Məhkəmə qərarları › İş №2(105)-687/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-687/2020

09.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-687/2020 09.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X14 və X8 ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, X3 nümayəndəsi X20, Cavabdeh2, Cavabdeh3 nümayəndəsi və vəkili X11 iştirakı ilə, X3 cavabdehlər Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı bağçılıq kitabçasının verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab edilməsi, zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6823/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6823/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış “Metallurq” Kollektiv-Bağçılıq Cəmiyyəti tərəfindən bağçılıq üzvlük kitabçasının verilməsi üçün əsas olmuş “Metallurq” Kollektiv-Bağçılıq Cəmiyyəti üzvlərinin xx xxx 2000-ci il tarixli, 1 saylı iclas protokolunun etibarsız sayılması və qeyd edilən torpaq sahəsindən istifadəyə hər hansı məhdudiyyətlərin yaradılmasının cavabdehlərə qadağan edilməsi barədə Sumqayıt Bələdiyyəsinin iddia tələbi təmin edilməmişdir.(Hakim C.Məmmədov) X4 apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6823/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, Sumqayıt Bələdiyyəsinin iddiasının təmin edilməsini xahiş etmişdir. Eyni zamanda Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6823/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Sumqayıt Bələdiyyəsinin Cavabdeh1SC-nin Həmkarlar ittifaqı Komitəsinə və qeyrilərinə qarşı iddia tələbinin “Sumqayıt şəhərinin cənubunda, Samur- Abşeron kanalının şimalında salınan Yeni yaşayış massivinin 6-cı məhəlləsinin ərazisində yerləşən 46\3 saylı həyətyanı topaq sahələri də daxil olmaqla cavabdeh Füzuli rayonundan məcburi köçkün Cavabdeh2 tərəfindən zəbt olunmuş torpaq sahəsindən Cavabdeh2 çıxarılması, həmin torpaq sahəsində Cavabdeh2 tərəfindən qoyulmuş dəmir-ağac konstruksiyadan hazırlanmış 2 otaqlı köşkün (inşaat köşkü) onun hesabına götürülməsi, cavabdeh Qubadlı rayonundan məcburi köçkün Cavabdeh3 adına «Cavabdeh1 » ASC-nin Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış « Metallurq » X12 tərəfindən verilmiş bağçılıq üzvlük kitabçasının etibarsız hesab edilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir. (hakim C.Məmmədov) Qərardaddan iddiaçı X15 şikayət verərək onun ləğv edilərək iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6823/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-687/2020 saylı qərardadı ilə iddiaçı X15 tərəfindən verilmiş şikayət təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6823/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iddiaçı X9 cavabdehlər Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsi, Cavabdeh2 və Cavabdeh3 qarşı bağçılıq kitabçasının verilməsinə əsas olan sənədlərin etibarsız hesab edilməsi və zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası, icraatına xitam verilmiş-Sumqayıt Bələdiyyəsinin Cavabdeh1SC-nin Həmkarlar ittifaqı Komitəsinə və qeyrilərinə qarşı iddia tələbinin “Sumqayıt şəhərinin cənubunda, Samur-Abşeron kanalının şimalında salınan Yeni yaşayış massivinin 6-cı məhəlləsinin ərazisində yerləşən 46\3 saylı həyətyanı topaq sahələri də daxil olmaqla cavabdeh Füzuli rayonundan məcburi köçkün Cavabdeh2 tərəfindən zəbt olunmuş torpaq sahəsindən Cavabdeh2 çıxarılması, həmin torpaq sahəsində Cavabdeh2 tərəfindən qoyulmuş dəmir-ağac konstruksiyadan hazırlanmış 2 otaqlı köşkün (inşaat köşkü) onun hesabına götürülməsi, cavabdeh Qubadlı rayonundan məcburi köçkün Cavabdeh3 adına « Cavabdeh1 » ASC-nin Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış « Metallurq » X12 tərəfindən verilmiş bağçılıq üzvlük kitabçasının etibarsız hesab edilməsi hissəsində də mahiyyəti üzrə araşdırılması qərara alınmışdır. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən onu nəzərə almışdır alır ki, birinci instansiya məhkəməsi iş üzrə icraata hissəvi xitam versə də həmin hissədə də məhkəmə araşdırması aparmış, sübutlara qiymət vermiş, lakin nəticədə düzgün olmayan qərar qəbul etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisənin predmeti vahid bir tələb üzrə və bölünməz olduğundan, əslində işə baxan birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən iddia tələbinə bütövlükdə qiymət verildiyindən və qətnamədən apelyasiya şikayəti verildiyindən iddia tələbi tam olaraq mahiyyəti üzrə apelyasiya instansiyası məhkəməsində araşdırılmalıdır. İŞİN HALLARİ: X13 cavabdehlər Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı bağçılıq kitabçasının verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab edilməsi, zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhərinin cənubunda, Samur-Abşeron kanalının şimalında salınan Yeni yaşayış massivinin 6-cı məhəlləsinin ərazisində yerləşən 46\1, 46\3 saylı həyətyanı topaq sahələri də daxil olmaqla cavabdeh Füzuli rayonundan məcburi köçkün Cavabdeh2 tərəfindən zəbt olunmuş torpaq sahəsindən Cavabdeh2 çıxarılması, həmin torpaq sahəsində Cavabdeh2 tərəfindən qoyulmuş dəmir-ağac konstruksiyadan hazırlanmış 2 otaqlı köşkün (inşaat köşkü) onun hesabına götürülməsi, cavabdeh Qubadlı rayonundan məcburi köçkün Cavabdeh3 adına Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış “Metallurq” X12 tərəfindən verilmiş bağçılıq üzvlük kitabçasının və onun verilməsinə əsas olmuş “Metallurq” Kollektiv-Bağçılıq Cəmiyyəti üzvlərinin xx xxx 2000-ci il tarixli 1 saylı iclas protokolunun etibarsız sayılması və qeyd edilən torpaq sahəsindən istifadəyə hər hansı məhdudiyyətlərin yaradılmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, Sumqayıt şəhərinin cənubunda, Samur-Abşeron kanalının şimalında salınan Yeni yaşayış massivinin 6-cı məhəlləsinin ərazisində yerləşən 46\3 saylı həyətyanı topaq sahələri də daxil olmaqla cavabdeh Füzuli rayonundan məcburi köçkün Cavabdeh2 tərəfindən zəbt olunmuş torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində Cavabdeh2 tərəfindən qoyulmuş dəmir-ağac konstruksiyadan hazırlanmış 2 otaqlı köşkün (inşaat köşkü) onun hesabına götürülməsi, cavabdeh Qubadlı rayonundan məcburi köçkün Cavabdeh3 adına Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış “Metallurq” X12 tərəfindən verilmiş bağçılıq üzvlük kitabçasının və onun verilməsinə əsas olduğu göstərilmiş “Metallurq” Kollektiv-Bağçılıq Cəmiyyəti üzvlərinin xx xxx 2000-ci il tarixli, 1 saylı iclas protokolunun qərarının etibarsız sayılması və qeyd edilən torpaq sahəsindən istifadəyə hər hansı məhdudiyyətlərin yaradılmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Bələdiyyəsi iddiasını onunla əsaslandırmışdır ki, Sumqayıt Bələdiyyəsinin işçiləri tərəfindən mütəmadi aparılan ərazi yoxlamaları zamanı müəyyən olunmuşdur ki, Füzuli rayonundan məcburi köçkün Cavabdeh2 tərəfindən Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış Massivinin 6-cı məhəlləsinin ərazisində yerləşən 46/3 saylı həyətyanı torpaq sahəsi zəbt edilərək ora mişar daşı tökülmüş, sahəyə tikinti zamanı inşaatçıların müvəqqəti yaşaması üçün dəmir-ağac konstruksiyadan hazırlanmış 2 otaqlı köşk (inşaat köşkü) qoyulmuşdur. Bununla bağlı cavabdehin qanunsuz əməlləri bələdiyyənin əməkdaşları tərəfindən müvafiq qaydada aktlaşdırılmış və Sumqayıt Bələdiyyəsi özünün torpaq sahəsi üzərində olan mülkiyyət hüququnun qorunması məqsədilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış Massivinin 6-cı məhəlləsinin ərazisində yerləşən 46/3 saylı həyətyanı torpaq sahəsindən çıxarılmasını, ora qoyulmuş inşaat köşkünün cavabdehin hesabına götürülməsini xahiş etmişdir. Həmin məhkəmə baxışı zamanı Cavabdeh2 mübahisələndirilən torpaq sahəsini qeyri-rəsmi qaydada Qubadlı rayonundan məcburi köçkün Cavabdeh3 aldığı və sonuncuya da qeyri-qanuni olaraq Cavabdeh1 X18 Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış “Metallurq” Kollektiv- Bağçılıq Cəmiyyəti tərəfindən torpaq sahəsinin verildiyi müəyyən olunmuşdur. Bu səbəbdən tərəflərindən iddia ərizəsinə dəyişiklik edilərək iddia tələblərinin həcmi artırılmış və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma və bağçının üzvlük kitabçasının etibarsız hesab edilməsi tələbinə dair” əlavə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Lakin