Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-678/2023 07.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Aydəmı̇ rov Xanəmı̇ r Rəhı̇ mxan oğlunun Qusar rayon Aqrar İslahat Komissiyasına və qeyrisinə qarşı mülki iş üzrə (Açar sözlər: icraata xitam verilməsi) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Qafari və X1 ibarət tərkibdə, Ramilə Camaləddin qızı Məmmədovanın katibliyi ilə, İddiaçı Aydəmı̇ rov Xanəmı̇ r Rəhı̇ mxan oğlunun Qusar rayon Aqrar İslahat Komissiyasına və qeyrisinə qarşı aqrar islahatı ilə nəzərdə tutulmuş torpaq payı tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 14 oktyabr 2005-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Aydəmı̇ rov Xanəmı̇ r Rəhı̇ mxan oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1995-ci il təvəllüdlü X3 Yasab kəndi ərazisindən norma üzrə torpaq payının verilməsinin tapşırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qusar rayon İHB-nın Yasab kənd inzibati ərazi üzrə nümayəndəsinin 27 mart 2001-ci il tarixli 6 saylı sərəncamı ilə o, xx xxxxxxx 1995-ci il təvəllüdlü nəvəsi, X3 qəyyum təyin edilmişdir. Qusar rayon Yasab kəndində aqrar islahatı aparılarkən, yerli Aqrar İslahat Komissiyasının səhvi nəticəsində xx xxxxxxx 1995-ci il təvəllüdlü Aytən adlı uşağa torpaq payı verilməmişdir. Halbuki, o, doğulduğu gündən hal-hazıra kimi Yasab kəndində yaşayır. 1995-ci il təvəllüdlü Aytən adlı uşağın valideynləri ayrılmış, atası Respublikadan kənarda yaşayır, anası isə uşağı atıb Bakı şəhərində başqa şəxsə ərə getmişdir. Artıq 10 ildir uşa onun himayəsindədir, özü 2-ci qrup əlildir. Uşağa pay torpağının verilməməsindən müxtəlif təşkilatlara şikayət etsə də, müsbət nəticə verməmişdir. Ona görə də xx xxxxxxx 1995-ci il təvəllüdlü X3 Yasab kəndi ərazisindən norma üzrə torpaq payının verilməsinin tapşırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Qusar Rayon Məhkəməsinin 14 oktyabr 2005-ci il tarixli 2-344/2005 nömrəli qətnaməsi ilə (hakim T.Ə.Məmmədov) iddianın təmin edilməsi, Qusar rayon Yasab Bələdiyyəsinin ehtiyyat fondu torpaqlarından 0,72 hektar torpaq sahəsinin Yasab kənd sakini X2 mülkiyyətinə verilməsi, verilmiş 0,72 ha torpaq sahəsinin X2 adına rəsmiləşdirilməsinin Qusar rayonunun Yasab Bələdiyyəsinə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinə tapşırılması qət edilmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Qusar Rayon Məhkəməsinin 14 oktyabr 2005-ci il tarixli 2-344/2005 nömrəli qətnaməsi ilə razılaşmayan maraqlarına toxunan şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəni həll etməzdən əvvəl daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınıbalınmaması, özgəninkiləşdirilməsini, həbsdə olub-olmamasını və bununlada qətnamənin gələcəkdə icrasının mümkünlüyünü araşdırmamışdır. Qətnamədə göstərilən torpaq sahəsinin yerləşdiyi yer dəqiq məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxemə istinad edilməmişdir. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir.
7. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
8. Məhkəmə icraatı iştirakçılarının izahatları
İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
10. Apellyasiya baxışının hədləri
Apellyasiya şikayətindən görünür ki, apellyator Qusar Rayon Məhkəməsinin 14 oktyabr 2005-ci il tarixli 2-344/2005 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də kollegiya Qusar Rayon Məhkəməsinin 14 oktyabr 2005-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
11. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından qətnamə ləğv olunmalı, apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2-ci maddəsi iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmənin işə mahiyyəti üzrə baxmasını, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmasını şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadının ləğv edilməsi əsasları kimi müəyyən etmişdir. Kolleygiya hesab edir ki, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi araşdırılan mübahisəyə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə ləğv edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, qeyd olunan iddiaya İnzibati Prosessual Məcəllədə nəzərdə tutulan məcburetmə haqqında iddiası (İPM-nin 33-cü madd.) qaydasında müvafiq inzibati məhkəmədə baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:
Maraqlarına toxunan şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 14 oktyabr 2005-ci il tarixli 2-344/2005 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı Aydəmı̇ rov Xanəmı̇ r Rəhı̇ mxan oğlunun Qusar rayon Aqrar İslahat Komissiyasına və qeyrisinə qarşı torpaq payı tələbinə dair iddiası üzrə icraata xitam verilsin. İddiaçıya həmin tələblə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan on gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.