Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-69/2025 30.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Maraqlı şəxs2, Maraqlı şəxs1 və X6 qarşı mülki iş üzrə (Açar sözlər: miras əmlakda payın müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X29 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, cavabdehlər Maraqlı şəxs2, onun, həmçinin digər cavabdeh Maraqlı şəxs1 vəkili Vəkil1, cavabdeh X4, müstəqil tələb sürməyən üçüncü şəxs Cavabdeh, müstəqil tələb sürməyən üçüncü şəxs X15 və onun vəkili Vəkil2 iştirakı ilə, Quba Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(027)-456/2020 nömrəli qətnaməsindən cavabdehlər Maraqlı şəxs2 və Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3nun yeganə vərəsəsi kimi anası X16 tanınması ilə əlaqdar xx.xx.2012-ci il tarixli, 2V- 1324 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, ünvan 1 miras əmlakın adına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sonradan İddiaçı iddia tələbini dəqiqləşdirərək, mərhum X3nun yeganə vərəsəsi kimi anası X16 tanınması ilə bağlı, xx.xx.2012-ci il tarixli 2V-1324 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə və anasının ölümündən sonra yeganə vərəsə olmasına əsasən ünvan 1 ünvanda yerləşən miras əmlakın onun tərəfindən faktiki qəbul edildiyindən həmin evə tam şəkildə 1/1 hissədə vərəsəlik hüququnun tanınmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1989-cu il tarixdə doğulmuş və valideynlərinin rəsmi nikahından olan yeganə vərəsəsidir. İddiaçı Quba şəhəri, SMU-30, ev 17 ünvanında qeydiyyatdadır. Həmin ev ona ata və anasından miras qalmış, lakin o, valideynlərinin vəfatından sonra həmin əmlakı adına rəsmiləşdirməmişdir. Belə ki, atası 2000-ci ildə Cavabdeh ilə qeyri-rəsmi münasibətdə olmuş və sonuncudan üç qızı olmuşdur. Cavabdehin qızları ailə qurub başqa yerdə yaşasalar da, anaları Cavabdeh mübahisələndirilən evdə yaşayır. Bununla belə həmin evdə ondan başqa qeydiyyatda olan yoxdur. xx.xx.2012-ci il tarixli, 2V-1324 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X10 yeganə vərəsəsi kimi X26 tanındığı üçün miras qalmış əmlaka dair şəhadətnamənin verilməsindən imtina edilmiş, o da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.
5. Quba Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(027)-456/2020 nömrəli qətnaməsi ilə (hakim Rahim Həsənov) iddia təmin edilmiş, İddiaçı tərəfindən miras əmlak olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi faktiki qəbul edildiyindən həmin evə onun 1/1 hissədə vərəsəlik hüququnun tanınması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh iddiaçının atasının qeyri-rəsmi arvadı kimi hazırda Quba şəhəri, SMU-30, ev 17 ünvanında olan fərdi yaşayış evində yaşayır. İddiaçının X3 xx.xx.2002-ci il tarixdə vəfat etmiş, sonuncunun yeganə vərəsəsi kimi iddiaçının anası X26 tanınmış, Nazilə Əsədova xx.xx.2015-ci il tarixdə ölmüş və iddiaçı Qasımova (Əsədova) Şahnaz Əhmədağa qızı valideynlərinin rəsmi nikahından olan yeganə vərəsəsi olduğunu iddia edərək, miras əmlak olan Quba şəhəri, SMU-30, ev 17 ünvanında olan fərdi yaşayış evinin onun tərəfindən faktiki qəbul edildiyindən həmin evə tam şəkildə payının müəyyən olunmasını xahiş edir. İddiaçı mərhum X3nun yeganə vərəsəsi kimi anası X16 tanınması ilə bağlı xx.xx.2012-ci il tarixli, 2V-1324 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Quba şəhəri, SMU-30, ev 17 ünvanında yerləşən miras əmlak iddiaçı Qasımova (Əsədova) Şahnaz Əhmədağa qızı tərəfindən faktiki qəbul edilmişdir. Çünki həmin əmlak X26 tərəfindən qəbul edilmiş, o öldükdən sonra miras əmlak sayılan evdə yaşayan qızı Qasımova (Əsədova) Şahnaz Əhmədağa qızı tərəfindən həmin əmlak faktiki qəbul edildiyindən həmin evə onun 1/1 hissədə vərəsəlik hüququ tanınmalıdır.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.1, 1145, 1151.1, 1159.1, 1243-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
8. Apellyasiya məhkəməsinin icraatında olarkən iddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə Cavabdeh əsl cavabdehlərlə əvəz edilmiş, Maraqlı şəxs2, Maraqlı şəxs1 və X11 cavabdeh qismində, Cavabdeh isə üçüncü şəxs qismində işə cəlb edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Maraqlı şəxs2 və Maraqlı şəxs1 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(027)-456/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dait qətnamə qəbul edilməsini xahiş etmişlər.
10. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, 2023-cü ilin noyabr ayında mübahisə predmeti olan Quba şəhəri, SMU-30, ev 17 ünvanda yerləşən fərdi yaşayış evində yaşayan anası Cavabdeh İddiaçı tərəfindən evdən çıxması barədə təzyiq edildikdən sonra bilmişlər ki, belə bir məhkəmə qətnaməsi mövcuddur. Bundan sonra anası Cavabdeh vasitəsilə qətnamənin surətini xx.xx.2023-cü ildə əldə etmişlər. Qətnamədən də görünür ki, anası Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, işə onun iştirakı olmadan baxılaraq qərar çıxarılmışdır. İddiaçı mərhum ataları X10 yeganə vərəsəsi kimi anası X16 tanınması ilə bağlı xx.xx.2012-ci il tarixli, 2V-1324 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Quba şəhəri, SMU30, ev 17 nömrəli miras əmlakın adına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan həmin vərəsəlik hüququ haqqında şəhadətnaməyə və anasının ölümündən sonra yeganə vərəsə olmasına əsasən ünvan 1 ünvanda yerləşən miras əmlakı onun tərəfindən faktiki qəbul edildiyindən həmin evə tam şəkildə 1/1 hissədə vərəsəlik hüququnun tanınmasını xahiş etmişdir. İddiaçı iddia tələbində açıq-aşkar göstərmişdir ki, mərhum X10 qeyri-rəsmi həyat yoldaşı Cavabdeh mübahisə predmeti olan Quba şəhəri, SMU-30, ev 17 ünvanda yerləşən fərdi yaşayışı evində yaşayır və X10 Cavabdeh üç övladı vardır. Məhkəmə həmin şəxsləri, yəni onları və bacıları Məshətini maraqlı şəxs qismində məhkəmə prosesinə cəlb etmək əvəzinə heç bir məlumat verməmiş, tələm-tələsik iddiaçının sifarişini icra etmişdir. Bununla da onların mərhum X3ndan miras qalmış əmlakdan pay almaq hüquqları süni şəkildə məhdudlaşdırılmışdır. Halbuki X3 xx.xx.2002-ci il tarixdə vəfat edərkən ailəvi qaydada birgə yaşamışlar. Yəni mübahisə predmeti olan Quba şəhəri, SMU-30, ev 17 ünvanda yerləşən fərdi yaşayış evində X3, anası Cavabdeh, onlar və bacıları Məshəti həmin evdə yaşayırdılar və atasının X10 vəfatından sonra da həmin evdə yaşamaqla atalarından miras qalmış həmin evə münasibətdə miras faktiki olaraq qəbul edilmişdir. X3 vəfat edərkən X5 9 yaşı, Əsədova (Kərimova) Türkanə Əhmədağa qızının 7 yaşı, Əsədova (Babayeva) Bahar Əhmədağa qızının 1 yaşı olmuşdur. İddiaçı xx.xx.1989-cu il təvəllüdlü olmaqla X3nun rəsmi nikahda olduğu X16 birgə nikahlarından doğulmuş ögey bacılarıdır. Onun anası X26 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Bütün bu müddət ərzində mübahisə predmeti olan yaşayış evində atasının ölümündən sonra anası ilə birgə onlar yaşamışlar. Beləliklə, göstərilənlərdən tam aydın olunur ki, mərhum X3 xx.xx.2002-ci il tarixdə vəfat etdikdən sonra onun birinci növbəli vərəsələri: rəsmi nikahda olduğu həyat yoldaşı X26, qızı İddiaçı- xx.xx.1989-cu il təvəllüdlü; qızı X12-xx.xx.1992-ci il təvəllüdlü; xx.xx.2016-cı il tarixdə ailə quraraq İsayeva soyadını qəbul etmiş, qızı X13- xx.xx.1994-cü il təvəllüdlü; xx.xx.2012-ci il tarixdə ailə quraraq Kərimova soyadını qəbul etmiş, qızı X18xx.xx.2001-ci il təvəllüdlü. xx.xx.2019-cu il tarixdə ailə quraraq Babayeva soyadını qəbul etmişdir. Miras açılarkən atasından miras qalmış Quba şəhəri, SMU-30, ev 17 ünvanda yerləşən fərdi yaşayış evində yaşamaqla mirası faktiki olaraq qəbul etmişlər. Ailə quraraq başqa ünvanlara köçənə qədər, yəni uzun müddət həmin evdə yaşamışlar və anası Cavabdeh hal-hazırda da həmin evdə yaşamaqda davam edir. Qətnamədən də göründüyü kimi iddiaçı bildirmişdir ki, notariat orqanı ona vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Lakin qətnamədə məhkəmə imtinanın səbəbini araşdırmamışdır. Onların hər üçü mərhum X10 övladları olmaları işin mübahisəsiz halıdır. Atasının vəfatından sonra ər evinə köçən günə qədər atadan miras qalmış Quba şəhəri, SMU-30, ev 17 ünvanda yerləşən fərdi yaşayış evində yaşamaqla mirası faktiki qəbul etmişlər. Məhkəmənin bu iş üzrə çıxardığı qətnamə birbaşa onların hüquq və vəzifələrinə toxunur. İş üzrə İddiaçı göstərmişdir ki, xx.xx.1989-cu il tarixdə doğulmuş və valideynlərinin yeganə vərəsəsidir. Quba şəhəri, SMU-30, ev 17 ünvanda qeydiyyatdadır, həmin ev ona ata və anasından miras qalmışdır. Belə ki, atası 2000-ci ildə Cavabdeh ilə qeyri-rəsmi münasibətdə olmuş və sonuncudan üç qızı olmuşdur. Cavabdeh qızları ailə qurub başqa yerdə yaşasalar da anaları Cavabdeh mübahisələndirilən evdə yaşayır. Bu halda məhkəmə onları və bacılarını maraqlı şəxs qismində məhkəmə prosesinə cəlb etməli, mirasla əlaqədar vərəsələrdən kimlərin mirası qəbul edib-etməməsini aydınlaşdırılmalı olsa da onları məhkəmə prosesinə cəlb etməmiş və mirasla əlaqədar mübahisənin olub-olmamasını, vərəsələrin dairəsini müəyyən etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin ünvan 5 ünvanında fərdi yaşayış evi X10 adına qeydə alınmış və həmin evə Quba rayon Tİ və MHQ idarəsi tərəfindən 638 reyestr nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport işlənmişdir. Əmlakın mərhum X14 məxsus olması işin mübahisəsiz halıdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Maraqlı şəxs2 və cavabdeh Maraqlı şəxs1 vəkili Vəkil1 apellyasiya şikayətlərini müdafiə edərək bildirmişdir ki, Quba Rayon Məhkəməsinin qətnaməsi qanunsuzdur. Belə ki, iddiaçı məhkəmə iclasında atasının özündən başqa üç qız övladının olduğunu bildirmiş, buna baxmayaraq birinci instansiya məhkəməsi bu məsələni araşdırmadan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının notariat orqanına müraciətinə imtina verilməsini də araşdırmamışdır. X17 xx.xx.2022-ci ildə ölmüş, mərhumun birinci növbəli vərəsələri rəsmi nikahda olduğu həyat yoldaşı X26, qızları İddiaçı, X12, X13 və X18 olmuşlar. Təmsil etdiyi şəxslər atalarının qeyri-rəsmi nikahından doğulmuş qızlarıdır. Onlar atalarının rəsmi nikahından olan ailəsi ilə birgə yaşamış, ataları öləndə yetkinlik yaşına çatmamış və analarının vasitəsilə faktiki olaraq mirası qəbul etmişlər. Cavabdeh hazırda sözgedən evdə yaşayır. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verməmiş və vərəsələrin dairəsi müəyyənləşdirilməmişdir. İş materiallarında təmsil etdiyi şəxslərin birinci instansiya məhkəməsində məhkəmə iclaslarında iştirak etmələrini təsdiq edən sübut yoxdur. Məhkəmə digər vərəsələri araşdırmamış, miras əmlaka dair qərar qəbul edərkən onların fikrini öyrənməmişdir. Hesab edir ki, qətnamə ləğv olunaraq, icraata xitam verilməli, iddiaçı tərəfindən notariat orqanına müraciət olunmalıdır.
13. Məhkəmə kollegiyasının iclasında cavabdeh Maraqlı şəxs2 vəkilinin dedikləri ilə razı olduğunu, apellyasiya şikayətini müdafiə etdiyini bildirib, miras əmlak üzərində payının müəyyən edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında cavabdeh X11 izahat verib bildirmişdir ki, miras əmlakda payının müəyyən edilməsini xahiş edir. Mirasdan pay qismində ona 10000 manat pul verilməmişdir. Torpaq sahəsinin kiməsə satılmasından xəbəri olmamış, satılmasına da razılıq verməmişdir.
15. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahat verib bildirmişdir ki, mirsdan pay qismində qarşı tərəfə 10000 manat məbləğində pul verərək, onu üç qızı arasında bölməyini istəmiş, cavabdeh Rübabə isə 10000 manatı böyük qızı Məshətiyə vermişdir. Atası 2002-ci ildə, anası isə 2015-ci ildə qardaşının evində ölmüşdür. Hər iki ailə birgə yaşamış, atasının ölümündən sonra da birgə yaşayırdılar. Atası öləndə 13 yaşı olub. Anasının 2007-ci ildə öz qardaşının evinə getməyinin səbəbi Rübabənin qapının bağlayaraq anasının evə buraxmaması olmuşdur. O, ərə gedəndən təxminən 4-5 il sonra anası Rübabəgilin yanından qardaşıgilə getmişdir. Mübahisəli fərdi yaşayış evində Rübabə yaşayır, həmin ev onun mülkiyyətindədir. Cavabdeh evdən çıxmaq üçün ondan pul tələb etdiyindən, 0.02 ha torpaq sahəsini sataraq ona 10000 manat məbləğində pul vermişdir. Torpaq sahəsini satdıqdan sonra cavabdehə evdən çıxması üçün 10000 manat məbləğində pul vəsaiti vermiş, cavabdeh bir həftəyə evdən çıxacağını bildirsə də evdən çıxmamış, daha çox pul tələb etməyə başlamışdır. Cavabdeh qızı Məshətinin evinin olmadığını bildirərək aldığı 10000 manatı ona vermişdir. xx.xx.2023-cü ildə torpağın bir hissəsini satdıqdan təxminən 1-2 gün sonra pulu qarşı tərəfə vermişdir. Cavabdehin qızları miras əmlakla bağlı məhkəməyə müraciət etməyindən xəbərdar olub, Quba Rayon Məhkəməsində məhkəmə iclasında iştirak ediblər. Cavabdehin atasından qalan mirasdan pay almağa haqqı yoxdur, atası ilə qeyri-rəsmi nikahda olduğundan vərəsə hesab olunmur. Ana və atası evi birgə nikah dövründə əldə ediblər. Əmlakın ½ hissəsindən, yəni atasının payından bacılarına pay verilməsinə etiraz etmir. Belə ki, evi sataraq pul halında digər iki bacısının da payını verə bilər.
16. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Cavabdeh bildirdi ki, 1990-cı ildən faktiki ailə qurmuş, həmin vaxtdan bu günədək ünvan 2 ünvanında yaşayır. İddiaçı və onun əri dəfələrlə yanına gəlmiş, evi 90000 manata satdıqlarını bildirmiş və onu qorxudaraq evdən çıxmağını tələb etmişlər. Əri Nazilə xanımla ondan qabaq rəsmi nikahda olmuşdur. 1990-cı ildə həmin evə gələndə Nazilə həmin evdə olmuş, Nazilə ərinin ölümündən sonra çıxıb getmişdir. Sonuncu qızı 2019-cu ildə nikaha girib, o vaxta qədər həmin evdə yaşamışlar. Məhkəmə prosesindən xəbəri olmamış, qardaşı iddiaçının ona qarşı iddia ərizəsi ilə məhkəmə müraciət etdiyini bildirmişdir. Ev iddiaçının valideynlərinin birgə nikahı dövründə əldə olunub, iddiaçının atası ilə ailə quranda həmin ev mövcud olmuşdur. İddiaçının ona 10000 manat məbləğində pul vəsaiti verməsi ilə bağlı dedikləri həqiqəti əks etdirmir.
17. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X27 izahat verərək bildirmişdir ki, iddiaçıdan notariat orqanında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında torpaq sahəsinin bir hissəsini 32000 manata almışdır. Lakin hazırda torpaq sahəsinə çıxarış ala bilmir. Verdiyi pulun 10000 manatını halallıq olması üçün iddiaçı cavabdehə verib. Tərəflər arasında mübahisə yarandığı zaman Məshətinin əri və dayıları onu çağırmış, torpaq sahəsini bütünlüklə alqı-satqı əsasında aldığını düşünmüşlər. O isə onlara yalnız müəyyən hissəni aldığını bildirmişdir. Mübahisə zamanı orada olarkən Məshətinin əri Saleh 10000 manat pul aldığını etiraf etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X15 nümayəndəsi və vəkili Vəkil2 izahat verib bildirmişdir ki, təmsil etdiyi şəxs iddiaçıdan notariat orqanında alqı-satqı əsasında torpaq sahəsi almışdır, o vicdanlı alıcıdır. Vərəsəlik məsələsinin həlli zamanı Samirin hüquqları pozula bilməz. Torpaq sahəsi iddiaçı tərəfindən təmsil etdiyi şəxsə satıldıqdan sonra Samirin verdiyi ödənişdən 10000 manat məbləğində pul vəsaiti cavabdehə verilmişdir. Məqsəd mirasla bağlı mübahisəni həll etmək olmuşdur. Alqı-satqı müqaviləsi bağlanılan zaman Samirin əmlakla bağlı hər hansı mübahisənin olması, digər vərəsələrinin mövcudluğu barədə məlumatı olmamışdır. İddiaçı bacılarına pay verilməsinə etirazı olmadığını bildirir. Buna görə də əmlakın vərəsələr arasında paylara bölünməsi zamanı təmsil etdiyi şəxsin alqı-satqı müqaviləsi əsasında əldə etdiyi hissə nəzərə alınaraq, miras əmlakına daxil edilməsin.
İşdə olan sübutlar
19. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X19 arasında 10 iyul 1977-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Əsədov, arvada Əsədova soyadı verilmişdir.
20. Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin 15 oktyabr 1992-ci il tarixli, 74 nömrəli sərəncamının surətindən görünür ki, X14 ayrılmış 400 kv.m torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir.
21. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi idarəsinin ünvan 5 ünvanında fərdi yaşayış evi X10 adına qeydə alınmış və həmin evə Quba rayon Tİ və MHQ idarəsi tərəfindən 638 reyestr nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport işlənmişdir. 22.Ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X17 xx.xx.2002-ci il tarixdə, X26 xx.xx.2015-ci il tarixdə ölmüşdür.
23. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2012-ci il tarixli şəhadətnamədən görünür ki, X10 yeganə vərəsəsi kimi arvadı X26 tanınmış miras əmlak kimi Quba 3409 nömrəli filialda A-6569 saylı hesab üzrə qoyulmuş əmanət pul müəyyən edilmişdir.
24. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Quba rayonu, SMU-30 y/s, ev 17 (0,048 ha torpaq sahəsi) X8 adına xx.xx.2023-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır.
25. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli Şəhadətnamədən görünür ki, X10 vərəsəsi İddiaçıdır, şəhadətnamə verilən miras əmlak xx.xx.2023-cü il tarixdə X14 verilmiş **********68-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışa əsasən ünvan 8 ünvanında yerləşən 67 kv.m olan fərdi yaşayış evindən ibarətdir.
26. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Quba rayonu, SMU-30 y/s, ev 17 (0,048 ha torpaq sahəsi) İddiaçı adına **********68-10301 reyestr, ********** nömrəsi ilə xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
27. xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 0,048 ha olan torpaq sahəsinin 0,0268 ha hissəsini X20 31600 manata satmışdır.
28. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş Quba rayon Regional “ASAN Xidməti” mərkəzinin notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli, 4Ə- 3117 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 0,048 ha torpaq sahəsinin 0,0268 ha hissədə bölünməsi nəticəsində əldə olunan torpaq sahəsi üzərində mübahisə mövcud olduğundan nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Həmçinin, xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin təsdiq edilməsi üçün əsas olmuş, xx.xx.2023-cü il tarixdə verilmiş **********68-10301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixdə, ********** nömrəli çıxarışda torpaq sahəsinin satıcı tərəfə deyil, digər şəxsə məxsus olması müəyyən edilmişdir.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
30. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 236-1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. 236-1.2. Məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.
Apellyasiya baxışının hədləri
32. Məhkəmə kollegiyası tərəfindən Quba Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(027)-456/2020 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(027)-456/2020 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməlidir.
34. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçının tələbi miras qalmış əmlak üzərində payın müəyyən edilməsi ilə bağlı olmaqla, həmin tələb üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh miras qoyanın vərəsəsi olmamış, onun qanun üzrə birinci növbədən vərəsələri Maraqlı şəxs2, Maraqlı şəxs1 və X11 olmuşdur. Yəni, Cavabdeh ümumiyyətlə iddiaya cavab verməli olmayan şəxs olmuşdur. Belə ki, iddia qaldırılan zaman onun qızları olan Maraqlı şəxs2, Maraqlı şəxs1 və X4 hər biri yetkinlik yaşına çatmış şəxs olmuşdur. Birinci instansiya məhkəməsi isə iddianın iddiaya cavab verməli olmayan şəxsə qarşı verilməsini nəzərə almadan, Mülki Prosessual Məcəllənin 14-cü maddəsinin tələbini pozmaqla, cavabdehi əsl cavabdeh ilə əvəz edilməsi məsələsini həll etmədən işə mahiyyəti üzrə baxmışdır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin əsl cavabdehlə əvəz edilməsi məsələsi birinci instansiya məhkəməsində işə baxılan zaman həll edilməli olan məsələ olsa da birinci instansiya məhkəməsinin Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinin tələbini pozması baxımından məhkəmə kollegiyası tərəfindən həmin maddənin tələbinə müvafiq olaraq, iddiaçıya prosessual hüquqlarının həyata keçməsinə köməklik göstərilərək, cavabdehin əsl cavabdehlərlə əvəz edilməsi iddiaçıya təklif edilmiş, iddiaçı da məhkəməyə ərizə təqdim edərək, Cavabdeh əsl cavabdehlər Maraqlı şəxs2, Maraqlı şəxs1 və X11 ilə əvəz edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə kollegiyasının qərardadı ilə isə Cavabdeh əsl cavabdehlər Maraqlı şəxs2, Maraqlı şəxs1 və X11 ilə əvəz edilmişdir.
36. Məhkəmə kollegiyasının iclasında isə müəyyən edilmişdir ki, miras qoyan X17 ilə X26 arasında 10 iyul 1977-ci il tarixdə nikah bağlanmış, onların bu nikahından hazırkı iddia üzrə İddiaçı adlı övladları olmuşdur. Həmçinin, miras qoyan X10 hazırkı iş üzrə müstəqil tələb sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Cavabdeh ilə birgə evliliyindən Maraqlı şəxs2, Maraqlı şəxs1 və X11 adlı övladları doğulmuşdur.
37. Miras qoyan X17 ilə X26 birgə nikah dövründə ünvan 11 ünvanında 0,048 ha torpaq sahəsində 67 kv.m sahədən ibarət fərdi yaşayış evini əldə etmişlər ki, Mülki Məcəllənin 214.1-ci maddəsinin tələbinə müvafiq olaraq, həmin əmlak üzərində X10 və X16 hər birinin ½ hissədə payı olmuşdur.
38. X17 xx.xx.2002-ci il tarixdə ölmüşdür ki, onun ünvan 11 ünvanında 0,048 ha torpaq sahəsində 67 kv.m sahədən ibarət fərdi yaşayış evi üzərində olan 1/2 (ikidə bir) hissədə olan payına miras açılmışdır.
39. Mirasın açılması ilə miras qoyan X10 birinci növbədən vərəsələri İddiaçı, X2 Türkanə Əhmədağa qızı, Maraqlı şəxs1 və X11 miras əmlak olan fərdi yaşayış evində yaşamaqla mirası qəbul edərək, hər biri miras əmlakdan bərəbər hissədə pay almaqla, X26 6/10 (onda altı), digər vərəsələr isə hər biri 1/10 (onda bir) hissədə paya malik olmuşlar.
40. X26 isə xx.xx.2015-ci il tarixdə ölmüşdür ki, X16 ünvan 11 ünvanında 0,048 ha torpaq sahəsində 67 kv.m sahədən ibarət fərdi yaşayış evi üzərində olan 1/2 (ikidə bir) hissədə olan payına miras açılmış, onun birinci növbədən yalnız bir vərəsəsi-İddiaçı mirası qəbul etmişdir ki, bununla da miras qalmış əmlak üzərində İddiaçı 7/10 (onda yeddi), Maraqlı şəxs2 1/10 (onda bir), Maraqlı şəxs1 1/10 (onda bir) və X4 1/10 (onda bir) hissədə müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi isə miras qoyan X10 vərəsələri olan Maraqlı şəxs2, Maraqlı şəxs1 və X9 işə cəlb etmədən, miras qoyanın vərəsəsi olmayan və iş üzrə iddiaya cavab verməli olmayan Cavabdeh münasibətdə işə baxaraq, miras əmlak üzərində iddiaçının tam olaraq payını müəyyən etməklə, düzgün olmayan nəticəyə gəlmişdir.
41. Məhkəmə kollegiyasının iclasında həmçinin müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsasında İddiaçı miras qalmış əmlaka dair xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əldə edərək, həmin əmlak üzərində tam olaraq mülkiyyət hüququnu daşınmaz əlakın dövlət reyestrində qeydə aldırmış, xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən isə mülkiyyətinə keçirdiyi fərdi yaşayış evinin yerləşdiyi 0,048 ha olan torpaq sahəsinin 0,0268 ha hissəsini 31600 manata X1. Lakin, X27 torpaq sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldıra bilməmişdir.
42. Göründüyü kimi miras qalmış əmlakın 0,0268 ha hissəsi əqd əsasında özgəninkiləşdirildiyindən, həmin hissədə payın müəyyən edilməsi də mümkünsüz olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(027)-456/2020 nömrəli qətnaməsi ləğv edilməli, qətnamənin icrasında dönüş edilərək, xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və mübahisəli əmlaka dar İddiaçı mülkiyyət hüququna dair **********68-10301 reyestr, ********** nömrəli, xx.xx.2023cü il tarixli qeyd ləğv edilməli, iddia qismən təmin edilməli, miras qalmış ünvan 11 ünvanındakı 0,0212 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 67 kv.m sahədən ibarət fərdi yaşayış evinin üzərində İddiaçı 7/10 (onda yeddi), Maraqlı şəxs2 1/10 (onda bir), Maraqlı şəxs1 1/10 (onda bir) və X4 1/10 (onda bir) hissədə payları müəyyən olunmalıdır.
43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş üzrə iddiaçı torpağın alqısatqısından əldə etdiyi 31600 manat pulun 10000 manatını mirasdan pay qismində üçüncü şəxs Cavabdeh vasitəsi ilə cavabdehlərə verdiyini iddia etmişdir ki, iddiaçının bu iddiası, o cümədən fərdi yaşayış evinin yerləşdiyi 0,048 ha olan torpaq sahəsinin 0,0268 ha hissəsinin alqı-satqısına və buna müvafiq olaraq həmin hissədə olan əmlak üzərində vərəsəlik paylarına dair mövcud ola biləcək mübahisə hazırkı iddianının predmetinə aid olmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, tərəflər qeyd olunan predmetlərlə bağlı mübahisə mövcud olduğu təqdirdə ayrca iddia tələbləri ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər.
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ
Apellyasiya şikayətləri qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(027)-456/2020 nömrəli qətnaməsi ləğv edilsin. Quba Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(027)-456/2020 nömrəli qətnaməsinin icrasında dönüş edilsin. Quba Regional “ASAN Xidmət” mərkəzindı notariat ofisi tərəfindən verilmiş, xx.xx.2023-cü il tarixli, 2V-1425 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və mübahisəli əmlaka dair İddiaçı mülkiyyət hüququna dair **********68- 10301 reyestr, ********** nömrəli, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestindəki qeyd ləğv edilsin. İddia qismən təmin olunsun. ünvan 11 ünvanındakı 0,0212 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 67 kv.m sahədən ibarət fərdi yaşayış evinin üzərində İddiaçı 7/10 (onda yeddi), Maraqlı şəxs2 1/10 (onda bir), Maraqlı şəxs1 1/10 (onda bir) və X4 1/10 (onda bir) hissədə payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.