Sumqayıt şəhər Məhkəməsinin (hakim E.Məmmədov) xx xxx 2018-ci il tarixli, 2(060)-3037/2018 saylı qətnaməsi ilə X3 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma və bağçının üzvlük kitabçasının etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi rədd edilmişdir. Məhkəmə qətnaməsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Bələdiyyəsi tərəfindən Qubadlı rayonundan məcburi köçkün Cavabdeh3 adına Cavabdeh1 X18 Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış “Metallurq” X12 tərəfindən verilmiş “bağçılıq üzvlük kitabçası”nın etibarsız sayılması tələb olunsa da, həmin kitabçanın verilməsinə əsas olmuş sənədlər mübahisələndirilmədiyindən,“bağçılıq üzvlük kitabçası” da etibarsız sayıla bilməz. Bu səbəbdən də, yəni Cavabdeh3 adma verilmiş “bağçılıq üzvlük kitabçası” etibarsız sayılmadığından, Cavabdeh2 qarşı iddia tələbləri də təmin oluna bilməz. Bütün bunları nəzərə alaraq Sumqayıt Bələdiyyəsi Cavabdeh3 adına Cavabdeh1 X18 Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış “Metallurq” Kollektiv-Bağçılıq Cəmiyyəti tərəfindən qeyri-qanuni verilmiş “bağçılıq üzvlük kitabçası”nın verilməsinə əsas olmuş sənədləri mübahisələndirməklə yeni iddia tələbləri ilə məhkəməyə müraciət etməyi zəruri sayır. Belə ki, qeyd edilən hərəkətlər torpaq sahəsinin mülkiyyətçisi olan Sumqayıt Bələdiyyəsinin qanuni mənafeyinə, habelə mülki və torpaq qanunvericiliklərinin normalarına zidd olduğundan müvafiq hüquqi nəticələrə səbəb olmalıdır. Adı çəkilən ərazidə yerləşən torpaqlar “Torpaq islahatı haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun olaraq bələdiyyə mülkiyyətinə aid olunmuş və xx xxxx 2001-ci il tarixli protokol, eksplikasiya aktı və digər torpaqayırma sənədləri əsasında xəritələşdirilərək Sumqayıt Bələdiyyəsinə təhvil verilmişdir. Sadalanan hallara əsasən Sumqayıt Bələdiyyəsi məhkəməyə müraciət edərək yuxarıda göstərilən qanunsuzluqların aradan qaldırılmasını və pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etməyi zəruri saymışdır. İlk növbədə qeyd olunmalıdır ki, Cavabdeh3 istinad etdiyi “bağçının üzvlük kitabçası” nə onun, nə də digər Cavabdeh2 mübahisələndirilən torpaq sahəsi üzərində hüququnu təsdiq edən bir sənəd deyildir. Həmin “bağçının üzvlük kitabçasında torpağın guya 1997-ci ildə verildiyi göstərilsə də, həmin kitabçanın digər vərəqində Cavabdeh3 bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.2000-ci il tarixli, 1 nömrəli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edildiyi və kitabçanın 2000-ci ildə verildiyi yazılmışdır. Eyni zamanda kitabçanın özü “Polad-1” X5 latın qrafikalı yeni Azərbaycan əlifbası ilə 2003-cü ildə hazırlanmış möhürü ilə təsdiqlənmişdir. Məlum olduğu kimi, vaxtı ilə yaradılmış bağçılıq yoldaşlıqlarının nümunəvi Nizamnaməsi Azərbaycan SSR Nazirlər Sovetinin xx xxxx 1980-ci il tarixli, 296 nömrəli qərarı ilə təsdiq edilmiş, Nazirlər Sovetinin xx xxxxxx 1986-cı il tarixli, 407 nömrəli qərarı ilə müvafiq əlavə və dəyişikliklər edilməklə yeni redaksiyada verilmişdir. Həmin Nizamnamənin İİ fəslinin 13-cü maddəsinə görə bağçılıq yoldaşlığına yalnız həmin cəmiyyətin yaradıldığı müvafiq müəssisə, idarə və ya təşkilatda işləyən şəxslər və həmin müəssisədə işləmiş pensiyaçılar üzv qəbul edilə bilərdilər. Nizamnamənin 17-ci maddəsinə əsasən bağçılıq yoldaşlıqlarının üzvlərinə müəssisə, idarə və ya təşkilatın rəhbərliyinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə torpaq sahələri ayrılırdı. Ayrılan torpaq sahələrinin ölçüləri 400 kv. metrdən az, 600 kv. metrdən çox olmamaqla torpaq sahələrini ayıran müvafiq orqanlar tərəfindən müəyyən edilirdi. Nizamnamənin 18-ci maddəsinin tələblərinə görə, bağçılıq yoldaşlığının idarə heyəti hər bir üzvünə yoldaşlığa qəbul edildiyi gündən bir ay ərzində üzvlük (bağçılıq) kitabçası verməli idi. Həmin nizamnamənin 16-cı bəndinə görə fəaliyyət göstərən bağçılıq cəmiyyətinə üzvlər ya müəssənin rəhbərliyinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə, yaxud da yerli XDS-in qərarı ilə qəbul edilirdilər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Sumqayıt Bələdiyyəsi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz, əsassızdır. Belə ki, məhkəmənin mübahisələndirilən torpaq sahəsinin guya iddiaçının istifadəsində olması ilə bağlı yazdıqları həqiqətə uyğun deyildir. Məhkəmə qətnaməsi maddi və prosessual qanunvericiliyə zidd olaraq çıxarılmışdır. Məhkəmə iddia ərizəsində göstərdikləri tələblərinə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmənin bu mövqeyi qanunsuz və qeyri-obyektiv olmaqla yanaşı, torpaq sahəsinin mülkiyyətçisi kimi Sumqayıt bələdiyyəsinin hüquqlarını pozmuşdur. Hər hansı bir sübuta söykənmədən, iş üçün əhəmiyyətli halları sübut etmədən çıxarılmış qətnamə qeyri-obyektivliyi və əsassızlığı ilə fərqlənir ki, bu hallar onun apellyasiya qaydasında ləğvi üçün əsasdır. Məhkəmə kollegiyasının iclasında Sumqayıt Bələdiyyəsinin nümayəndəsi X20 apelyasiya şikayətinə müdafiə edərək əlavə etdi ki, sənədləri saxta olsa da bələdiyyə olaraq Cavabdeh2 məcburi köçkün olmasını nəzərə alaraq ona əlavə güzəştlər nəzərdə tutulur. Bununla yanaşı çıxarılmış qətnamə əsassız olduğundan ləğv edilməli, onların apelyasiya şikayətləri təmin edilməlidir. Məhkəmə iclasında iştrak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirdi ki, bu işlə bağlı iddia tələbini bir qismi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi var. Bələdiyyə həmin mülki iş üzrə mülkiyyətçi deyil. Verilən paylar bağ sahələridir və həmin vaxt bələdiyyə yaranmamışdır. Arxivdə protokol mövcud deyil, mövcud olmayan protokolun ləğv edilməsi mümkün deyil. Bu baxımdan da iddia tələbinin həmin hissəsi də əsasızdır. Bütün bunları nəzərə alaraq cavabdeh apelyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili X17 apelyasiya şikayətinə etiraz edərək əlavə etdi ki, mübahisələndirilən protokol arxivdə mövcud deyil, mövcud olmayan protokolun ləğv edilməsi mümkün deyil. Ona görə də apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsi, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakn Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəznin 2 saylı X22 İdarəsi, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi məhkəmədə nümayəndələrinin iştraklarını təmin etməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə göstərilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Cavabdeh1 ASC-nin kollektiv kooperativ bağçılıq cəmiyyəti “Metallurq-1 Ceyranbatan”ın verdiyi xx xxxxxxx 2019-cu il tarixli, 10 saylı arayışdan görünür ki, X1 ərazisində Cavabdeh1 ASC-ə məxsus “Metallurq” kollektiv bağçılıq sahəsində yerləşən 738 saylı bağın sahibidir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2014-cü il tarixli aktın surətindən görünür ki, 1963-cü ildən 2014-cü ilə qədər “Metallurq” bağçılıq cəmiyyətinin bağ sahələrinə verilmiş protokollar və bağların sxematik planı xəritəsi “Metallurq” bağlar Cəmiyyətinin keçmiş sədri olmuş Qurban Hüseynov tərəfindən cəmiyyətin yeni seçilmiş sədrinə təhvil verilməmişdir. Yenə iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3037/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, X3 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı Cavabdeh2 tərəfindən zəbt olunmuş Sumqayıt şəhərinin cənubunda, Samur-Abşeron kanalının şimalında salınan Yeni yaşayış massivinin 6-cı məhəlləsinin ərazisində yerləşən 46\3 saylı həyətyanı torpaq sahəsindən Cavabdeh2 çıxarılması, həmin torpaq sahəsində cavabdeh tərəfindən qoyulmuş dəmir-ağac konstruksiyadan hazırlanmış 2 otaqlı köşkün (inşaat köşkü) onun hesabına götürülməsi, Cavabdeh1 ASC-nin “Metallurq” X12 tərəfindən Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olan Cavabdeh3 adına verilmiş bağçının üzvülük kitabçasının etibarsız hesab edilməsi tələbi barədə iddiası rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3495/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3037/2018 saylı xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3285/2019 saylı xx xxx 2019-cu il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3495/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi MA ******* saylı Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri ə/d,”Samur- Abşeron” kanalının şimalı, Yeni Yaşayış massivi, 6-cı məhəllə, 46/1 ünvanında yerləşən 0,06 ha ümumi sahəsi olan torpaq sahəsinin mülkiyyətçisi X10. İş materiallarına əlavə edilmiş Sumqayıt Bələdiyyəsinin 02 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarının surətindən görünür ki, “Samur-Abşeron” kanalının şimalında, Sumqayıt şəhərinin cənubunda yerləşən Yeni yaşayış massivinin 6-cı məhəlləsində sahəsi 315 m 2 olan 46/3 saylı həyatyanı torpaq sahəsi X21 ayrılmışdır. Yenə iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK 5 saylı Sumqayıt ərazi şöbəsinin verdiyi rəydən görünür ki, Sumqayıt şəhəri,Yeni Yaşayış massivinin 6-cı məhəlləsində yerləşən 315 m 2 (0.0315 ha) torpaq sahəsi (46/3 saylı) Sumqayıt Bələdiyyəsinin torpaqlarına aid olmaqla kateqoriyası yaşayış məntəqələrinin torpaqları, təyinatı fərdi yaşayış evinin tikintisi, uqodiyası əkin torpaqlarıdır və alqı-satqı predmetidir. Həmin torpaq sahəsi üzərində məhdudiyət mövcud deyil və həmin torpaq sahəsi müsabiqə və hərraca çıxarılma yolu ilə və bilavasitə mülkiyyətə verilməsinə baxılması mümkündür. İş materiallarında olan Cavabdeh1 ASC-nin “Metallurq” X7 Üzvülük Kitabçasının surətindən görünür ki, Cavabdeh3 bağçılıq cəmiyyətinə xx xxx 1997-ci ildə üzv qəbul edilmişdir və bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.2000-ci il tarixli, 1 saylı protokoluna əsasən və ümumi sahəsi 8 sot olan 738 saylı bağ sahəsi onun daimi istifadəsinə verilmişdir. İşə əlavə edilmiş “Metallurq” X7 Üzvülük Kitabçasının surətindən görünür ki, 1999-cu ildə tərtib edilib, kitabça “Polad1 Ceyranbatan” bağçılıq cəmiyyətinin möhürü ilə təsdiq edilmişdir. İşdə olan “Möhür” k\m-nin xx.xx.2006-cı il tarixli məktubundan isə bəlli olur ki, həmin möhür xx.xx.2003-cü ildə hazırlanmışdır. Yenə işə əlavə edilmiş AR DT və XK sədri X19 bələdiyyəsinə ünvanlanmış xx.xx.2006-cı il tarixli, 17-3\297 saylı məktubunun məzmunundan bəlli olur ki, “Metallurq” Bağçılıq Cəmiyyəti heç bir səlahiyyəti olmadığı halda çoxsaylı vətəndaşlara üzvlük kitabçası verir ki, həmin kitabçaların hüquqi əsası yoxdur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli,Sumqayıt Şəhər Məhkəməsinin 2(060)6823/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, Sumqayıt Bələdiyyəsinin iddiası təmin olunmalıdır. Hazırki işin hallarından görünür ki, mübahisə Sumqayıt şəhərinin cənubunda, Samur- Abşeron kanalının şimalında salınan Yeni yaşayış massivinin 6-cı məhəlləsinin ərazisində yerləşən 46\3 saylı həyətyanı torpaq sahəsi barədədir. X13 hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 tərəfindən zəbt olunmuş torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində Cavabdeh2 tərəfindən qoyulmuş dəmir-ağac konstruksiyadan hazırlanmış 2 otaqlı köşkün (inşaat köşkü) onun hesabına götürülməsi, eləcə də Cavabdeh3 adına Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış “Metallurq” X12 tərəfindən verilmiş bağçılıq üzvlük kitabçasının və onun verilməsinə əsas olduğu göstərilmiş “Metallurq” Kollektiv-Bağçılıq Cəmiyyəti üzvlərinin xx xxx 2000-ci il tarixli, 1 saylı iclas protokolunun qərarının etibarsız sayılması və qeyd edilən torpaq sahəsindən istifadəyə hər hansı məhdudiyyətlərin yaradılmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan məhkəmə iddia tələbinə bir hissədə xitam vermiş, digər hissədə isə təmin etməmişdir. Lakin bütövlükdə tələbə qiymət verərək onu əsaslı saymamışdır. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, Sumqayıt Bələdiyyəsinin qeyd olunan torpaq sahəsi ilə bağlı hər hansı əlaqəsi, yəni hal-hazırda və ya vaxtilə onun mülkiyyətində olması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Beləliklə də məhkəmə hesab etmişdir ki, Sumqayıt Bələdiyyəsinin hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, bələdiyyələr formalaşana qədər bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Həmin icra hakimiyyəti orqanlarının (...) vətəndaşlara qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri, sonradan bələdiyyələr yarandıqdan sonra bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Göründüyü kimi məhkəmə hazırki iş üzrə nəticəyə gələrkən ziddiyyətli mövqe nümayiş etdirmişdir. Bir tərəfdən Sumqayıt Bələdiyyəsinin mübahisəli torpaq sahəsi ilə bağlı subyektiv hüququnun olmadığını qeyd etmiş, digər tərəfdən həmin torpaq sahəsinin bələdiyyənin balansına verilsə belə geri alınmasının yolverilməzliyini vurğulamışdır. Halbuki, birinci halın mümkünlüyü, ikinci ehtimalı yox etmiş olur. X3 mübahisəli torpaq sahəsi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququnun mövcud olub-olmaması ilə bağlı kollegiya qeyd edir ki, doğrudur, iddiaçının Sumqayıt şəhərinin cənubunda, Samur-Abşeron kanalının şimalında salınan Yeni yaşayış massivinin 6cı məhəlləsinin ərazisində yerləşən 46\3 saylı həyətyanı topaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ qeydiyyata alınmamışdır, lakin bu hal iddiaçının həmin torpaq sahəsi ilə bağlı heç bir hüququnun olmadığı anlamını yaratmamalıdır. “Torpaq islahatı haqqında” AR Qanununun 7-ci maddəsinin 1-ci bəndinin tələblərinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.53-cü bəndinə əsasən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq Xidmətin vəzifələrinə aid edilmişdir. Yuxarıda da qeyd edildiyi kimi iş materiallarının 18-ci vərəqinə əlavə edilmişAzərbaycan Respublikası ƏMDK 5 saylı Sumqayıt ərazi şöbəsinin verdiyi rəydən görünür ki, Sumqayıt şəhəri,Yeni Yaşayış massivinin 6-cı məhəlləsində yerləşən 315 m 2 (0.0315 ha) torpaq sahəsi (46/3 saylı) Sumqayıt Bələdiyyəsinin torpaqlarına aid olmaqla kateqoriyası yaşayış məntəqələrinin torpaqları, təyinatı fərdi yaşayış evinin tikintisi, uqodiyası əkin torpaqlarıdır və alqı-satqı predmetidir. Göründüyü kimi, daha öncə istinad olunan qanuna əsasən Azərbaycan Respublikası ƏMDK 5 saylı Sumqayıt ərazi şöbəsi məlum rəyi ilə Sumqayıt şəhəri,Yeni Yaşayış massivinin 6-cı məhəlləsində yerləşən 315 m 2 (0.0315 ha) torpaq sahəsinin (46/3 saylı) Sumqayıt Bələdiyyəsinin torpaqlarına aid olmasını təsdiqləmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında AR Qanununun 6.9-cu maddəsinə görə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. «Müşfiq Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2011-ci il tarixli qərarında ifadə olunmuş mövqeyinə görə torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının dövlət qeydiyyatı iləəlaqələndirilməsi torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarını istisna etmir. “F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Konsitusiya Məhkəməsinin eyni hüquqi mövqeyi “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2010-cu il tarixli qərarda da öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin qeyd edilən iş üzrə hüquqi mövqeyi bundan ibarət olmuşdur ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. AR Konstitusiya Məhkəməsi “N.Qədirovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2017-ci il tarixli qərarında həmin mövqeyini bir daha bəyan edərək göstərmişdir ki, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir. Konstitusiya Məhkəməsinin həmin qərarında ifadə olunmuş mövqeyinə görə alqı-satqı əsasında dəyərini ödəməklə alınmış əmlaka sahiblik edən şəxsdə əmlaka dair mülkiyyət hüququnun iki elementinin - sahiblik və istifadə hüquqlarının mövcudluğu onun həmin hüquqları pozulduğu təqdirdə pozuntuya son qoyulmasını, dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək kimi subyektiv hüququnun olmasına dəlalət edir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə, istinad olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi iddiaçı bələdiyyə mübahisəli torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində hüquqlarını qeydə aldırmasa da, bu iddiaçının həmin torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarını istisna etmir. Həmin torpaq sahəsinin hazırda cavabdehlərin istifadəsində olduğu müəyyən olunsa da, bütün hallarda torpaq sahəsi X3 qanuni sahibliyindədir. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Belə olduğu halda mübahisəli torpaq sahəsinə dair iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququnun olmaması barədə birinci instansiya məhkəməsinin mövqeyi əsassızdır. Bələdiyyələr formalaşana qədər müvafiq icra hakimiyyəti orqanlarının vətəndaşlara qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələrinin, sonradan bələdiyyələr yarandıqdan sonra bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasının yolverilməzliyi ilə bağlı kollegiya qeyd edir ki, işdən görünür ki, mübahisəli torpaq sahəsinin məhz cavabdehlər Cavabdeh2, yaxud Cavabdeh3 qanuni istifadəsində olması barədə işdə mötəbər hüquq müəyyənedici sənəd mövcud deyildir. İş materiallarına əlavə edilmiş Cavabdeh3 Cavabdeh1 ASC-nin “Metallurq” X7 Üzvülük Kitabçası, yaxud onun verilməsi üçün əsas kimi istinad olunan Bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.2000-ci il atrixli, 1 saylı protokolu mübahisəli torpaq sahəsinin onun istifadəsində və sahibliyində olmasını qəbul etmək üçün kifayət etmir. Məhkəmə kollegiyasının iclasında Sumqayıt bələdiyyəsi Cavabdeh3 bağçılıq üçün torpaq sahəsi ayrılması haqqında sənədlərin sonradan tərtib edildiyini, saxtalaşdırıldığını iddia etmişlər. Həmin kitabçadan görünür ki, onun xx.xx.1997-ci ildə üzvlüyə qəbul edildiyi yazılmışdır. Kitabça “Polad1 Ceyranbatan” bağçılıq cəmiyyətinin möhürü ilə təsdiq edilmişdir. İşdə olan “Möhür” k\m-nin xx.xx.2006-cı il tarixli məktubundan bəlli olur ki, həmin möhür xx.xx.2003-cü ildə hazırlanmışdır. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, həmin vaxt qüvvədə olan qanunvericiliyə görə (Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli, 296 saylı qərarı ilə təsdiq edilmiş bağçılıq yoldaşlıqlarının nümunəvi Nizamnaməsi, xx.xx.1986-cı il tarixli, 407 saylı qərara əsasən dəyişikliklərlə, xx.xx.1999-cu ilədək qüvvədə olmuş AR Torpaq Məcəlləsi) torpaq sahəsinin ayrılması üçün müəssisənin müdiriyyəti və həmkarlar ittifaqı komitəsi birgə qərar qəbul etməli, yerli icra hakimiyyəti orqanının razılığı alınmalı, müvafiq yerquruluşu işləri həyata keçirilməli və müvafiq plan tərtib edilməli olduğu halda, Cavabdeh3 adına kitabça verilərkən bu işlərin heç biri həyata keçirilməmişdir. Ən azı o, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eləcə də, istinad edilən normativ sənədlərə əsasən qeyd olunan məqsədlər üçün ayrılmış torpaq sahəsinin həcmi 600 kv.m-dən artıq ola bilməzdi. Daha öncə qeyd olunduğu kimi ona verilmiş torpaq sahəsi isə 0,08 ha olmuşdur. xx.xx.1999-cu ildən qüvvədə olan AR Torpaq Məcəlləsinin 65-ci maddəsinin ümumi məzmununa görə torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Göründüyü kimi, istər qüvvədən düşmüş, istərsə də qüvvədə olan torpaq qanunvericliyi torpaq ayrılmasının xüsusi qaydalarını müəyyən etmişdir ki, Cavabdeh3 bağçılıq üçün torpaq sahəsi ayrılarkən bunların heç birinə əməl edilməmişdir. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu maddəsində isə vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası nəzərdə tutulmuşdur. “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İşin faktiki hallarının tədqiqindən görünür ki, torpaq islahatı zamanı mübahisə edilən torpaq sahəsi Cavabdeh3 qanuni icarəsində və istifadəsində olmamışdır. Həmin vaxt Loğman Qəhramanovun isə 16 yaşı olmuşdur. Qeyd edildiyi kimi Cavabdeh3 mübahisələndirdiyi bağ sahəsi “Metallurq-1” Ceyranbatan kollektiv kooperativ bağçılıq cəmiyyəti tərəfindən verilmişdir. Baxmayaraq ki, daha öncə istinad olunan maddi hüquq normalarının tələblərinə görə könüllü özünüidarə təsisatı kimi “Metallurq-1” Ceyranbatan kollektiv kooperativ bağçlıq cəmiyyətinin belə bir səlahiyyəti olmamışdır. Doğrudur, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 saylı sərəncamı ilə ləğv edilmiş yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri müvafiq səlahiyyətlərə malik olmuşlar. Lakin qeyd edildiyi kimi könüllü özünüidarə təsisatı kimi “Metallurq-1” Ceyranbatan kollektiv kooperativ bağçlıq cəmiyyətini yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri ilə eyniləşdirmək olmaz. Digər tərəfdən, işin faktiki hallarından görünür ki, hər iki cavabdeh məcburi köçkündür. Başqa sözlə, onların Cavabdeh1 ASC-yə, o cümlədən “Metallurq” Bağçılıq Cəmiyyətinə hər hansı bağlılığı iş materialları ilə təsdiq olunmur. İşin faktiki hallarından o da məlum olur ki, Cavabdeh2 faktiki istifadə etdiyi mübahisəli torpaq sahəsinə dair ümumiyyətlə heç bir sənədi yoxdur. O, həmin torpağı qeyri-rəsmi digər cavabdeh Qubadlı rayonundan məcburi köçkün Cavabdeh3 almışdır. Sonuncunun isə ona aid olmayan torpaq sahəsi üzərində sərəncam vermək hüququ olmamışdır. Şərh olunan səbəblərdən, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsi cavabdehlərə səlahiyyətli orqanlar tərəfindən qanuni əsaslarla ayrılmadığından və onların qanuni istifadəsində olmadığından, X13 həmin torpaq sahəsinin başqasının- Cavabdeh2qanunsuz sahibliyindən-geri tələb etməkdə haqlı olmuşdur. Bu səbəbdən də kollegiya belə nəticəyə gəlir ki, heç bir hüquqi əsas olmadığından Sumqayıt şəhərinin cənubunda, Samur- Abşeron kanalının şimalında salınan Yeni yaşayış massivinin 6-cı məhəlləsinin ərazisində yerləşən 46\3 saylı həyətyanı topaq sahələri də daxil olmaqla cavabdeh Füzuli rayonundan məcburi köçkün Cavabdeh2 zəbt olunmuş torpaq sahəsindən çıxarılmalıdır. Həmin torpaq sahəsində Cavabdeh2 tərəfindən qoyulmuş dəmir-ağac konstruksiyadan hazırlanmış 2 otaqlı köşk (inşaat köşkü) onun hesabına götürülməli və qeyd edilən torpaq sahəsindən istifadəyə hər hansı məhdudiyyətlərin yaradılması cavabdehlərə qadağan edilməlidir. Mübahisəyə baxan birinci instansiya məhkəməsi işin bu halına yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. Yenə işdən görünür ki, Sumqayıt Bələdiyyəsi cavabdeh Qubadlı rayonundan məcburi köçkün Cavabdeh3 adına Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış “Metallurq” X12 tərəfindən verilmiş bağçılıq üzvlük kitabçasının və onun verilməsinə əsas olmuş “Metallurq” Kollektiv-Bağçılıq Cəmiyyəti üzvlərinin xx xxx 2000-ci il tarixli 1 saylı iclas protokolunun etibarsız sayılmasının tələb edir. Daha öncə istinad olunan maddi hüquq normalarının tələblərinə görə “Torpaq islahatı haqqında” qanun qəbul edildikdən sonra könüllü özünüidarə təsisatı kimi “Metallurq” X5 belə bir səlahiyyəti olmamışdır. Hazırki halda isə qeyd edilən səbəblərdən “Metallurq” X5 xx.xx.2000-ci il tarixli qərarı ilə 738 saylı bağ sahəsinə dair Cavabdeh3 verilmiş üzvlük kitabçası etibarlı hesab edilə bilməz. Eləcə də bu səbəbdən həmin sənəd daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilə bilməz. Beləliklə də, şərh olunan səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış “Metallurq” X12 tərəfindən bağçılıq üzvlük kitabçasının verilməsinə əsas olmuş “Metallurq” Kollektiv-Bağçılıq Cəmiyyəti üzvlərinin xx xxx 2000-ci il tarixli, 1 saylı iclas protokolu etibarsız sayılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin bu halına da düzgün hüquqi qiymət verməmiş, Sumqayıt Bələdiyyəsinin iddiasını rədd etməklə düzgün olmayan nəticəyə gəlimişdir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, işin yuxarıda qeyd olunan hallarına əhəmiyyət verməmiş nəticədə maddi hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir və bu da həmin qətnamənin ləğvi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 388-ci maddəsinə əsasənapellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Bələdiyyəsinin apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)6823/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Sumqayıt şəhərinin cənubunda, Samur-Abşeron kanalının şimalında salınan Yeni yaşayış massivinin 6-cı məhəlləsinin ərazisində yerləşən 46\3 saylı həyətyanı topaq sahələri də daxil olmaqla cavabdeh Füzuli rayonundan məcburi köçkün Cavabdeh2 zəbt olunmuş torpaq sahəsindən çıxarılsın. Həmin torpaq sahəsində Cavabdeh2 tərəfindən qoyulmuş dəmir-ağac konstruksiyadan hazırlanmış 2 otaqlı köşk (inşaat köşkü) onun hesabına götürülsün. Cavabdeh Qubadlı rayonundan məcburi köçkün Cavabdeh3 adına Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış “Metallurq” X12 tərəfindən verilmiş bağçılıq üzvlük kitabçası və onun verilməsinə əsas olmuş “Metallurq” Kollektiv- Bağçılıq Cəmiyyəti üzvlərinin xx xxx 2000-ci il tarixli, 1 saylı iclas protokolu etibarsız sayılsın və qeyd edilən torpaq sahəsindən istifadəyə hər hansı məhdudiyyətlərin yaradılması cavabdehlərə qadağan edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar