Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-674/2023 24.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı mənzilin boşaldılması, mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2(060)-3127/2022 nömrəli qətnaməsindən Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddianın təmin edilməsi, “TBC Kredit BOKT" MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 84.1 kv.ın ümumi, 53.1 kv.m yaşayış və 31.0 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı 58 nömrəli mənzil boşaldılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 84.1 kv.ın ümumi, 53.1 kv.m yaşayış və 31.0 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı 58 nömrəli mənzilə olan istifadə hüquqlarına xitam verilməklə həmin mənzildən çıxarılmaları, iş üzrə ödənilmiş 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 müştərək qaydada iddiaçı “TBC Kredit BOKT" MMC xeyrinə tutulması qət edilmişdir. Cavabdeh6 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 84.1 kv.m ümumi, 53,1 kv.m yaşayış və 31,0 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı 58 nömrəli mənzilin boşaldılması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeyd edilən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verərək həmin mənzildən çıxarılmaları və 100 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti iddia ərizəsinə dəqiqləşmə verərək, “TBC Kredit BOKT" MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 84.1 kv.ın ümumi, 53.1 kv.m yaşayış və 31.0 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı 58 nömrəli mənzilin boşaldılması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 qeyd edilən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verərək həmin mənzildən çıxarılmaları və 100 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" BOKT MMC ilə Cavabdeh5 arasında 08 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən illik 18 faizlə, 60 ay müddətində qaytarılmaq şərtilə 30 000 ABŞ dolları kredit verilmiş və təminat kimi Sumqayıt şəhəri, 10cu mikrorayon, 66/67 nömrəli binanın 84.1 kv.m ümumi sahəsi olan 4 otaqlı 58 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsini nəzərdə tutan xx.xx.2014-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi bağlanmış və mənzil ipoteka hüququ ilə yüklü edilmişdir. Borclu Cavabdeh5 kredit öhdəliklərini vaxtlı vaxtında yerinə yetirmədiyi üçün, "xxxx" BOKT MMC borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsi 12 mart 2018-ci il tarixli 2(060)-2510/2018 nömrəli qətnaməsi ilə iddia tələbini qismən təmin etmiş, cavabdehlərdən borcun tutulmasını, tutmanın ipoteka predmetinə yönəldilməsini qət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi 24 sentyabr 2018-ci il tarixli 2(105)-2809/2018 nömrəli iş üzrə çıxartdığı qətnamə ilə ipoteka predmetinin ilkin satış qiyməti 69 000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qərardan narazı qalan Qurbanov Xalid Aqil oğlu kassasiya şikayəti vermiş, lakin AR Ali Məhkəməsi MİÜMK 2(102)-672/2019 nömrəli iş üzrə 28 yanvar 2019-cu il tarixli qərarı ilə şikayəti təmin etməmiş, qətnaməni isə dəyişdirmədən saxlamışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və Sumqayıt icra qurumu tərəfindən icra edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 41/06 saylı xx.xx.2020-ci il tarixli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən keçirilmiş hərracın yekunlarına dair 10 dekabr 2020-ci il tarixdə tərtib edilmiş 54/01-2 saylı “Hərracın yekunları barədə Protokolla Cavabdeh5 məxsus ünvan 2 ünvanında yerləşən 84.1 kv.m ümumi, 53,1 kv.m yaşayış və 31,0 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı 58 nömrəli mənzil satılmadığına görə "xxxx" MMC tərəfindən əldə edilmiş və hazırda mülkiyyət hüququna dair çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh Qurbanov X2 Rayon Məhkəməsində iddia qaldıraraq 10 dekabr 2020-ci il tarixli 54/01-2 saylı “Hərracın yekunları barədə Protokol'un və hərracın yekunları üzrə bağlanmış alqısatqı müqaviləsinin etibarsız elan edilməsini tələb etmiş, lakin məhkəmənin 12 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verməmişdir. Hal-hazırda ünvan 1 ünvanında yerləşən 84.1 kv.m ümumi, 53,1 kv.m yaşayış və 31,0 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı 58 nömrəli mənzil ƏMDK DƏDRX-nin xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən "xxxx" MMC-nin mülkiyyətindədir. İddiaçı 07 may 2021-ci il tarixli 1239 №-li “Xəbərdarlıq və Təklif’ə əsasən cavabdehlərə mənzildən əvəzli istifadə müqabilində aylıq məbləği vergilər və digər ödənclər daxil olmadan 1 000 manat ödəməklə “mənzil kirayə müqaviləsi” bağlamaq təklif etmiş, əks-halda mənzili xx.xx.2021-ci il tarixinədək boşaltmağı tələb etmişdir. Lakin cavabdehlər bu günə kimi mənzili tərk etməmişlər və qeydiyatdan çıxmamışlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh6 Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun həmin mənzildən istifadə hüququ var. Mübahisəli mənzil onun yaşayış sahəsidir. Həmçinin digər cavabdeh, mənzilin mülkiyyətçisi Cavabdeh1 mülkiyyətində olan, sözügedən hazırkı mənzili iddiaçı təşkilata ipoteka ilə yüklü etməklə pul götürüb, həmin pulu ev alması üçün kürəkəninə vermişdir. Kürəkəni aldığı ev isə mübahisəli olmuş və həmin ev bir neçə nəfərə satılmışdır. Həmin işlə bağlı artıq 7 ildir ki, məhkəmələrdə iş gedir və onun xeyrinə qərar verilib. Hazırda gözləyir ki, sonradan alınmış mənzil onlara təhvil verilsin və həmin mənzili satıb iddiaçının borcunu ödəsinlər. Sadəcə iddiaçıdan bir az möhlət istəyir ki, o borcu ödəməyi üçün onlara vaxt verilsin. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2022ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini mübahisə predmeti təşkil edən mənzilin iddiaçının mülkiyyətində olması, cavabdehin qeydiyyatının formal xarakter daşıması, iddiaçının mülkiyyətində olan mübahisəli mənzildən istifadənin məhdudlaşdırılması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan Cavabdeh6 apellyasiya şikayəti verərək qətnamənin ona aid hissədə ləğv edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq mübahisələndirilən hissədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, mübahisəli mənzil kredit müqaviləsinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit borcu üzrə tutma mübahisəli mənzilə yönəldilmiş və mənzil hərrac nəticəsində iddiaçının mülkiyyətinə keçmişdir. Hazırkı iddia tələbi isə cavabdehlərin mənzilin boşaldılması və həmin mənzilə istifadə hüququna xitam verilməsi barədədir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qanunun 59.4-cü maddəsinə görə, həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. İşdən göründüyü kimi mübahisələndirilən kreditin qaytarılması üçün ipoteka qoyulduğundan və Cavabdeh6 da ipoteka qoyan cavabdehlərin ailə üzvü hesab edildiyindən, iddiaçı hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin mübahisəli mənzili boşaldıb iddiaçıya təhvil verilməməsi sonuncunun həmin əmlak üzərindəki mülkiyyət hüququnun həyata keçirilməsinin məhdudlaşdırıldığını qaçılmaz etdiyindən, iddianı təmin etməklə aşağı instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə bu hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh6 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-674/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-674/2023
24.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver