Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-678/2025 01.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X12 və Cavabdeh3nə qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X2 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X9 nümayəndəsi Nümayəndə1, Cavabdeh3 nümayəndəsi Nümayəndə3 Bəxtiyar oğlunun iştirakları ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X12 və Cavabdeh3nə qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 2(012)-112/2025 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları
1. Hazırkı mübahisə iddiaçının mülkiyyətində olan torpaq sahəsində quraşdırılmış müvəqqəti X7 sökülməsi və torpaq sahəsinin cavabdehlərin qeyri-qanuni sahibliyindən alınıb iddiaçıya verilməsi ilə bağlıdır.
2. “Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 aprel tarixli Sərəncamı ilə koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə hər birində 200 çarpayı olan modul tipli 6 (altı) xəstəxananın quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğin 14,8 milyon (on dörd milyon səkkiz yüz min) manatının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ayrılması, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Sərəncamdan irəli gələn məsələləri həll etməsi qərara alınmışdır.
3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,959505 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2023-cü il tarixində ********** qeydiyyat nömrəsi, **********09 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
4. İddiaçı Bakı şəhəri 19 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Abşeron rayonu, Məmmədli kəndində (Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Digah yolunun sağ tərəfində) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 05 iyun 2015-ci il tarixdə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən mülkiyyətində olan 0,96 ha torpaq sahəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə müvəqqəti olaraq X4raşdırılmasına etiraz etmədiyini bildirmişdir.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X14 xəstəxana komplekslərinin balansa verilməsi barədə” xx.xx.2022-ci il tarixli 623s nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi PHŞ-nin razılaşdırılmış təklifləri nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi əsasında ayrı-ayrı şəhər və qəsəbələrdə quraşdırılmış və həmin nazirliyin balansında olan 6 (altı) ədəd X14 xəstəxana kompleksinə aid daşınmaz və daşınar əmlak Sərəncamın 1 və 2 nömrəli əlavələrinə uyğun olaraq (o cümlədən 2022-ci ildə istismara verilmiş cəmi balans dəyəri 2549157,37 manat olan Bakı şəhəri, Sabunçu Rayonu, Kürdəxanı qəsəbəsi H.Əliyev prospekti 20 ünvanında yerləşən modul tipli xəstəxana) Cavabdeh2 PHŞ-nin balansına verilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi PHŞ-nin Sərəncamın icrasından irəli gələn məsələləri həll etmələri qərara alınmışdır.
6. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi PHŞ-nin icraçı direktorunun “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin balansında olan 6 (altı) ədəd X14 xəstəxana komplekslərinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi PHŞ-nin balansına verilməsi məqsədilə təhvil-təslim kommisiyasının yaradılması barədə” xx.xx.2022-ci il tarixli əmri ilə təhvil alınmış modul tipli xəstəxana komplekslərinin müvafiq tibb müəssisələrinin - o cümlədən Bakı şəhəri, Sabunçu Rayonu, Kürdəxanı qəsəbəsi H.Əliyev prospekti 20 ünvanında yerləşən, cəmi balans dəyəri 2549157,37 manat olan modul tipli xəstəxana kompleksinin Cavabdeh3 PHŞ-nin balansına verilməsi qərara alınmışdır.
7. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi PHŞ-nin icraçı direktoru və Cavabdeh3 PHŞ-nin direktoru tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş təhvil-təslim aktına əsasən Bakı şəhəri, Sabunçu Rayonu, Kürdəxanı qəsəbəsi H.Əliyev prospekti 20 ünvanında yerləşən, cəmi balans dəyəri 2549157,37 manat olan modul tipli xəstəxana kompleksi Cavabdeh3 PHŞ-nin balansına verilmişdir. Qeyd edilən təhvil təslim aktına əlavə edilən sənədlərin siyahısında İddiaçı mülkiyyətində 0,96 ha torpaq sahəsində X4raşdırılmasına dair razılıq ərizəsi və torpaq sənədlərinin surəti də göstərilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6085 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ X18 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-2/- 332/2-9510/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, torpaq sahəsinə yerli baxış zamanı İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi qeydə alınmamışdır, lakin **********09 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin 0,86 ha hissəsi Cavabdeh3nin faktiki istifadəsində olan torpaq sahəsi ilə üstüstə düşür. Mütəxəssis rəyinə əsasən qeyd olunmuşdur ki, **********09 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə cavabdehin faktiki istifadəsində olan tikililər ilə üst-üstə düşmə halı mövcuddur.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması haqqında” 23 iyun 2025-ci il tarixli Qərarı ilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantintəşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadılmışdır.
Birinci instansiya məhkəməsində icraat
10. İddiаçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X12 və Cavabdeh3nə qarşı torpaq sahəsinin boşaldılması tələbinə dаir iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 0,96 ha torpaq sahəsində quraşdırılmış müvəqqəti X7 cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin cavabdehlərin qeyri-qanuni sahibliyindən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən, ümumi sahəsi 0.96 ha olan torpaq sahəsi onun mülkiyyətindədir. 2020-ci ilin iyun ayında ona məlumat verilmədən torpaq sahəsi üzərində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə modul tipli xəstəxana quraşdırılmışdır. Torpaq sahəsi üzərində qanunsuz tikinti işlərinin aparılmasından xəbərdar olduqdan sonra Maliyyə Nazirliyinin qaynar xəttinə zəng edərək torpağının qanunsuz şəkildə zəbt olunmasına öz etirazını bildirmiş, 2021-ci ilin iyul ayında Maliyyə Nazirliyinə dəvət olunmuş, qəbulda olan zaman ona torpaq sahəsində X4raşdırılması ilə bağlı hər ay üçün 10.000 manat məbləğində ödəniş olunacağı bildirilmişdir. Uzun müddət keçməsinə baxmayaraq mülkiyyətində olan torpaq sahəsi qanunsuz şəkildə zəbt olunmuş və söz verilən ödəniş edilməmişdir. Sonradan məlum olmuşdur ki, X14 xəstəxana xx.xx.2022-ci il tarixli Təhvil-Təslim Aktı ilə Cavabdeh3nə təhvil verilmişdir. Torpaq sahəsinin geri qaytarılması ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etmələrinə baxmayaraq tələbi təmin olunmamış və mülkiyyətində olan torpaq sahəsi iddaçıya qaytarılmamışdır. İddiaçı iddia ərizəsində Mülki Məcəllənin 152.1 və 157.4-cü maddələrinə istinad etmişdir.
12. İddiaçının vəkili və nümayəndəsi Vəkil birinci instansiya məhkəməsində iddia ərizəsinn məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh3n nümayəndəsi Nümayəndə2 izahatında və etirazında torpaq sahəsinin cavabdehlərin qeyri-qanuni sahibliyində olması ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 623s nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin balansında olan 6 ədəd modul tipli xəstəxana kompleksləri Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “ X17 balansına verilmişdir. Eləcə də bu sərəncamın icrasını təmin etmək məqsədilə TƏBİB tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli PHŞ /6-3.1-2022-603 nömrəli əmrə əsasən TƏBİB-in balansında olan X15 xəstəxana yerləşdiyi ərazi üzrə Cavabdeh3n balansına verilmiş və bununla əlaqədar olaraq xx.xx.2022-ci il tarixində TƏBİB və Cavabdeh3 publik hüquqi şəxs arasında təhviltəslim aktı imzalanmışdır. Bununla yanaşı iddiaçının Maliyyə Nazirliyinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizə ilə mülkiyyətində olan torpaq sahəsində müvəqqəti olaraq X4raşdırılmasına etiraz etməməsi də məlumdur. Qeyd edilən faktlar X7 Cavabdeh3ndə fəaliyyətinin tamamilə qanuni əsaslara söykəndiyini göstərir, iddiaçının iddia tələbində vurğuladığı qanunsuz sahibliklə bağlı iddialar əsassızdır.
13. Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 2(012)-112/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 0,96 ha torpaq sahəsinin 0,89 ha hissəsində quraşdırılmış müvəqqəti X7 Cavabdeh3n hesabına sökülməsi və torpaq sahəsinin Cavabdeh3n qeyri-qanuni sahibliyindən alınaraq İddiaçı qaytarılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatına görə 50 manat pulun Cavabdeh3 X13 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ41NABZ********************) ödənilməsi qət edilmişdir (hakim Habil Əhmədov).
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında şifahi qaydada torpağa dair icarə müqaviləsi bağlanmışdır. İddiaçı ərizə verərək torpağında X7 tikilməsinə icazə vermişdir. Lakin cavabdeh tərəf müqavilə şərtlərinə əməl etməmiş, nəticədə iddiaçı ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Müqavilə tərəfi üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Hazırda torpağın mülkiyyətçisi tikinti ilə yüklü edilmiş torpağını haqlı olaraq cavabdehlərdən alınaraq ona qaytarılması tələbini etmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsi dövlət reyestrindən çıxarışa əsasən, İddiaçı adına qeydə alınmış və bununla da iddiaçı torpağın mülkiyyətçisi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, sərəncam vermək hüququna malikdir ki, onun bu hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçının torpaq sahəsində kənar şəxslər tərəfindən tikinti işlərinin aparılması rəylə öz təsdiqini tapmışdır. İddiaçı iddia ərizəsində ona məxsus torpaq sahəsində tikinti-söküntü işlərinin aparılmasına cavabdehlik daşıyan 3 cavabdeh şəxslər qoymuşdur. Məhkəmə qeyd etmişdir ki, işin məhkəmə tərəfindən araşdırılan halları və ekspertizanın rəyi ilə İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin 0,86 ha hissəsi Cavabdeh3 nin faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür və çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə cavabdehin faktiki istifadəsində olan tikililər ilə üst-üstə düşmə halı mövcuddur. Bu səbəbdən də iddia tələbi həmin hissədə Cavabdeh3nə münasibətdə təmin edilməli, digər cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X18 cavabdehlik daşımadığından iddia tələbi onlara münasibətdə təmin edilməməlidir.
15. Məhkəmə öz qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci, Mülki Məcəllənin 329.2, 329.3, 700.1, 722.1, 152, 180.1, 180.4-cü, Torpaq Məcəlləsinin 111.1, 111.2, 111.3-cü maddələri ilə əsaslandırmışdır.
16. Qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2025-cü il tarixli, 2(012)-112/2025 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, mülki iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh3 PHŞ apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, icarəyə verənlə icarəçinin arasında müqavilə olmalı və həmin müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan istifadə edilməlidir. Halbuki iddiaçının torpaq sahəsi zəbt edilməmiş, razılığı əsasında ərazidə dövlət əhəmiyyətli X14 xəstəxana tikilmişdir. Belə ki, “Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 aprel tarixli 1971 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 632s nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin balansında olan 6 (altı) ədəd X14 Xəstəxana Kompleksləri TƏBİB-in balansına verilmişdir. Həmin Sərəncamın icrasının təmin edilməsi məqsədilə sözügedən X14 Xəstəxana Kompleksləri yerləşdikləri ərazi üzrə TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin balansına verilmişdir. Həmçinin, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.96 ha torpaq sahəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi əsasında X1raşdırılmasına etiraz etmədiyi barədə İddiaçı xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsi məhkəməyə təqdim edilmişdir. İddia tələbində qeyd edilən X14 Xəstəxana xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı ilə TƏBİB-ə təhvil verilmiş, daha sonra TƏBİB tərəfindən eyni tarixli təhvil-təslim aktı ilə Cavabdeh3 publik hüquqi şəxsə təhvil verilmişdir. Hazırda həmin əmlak Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Dövlət Əmlakı haqqında Registrində Cavabdeh3n balansındadır. Bundan əlavə, iddiaçı torpaq sahəsində X1raşdırılmasına icazə verərkən, onunla rəsmi qaydada icarə müqaviləsi bağlanmasını tələb edə bilərdi. Lakin iddiaçı həmin hüququndan istifadə etməmiş, əksinə özü könüllü şəkildə xəstəxananın tikilməsinə razılığını bildirmişdir. Beləliklə, yuxarıda qeyd olunan faktlar Məhəmmədi X7 TƏBİB-in tabeliyində olan Cavabdeh3ndə fəaliyyətinin tamamilə qanuni əsaslara söykəndiyini göstərir, iddiaçının iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə istinadən vurğuladığı qanunsuz sahibliklə bağlı iddialar əsassızdır.
Məhkəmə prosesi iştirakçılarının izahatları:
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi Nümayəndə3 Bəxtiyar oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X9 nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
21. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 13. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində mübahisələndirilmiş, iddiaçı iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verməmişdir. Bu səbəbdən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın təmin edilən hissəsində yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.
27. Belə ki, sökülməsi tələb olunan müvəqqəti X7 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan və onun adına xx.xx.2023-cü il tarixində **********09 reyestr nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsində quraşdırılması, həmin torpaq sahəsinin iddiaçının notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsində göstərilən Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,96 ha torpaq sahəsi ilə eyni torpaq sahəsi olması tərəflərin mübahisələndirmədiyi, işin mübahisəsiz hallarıdır.
28. İddiaçı Mülki Məcəllənin 152.1 və 157.4-cü maddələrinə istinad edərək ona məxsus olan torpaq sahəsinin onun razılığı olmadan, cavabdehlər tərəfindən zəbt edilməklə orada X1raşdırıldığını bildirərək onun cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin cavabdehlərin qeyri-qanuni sahibliyindən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
29. Cavabdeh3 PHŞ iddiaya etiraz edərək müvafiq sənədləri, o cümlədən iddiaçının mülkiyyətində olan 0,96 ha torpaq sahəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə müvəqqəti olaraq X4raşdırılmasına etiraz etməməsi barədə notarial qaydada təsdiq edilmiş ərizəsinin surətini təqdim edərək torpaq sahəsinin zəbt edilmədiyini, iddiaçının razılığı ilə X4raşdırıldığını bildirməklə iddianın təmin edilməməsini xahiş etmişdir.
30. İşin yuxarıda qeyd edilən faktiki hallarına maddi hüquq normalarının tətbiqi məsələsini həll edən kollegiya qeyd edir ki, hazırkı mübahisə üzrə iddiaçının tələbinin qanuni əsası kimi iddiaçının özünün də istinad etdiyi Mülki Məcəllənin 157.2-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin üç üsulundan biri kimi nəzərdə tutulan mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ- onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir.
31. Qeyd olunmalıdır ki, mülkiyyəçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia vindikasiya iddiası adlanır. Vindikasiya iddiası mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir. Qeyd edilən normanın tələbinə görə əmlakın qanunsuz sahiblikdən geri istənilməsi barədə iddianın təmin edilməsinin əsas şərti ondan ibarətdir ki, geri istənilən əmlak tələb edənin mülkiyyətində olmalı, həmin əmlak onun sahibliyindən çıxmalı və əmlaka sahibliyə yiyələnənin sahibliyə dair heç bir hüquqi əsası olmamalıdır.
32. Hazırkı işdə torpaq sahəsinin iddiaçının mülkiyyətində olması və onun sahibliyindən çıxması işin mübahisəsiz hallarıdır. Bununla belə, vindikasiya iddiasının təmin edilməsi üçün digər mühüm şərt olan – torpaq sahəsi üzərində hazırda faktiki sahibliyi həyata keçirən Cavabdeh3 PHŞ-nin sahibliyə dair heç bir hüquqi əsasının olmaması şərti hazırkı işdə mövcud deyildir. Belə ki, yuxarıda sadalanan sübutlardan göründüyü kimi iddiaçı özü mülkiyyətində olan torpaq sahəsində X1raşdırılmasına etiraz etməmiş, həmin xəstəxana “Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 aprel tarixli Sərəncamının icrası olaraq iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş, daha sonra isə müvafiq qaydada Cavabdeh3 PHŞ-nin balansına verilmişdir (bax: bu qərarın 2-7-ci bəndləri).
33. Bundan əlavə, Cavabdeh3 PHŞ-nin məhkəmə kollegiyasına ünvanladığı Məhəmmədli X7 iş fəaliyyəti haqqında məlumatda göstərilir ki, X10 xəstəxana 350 çarpayıdan ibarətdir. Müvafiq sayda çarpayının şərti bölgüsü əsasında COVİD 19 (SAR Cov2 virus infeksiyası) diaqnozu ilə müraciət edən xəstələr üçün 100 çarpayılıq COVİD 19 İntensiv Terapiya və Reanimasiya şöbəsi, 70 çarpayılıq Terapiya şöbəsi fəaliyyət göstərməkdədir. Həmçinin xəstəxanada qızılca diaqnozu ilə müraciət edən xəstələr üçün 16 çarpayılıq X5 və Reanimasiya şöbəsi, yoluxucu xəstəliklər diaqnozu ilə müraciət edən xəstələr üçün isə 16 çarpayılıq Yoluxucu Xəstəliklər şöbəsi, 40 çarpayılıq ümumi profilli Reanimasiya və İntensiv Terapiya şöbəsi fəaliyyət göstərməkdədir. Ümumiyyətlə 05 dekabr 2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Cavabdeh3n balansına verilmiş X10 xəstəxanada COVİD 19 diaqnozu ilə 1110 xəstə, qızılca diaqnozu ilə 8204 xəstə stasionar müalicə almışdır. xx.xx.2025-ci il tarixdən Cavabdeh3n nəzdində olan Yoluxucu xəstəliklər şöbəsi X10 xəstəxanaya köçürülmüş, cari tarixədək 573 xəstə müraciət etmiş, bunlardan 168 xəstə stasionar müalicəyə qəbul edilmiş, 428 xəstəyə isə anbulator yardım göstərilmişdir. Ümumi profilli Reanimasiya və İntensiv Terapiya şöbəsində xx.xx.2025-ci il tarixdən cari tarixədək 50 xəstə stasionar müalicə almışdır. X6 Tipli xəstəxanada aşağıdakı sayda xəstələr stasionar müalicə almaqdadır: 1. COVİD 19 Reanimasiya və İntensiv Terapiya şöbəsi-16 xəstə (ay ərzində 120-150 nəfər arası stasionar yatış olmaqdadır). 2. COVİD 19. Terapiya şöbəsi-21 xəstə. 3. Yoluxucu xəstəliklər şöbəsi-3 xəstə (ay ərzində 100 nəfər xəstə tərəfindən stasionar. 120-150 nəfər arası xəstə tərəfindən ambulator müraciət daxil olmaqdadır). 4. Ümumi profilli Reanimasiya və İntensiv Terapiya şöbəsi-12 xəstə.
34. İşin yuxarıda qeyd edilən hallarını nəzərə alan məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsində keçirilmiş bütün iclaslarda, habelə apellyasiya baxışı zamanı iclaslarda iddiaçının özünün deyil, etibarnamə əsasında səlahiyyətli nümayəndəsi olan vəkilinin iştirak etməsini, nümayəndənin iddiaçının X1raşdırılmasına razılıq verməsi barədə məlumatsız olması və bu halın ancaq işə birinci instansiya məhkəməsində baxılarkən ona məlum olması barədə izahatını, habelə koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin davam etməsini nəzərə alaraq Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsinə əsasən iddiaçının özünün qeyd edilən hallarla bağlı izahat verməsini zəruri hesab edərək onu məhkəmə iclasına dəvət etmişdir.
35. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı öz izahatında 2020-ci ildə mülkiyyətində olan torpaq sahəsində xəbəri olmadan X1raşdırılmasından məlumatlı olduqdan sonra ölkədə koronavirus infeksiyasının yayılması ilə bağlı mövcud vəziyyəti, habelə müharibə şəraitini nəzərə alaraq əvvəlcə buna etiraz etmədiyini, qeyd edilən hallar aradan qalxdıqdan sonra bununla bağlı Maliyyə Nazirliyinə müraciət etdiyini, ona torpaq sahəsindən istifadə ilə bağlı müqavilə bağlanılacağı və aylıq 10.000 manat ödəniləcəyi barədə vədlər verildiyini, daha sonra Maliyyə Nazirliyində qəbulda olarkən onunla müqavilə bağlanılması üçün notarial qaydada ərizə verməli olduğunu bildirdiklərini, buna görə də Maliyyə Nazirliyinin əməkdaşı ilə notariusa gedərək yuxarıda qeyd edilən məzmunda ərizəni imzaladığını, lakin aldadıldığını və ona torpaq sahəsi ilə bağlı heç bir vəsaitin verilmədiyini, dəfələrlə cavabdehlərə müraciət etsə də müraciətinin həll olunması istiqamətində heç bir addım atılmadığını bildirmiş, bu səbəbdən də uzun müddət mülkiyyətindən mərhum olduğundan hazırda X7 sökülməsi barədə iddasını müdafiə etdiyini bildirmişdir.
36. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Cavabdeh2 PHŞ-nə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun məzmunundan görünür ki, vətəndaş İddiaçı mülkiyyətində olan torpaq sahəsində modul tipli xəstəxana quraşdırıldığından, həmin torpaqdan istifadə edə bilməməsi, bundan əlavə ona məxsus torpaqdan xəstəxana üçün istifadəyə görə ona ödənişin olunmaması barədə Maliyyə Nazirliyinə 13 iyul 2023-cü il tarixdə müraciət daxil olmuş, onun razılığı alınmaqla Maliyyə Nazirliyinin sifarişi əsasında yuxarıda göstərilən ərazidə quraşdırılmış X14 xəstəxana kompleksinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 oktyabr 2022-ci il tarixli, 632s nömrəli Sərəncamına əsasən Cavabdeh2n balansına verilməsi nəzərə alınaraq müraciət aidiyyəti üzrə baxılması üçün göndərilmişdir.
37. Cavabdeh2 PHŞ tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda isə Maliyyə Nazirliyindən daxil olmuş müraciətlə əlaqədar məsələnin həlli ilə bağlı X11 müvafiq tapşırıqlar verildiyi, həmin tibb müəssisəsinin maliyyə şöbəsi ilə əlaqə saxlanılması xahiş olunmuşdur.
38. Məhkəmə kollegiyası MPM-in 14.1-ci maddəsinin tələbləri baxımından proses iştirakçılarına prosessual hüquq və vəzifələrini izah etmiş, onların mübahisənin barışıq yolu ilə həll edilməsinə təşəbbüs göstərdiklərini nəzərə alaraq buna şərait yaratmış, mübahisənin barışıq yolu ilə həll edilməsi üçün məhkəmə iclaslarını dəfələrlə təxirə salmışdır. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdeh “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ-nin nümayəndəsi Nümayəndə1 əvvəlki iclaslarda mübahisənin məhkəmədənkənar həlli məqsədi ilə rəhbərliyə məlumat verildiyini, hazırda bu məqsədlə maliyyə vəsaitinin ayrılmadığını, iddiaçının torpaq sahəsindən istifadə ilə bağlı ona kompensasiya verilməsi məqsədilə maliyyə vəsaitinin ayrılması üçün aidiyyəti orqanlara müraciət ediləcəyini, əgər vəsait ayrılarsa iddiaçı ilə müqavilə bağlanılacağını bildirmiş, eyni zamanda iddiaçının əvvəlki illər üçün 500.000 manat tələb etdiyini, lakin “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ-nin və Cavabdeh3 PHŞ-nin bu məbləği ödəmək üçün vəsaitinin olmadığını bildirmiş, sonuncu məhkəmə iclasında isə mübahisənin məhkəmədənkənar həll edilməsi üçün məhkəmə iclasının təxirə salınmasına zərurət olmadığını bildirərək iş üzrə yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir.
39. Cavabdeh3 PHŞ-nin nümayəndəsi Nümayəndə3 iddiaçının müraciəti əsasında onunla bir neçə dəfə danışıqlar aparıldığını, lakin maliyyə vəsaiti olmadığından ona torpaqdan istifadə üçün kompensasiya ödənilməsinin mümkün olmadığını bildirmişdir.
40. İşin yuxarıda qeyd edilən hallarını və tərəflər arasındakı mübahisənin hazırkı vəziyyətini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, yuxarıda qeyd edilən əsaslarla iddianı təmin etməklə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, vəkillə təmsil olunan iddiaçı idda ərizəsində yalnız cavabdehlər tərəfindən ona məxsus torpaq sahəsinin qanunsuz zəbt olunmasını göstərməklə Mülki Məcəllənin 152.1 və 157.4-cü maddələrinə istinad etmiş, habelə apellyasiya baxışı zamanı da ondan müvafiq razılığın aldatma yolu ilə alındığına istinad etməklə iddiasının hüquqi əsasını dəyişməmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi bir tərəfdən tərəflər arasında şifahi qaydada torpağa dair icarə müqaviləsi bağlanılması nəticəsinə gəlmiş, digər tərəfdən isə iddiaçının torpağın mülkiyyətçisi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, sərəncam vermək hüququna malik olması, onun bu hüquqlarının cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməməsini qeyd etmişdir.
41. Halbuki, işin yuxarıda qeyd edilən halları və tərəflərin izahatları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdehlər, o cümlədən Cavabdeh3 PHŞ arasında öhdəlik hüquq münasibətləri, mübahisə predmeti olan torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı hərhansı razılaşdırılmış (şifahi və ya yazılı) müqavilə şərtləri mövcud olmamışdır. İddiaçının aldadılma nəticəsində təqdim etdiyini bildirdiyi notarial qaydada təsdiq edilmiş xx.xx.2021ci il tarixli ərizəsi də mülki qanunvericiliyin tələbləri baxımından müqavilə kimi qiymətləndirilə bilməz. Əksinə, yuxarıda istinad edilən Mülki Məcəllənin “Əmlak və əşya hüququ” adlanan İİİ bölməsinin “Torpağa mülkiyyət hüququnun xüsusiyyətləri” adlanan 3cü paraqrafında nəzərdə tutulmuş 240-cı maddəsi (Torpaq sahəsində tikili) nəzərdə tutur ki, torpaq sahəsinin mülkiyyətçisi ... sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.
42. Kollegiya qeyd edir ki, iddiaçı xx.xx.2021-ci il tarixli ərizəsi ilə məhz mülkiyyətçi kimi öz torpaq sahəsində Maliyyə Nazirliyinin sifarişi ilə müvəqqəti olaraq X4raşdırılmasına etiraz etmədiyini göstərməklə buna icazə vermişdir. Belə olan halda isə iddiaçıya məxsus torpaq sahəsinin və onun üzərində müvəqqəti olaraq quraşdırılmış X7 hüquqi rejimi məhz Mülki Məcəllənin İİİ bölməsinin (Əmlak və əşya hüququ) normaları ilə müəyyənləşdirilir. Kollegiya həmçinin onu da nəzərə alır ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin digər cavabdehlərə - o cümlədən Maliyyə Nazirliyinə münasibətdə təmin olunmamasına dair hissəsini mübahisələndirməmişdir.
43. Bununla belə, iddiaçının mübahisəli torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmış mülkiyyət hüququnun mövcudluğunu nəzərə alan məhkəmə kollegiyası Konstitusiyanın 29-cu maddəsinə istinadən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bununla yanaşı xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Öz izahatında da qeyd etdiyi kimi, mülkiyyətində olan torpaq sahəsində ölkədə koronavirus infeksiyasının yayılması ilə bağlı mövcud vəziyyəti nəzərə alaraq əvvəlcə susmaqla, sonra isə notarial qaydada yazılı ərizə verməklə dövlət vəsaiti hesabına inşa edilmiş, balans dəyəri 2549157,37 manat olan və hazırda da fəaliyyətdə olan X7 sökülməsi tələbinin irəli sürülməsi xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması aspektindən iddiaçının hüquqdan sui-istifadəsi kimi qiymətləndirilə bilər.
44. Bununla yanaşı kollegiya qeyd edir ki, iddiaçı mülkiyyətçi kimi cavabdehlərdən müvafiq torpaq sahəsindən istifadə məqsədi ilə müqavilə bağlamağı və ağlabatan məbləğdə icarə haqqı ödəməyi (o cümlədən əvvəlki dövrlər üçün) tələb etmək hüququna və imkanına malikdir. Kollegiya cavabdehlərə münasibətdə qeyd edir ki, Konstitusiyanın insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı adlanan 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
45. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddiaçının Cavabdeh3 PHŞ-ə qarşı iddiası təmin olunmamalıdr.
46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 385, 392, 393,402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 2(012)-112/2025 nömrəli qətnaməsi mübahisələndirilən – iddianın təmin edilən hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh3nə qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ41NABZ********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.