Məhkəmə qərarları › İş №2(105)-69/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-69/2022

19.07.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-69/2022 19.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlunun və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı5, digər iddiaçılar İddiaçı1 Qazi oğlunun, İddiaçı6 və Hacıyeva(Daşdəmirova) Şəhla Sadıq qızının vəkili Nümayəndə, Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh iştirakı ilə, İddiaçı1, İddiaçı2 Abdulrəhman qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və Hacıyeva (Daşdəmirova) Şəhla Sadıq qızının Cavabdeh qarşı onlara məxsus torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri qaytarılması barədə ilk, Cavabdeh İddiaçı1, İddiaçı2 Abdulrəhman qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və Hacıyeva (Daşdəmirova) Şəhla Sadıq qızına qarşı torpaq sahəsinə dair yaradılmış maneələrin aradan qaldırılması və vurulmuş zərərin əvəzinin qaytarılması barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-270/2020 saylı, 12 iyun 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Quba Rayon Məhkəməsinin 2(027)-270/2020 saylı, 12 iyun 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin olunmamış, qarşılıqlı iddia qismən təmin edilmiş, RX ******* saylı, 09 fevral 2017-ci il tarixli reyestrdən çıxarışla Cavabdeh məxsus olan 1,0 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən mülkiyyət hüququnun həyata keçirilməsinə İddiaçı1, İddiaçı2 Abdulrəhman qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və Hacıyeva (Daşdəmirova) Şəhla Sadıq qızı tərəfindən yaradılmış maeələrin aradan qaldırılması qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir. (hakim R.Həsənov) Qətnamədən ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 Abdulrəhman qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və Hacıyeva (Daşdəmirova) Şəhla Sadıq qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə təmin olunmamasını xahiş etmişlər. İŞİNHALLARİ İddiaçı1, İddiaçı2 Abdulrəhman qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və Hacıyeva (Daşdəmirova) Şəhla Sadıq qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-0021 saylı, 30323028 kodlu torpağa mülkiyyət hüququna X7 əsasən onlara mülkiyyət hüququ əsasında məxsus olan 4,61 ha torpaq sahələrinin 0,73 ha hissəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılara Quba rayonu AİK-nın 15 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə Quba rayonu, Gərəy kəndi ərazisindən 4,61 ha kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi verilmiş və adlarına JN-0021 Kod 30323028 saylı Torpağa Mülkiyyət Hüququna X8 verilmişdir. Həmin torpaq sahəsi (əkin və bağ sahəsi olmaqla) 4,27 ha və 0,32 ha olmaqla iki hissədədir. 4,27 ha torpaq sahələri həmkəndliləri Cahangir İbrahimovun 2,75 ha torpaq sahəsi ilə həmsərhəddir. Cahangir həmin torpaq sahəsindən heyvanların otarılması üçün istifadə edirdi. 2017-ci ilin ortalarında Cahangir özünə məxsus torpaq sahəsini Bakı şəhər sakini Cavabdeh adlı şəxsə satmışdır. Elmira həmin sahəni çəpərə almışdır. O, özünə məxsus torpaq sahəsinin bir hissəsini aşağı hissədən buraxıb onların sahələrin təxminən 0,73 ha hissəsini zəbt etmişdir. Onlar, Cavabdeh torpaq sahələrindən qanunsuz olaraq istifadə etdiyini bildirdikdə o, Cahangirin ona həmin torpaq sahəsini satdığını və onun çəpərə aldığı sahənin də ona ölçüb verildiyini demişdir. Onlar da Cavabdeh dəfələrlə torpaq sahələrindən qanunsuz olaraq istifadə etdiyini və öz sahəsinin olduğu yerə, yəni təxminən 200 metr aşağı çəkilməsini desələr də, Elmira onların sahələrini tərk etmir və onlara bu məsələ ilə bağlı məhkəməyə müraciət etmələrini və məhkəmədən gəlib torpaq sahələrinin yerinin dəqiqləşdirməsini bildirmişdir. Bundan sonra onlar öz sahələrinə çıxarış almaq üçün Xaçmaz rayon DƏDRX-na rəsmi ərizə ilə müraciət etmişlər. Lakin onlara torpaq sahələrinin aktının bir surətinin arxivdə olmamasını bildirərək torpaq sahəsinə çıxarış verməmişlər. Odur ki, qeyd olunanlar nəzərə alınmaqla iddia tələbi təmin olunmalıdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsini, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, 09 fevral 2017-ci il qeydiyyat tarixli çıxarışla ona məxsus olan 1 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən mülkiyyət hüququnun həyata keçirilməsinə İddiaçı1, İddiaçı2 Abdulrəhman qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və Hacıyeva (Daşdəmirova) Şəhla Sadıq qızı tərəfindən yaradılmış maeələrin aradan qaldırılması, ona vurulmuş 4.000 manat məbləğində maddi, 10.000 manat məbləğində mənəvi ziyanın və ödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2017-ci ildə Quba rayonu, Gərəy kəndi ərazisindən X1 məxsus torpaq sahəsini alğısatqı yolu ilə satın almışdır. Daha sonra isə həmin torpaq sahəsinə dair adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı, 09 fevral 2017-ci il qeydiyyat tarixli çıxarış almışdır. Qeyd edilən çıxarışa əsasən Quba rayonu, Gərəy kəndində yerləşən 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Çıxarış əsasında torpaq sahəsi ona sərhədləri tanıdılaraq verilmişdir. O, torpaq sahəsinə sərhədləri müəyyən edib çəpər çəkdikdən sonra ilkin iddia üzrə iddiaçılar ona maneə olaraq həmin torpağın onlara məxsus olduğunu iddia etmiş, hətta ondan Quba rayon Prokurorluğuna şikayət etmişlər. O, cavabdehlərin hər dəfə mülkiyyət hüququ əsasında ona tanıdılmış torpaq sahəsinə gedərkən üzərinə gəlmələrindən, əsassız mübahisə yaratmaqlarından bezərək ona yerində tanıdılmış torpaq sahəsinin 0.73 ha hissəsindən geri çəkilmişdir. Lakin, ilkin iddia üzrə iddiaçııların ona qarşı tələbləri bitib tükənmək bilmir, iddiaçıların bütün tələblərini yerinə yetirdiyi təqdirdə o, ümumiyyətlə torpaq sahəsinə mülkiyyət hüquqlarını həyata keçirməməlidir. Eyni zamanda ilkin iddia üzrə iddiaçıların qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı keçirmişdir. O, həmin torpaq sahəsini kənd təsərrüfatı məhsulları əkibbecərmək üçün alsa da, cavabdehlərin təqsirli hərəkətləri nəticəsində öz mülkiyyətindən maneəsiz istifadə edə bilmir və bununla da ona vurulmuş maddi ziyanı 4.000 manat, mənəvi ziyanı isə 10.000 manat məbləğində qiymətləndirir. Göstərilənlərə əsasən qarşılıqlı iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İlk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 Abdulrəhman qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və Hacıyeva (Daşdəmirova) Şəhla Sadıq qızı apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Quba Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə çıxarıldığından ləğv edilməlidir. Belə ki, İddiaçı1, İddiaçı2 Abdulrəhman qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və X4 Quba rayonu AİK-nın 15 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə Quba rayonu, Gərəy kəndi ərazisindən 4,61 ha kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi verilmiş və bu barədə JN:0021 ha Kod 30323028 saylı Torpağa Mülkiyyət Hüququna X8 verilmişdir. Həmin torpaq sahəsi (əkin və bağ sahəsi olmaqla) 4,27 ha və 0,32 ha olmaqla iki hissədədir. 4,27 ha torpaq sahəsi həmkəndliləri Cahangir İbrahimovun 2,75 ha torpaq sahəsi ilə həmsərhəddir. Cahangir həmin torpaq sahəsindən heyvanların otarılması üçün istifadə edirdi. 2017-ci ilin ortalarında Cahangir özünə məxsus torpaq sahəsini Bakı şəhər sakini Cavabdeh adlı şəxsə satmışdır. Elmira həmin sahəni çəpərə almışdır. O, özünə məxsus torpaq sahəsinin bir hissəsini aşağı hissədən buraxıb iddiaçılara məxsus sahənin təxminən 0,73 ha hissəsini zəbt etmişdir. Bu barədə Cavabdeh bildirdikdə o, Cahangirin ona həmin torpaq sahəsini satdığını və onun çəpərə aldığı sahəni də ona ölçüb verildiyini dedi. İddiaçılar ona dəfələrlə torpaq sahəsinə girdiyini və hasarın öz sahəsinin olduğu yerə, yəni təxminən 200 metr aşağı çəkilməsini desələr də, Elmira mübahisənin həllinə şərait yaratmamışdır. Bundan sonra iddiaçılar öz sahələrinə Çıxarış almaq üçün Xaçmaz rayon DƏDRX-na rəsmi ərizə ilə müraciət etmiş, onlara torpaq sahəsinin aktının bir surətinin arxivdə olmamasını bildirərək çıxarış verməmişlər. Bundan sonra 2017-ci il tarixdən torpaq sahəsinin yerinin dəqiqləşdirilməsi və Elmiranın sahəyə girməsi ilə bağlı etdiyi müraciət əsasında DƏDRX-nın əməkdaşları gəlib torpaq sahələrini yerində ölçərək onlara torpaq sahəsinin zəbt olunmadığı barədə məktub verdilər. İddiaçılar bununla razılaşmamış və yenidən DƏDRX-ya rəsmi müraciət etmişlər. Bundan sonra ora gələn komissiya üzvləri onların torpaq sahəsinin 0,73 ha hissəsinin qonşusu Elmira tərəfindən zəbt olunduğu barədə rəsmi məktub verdilər. Məhkəmə mübahisəsi zamanı "xxxx" MMCnin əməkdaşları torpağa baxış keçirməyə gələrkən, iddiaçıların iştirakını qəsdən təmin etmədən, gizli şəkildə torpağa öz istədikləri kimi baxış keçirərək, saxta arayış tərtib etməklə ekspertiza mərkəzinə təqdim etmişlər və ekspertiza mərkəzi də bu saxta arayış əsasında işin faktiki hallarının və torpaq sahələrinin rəsmi koordinatlarına uyğun gəlməyən rəy vermək məcburiyyətində qalmışdır. Belə ki, "xxxx" MMC-nin arayışından və ekspertiza mərkəzinin rəyindən ğörünür ki, mütəxəssislər Cavabdeh torpaq sahəsini satmış Cahangir İbrahimova məxsus olmuş torpaq sahəsinin AİK tərəfindən verilmiş Dövlət Aktında qeyd edilən koordinatları iddiaçıların Dövlət Aktının koordinatları ilə müqayisə etmədən, qanunsuz olaraq Reyestr xidmətinin əməkdaşları tərəfindən Cavabdeh məxsus Çıxarışın koordinatlarının onlara məxsus torpaq sahəsinin üzərinə oturdulmasını nəzərə almadan rəy vermişlər. Qeyd olunanlar əsasında birinci instansiya məhkəməsində baş vermiş maddi və prosessual hüquq pozuntuları apellyasiya kollegiyası tərəfindən aradan qaldırılmalı, mülki iş üzrə təkrar, ədalətli ekspertiza təyin edilməli, onların iştirakı təmin olunmaqla peşəkar mütəxəssislər tərəfindən Cahangir İbrahimova və onlara məxsus torpaq aktlarının koordinatlarını müqayisə etməklə mükəmməl, obyektiv və ədalətli rəy verilməlidir. ƏMDK yanında DƏDRX-nm xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin 0,73 ha hissəsi zəbt edilmişdir. Göstərilənlər əsasında apellyasiya şikayəti təmin edilməlidir. Apellyasiya baxışı zamanı ilk iddia üzrə İddiaçı5 və ilk iddia üzrə iddiaçıların vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, həmçinin iş üzrə sonuncu ekspert rəyi ilə razılaşdıqlarını bildirərək, şikayətin təmin olunmasını xahiş etdilər. Apellyasiya baxışı zamanı iştirak etdikləri məhkəmə iclasında İddiaçı1 və Hacıyeva (Daşdəmirova) Şəhla Sadıq qızı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etdilər. Qarşılıqlı iddia üzrə Cavabdeh məhkəmə kollegiyasının iclasında şikayətin rədd edilməsini, iş üzrə çıxarılmış qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, ilk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 Abdulrəhman qızı, İddiaçı3, İddiaçı4, İddiaçı6 və Hacıyeva (Daşdəmirova) Şəhla Sadıq qızı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə qeyd olunan şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Quba RİHB-nın Susay İƏV üzrə nümayəndəliyinin 2001- 2005-ci illərə aid Gərəy kəndi üzrə 4 nömrəli təsərrüfat başına kitabda vətəndaş İddiaçı1 273 saylı təsərrüfatın başçısı olub, onun 4,46 ha pay torpağının, ondan 0,25 əkin yeri olduğu qeyd edilmişdir. Yenə işdə olan Torpağa Mülkiyyət Hüququna X6 surətindən görünür ki, İddiaçı1 və onun ailə üzvlərinə Quba rayon AİK-nin xx.xx.1997-ci il tarixli, 08 nömrəli qərarı ilə xx.xx.1999-cu il tarixdə JN-0021 saylı, 30323028 kodlu torpağa mülkiyyət hüququna X8 tərtib edilərək 4,61 ha torpaq sahəsi verilmişdir. Yenə də işdə olan ƏMDK-nın yanında DƏDRX-nin İddiaçı1 göndərdiyi xx.xx.2019cu il tarixli məktubundan görünür ki, komissiya tərəfindən ona və ailə üzvlərinə məxsus torpaq sahəsinə keçirilmiş baxış zamanı 0,73 ha hissəsinin qonşu torpaq sahəsinin sahibi tərəfindən zəbt edildiyi müəyyən edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* saylı, 09 fevral 2017-ci il tarixli çıxarışından görünür ki, Quba rayonu, Gərəy kənd ərazisində 1.0 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Mülki iş materiallarında olan "xxxx" MMC-nin 01/191 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli, A141706 nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan əsas döngə nöqtələrinin koordinatları elektron xəritə üzərində yoxlanılmış, qeyd olunan koordinatların faktiki sahədən sürüşdüyü müşahidə edilmişdir. Qeyd olunanları nəzərə alaraq, sənəd üzrə göstərilən konfiqurasiya xəritədə görülən yolun konturlarına əsasən otuzdurulmuşdur. Eyni zamanda, Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsinin nöqtələri elektron xəritə üzərində yerləşdirilmiş, bu sahənin 1.0 ha olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən hər hansısa bir torpaq sahəsinin zəbt edilməsi və istifadəsi aşkar edilməmişdir. Yenə işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 10/697 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin 01/191 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, torpaq sahələrinin nöqtələri elektron xəritə üzərində otuzdurulmuşdur və Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsindən hər hansı bir formada istifadəsi aşkar edilmədiyi müəyyən edilmişdir. Mülki işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 10/429 saylı, 04 may 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin Xaçmaz Layihə Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən JN-0021 saylı, 30323028 kodlu Torpağa Mülkiyyət Hüququna X7 əsasən İddiaçı1 və onun ailə üzvlərinə verilmiş Quba rayonu, Gəray kəndində yerləşən 4,61 ha torpaq sahəsi naturada öz yerindədir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* saylı, 09 fevral 2017-ci il tarixli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Quba rayonu, Gərəy kəndində yerləşən 1,0 ha torpaq sahəsi naturada öz yerində deyil, həmin çıxarışa əsasən verilmiş torpaq sahəsinin koordinatlarında 247 metr sürüşmə vardır. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* saylı, 09 fevral 2017-ci il tarixli çıxarışa əsasən verilmiş torpaq sahəsinin koordinatlarında 247 metr sürüşmə olduğundan hüquqmüəyyənedici sənədlərinə əsasən torpaq sahələrinin üst-üstə düşməsi halını müəyyən etmək mümkün olmamışdır. JN-0021 saylı, 30323028 kodlu Torpağa Mülkiyyət Hüququna X7 əsasən İddiaçı1 və onun ailə üzvlərinə verilmiş Quba rayonu, Gəray kəndində yerləşən 4,61 ha torpaq sahəsinin mübahisə predmeti olan 4.27 ha hissəsinə Cavabdeh tərəfindən müdaxilə vardır. Torpağa Mülkiyyət Hüququna X7 əsasən İddiaçı1 və onun ailə üzvlərinə verilmiş Quba rayonu, Gəray kəndində yerləşən 4,27 ha torpaq sahəsinin şərq istiqamətindən 0.52 ha hissəsindən faktiki olaraq Cavabdeh tərəfindən istifadə edilir. MƏHKƏMƏNİNHÜQUQİMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul olunmalı, ilk iddia tələbi qismən təmin olunmalı, qarşılıqlı iddia təmin olunmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ilk iddia üzrə iddiaçılara Quba rayonu AİK-nın 15 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə Quba rayonu, Gərəy kəndi ərazisindən 4,61 ha kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi verilmiş və adlarına JN- 0021 Kod 30323028 saylı Torpağa Mülkiyyət Hüququna X8 verilmişdir. Həmin torpaq sahəsi (əkin və bağ sahəsi olmaqla) 4,27 ha və 0,32 ha olmaqla iki hissədən ibarətdir. 4,27 ha torpaq sahələri həmkəndliləri Cahangir İbrahimovun 2,75 ha torpaq sahəsi ilə həmsərhəd olmuşdur. 2017-ci ilin ortalarında Cahangir İbrahimov özünə məxsus torpaq sahəsini Bakı şəhər sakini Cavabdeh adlı şəxsə satmışdır. Cavabdeh mülkiyyətində olan torpaq sahəsi 1,0 ha-dır. İlk iddia üzrə iddiaçılar Cavabdeh onlara məxsus torpaq sahəsinin təxminən 0,73 ha hissəsini zəbt etdiyini iddia edərək məhkəməyə müraciət etmişlər. Bundan sonra Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsini, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, 09 fevral 2017-ci il qeydiyyat tarixli çıxarışla ona məxsus olan 1 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən mülkiyyət hüququnun həyata keçirilməsinə ilk iddia üzrə iddiaçılar tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə tələblə məhkəməyə müraciət etmiş, tərəflər arasında yaranmış mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan formada həll edilmiş, narazı qalan ilk iddia üzrə iddiaçılar apellyasiya şikayəti vermişlər. İddiaçılar mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini iddia edirlər. Keçirilmiş ekspertiza rəyli ilə ilk iddia üzrə iddiaçılara məxsus torpaq sahəsinin bir hissəsinin, yəni 0,52 ha hissəsinin Cavabdeh tərəfindən zəbt edildiyi müəyyən edilmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Konstitusiyanın 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. İstinad olunan maddi hüquq normalarının tələblərindən də göründüyü kimi özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Orada tikilmiş bina və qurğular maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qeyd edildiyi kimi ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh ilk iddia üzrə iddiaçılara məxsus torpaq sahəsinin 0,73 ha yox, 0,52 ha hissəsindən istifadə edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia məhz bu hissədə təmin edilməlidir, yəni Cavabdeh qanunsuz istifadə etdiyi 0,52 ha torpaq sahəsindən çıxarılmalı, torpaq sahəsi ilk iddia üzrə iddiaçılara qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 Abdulrəhman qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və Hacıyeva (Daşdəmirova) Şəhla Sadıq qızı iddia tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişlər və buna görə də onların iddiası qismən təmin olunmalı, Cavabdeh onlara məxsus 4,27 ha torpaq sahəsinin 0,52 ha hissəsindən çıxarılmalı, həmin torpaq sahəsi onlara qaytarılmalıdır. Eləcə də, məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, keçirilmiş ekspertiza nəticəsində onun özü tərəfindən ilk iddia üzrə iddiaçılara məxsus torpaq sahəsindən istifadə edildiyi müəyyən edilmiş, başqa sözlə ekspert rəyi ilə onun iddia tələbində göstərilmiş dəlilləri təkzib olunur. Belə olan halda isə, Cavabdeh tələb etdiyi kimi ilk iddia üzrə iddiaçılar tərəfindən yaradılmış maeələrin aradan qaldırılması, ona vurulmuş 4.000 manat məbləğində maddi, 10.000 manat məbləğində mənəvi ziyanın təminindən söhbət gedə bilməz. Cavabdeh öz tələbi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərinin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə məhkəmənin mülki prosessual qanunvericilikdən (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri) irəli gələn statusunun hazırkı işə tətbiqi baxımından sadalanan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh qarşılıqlı iddiasının təmin edilməsi üçün əsaslı şübhələrdən kənar sübutlar kifayət deyildir. Ona görə həmin hissədə də qətnamə ləğv edilməli və yeni qətnamə qəbul edilərək Cavabdeh qarşılıqlı iddiası təmin edilməməlidr. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual normaları pozmuşdur ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək ilk iddia qismən təmin olunmalı, qarşılıqlı iddia isə təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları Cavabdeh alınaraq, iddiaçılar İddiaçı1, İddiaçı2 Abdulrəhman qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və Hacıyeva (Daşdəmirova) Şəhla Sadıq qızına verilməli, ekspertiza xərcinin dəyəri 150 manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-270/2020 saylı, 12 iyun 2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia qismən təmin olunsun. İddiaçı1, İddiaçı2 Abdulrəhman qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və Hacıyeva (Daşdəmirova) Şəhla Sadıq qızına JN-0021 saylı, 30323028 kodlu torpağa mülkiyyət hüququna X7 əsasən məxsus olan 4,61 ha torpaq sahəsinin(4,27 ha hissəsində) 0,52 ha hissəsi Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq onlara qaytarılsın. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. İlk iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10, 40 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 5,40 manat, cəmi 15,80 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı1, İddiaçı2 Abdulrəhman qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və Hacıyeva (Daşdəmirova) Şəhla Sadıq qızına ödənilsin. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatları üçün tələb edilən cəmi 150 manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar