Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-680/2022 25.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun vəkili Vəkil1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili Vəkil2 qızının və üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vərəsə kimi payının müəyyən edilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı, maraqlı şəxslər Abşeron rayon 1 saylı notariat ofisinə və Abşeron rayon 2 saylı notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair Abşeron Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(012)-456/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən və Abşeron Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(012)-2682/2021 saylı əlavə qətnaməsindən Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 2(012)-456/2020 nömrəli qətnaməsi ilə qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, X2na məxsus Abşeron rayonu, Novxanı bağları ərazisində yerləşən 747 nömrəli bağ-torpaq sahəsinə dair Abşeron rayonu 2 saylı notariat kontoru tərəfindən 05 iyun 2018-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi qət edilmişdir ( hakim Habil Əhmədov). Abşeron Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 2(012)-456/2020 nömrəli qərardadı ilə İddiaçı mirasın açıldığı yerdəki notariat orqanına müraciət etmədiyindən həmin tələbə məhkəmə qaydasında baxılmalı olmadığı əsası ilə “18 mart 2002-ci ildə verilmiş, Dövlət aktı qeydiyyat kitabında 4462 nömrə ilə qeydiyyata alınmış “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında (JN 1672, Kod 3********) torpağın mülkiyyətçisi kimi qeyd olunan X7 payından qanun üzrə vərəsə kimi ona düşən payın miqdarının 0,0645 ha müəyyən edilməsi” tələbinə dair ilkin iddiası üzrə işin icraatına, iş məhkəmədə baxılmalı olmadığından, xitam verilmişdir (hakim Habil Əhmədov). İlkin İddiaçı həmin qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır ( hakim Habil Əhmədov). Sumqayıt Apellyasiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2(105)-1161/2021 saylı qərardadı ilə ilkin İddiaçı şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli və onunla bağlı 02 noyabr 2020-ci il tarixli qərardadları ləğv edilmiş, ilkin İddiaçı ilkin Cavabdeh qarşı vərəsəlik üzrə payın müəyyən edilməsi tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı cavabdeh İddiaçı qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və s. ilə bağlı qarşılıqlı iddia tələblərinə dair işə tərəflərin iştirakı təmin edilməklə məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki işin Abşeron Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır ( hakimlər X18-məruzəçi, X11, X16). Abşeron Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli əlavə qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməsi, 18 mart 2002-ci ildə verilmiş, Dövlət aktı qeydiyyat kitabında 4462 nömrə ilə qeydiyyata alınmış “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında (JN 1672, Kod 3********) torpağın mülkiyyətçisi kimi qeyd olunan X7 payından qanun üzrə vərəsə kimi İddiaçı düşən payın miqdarının 0,0645 ha olmasının müəyyən edilməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir ( hakim Habil Əhmədov). İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı “vərəsə kimi payının müəyyən edilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı, maraqlı şəxslər Abşeron rayon 1 saylı notariat ofisinə və Abşeron rayon 2 saylı notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişlər. İlkin İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 1939-cu ildə İsmayıllı rayonunda anadan olmuşdur, 80 yaşı vardır. 1969-cu ildə X14 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan övladları olmamışdır. Lakin həm Haman Muradov, həm də o, ailə quranadək ailəli olmuşlar və hər ikisinin əvvəlki nikahlarından övladları vardır. Haman Muradov 30 dekabr 2009-cu ildə vəfat etmişdir. Abşeron rayonu, Aqrar İslahat Komissiyasının (AİK) 30.08.1999-cu il tarixli, 28 saylı qərarı və 01 saylı Dövlət Notariat Kontorunun 13.02.2002-ci il tarixli 3M/53 saylı alqı-satqı müqaviləsi ilə X8 Abşeron rayonu Novxanı kəndində kənd təsərrüfatı təyinatlı 0,43 ha (43 sot) torpaq sahəsi verilmişdir. Həmçinin, 18 mart 2002-ci ildə qeyd olunan torpaq sahəsi ilə bağlı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı (JN 1672, Kod 3********) verilmiş, həmin aktda torpağın mülkiyyətçisi kimi həyat yoldaşı X7, ailə üzvləri kimi onun, Cavabdeh, X5 və X6 adları qeyd olunmuşdur. Yadigar X15, X17 həyat yoldaşı, Umcahan isə Yadigarın qızıdır. Həyat yoldaşı Haman Muradov vəsiyyətnamə qoymamışdır. Haman vəfat edəndən (miras açılandan) sonra o və Cavabdeh qeyd olunan torpaq sahəsini miras əmlak kimi qəbul etmişlər. Xüsusi vurğulamaq istəyir ki, torpaq sahəsinə dair Dövlət aktında o və Cavabdeh torpağın mülkiyyətçisi olmuş Haman Muradovun ailə üzvləri kimi qeyd olunduqlarından Haman sağ olduğu dövrdə və vəfat etdikdən sonra da həm o, həm də Yadigar ailə üzvü (torpağın payçısı) kimi torpaq sahəsi ilə əlaqəli olmuşlar. Haman Muradov vəfat etdikdən sonra bir neçə il Cavabdehlə birgə yaşamışlar. Bu dövrdə torpaq sahəsi ilə bağlı aralarında hər hansı mübahisə olmamışdır. Bu səbəbdən vərəsəliklə bağlı notariat orqanına nə o, nə də Yadigar müraciət etməmişlər. Son dövrlər Yadigarın ona qarşı münasibəti pisləşmişdir. Bunun səbəbi isə ona məlum deyil. Hazırda Yadigarla bir yerdə yaşamırlar. Haman Muradovun həyat yoldaşı olduğundan onun vəfatınadək (miras açılanadək) Haman Muradovun mülkiyyətində olmuş, Abşeron rayonu Novxanı kəndində yerləşən 0,43 ha torpaq sahəsinə qanun üzrə vərəsə kimi onun və Cavabdeh payı vardır. Qanun üzrə vərəsə kimi torpaq sahəsinə həm onun, həm də Yadigarın payının məhkəmədən kənar qaydada müəyyən edilməsini dəfələrlə cavabdehə təklif etsə və bildirsə də, məhz cavabdehin razılaşmaması səbəbindən bu mümkün olmamışdır. Bu səbəbdən (tərəflər arasında mübahisə olduğundan) qanun üzrə vərəsə kimi ona düşən payın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qanun üzrə vərəsəliklə bağlı məhkəməyə məlum olan maddi hüquq normalarını sadalamağa ehtiyac duymur. 18 mart 2002-ci ildə verilmiş, Dövlət aktı qeydiyyat kitabında 4462 nömrə ilə qeydiyyata alınmış “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında (JN 1672, Kod 3********) torpağın mülkiyyətçisi kimi qeyd olunan X7 payından qanun üzrə vərəsə kimi ona düşən payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ilkin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə vermiş, göstərmişdir ki, məhkəmənin icraatında onun Cavabdeh qarşı 18 mart 2002-ci ildə verilmiş, Dövlət aktı qeydiyyat kitabında 4462 nömrə ilə qeydiyyata alınmış “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında (JN 1672, Kod 3********) torpağın mülkiyyətçisi kimi qeyd olunan X7 payından qanun üzrə vərəsə kimi ona düşən payın müəyyən edilməsi ilə bağlı mülki iş vardır. Dövlət aktı qeydiyyat kitabında 4462 nömrə ilə qeydiyyata alınmış “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında (JN 1672, Kod 3********) 5 nəfər şəxsin adı qeyd olunmuşdur (paylı mülkiyyət). Həmin aktda torpağın ümumi sahəsi 0,43 ha (43 sot) göstərilmişdir. 0,43 ha torpaq sahəsi X14 ilə birgə nikah dövründə əldə edildiyindən qanun üzrə vərəsə kimi onun payı aşağıdakı kimi müəyyən edilməlidir: 0,43 ha:5 = 0,086 ha (akt üzrə X8 düşən payın miqdarı); 0,086 ha:2 = 0,043 ha (birgə mülkiyyətdən ona çatası payın miqdarı); 0,043:2 = 0,0215 ha (qanun üzrə vərəsə kimi Cavabdeh çatası payın miqdarı); 0,043 ha+0,0215 = 0,0645 ha X2nun qanun üzrə vərəsəsi kimi ona çatası payın miqdarı. 18 mart 2002-ci ildə verilmiş, Dövlət aktı qeydiyyat kitabında 4462 nömrə ilə qeydiyyata alınmış “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında (JN 1672, Kod 3********) torpağın mülkiyyətçisi kimi qeyd olunan X7 payından qanun üzrə vərəsə kimi ona düşən payın miqdarının 0,0645 ha müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, ilkin İddiaçı iddia ərizəsində göstərmişdir ki, 1969-cu ildə X14 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından övladları olmamışdır. Lakin həm Haman Muradov, həm də o, ailə quranədək ailəli olmuşlar və hər ikisinin əvvəlki nikahlarından övladları vardır. Yadigar X9r. Haman Muradov vəfat etdikdən sonra bir neçə il Cavabdehlə yaşamışdır. Bu dövrdə torpaq sahəsi ilə bağlı aralarında hər hansı mübahisə olmamışdır. Bu səbəbdən vərəsəliklə bağlı notariat orqanına nə o, nə də Yadigar müraciət etməmişlər. Həmin tələb əsassızdır. İddiaçı heç bir zaman torpaq sahəsi ilə əlaqəli olmamışdır. Torpaq sahəsində o, öz vəsaiti hesabına 130 dənə üzüm tənəki, 60 ədəd meyvə ağacı, 1 ədəd su artezian quyusu qazdırmış və daş hasara almışdır. Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin 1965-ci il tarixli qərarı ilə Süleyman Əlman oğluna Abşeron rayonu Novxanı kəndində 747 nömrəli bağ torpaq sahəsi ayrılmışdır. 1989-cu ildə mərhum atası X14 atasından miras qalmış 747 nömrəli bağ-torpaq sahəsinin 1/2 hissəsini qardaşı Əlman Süleman oğluna vermişdir. 747 nömrəli bağ-torpaq sahəsinin digər 1/2 hissəsi isə atası Haman Muradovun istifadəsində qalmışdır. Vaxtını dəqiq xatırlamır, 2014, ya da 2015-ci ildə İddiaçı bildirmişdir ki, “oğlun X12 şəxsiyyət vəsiqəsini mənə ver”, səbəbi ilə maraqlandıqda, bildirmişdir ki, onlar hər ikisi yaşlıdırlar, Haman həm rəhmətlik babasının adını daşıyır, həm də cavandır, 747 nömrəli bağ-torpaq sahəsini və fərdi yaşayış evini onun adına sənədləşdirəcəkdir. 2 aydan artıq Hamanın şəxsiyyət vəsiqəsi Xalidədə qalmış, sonra ona demişdir ki, sənədlər hazırdır, Xırdalan şəhərində yerləşən notariat kontoruna gedərək oğlu Hamanın adına torpaq sahəsini və evi vərəsəlik qaydasında sənələşdirməyə hər ikisi razılıq verməlidirlər. Onlar birlikdə notariat kontoruna gedərək sənədləri imzalamışlar. İndi ona məlum olur ki, oğlu Hamanın adına sənədləşdirilməli olan bağ-torpaq sahəsi və fərdi yaşayış evi Hamanın adına deyil, Xalidənin adına sənədləşdirilmişdir. O, Azərbaycan dilinin latın əlifbası ilə yazıb oxuya bilmir. İlk İddiaçı ilkin iddia tələbinin rədd edilməsi və mərhum atası X8 məxsus Abşeron rayonu, Novxanı bağları ərazisində yerləşən 747 nömrəli bağ-torpaq sahəsinə dair verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun mərhum atası X7 yeganə vərəsəsi kimi qanun üzrə vərəsə kimi miras əmlaka vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qərardadları və qətnamələri qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTlƏRİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun 747 nömrəli bağ-torpaq sahəsinə dair Abşeron rayonu, 2 saylı notariat kontoru tərəfindən 5 iyun 2018-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddianı etiraf etməsi barədə qətnamədə göstərilənlər əsassızdır. Bundan əlavə məhkəmə iddia tələbindən kənara çıxmışdır. Belə ki, Cavabdeh qarşılıqlı iddia ərizəsində X8 məxsus Abşeron rayonu Novxanı bağları ərazisində yerləşən 747 nömrəli bağ-torpaq sahəsinə dair verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun Haman Muradovun yeganə vərəsəsi kimi qanun üzrə vərəsə kimi miras əmlaka vərəsəlik hüququnun tanınmasını xahiş etmişdir. Məhkəmə isə X2na məxsus Abşeron rayonu, Novxanı bağlan ərazisində yerləşən 747 nömrəli bağ-torpaq sahəsinə dair Abşeron rayonu, 2 saylı notariat kontoru tərəfindən 5 iyun 2018-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni etibarsız hesab etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsində Abşeron rayonu, 2 saylı notariat kontoru tərəfindən 5 iyun 2018-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə xahişi yoxdur. Apellyasiya şikayətində apellyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 2(012)-456/2020 nömrəli qətnaməsini qismən (iddianın təmin edilmiş hissəsində) ləğv etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X2 mülkiyyətində olan torpaq sahəsinin özünə aid olan hissəsini satmışdır. Bu barədə Abşeron Rayon Məhkəməsinin qətnaməsi də vardır. 43 sot torpaq sahəsinə dair dövlət aktı mövcuddur və dövlət aktları dəyişdirilərək çıxarış əldə olunmamışdır. Onlar iddia edirlər ki, hal-hazırda mübahisələndirilən torpaq sahəsi 43 sot deyil, 56 sot olmuşdur. X2 sağ ikən verilmiş torpaq sahəsinin özünə məxsus olan hissəsini, yəni 13 sotunu satmışdır. Beləliklə də burada heç bir vərəsəlikdən söhbət gedə bilməz. Apellyasiya şikayətində Abşeron Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(012)-2682/2021 saylı əlavə qətnaməsinin ləvğ edilməsi və ilkin iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı, onun vəkili Vəkil1 və üçüncü şəxs X10 iddiaçının apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun vəkili Vəkil2 cavabdehin apellyasiya şikayətini müdafiə edərək Abşeron Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(012)-2682/2021 saylı əlavə qətnaməsinin ləvğ edilməsini və ilkin iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı apellqasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbinin təmin edilməsi hissəsində mübahisələndirərək, qətnamənin həmin hissəsinin ləğv edilməklə iddianın həmin hissədə də təmin olunmamasını xahiş etmişdir. Yuxarıda qeyd olunduğu kimi, bununla əlaqədar apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbindən kənara çıxmışdır. Belə ki, Cavabdeh qarşılıqlı iddia ərizəsində Abşeron rayonu, 2 saylı notariat kontoru tərəfindən 5 iyun 2018ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə xahişi yoxdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin dəlillərini əsassız hesab edir. Belə ki, cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd olunan “747 nömrəli bağtorpaq sahəsinə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı” məhz Abşeron rayonu, 2 saylı notariat kontoru tərəfindən 5 iyun 2018-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etbarsızlığını ehtiva edir. Bundan əlavə iş materiallarından göründüyü tərəflər bəzi miras kütləsinə daxil olan əmlaklar barəsində notariat orqanına müraciət etməklə müvafiq razılığa gəlsələr də, qarşılıqlı iddia ərizəsi üzrə mübahisələndirilən əmlak barəsində qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həmin miras əmlaka dair öz iradə ifadəsini bildirməsi iş materialları ilə təsdiq olunmur. Həmin miras əmlak barəsində İddiaçı öz izahatında bildirmişdir ki, qeyd olunan mübahisələndirilən torpaq sahəsi əvvəllər dövlət mülkiyyətində olan torpaq sahəsi olmaqla əvəzsiz olaraq mərhum həyat yoldaşınaın mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşağı və arvadı qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Buna görə birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi üzrə iddianın təmin edilmiş hissəsinə dair düzgün hüquqi nəticəyə gəlmişdir. Buna görə iddiaçının apellyasiya şikayəti təmin edilməməklə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinə münasibətdə qeyd etmək lazımdır ki, həmin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin əlavə qətnaməsinin ləğv edilməklə, İddiaçı iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. Əlavə qətnamədə iddiaçının iddia tələbinin təmin olunması onunla əsaslandırılmışdır ki, X2nun mübahisələndirilən 0,43 sot torpaq sahəsindəki 5 nəfərə münasibətdə payı 0,086 ha edir. Bununla əlaqədar birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin 0,086 ha torpaq sahəsi birgə nigah dövründə əldə olunduğundan qeyd olunan 0,086 ha torpaq sahəsinin yarısına iddiaçının pay hüququ nəzərə alınmalıdır. Lakin bununla əlaqədar birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməyərək səhv nəticəyə gəlməklə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, mübahisələndirilən 0,43 ha torpaq sahəsində X2nun 1/5 hissədə payı 0,086 ha təşkil etsə də, eyni zamanda onun arvadı olmuş İddiaçı da 1/5 hissədə payı 0,086 ha təşkil edir. Ona görə birinci instansiya məhkəməsi həmin 0,086 ha torpaq sahəsinin yarısına iddiaçının pay hüqüqunun nəzərə alınmalı olmasına dair səhv hüququ nəticəyə gəlmişdir. Buna görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla, Mülki Məcəllənin yuxarıda qeyd olunan 1159.1.1-ci maddəsinə əsasən X2na məxsus 0,086 ha torpaq sahəsinə dair iddiaçının miras payı 1/2 hissədə yəni, 0,043 ha müəyyən edilməli, bununla əlaqədar iddia tələbi digər hissədə təmin olunmamalıdır. Bundan əlavə məhkəmə kollegiyası X2nun hələ sağlığında mülkiyyətdə olan 0,56 ha torpaq sahəsindən özünə məxsus 0,13 ha hissəsini saatmasına dair apellyasiya şikayətinin dəlilini əssasız hesab edir. Belə ki, məhkəmə kollegiyasının araşdırması nəticəsində və iş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 2(012)- 1136/2016 saylı, 09 sentyabr 2016-cı il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, Qobustan-Novxanı kəndində yerləşən 0,56 ha torpaq sahəsinin 0,13 hissəsi məhz birgə mülkiyyətçilər tərəfindən 17.10.2001-ci il tarixində X1. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 384, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 2(012)-456/2020 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(012)-2682/2021 saylı əlavə qətnaməsi ləğv edilsin İddiaçı iddiası qismən təmin olunsun. 18 mart 2002-ci ildə verilmiş, Dövlət aktı qeydiyyat kitabında 4462 nömrə ilə qeydiyyata alınmış “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında (JN 1672, Kod 3********) torpağın birgə mülkiyyətçisi kimi qeyd olunan X2nun payından qanun üzrə vərəsə kimi İddiaçı düşən payın miqdarının 0,043 ha olması müəyyən olunsun. İddiaçı iddiası digər hissədə təmin olunmasın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-680/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-680/2022
25.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver