020-ci il tarixə keçirilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsində məhkəmə proseslərinin təyin edilməsi ilə əlaqədar cavabdehlərə poçt vasitəsi ilə rəsmi qaydada məlumat verilmişdir. Bununla da cavabdehlər tərəfindən qarşılıqlı iddia ərizəsi iddia işin baxılmasına başlanana kimi verilməmiş, eyni zamanda məzmunundan da göründüyü kimi qarşılıqlı iddianın verilməsi üçün əsas məhkəmə baxışı gedişində də əmələ gəlməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı hal-hazırda mübahisəli mənzilin mülkiyyətçisidir, mülkiyyət hüququnu isə hərracda əldə etmişdir və mülkiyyətində olan əmlakın boşaldılmasını tələb edir. Göründüyü kimi, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün əsas məhkəmə baxışında əmələ gəlməmişdir. Cavabdehlər əmlaklara çıxarışın verilməsinə əsas olan halı, yəni hərracın nəticələrini mübahisələndirmədən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbinin qəbul edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə prosessual qanunvericiliyə uyğun olmuşdur. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətlənirərək hesab edir ki, şikayətin dəlillərini birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas sayıla bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır Beləliklə, məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)- 1710/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-1710/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh1 Firudin oğlu və Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Ruhiyyə Əsgərova Elman Rəhimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar