Məhkəmə qərarları › İş №2(105)-692/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-692/2023

13.04.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-692/2023 13.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və X15 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə4, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh Xırdalan şəhər 1 saylı tam orta məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi boşdayanmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(012)- 4887/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Xırdalan şəhər 1 saylı tam orta məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi boşdayanmaya görə əmək haqqının ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən çıxarılması ilə bağlı verilmiş xx.xx.2022-ci il tarixli, 225 nömrəli əmrin ləğv edilməsi, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xırdalan şəhər 1 nömrəli tam orta məktəb tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə müvəqqəti əmək qabiliyyətinin olmaması vərəqəsinin müddəti bitdiyi gündən xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 225 nömrəli əmr verilmişdir. Həmin əmrdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı işində yol verdiyi kobud nöqsanlara və maliyyə pozuntusuna görə əmək müqaviləsinə müvəqqəti əmək qabiliyyətinin olmaması vərəqəsinin müddəti bitdiyi gündən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əsas olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli K-59 nömrəli əmri və məktəb Həmkarlar İttifaqı Komitəsinin 01 nömrəli xx.xx.2022-ci il tarixli məktubu göstərilmişdir. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bərpa edilməsinə, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Belə ki, o, xx.xx.2022-ci il tarixdən əmək qabiliyyətini müvəqqəti itirdiyi üçün xx.xx.2022-ci il tarixədək işdə olmamışdır. İşdə olmadığı müddətdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilməzdi. Beləliklə, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən qanunvericilik aktlarının tələblərinə riayət edilməmiş və əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Abşeron Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(012)-4887/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Xırdalan şəhər 1 saylı tam orta məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi boşdayanmaya görə əmək haqqının ödənilməsi” barədə iddia tələbi təmin edilməmişdir (hakim Məlahət Abbasova). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(012)-4887/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh Xırdalan şəhər 1 nömrəli tam orta məktəb tərəfindən həmin məktəbdə təlimtərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmiş hüquqlarını təmsil etdiyi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə İddiaçı hüquqları kobud pozulmaqla, qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq edilməməklə əsassız olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Cavabdeh Xırdalan şəhər 1 nömrəli tam orta məktəb İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə əsas kimi "Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli, K-59 nömrəli əmrinin icrası" barədə xx.xx.2022-ci il tarixli, 225 nömrəli əmri göstərilir. Məhz bu əmrin icrası ilə bağlı xx.xx.2022-ci il tarixində verilmiş 257 nömrəli əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Bundan başqa Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin qeyd edilən xx.xx.2022-ci il tarixli, 225 nömrəli əmrində Abşeron-Xızı Regional Təhsil İdarəsinin "İntizam tənbehinin tətbiqi barədə" xx.xx.2022-ci il tarixli, K-59 nömrəli əmrinə istinad edilərək, əmrin verilməsinə əsas kimi Təhsil İdarəsinin əmrində göstərilən tapşırıqların icra edilməsi göstərilir. Təhsil İdarəsinin əmrinin 1.1-ci bəndinə əsasən, işlərində yol verdikləri kobud nöqsanlara və maliyyə pozuntusuna görə qanunvericiliyə uyğun qaydada məktəbin Həmkarlar Komitəsi ilə razılaşdırmaqla müvafiq vəzifəli şəxslərlə (o cümlədən İddiaçı ilə) bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi məktəbin direktoru vəzifəsini icra edən Təranə Abdullayevaya tapşırılmışdır. Məlum olur ki, Xırdalan şəhər 1 nömrəli tam orta məktəb Təhsil İdarəsinin qeyd edilən əmrini əsas götürməklə, onun məzmunundan kənara çıxmamışdır. Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin qeyd edilən xx.xx.2022-ci il tarixli, 225 nömrəli əmrində qeyd olunur: "Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli, K-59 nömrəli əmrini rəhbər tutaraq direktor müavinlərinə xx.xx.2022-ci il tarixdən aşağıda qeyd olunan intizam tənbehləri tədbiq olunsun. Ardınca qanuna uyğun olmayan ifadələrdən istifadə olunaraq, 1-ci bəndində qeyd olunur: "1. İşlərində yol verdikləri kobud nöqsanlara və maliyyə pozuntusuna görə qanunvericiliyə uyğun qaydada məktəbin Həmkarlar Komitəsi ilə razılaşma əsasında aşağıdakı adları qeyd olunan direktor müavinləri ilə bağlanmış əmək müqaviləsinə (bu halda İddiaçı nəzərdə tutulur) müvəqqəti əmək qabiliyyətinin olmaması vərəqəsinin müddəti bitdiyi gündən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilsin". Lakin Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli, K-59 nömrəli əmrinin 1.1-ci bəndində məktəbin vəzifəli şəxsləri ilə bağlanmış əmək müqavilələrinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi tələbinin qeyd olunmasına baxmayaraq, həmin əmrin digər bəndlərindən fərqli olaraq əmrin 1.1-ci bəndində göstərilən məktəbin vəzifəli şəxsləri "işlərində yol verdikləri kobud nöqsanlara və maliyyə pozuntusuna görə" hansı nöqsana yol verdikləri və onlar barəsində hansı intizam tənbehlərindən birinin verilməli olduğu ilə bağlı heç bir izah verilməmişdir. Həmin hal cavabdeh Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin xx.xx.2022-ci il tarixli, 225 nömrəli əmrində İddiaçı tərəfindən əmək və icra intizamının pozulmasına görə onun barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulan Məcəllənin müvafiq normasına istinad edilməklə hansı intizam tənbehlərindən birinin verilməsi qeyd olunmamışdır. Qeyd edir ki, məzmununa və mahiyyətinə görə Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin xx.xx.2022ci il tarixli, 225 nömrəli əmri intizam tənbehi hesab edilir. Eyni zamanda iş materiallarında olan "Abşeron Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin Poliklinika şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş SN00007 nömrəli, ******* seriyalı əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən 02 iyun 2022-ci il tarixdən 07 iyun 2022-ci il tarixinədək, "Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsin 25 nömrəli Poliklinika şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş SN 00007 nömrəli, ******* seriyalı əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən 08 iyun 2022-ci il tarixindən 08 iyul 2022-ci il tarixinədək İddiaçı həqiqətən davamlı olaraq əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar işə çıxmamışdır. Məlumdur ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Lakin İddiaçı xx.xx.2022-ci il tarixdən işə çıxdıqdan sonra cavabdeh Xırdalan şəhər 1 nömrəli tam orta məktəbinin "Əmrin icrası barədə" adlanan 13 iyul 2022-ci il tarixli, 257 nömrəli əmrinə əsasən, İddiaçı əmək qabiliyyəti bərpa olunduğunu nəzərə alaraq, Məktəbin xx.xx.2022-ci il tarixli, 225 nömrəli əmrinin icrası təmin edilməklə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 13 iyul 2022-ci il tarixdən xitam verilmişdir. Bundan başqa məhkəmənin qətnaməsində qeyd olunur ki, "......məktəbin xx.xx.2022-ci il tarixli, 225 saylı əmrindən görünür ki, bu əmrin verilməsinə əsas məktəbdə aparılmış yoxlama zamanı bəzi direktor müavinlərinin, o cümlədən İddiaçı işlərində yol verdikləri kobud səhvlər, fəaliyyətlərindəki qanunsuzluqlar olmuşdur. İşdə olan bir sıra mötəbər sənədlərdən görünür ki, İddiaçı direktor müavini kimi əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini düzgün yerinə yetirməmişdir......” Bununla bağlı bildirir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci və 3-cü hissələrinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Məhkəmə işə baxarkən İddiaçı xx.xx.2022-ci il tarixli 225 nömrəli əmrində göstərilmiş nöqsana yol verilməsində təqsirinin olub-olmaması ilə bağlı işəgötürən Xırdalan şəhər 1 nömrəli tam orta məktəb tərəfindən araşdırılma aparılmamasını, ondan izahat tələb edilmədiyini nəzərə alınmamış və hüquqi qiymət verməmişdir. İşəgötürənin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmçinin İddiaçı davamlı olaraq xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar işə çıxmadığı nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 189-cu maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Məhkəmə hazırkı iş üzrə qətnaməsində həmçinin qeyd edir ki, "......Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin X17 xx.xx.2022-ci il tarixli, 40 nömrəli protokolunda İddiaçı yol verdiyi nöqsanlarda təqsiri barədə gəldiyi nəticə tam əsaslı olduğu üçün həmin Təşkilatın əmək müqaviləsinə xitam verilməsi ilə bağlı verdiyi razılığı işəgötürənin əmək müqaviləsinə xitam verilməsi barədə əmri qanunidir......" Hesab edirlər ki, məktəbin Həmkarlar Təşkilatının qəbul etdiyi qərar qərəzli, qanunsuz və əsassız olmaqla işçinin deyil, işəgötürənin maraqlarının müdafiəsinə yönəlmişdir. Həmkarlar Təşkilatı öz qərarında işçi təqsirli olub-olmadığı, işəgötürənin əsas gətirdiyi sübutların nədən ibarət olması və işçi barəsində işəgötürən tərəfindən hansı intizam tənbehlərindən birinin verilməsi nəzərdə tutulduğuna aydınlıq gətirməmişdir. Həmçinin İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2022ci il tarixinədək davamlı olaraq əmək qabiliyyətinin müvəqqəti itirilməsinə Həmkarlar Təşkilatı münasibət bildirilməmiş, İddiaçı əmək qabiliyyətinin olmamasını bilərək Həmkarlar Təşkilatının iclasına gəlməsi təkid edilmişdir. Qeyd olunanlardan əlavə bildirirlər ki, iddiaçı Rayon Həmkarlar Təşkilatının üzvü olduğundan, onun işdən çıxarılmasına münasibət məktəbin Həmkarlar Təşkilatı deyil, Rayon Həmkarlar Təşkilatı baxaraq münasibət bildirməli idi. "Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən, həmkarlar ittifaqlarının işəgötürən tərəfindən əmək və həmkarlar ittifaqları haqqında, habelə sosial, iqtisadi məsələlər barədə qanunvericiliyə əməl olunmasını və aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etmək hüququ var. Həmkarlar ittifaqları öz üzvlərinin hüquqlarını müdafiə etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə və məhkəmədə nümayəndəlik vəzifəsini yerinə yetirə bilərlər. Həmkarlar ittifaqları öz üzvlərinə hüquqi yardım xidmətlərini müstəqil surətdə təşkil edir və bu məqsədlə həmkarlar ittifaqları hüquq müfəttişliyi, hüquqi ekspert qrupları, firmaları və başqa orqanlar yarada bilərlər. Buna baxmayaraq, Məktəbin Həmkarlar Təşkilatı işəgötürənin maraqlarına xidmət edərək onun tərəfindən işçi barəsində yol verilmiş qanun pozuntularını dəstəkləmişdir. Məhkəmə də öz növbəsində bu dəstəyin "qanuni" olduğunu və işəgötürənin yol verdiyi qanunsuzluqlara səhv qiymət vermişdir. Məhkəmə Qətnamədə digər əsassız nəticəyə gələrək qeyd edir ki, "......iddiaçının əmrin qanunsuzluğu barədə dəlillərindən biri ondan ibarətdir ki, o, işdən azad olunarkən əmək qabiliyyətli olmamış, müalicədə olmuşdur. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının işdən azad olunduğu tarixdə, yəni xx.xx.2022-ci il tarixdə onun əmək qabiliyyətli olmaması barədə işdə hər hansı sübut yoxdur. İşdəki sənədlərdən müəyyən edilir ki, İddiaçı müalicə almış və xx.xx.2022-ci ildə işə çıxmış, bundan 4 gün sonra isə müvafiq əmrlə işdən azad edilmişdir. İddiaçı digər dəlili isə müvafiq sistem (“ƏMAS” portalı) üzrə işdən azad edilmə barədə əmrin tarixinin xx.xx.2022-ci il kimi göstərilməsi olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin məsələ texniki səhv olmuş, sistemə düzəliş edilməsi barədə məktəb rəhbərliyi müvafiq quruma müraciət etmiş, texniki səhvin aradan qaldırılmasına köməklik göstərilməsi xahiş edilmişdir. Belə ki, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin X24 Xidmətinə verdiyi xx.xx.2022-ci il tarixli, 56 saylı məlumatdan görünür ki, “ƏMAS” portalında məktəbin direktor müavinləri X6 və İddiaçı əmək müqaviləsinə xitam verərkən mexaniki səhv nəticəsində xx.xx.2022-ci il əvəzinə xx.xx.2022-ci il tarixi qeyd olunmuşdur. İşə məsul şəxs barəsində intizam tənbehi görülmüşdür. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilərkən Xırdalan şəhər 1 nömrəli tam orta məktəb tərəfindən əmək qanunvericiliyi pozulmamış, bu xüsusda əmək qanunvericiliyində nəzərdə tutulmuş bütün tələblər yerinə yetirilmişdir. İşin bu halları məhkəməyə təqdim edilən sənədlərlə sübut olunur. İş materialları ilə iddiaçının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin təsiri dairəsinə düşməsi öz təsdiqini tapmamışdır......." Göründüyü kimi məhkəmə qətnaməsində əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq cavabdehin mövqeyini təmin etmişdir. İş materiallarına əlavə olunmuş ƏMAS (əmək müqaviləsi alt sistemi) elektron informasiya sistemindən çıxarışlardan göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ƏMAS elektron informasiya sisteminə xx.xx.2022-ci il tarixində daxil edilmişdir. Belə olan halda məhkəmənin qətnaməsində "Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin X24 Xidmətinə verdiyi xx.xx.2022-ci il tarixli, 56 saylı məlumatdan görünür ki, “EMAS” portalında məktəbin direktor müavinləri X6 və İddiaçı əmək müqaviləsinə xitam verərkən mexaniki səhv nəticəsində xx.xx.2022-ci il əvəzinə xx.xx.2022-ci il tarixi qeyd olunması" barədə arqumenti əsassızdır. Belə ki, ƏMAS elektron informasiya sistemində cavabdeh Xırdalan şəhər 1nömrəli tam orta məktəbin müraciəti ilə əlaqədar xx.xx.2022-ci il tarixinin xx.xx.2022-ci il tarixinə dəyişdirilməsi ilə bağlı heç bir düzəliş aparılmamışdır. Belə olan halda Abşeron Rayon Məhkəməsi qətnaməsində "iddiaçının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin təsiri dairəsinə düşməsi öz təsdiqini tapmamışdır" qeyd etməklə səvh nəticəyə gəlmişdir. Eyni zamanda İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilən zaman aparılmış rəsmiləşdirmə zamanı kobud qanun pozuntularına yol verilməsi ilə aparılmasına dair məhkəmə tərəfindən heç bir münasibət bildirilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə tərəfindən cavabdeh Xırdalan şəhər 1 nömrəli tam orta məktəb tərəfindən işçi ilə əmək müqaviləsinə xitam verilərkən əmrin surətinin, əmək kitabçasının və son haqq-hesabın işçiyə verilməsi məsələsini araşdırmamışdır. Nəzərə alınmalıdır ki, əmək müqaviləsinin xitam verilməsindən xeyli müddətin (6 aydan artıq) keçməsinə baxmayaraq, cavabdeh tərəfindən İddiaçı əmrin surəti, əmək kitabçası təqdim edilməmişdir. İddiaçı ilə aparılmış son haqq-hesab isə hissə-hissə ödənilərək 2022-ci ilin sentyabr ayında tamamlanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə" xx.xx.1996-cı il tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və tərtibi Qaydaları"nın 6.1 və 6.2-ci bəndlərinə əsasən, işdən çıxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi xitam oldunduğu gün (sonuncu iş günü) verilir. İşdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə ona bildiriş göndərir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən, əmək müqaviləsinin xitamı ilə əlaqədar işdən çıxan işçiyə əmək kitabçası qaytarıldıqda (verildikdə) ona şəxsi vərəqəsində və əmək kitabçalarının uçotu kitabında imza etdirilir. Lakin qeyd etdiyi kimi, İddiaçı əmək kitabçası bu günədək cavabdeh tərəfindən ona təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. İşin hallarından göründüyü kimi, İddiaçı hüquqları bu halda da cavabdeh tərəfindən kobud pozulmuş, onunla son haqq-hesab sonuncu gün deyil, bir neçə ay ərzində hissəhissə aparılmışdır. Bundan başqa İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar verilmiş "Əmrin icrası barədə" xx.xx.2022-ci il tarixli, 257 nömrəli əmr işçiyə rəsmi qaydada verilməməklə yanaşı, əmrin tərtib olunması zamanı nöqsanlara yol verilmişdir. Əmrin məzmunundan göründüyü kimi bu əmrin verilməsi məqsədi məktəbin xx.xx.2022-ci il tarixli, 225 nömrəli əmrinin icrası olmuşdur. Lakin qeyd etdiyi kimi məktəbin nə xx.xx.2022-ci il tarixli, 225 nömrəli, nə də ki həmin əmrin icrası ilə bağlı verilmiş xx.xx.2022-ci il tarixli, 257 nömrəli əmrində əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilməsinə əsas olmuş hər hansısa bir hüquqi əsas müəyyən olunmamışdır. Əmək Məcəlləsinin 84-cü maddəsinin 2ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Lakin işə baxmış Abşeron Rayon Məhkəməsi bu halları görmədən keçmiş, açıq aydın üzdə olan hüquq pozuntularına hüquqi qiymət verməmişdir. Bundan əlavə məktəbin əmrlərin qeydiyyatı kitabına nəzər yetirsək görərik ki, həmin kitabda İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı aparılmış qeydiyyat hissəsində həmin vaxtı əmək məzuniyyətində olmuş direktor əvəzi Nümayəndə1 imza etmişdir. Nümayəndə1 255 saylı əmrə əsasən xx.xx.2022-ci il tarixdən 25 avqust 2022-ci il tarixədək 56 gün müddətində əmək məzuniyyətində olmuşdur. Beləliklə, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən qanunvericilik aktlarının tələblərinə riayət edilməmiş və əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddiaçının iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir. İş materiallarında olan ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2006-cı ildə Xırdalan şəhər 1 saylı tam orta məktəbdə kimya müəllimi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 225 saylı əmrin surətindən görünür ki, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin direktor səlahiyyətlərini müvəqqəti olaraq icra edən Nümayəndə1 Abşeron-Xızı Regional Təhsil İdarəsinə daxil olmuş təqdimatı əsasında xx.xx.2022-ci il tarixli F-01 nömrəli əmrə uyğun olaraq məktəbdə yoxlama aparılmış və bir sıra ciddi nöqsanlar aşkar olunmuşdur. Belə ki, direktor müavinləri və fənn müəllimlərinin tarifləşmə siyahısında digər müəllimlərin adına yazılmış sinif rəhbərliyi üçün ödənilən pul vəsaitini mənimsəməsi, eləcə də diaqnostik qiymətləndirmə balı aşağı olan müəllimlərin digərlərinin adına tarifləşmiş dərs saatları tədris etmələri ciddi maliyyə pozuntusu olaraq üzə çıxarılmışdır. Eləcə də təhsil müəssisəsindəki maddi-tədris bazanın mövcudluğu nəzərə alınmadan siniflər müvafiq fənlərdən yarım qruplara bölünmüş, lakin bir çoxunun eyni sinif otağında bir müəllim tərəfindən tədris olunduğu, bununla da Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, F415 nömrəli əmrinin tələbinin pozulduğu müəyyən edilmişdir. Bundan əlavə, dərnək və fakultativ məşğələlər üçün ümumiləşdirilmiş və təsdiq edilmiş cədvəl hazırlanmamış, məşğələlərin bir çoxu tədris edilməmişdir. Fərdi təhsil dərslərinin və əvəz edilən dərslərin tədris olunması prosesinə də məsuliyyətsiz yanaşılmış və çox miqdarda keçirilməmiş dərs saatları üçün ödənilmiş pul vəsaiti direktor müavinləri tərəfindən mənimsənilmişdir. Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli K-59 nömrəli əmrini rəhbər tutaraq direktor müavinlərinə xx.xx.2022-ci il tarixdən aşağıda qeyd olunan intizam tənbehləri tətbiq olunmuşdur. İşlərində yol verdikləri kobud nöqsanlara və maliyyə pozuntusuna görə qanunvericiliyə uyğun qaydada məktəbin Həmkarlar Komitəsi ilə razılaşma əsasında direktor müavinləri ilə (o cümlədən təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə) bağlanmış əmək müqaviləsinə müvəqqəti əmək qabiliyyətinin olmaması vərəqəsinin müddəti bitdiyi gündən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir (buna əsas kimi Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli, K-59 nömrəli əmri və məktəb Həmkarlar İttifaqı Komitəsinin 01 nömrəli xx.xx.2022-ci il tarixli məktubu göstərilmişdir). İşdə olan əmək qabiliyyətinin olmaması barədə ******* saylı vərəqənin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək, ******* saylı vərəqəyə əsasən isə xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək xəstəlik səbəbindən işdən azad olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 257 saylı əmrin surətindən görünür ki, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin xx.xx.2022-ci il tarixli 225 nömrəli əmrinin icrasının təmin edilməsi və təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi, ona sonuncu haqq-hesabın ödənilməsi qərara alınmışdır. İşdə olan hesablama qeydinin surətindən görünür ki, İddiaçı son haqq-hesab kimi 1304,30 manat pul hesablanmışdır. İşdə olan Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin X24 Xidmətinə verdiyi xx.xx.2022-ci il tarixli, 56 saylı məlumatdan görünür ki, “EMAS” portalında məktəbin direktor müavinləri X6 və İddiaçı əmək müqaviləsinə xitam verərkən mexaniki səhv nəticəsində xx.xx.2022-ci il əvəzinə xx.xx.2022-ci il tarixi qeyd olunmuşdur. İşə məsul şəxs barəsində intizam tənbehi görülmüşdür. İş materiallarında olan Abşeron-Xızı Regional Təhsil İdarəsinin Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə aparılmış monitorinqin nəticəsi barədə arayışından görünür ki, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti olaraq icra edən Nümayəndə1 Abşeron-Xızı Regional Təhsil İdarəsinə məktubla müraciət edərək məktəbin bir sıra direktor müavinlərinin çoxsaylı qanunsuz hərəkətlərindən şikayətini bildirmişdir. Nümayəndə1 məktubunda göstərilən faktların ciddiliyini nəzərə alaraq Abşeron-Xızı Regional Təhsil İdarəsində xx.xx.2022-ci il tarixli, F01 nömrəli əmrlə Komissiya yaradılmış və məktəbdə monitorinq aparılmışdır. Monitorinq zamanı müəyyən edilmişdir ki, məktəbin 6175 nəfər şagird, 305 nəfər müəllim kontingenti var (ümumi pedaqoji heyət 391 nəfər). Məktəbdə 208 sinif fəaliyyət göstərir. Təlim tərbiyə işləri üzrə 10 nəfər, təşkilati işlər üzrə isə 1 nəfər direktor müavini çalışır. 2021-2022-ci tədris ili başlayandan məktəbdə artıq beşinci dəfədir ki, direktor vəzifəsini icra edən şəxs dəyişmişdir. Belə ki, 23 sentyabr 2021ci il tarixədək əvvəlki direktor Kəmalə Yusufova rəhbərlik etmiş, 23 sentyabr - 11 noyabr 2021-ci il tarixlərində İddiaçı, 11 noyabr - 12 fevral tarixlərində direktor müavini Nümayəndə1,14 fevral - 14 may tarixlərində direktor vəzifəsini Abşeron Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Adil Qurbanov icra etmiş, 16 may 2022-ci il tarixdən isə yenidən həmin vəzifə direktor müavini Nümayəndə1 həvalə edilmişdir. Qısa müddət ərzində rəhbər vəzifədə olan şəxslərin tez-tez dəyişməsi, idarəetmənin əsasən direktor müavinləri tərəfindən aparılması, həmçinin müavinlərin yarıtmaz fəaliyyəti təhsil müəssisəsində təlimtərbiyə prosesinə öz mənfi təsirini göstərmiş, məktəbdə təlim-tərbiyə mühitinin, normal iş ahənginin pozulmasına gətirib çıxarmışdır. Göstərilənlərlə əlaqədar direktor müavinlərinin iş fəaliyyəti araşdırılmış və aşağıdakılar müəyyən edilmişdir: Məktəb üzrə 22 sentyabr 2022-ci il tarixdə vəzifə bölgüsü barədə əmr verilmiş və bu əmrdə nəzarət edəcəkləri konkret siniflər üzrə vəzifə funksiyaları qeyd olunmuşdur. X12 10-11-ci siniflərə, X8 rus bölməsi üzrə 5-11-ci siniflərə, X16 9-cu siniflərə, X5 7-8-ci siniflərə, X9 6-7-ci siniflərə, İddiaçı 5-6- cı siniflərə, X1 və X13 1- 4-cü siniflər, Nümayəndə1 2-4-cü siniflərə, X14 rus bölməsi üzrə ibtidai siniflərə nəzarət tapşırılmış və göstərilən siniflər üzrə vəzifə funksiyaları qeyd edilmişdir. Həmçinin məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini X3 vəzifə funksiyaları yazılmışdır. Monitorinq zamanı direktor müavinləri ilə ayrılıqda söhbət aparılmış, onların illik iş planları, dərs dinləmə jurnalları, dərsdənkənar məşğələyə nəzarət jurnalı, dərs və dərsdənkənar məşğələ cədvəlləri, sinif jurnalları, dərslərin tədrisi, şagirdlərin dərsə davamiyyəti və s. məsələlər yoxlanılmışdır. Təqdim olunan illik iş planları hamıda eyni, yəni şablon xarakterli yazılmış, əsasən təhsil müəssisələri üçün nəzərdə tutulmuş ümumi fikirlər öz əksini tapmışdır. Direktor müavinləri görəcəyi işlərin planlaşdırmasına yaradıcı və fərdi yanaşmamış, gördükləri işlərin açıqlaması, onların icrası barədə heç bir sənəd təqdim edə bilməmişlər. Təlim-tərbiyə prosesinin, həmçinin dərsdənkənar məşğələ, fakültativ saatların və dərnək məşğələlərinin keyfiyyətli təşkilini həyata keçirmək direktor müavinlərinin əsas vəzifələrdən biri kimi çox səhlənkarlıq və məsuliyyətsizliklə yerinə yetirilmiş, dərnək və fakültativ məşğələlərin keçirilməsi nəzarətsiz qalmışdır. Məktəbdə aparılmış yoxlama zamanı direktor müavini İddiaçı ilə bağlı aşağıdakı nöqsanlar da üzə çıxmışdır: X18 adına rəsmiləşdirilmiş 5 “e” sinfində sinif rəhbərliyi üçün ödənilən pul ona verilir. X25 özünün xəbəri olmadan ona əvəzetmə dərs saatları yazıldığını və onun pulunu İddiaçı verdiyini bildirmişdir. Həmçinin müəllim izahatında dərs ili ərzində sinif rəhbərliyi etdiyi sinifdə müxtəlif fənlər üzrə müəllimlər xəstəlik vərəqində olarkən dərslərin əvəzetmə üzrə müvafiq ixtisas müəllimlərinin üzərinə yazıldığını, lakin həmin müəllimlər tərəfindən əvəzetmə saatlarının tədris edilmədiyini, dərslərin boş keçməməsi üçün A.İsmayılova özü sinfi idarə etdiyini qeyd etmişdir. Bu fakt öz növbəsində keçirilməyən dərs saatlarının pulunun müəllimlər tərəfindən İddiaçı verilməsini təsdiq edir. Həmçinin müəllim İ.Quliyeva tarifləşmə siyahısında adına yazılmış, lakin tədris etmədiyi 1 saat təsviri incəsənət dərsinin pulunu İddiaçı verdiyini bildirmişdir. Bunlardan əlavə, direktor müavini Təranə Rəsulova öz izahatında 6 saat keçirilməyən fakültativ məşğələnin pulunu İddiaçı verdiyini qeyd etmişdir (izahatlar əlavə olunur). Bütün bunlarla kifayətlənməyən İddiaçı hətta öz adına da fakültativ məşğələ rəsmiləşdirilmişdir və fakültativ dərs saatı aparır. 9 “a” sinfinin fakültativ məşğələ jurnalında xx.xx.2022-ci il tarixdən sonra heç bir qeyd aparılmamışdır. Bütün bunları nəzərə alaraq, məktəbdə təlim-tərbiyə prosesinin lazımi səviyyədə təşkil edilməməsi, işçilər arasındakı əməkdaşlıq münasibətlərinin düzgün qurulmaması və bu səbəbdən təhsil müəssisəsində normal işgüzar atmosferin yaradılmaması direktor müavinlərinin yarıtmaz fəaliyyəti kimi qiymətləndirilməli, müavin və fənn müəllimlərinin tarifləşmə siyahısında digər müəllimlərin adına yazılmış sinif rəhbərliyi üçün ödənilən pul vəsaitini mənimsəməsi, eləcə də diaqnostik qiymətləndirmə balı aşağı olan müəllimlərin digərlərinin adına tarifləşmiş dərs saatlarını tədris etmələri ciddi maliyyə pozuntusu kimi qeyd edilməlidir. Eləcə də təhsil müəssisəsindəki maddi-tədris bazanın mövcudluğu nəzərə alınmadan siniflərin müvafiq fənlərdən yarım qruplara bölünsə də, bir sinif otağında, hətta bir qisminin eyni müəllim tərəfindən tədris olunması Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, F-415 nömrəli əmrinin tələblərinin pozulması halı kimi qəbul edilməli, dərnək və fakültativ məşğələlərin ümumiləşdirilmiş və təsdiq edilmiş cədvəlinin olmaması, sözügedən məşğələlərin bir çoxunun keçirilməməsi, həmçinin müəllimlərin evdə fərdi təhsil dərslərinə məsuliyyətsiz yanaşaraq dərs saatlarını tədris etməmələri həmin saatlar üçün ödənilmiş pul vəsaitinin mənimsənilməsi kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilən şəxslərin törətdikləri əməllər "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/2 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müəllimlərin etik davranış qaydaları”na da zidd olmuş, adıçəkilən şəxslər öz peşə fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməmiş, məktəbin, təhsil verənlərin ictimai nüfuzuna ağır zərbə vurmuşdur. İşində ciddi nöqsanlara yol vermiş direktor müavinləri öz vəzifə funksiyalarının öhdəsindən gələ bilməmiş, normal təlimtərbiyə prosesini və metodiki işləri təşkil etməmiş, dərsdənkənar və dərnək məşğələlərinin keyfiyyətli təşkilini həyata keçirməmiş, təlimin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin bilik səviyyəsinin artırılması üçün lazımi tədbirləri görməmiş, istedadlı şagirdlərlə iş aparmamış və s. funksiyaları yerinə yetirməmişlər. Göstərilənlərlə bağlı müvafiq şəxslərlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq xitam verilməlidir. İlkin hesablamalara görə yuxarıda sadalanan çoxsaylı qanun pozuntuları nəticəsində dərs ilinin əvvəlindən başlayaraq dövlət büdcəsinə 40 min manatdan çox ziyan dəymiş, külli miqdarda vəsait ayrı-ayrı şəxslər tərəfindən mənimsənilmişdir. Yalnız onu demək kifayətdir ki, yoxlamadan dərhal sonra may ayı üçün tabeldə dayandırılan artıq ödəmələrin məbləği 6 min manat təşkil etmişdir. Ayrı-ayrı direktor müavinləri tərəfindən yol verilmiş qanunazidd fəaliyyət onların öz statusundan və vəzifə səlahiyyətlərindən istifadə edərək maddi nemətlər əldə etdikləri üçün “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən korrupsiya əməli kimi qəbul edilir. Bununla əlaqədar araşdırma nəticəsində toplanılmış materiallar hüquqı qiymət verilməsi üçün aidiyyəti üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə xx.xx.2022-ci il tarixli, xx-xx-1285/16 saylı məktubla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş material üzrə araşdırma aparılmış və cinayət tərkibli əməlin törədilməsi faktları təsdiq olunmamışdır. Bununla yanaşı, müəyyən edilmişdir ki, 2021-2022-ci tədris ili başlayandan həmin məktəbdə artıq bir neçə dəfə direktor vəzifəsini icra edən şəxs dəyişmişdir. Qısa müddət ərzində rəhbər vəzifədə olan şəxslərin tez-tez dəyişməsi, idarəetmənin əsasən direktor müavinləri tərəfindən aparılması, həmçinin müavinlərin yarıtmaz fəaliyyəti təhsil müəssisəsində təlim-tərbiyə prosesinə öz mənfi təsirini göstərmiş, məktəbdə təlim-tərbiyə mühitinin, normal iş ahənginin pozulmasına gətirib çıxarmışdır. Məktəbdə buraxılan və əvəz edilən dərslərin qeydiyyatı və uçotu kitabı müvafiq qaydada aparılmamış, çoxlu sayda (32 nəfər) qeyri-rəsmi formada sinif rəhbərliyi aparan müəllimlərin olduğu aşkar edilmişdir. Bəzi hallarda isə direktor müavinləri tarifləşmə siyahısında digər müəllimlərin adına yazılmış siniflərin sinif rəhbərliyini icra etmiş və buna görə ödənilən pul vəsaitlərini almışlar. Bəzi müəllimlərə tarifləşmə siyahısında tədris etdikləri dərslərdən əlavə saatlar yazılmışdır. Evdə fərdi təhsil saatları, dərnək məşğələləri və fakültativ məşğələlərin bir hissəsi tədris olunmamış, bu məşğələlərin təsdiq edilmiş cədvəli olmamış, dərslərdə iştirak etməyən şagirdlərə jurnalda qaib yazılmamışdır. Məktəblərdə və digər təhsil ocaqlarında bu kimi halların təkrarlanmaması üçün müvafiq qabaqlayıcı və maarifləndirici tədbirlərin görülməsi, o cümlədən idarəetmənin təşkili, sənədləşmə işlərinin aparılması, işçilər arasında vəzifə bölgüsünün düzgün qurulması, intizam qaydalarına əməl olunması sahəsində nəzarətin artırılması zəruri hesab edilir. Qeyd olunanlara əsasən və “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsini rəhbər tutaraq, göstərilən pozuntuların, onları doğuran səbəb və şəraitin aradan qaldırılması və belə xarakterli pozuntuların gələcəkdə təkrar edilməməsi məqsədilə aidiyyəti şəxslərin iştirakı ilə geniş müzakirə aparılmaqla, müvafiq tədbirlərin görülməsinə və bu barədə bir aydan gec olmayaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verilməsinə göstəriş verilməsi Elm və Təhsil Nazirliyindən xahiş olunmuşdur. Sadalananlara əsasən, birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı bu nəticəyə gəlinmişdir ki, iddiaçının işdən azad olunması barədə əmri məktəb rəhbərliyi xx.xx.2022-ci il tarixdə qəbul etmişdir. İddiaçının mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli, 225 saylı əmr əslində qurumda Abşeron-Xızı Regional Təhsil İdarəsinin apardığı monitorinqin nəticələrinin müzakirəsi barədə olmuş, bu barədə həmkarlar komitəsinin qərarı alınmış, İddiaçı həmin dövrdə əmək qabiliyyətli olmamasına görə onun barəsində heç bir tədbir görülməmiş və yalnız işə başladıqdan sonra xx.xx.2022-ci il tarixdə işdən azad olunmuşdur. Bundan başqa, məktəbin xx.xx.2022-ci il tarixli, 225 saylı əmrindən görünür ki, bu əmrin verilməsinə əsas məktəbdə aparılmış yoxlama zamanı bəzi direktor müavinlərinin, o cümlədən İddiaçı işlərində yol verdikləri kobud səhvlər, fəaliyyətlərindəki qanunsuzluqlar olmuşdur. İşdə olan bir sıra mötəbər sənədlərdən görünür ki, İddiaçı direktor müavini kimi əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini düzgün yerinə yetirməmişdir. İddiaçının direktor müavini kimi iş fəaliyyətində yol verdiyi qüsurlar aparılmış monitorinq nəticəsində müəyyən edilmiş, bu fakt mötəbər sübutlarla, o cümlədən monitorinq barədə arayışla, həmçinin işçilərdən alınmış izahatlarla öz təsdiqini tapmışdır. Belə olan halda isə məhkəmə hesab etmişdir ki, onun həmkarlar təşkilatının razılığı alınmaqla işdən azad olunması, əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanunidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının əmrin qanunsuzluğu barədə dəlillərindən biri ondan ibarətdir ki, o, işdən azad olunarkən əmək qabiliyyətli olmamış, müalicədə olmuşdur. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının işdən azad olunduğu tarixdə, yəni xx.xx.2022-ci il tarixdə onun əmək qabiliyyətli olmaması barədə işdə hər hansı sübut yoxdur. İşdəki sənədlərdən müəyyən edilir ki, İddiaçı müalicə almış və xx.xx.2022-ci ildə işə çıxmış, bundan 4 gün sonra isə müvafiq əmrlə işdən azad edilmişdir. İddiaçı digər dəlili isə müvafiq sistem (“EMAS” portalı) üzrə işdən azad edilmə barədə əmrin tarixinin xx.xx.2022-ci il kimi göstərilməsi olmuşdur. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, həmin məsələ texniki səhv olmuş, sistemə düzəliş edilməsi barədə məktəb rəhbərliyi müvafiq quruma müraciət etmiş, texniki səhvin aradan qaldırılmasına köməklik göstərilməsi xahiş edilmiş və işə məsul şəxs barəsində intizam tənbehi görülmüşdür. Beləliklə, işin birinci instansiya məhkəməsi tərəfindən araşdırılan hallarından müəyyən edilmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilərkən Xırdalan şəhər 1 nömrəli tam orta məktəbi tərəfindən əmək qanunvericiliyi pozulmamış, bu xüsusda əmək qanunvericiliyində nəzərdə tutulmuş bütün tələblər yerinə yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməli olması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə və 80-ci maddəsinin 1-ci bəndinə istinad etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işə götürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 80-cı maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.2006-cı ildən Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə müəllimə, xx.xx.2019-cu ildən isə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifələrində çalışmışdır. Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti olaraq icra edən Nümayəndə1 Abşeron-Xızı Regional Təhsil İdarəsinə məktubla müraciət edərək məktəbin bir sıra direktor müavinlərinin çoxsaylı qanunsuz hərəkətlərindən şikayət etmiş və Abşeron-Xızı Regional Təhsil İdarəsində məktubda göstərilən faktların ciddiliyini nəzərə alaraq xx.xx.2022-ci il tarixli, F01 nömrəli əmrlə Komissiya yaradılmış və məktəbdə monitorinq aparılmışdır. Monitorinq zamanı müəyyən edilmişdir ki, 2021-2022-ci tədris ili başlayandan həmin məktəbdə artıq bir neçə dəfə direktor vəzifəsini icra edən şəxs dəyişmiş, qısa müddət ərzində rəhbər vəzifədə olan şəxslərin tez-tez dəyişməsi, idarəetmənin əsasən direktor müavinləri tərəfindən aparılması, həmçinin müavinlərin yarıtmaz fəaliyyəti təhsil müəssisəsində təlim-tərbiyə prosesinə öz mənfi təsirini göstərmiş, məktəbdə təlim-tərbiyə mühitinin, normal iş ahənginin pozulmasına gətirib çıxarmışdır. Məktəbdə buraxılan və əvəz edilən dərslərin qeydiyyatı və uçotu kitabı müvafiq qaydada aparılmamış, çoxlu sayda (32 nəfər) qeyri-rəsmi formada sinif rəhbərliyi aparan müəllimlərin olduğu aşkar edilmişdir. Bəzi hallarda isə direktor müavinləri tarifləşmə siyahısında digər müəllimlərin adına yazılmış siniflərin sinif rəhbərliyini icra etmiş və buna görə ödənilən pul vəsaitlərini almışlar. Bəzi müəllimlərə tarifləşmə siyahısında tədris etdikləri dərslərdən əlavə saatlar yazılmış, evdə fərdi təhsil saatları, dərnək məşğələləri və fakültativ məşğələlərin bir hissəsi tədris olunmamış, bu məşğələlərin təsdiq edilmiş cədvəli olmamış, dərslərdə iştirak etməyən şagirdlərə jurnalda qaib yazılmamışdır. Bununla bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, K-59 saylı əmr verilmiş, aparılmış monitorinqin nəticələri təhsil qurumunda müzakirə edilmiş və araşdırma nəticəsində toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmiş, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda isə Abşeron rayonu, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə xx.xx.2022-ci il tarixli, xx-xx- 1285/16 saylı məktubla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş material üzrə araşdırma aparıldığı və cinayət tərkibli əməlin törədilməsi faktları təsdiq olunmadığı, bununla yanaşı göstərilən pozuntuların, onları doğuran səbəb və şəraitin aradan qaldırılması və belə xarakterli pozuntuların gələcəkdə təkrar edilməməsi məqsədilə aidiyyəti şəxslərin iştirakı ilə geniş müzakirə aparılmaqla, müvafiq tədbirlərin görülməsinə və bu barədə bir aydan gec olmayaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verilməsinə göstəriş verilməsi Elm və Təhsil Nazirliyindən xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı həmçinin müəyyən edildi ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli, K-59 saylı əmrinin icrası barədə Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin xx.xx.2022-ci il tarixli 225 nömrəli əmrindən çıxarışa əsasən Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin direktor səlahiyyətlərini müvəqqəti olaraq icra edən Nümayəndə1 Abşeron-Xızı Regional Təhsil İdarəsinə daxil olmuş təqdimatı əsasında xx.xx.2022-ci il tarixli F-01 nömrəli əmrə uyğun olaraq məktəbdə yoxlama aparılmış və bir sıra ciddi nöqsanlar aşkar olunmuşdur. Belə ki, direktor müavinləri və fənn müəllimlərinin tarifləşmə siyahısında digər müəllimlərin adına yazılmış sinif rəhbərliyi üçün ödənilən pul vəsaitini mənimsəməsi, eləcə də diaqnostik qiymətləndirmə balı aşağı olan müəllimlərin digərlərinin adına tarifləşmiş dərs saatları tədris etmələri ciddi maliyyə pozuntusu olaraq üzə çıxarılmışdır. Eləcə də təhsil müəssisəsindəki maddi-tədris bazanın mövcudluğu nəzərə alınmadan siniflər müvafiq fənlərdən yarım qruplara bölünmüş, lakin bir çoxunun eyni sinif otağında bir müəllim tərəfindən tədris olunduğu, bununla da Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, F415 nömrəli əmrinin tələbinin pozulduğu müəyyən edilmişdir. Bundan əlavə, dərnək və fakultativ məşğələlər üçün ümumiləşdirilmiş və təsdiq edilmiş cədvəl hazırlanmamış, məşğələlərin bir çoxu tədris edilməmişdir. Fərdi təhsil dərslərinin və əvəz edilən dərslərin tədris olunması prosesinə də məsuliyyətsiz yanaşılmış və çox miqdarda keçirilməmiş dərs saatları üçün ödənilmiş pul vəsaiti direktor müavinləri tərəfindən mənimsənilmişdir. Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli K-59 nömrəli əmrini rəhbər tutaraq direktor müavinlərinə xx.xx.2022-ci il tarixdən intizam tənbehləri tətbiq olunmuş, işlərində yol verdikləri kobud nöqsanlara və maliyyə pozuntusuna görə qanunvericiliyə uyğun qaydada məktəbin Həmkarlar Komitəsi ilə razılaşma əsasında direktor müavinləri ilə (o cümlədən təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə) bağlanmış əmək müqaviləsinə müvəqqəti əmək qabiliyyətinin olmaması vərəqəsinin müddəti bitdiyi gündən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əmr olunmuş, İddiaçı xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək və xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək xəstəlik səbəbindən işdən azad olunmuş, İddiaçı müvəqqəti əmək qabiliyyətinin olmaması vərəqəsinin müddəti bitdiyi vaxtdan 4 gün sonra onun işdən azad olunması barədə məktəbin xx.xx.2022-ci il tarixli, 257 saylı əmri verilmiş, bu əmrlə Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin xx.xx.2022-ci il tarixli 225 nömrəli əmrinin icrasının təmin edilməsi və təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi, ona sonuncu haqq-hesabın ödənilməsi qərara alınmışdır. Hazırda İddiaçı cavabdeh Xırdalan şəhər 1 saylı tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi boşdayanmaya görə əmək haqqının ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən çıxarılması ilə bağlı verilmiş xx.xx.2022-ci il tarixli, 225 nömrəli əmrin ləğv edilməsi, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 2-ci mаddəsinin 3-cü hissəsinə görə Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin intizam tənbehinin verilməsi qaydalarını müəyyən edən 187-ci maddəsinin 1-ci hissəsinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İş materiallarından mübahisəsiz qaydada görünür ki, iddiaçıya onunla əmək müqaviləsinə xitam verilərkən ondan yazılı izahat alınmamış, həmkarlar ittifaqının bir neçə iclası keçirilmiş, həmin iclaslarda iddiaçının xəbərdar olunduğu və ona bildiriş məktubların göndərildiyi, onun məzmunu ilə tanış olduğu qeyd edilsə də, buna dair heç bir sübut yoxdur. Lakin birinci instansiya məhkəməsi işin qeyd olunan hallarına da Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri baxımından heç bir hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçının işdən çıxarılmasına razılıq verilməsi barədə Həmkarlar təşkilatının işin 30-cu vərəqində olan xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, təşkilat üzvləri çıxış edərək bildirdilər ki, Xırdalan şəhər 1 № li tam orta məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Nümayəndə1 tərəfindən növbəti dəfə direktor müavinləri: X4, X2, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X3 hər birinin adına bildiriş məktubu göndərilmiş və onları məktəb H.İ.İlk təşkilatının iclasına dəvət etmişdir. Məqsəd onlara qarşı humanistlik göstərmək, bir müəllim kimi məktəbdə qalıb işləmələrinə şərait yaratmaqdır. Bu səbəbdən məktəb Həmkarlar ittifaqının ilk təkilatının iclası keçirilmiş və iclasda bu məsələ ilə bağlı təşkilat üzvlərindən X20, X26, X7 çıxış edərək bildirdilər ki, direktor müavinləri: X4, X2, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X3 məktəbdə müəllim kimi qalıb işləməsini məqsədə uyğun sayaraq müəllimlik vəzifələrini davam etdirmələrini istəyirlər. Onlar də məktəb Həmkarlar Təşkilatı olaraq humanistlik mövqeyindən çıxış edərək onların iclasda iştirak etməsini, müəllim fəaliyyətinin davam etdirilməsinin tərəfindədirlər və buna görə çox çalışırlar. İclas davam etsə də, direktor müavinləri rəhbərlik tərəfindən növbəti dəfə onlara göndərilən, bildiriş məktublarının məzmunu ilə tanış olmalarına baxmayaraq məktubu cavabsız qoyaraq iclasda iştirak etməmişlər. Səsvermənin nəticəsinə uyğun olaraq Xırdalan şəhər 1 №-li tam orta məktəbin direktor müavinləri: X4, X2 və X3 işinə xitam verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Bununla əlaqədar qeyd olunan qərarın qərəzli qəbul edilməsi Xırdalan şəhər 1 №-li tam orta məktəbin X17 xx.xx.2022-ci il tarixli protokol çıxarışı ilə də təsdiq olunur. Həmin protokol qərarına əsasən hazırki iş üzrə iddiaçıya münasibətdə onun iştirakının təmin olunması qərara alınmışdır (İİ cild, i/v 28).Lakin hər iki iclas İddiaçı əmək qabiliyyətinin olmaması müddətlərində üç gün fasilə verilməklə keçirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşə götürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “intizam tənbehinin verilməsi şərtləri” adlanan 189-cu maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Həmin Məcəllənin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 77.2-ci mаddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydalarının tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilmişdirsə əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dаir Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tаrixli qərаrındа Kоnstitusiyа Məhkəməsi bir dаhа vurğulаmışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Xırdalan şəhər 1 №-li tam orta məktəb üzrə xx.xx.2022-ci il tarixli, 225 №-li əmr təlim-tərbiyə işləri üzrə drektor müavini işləmiş İddiaçı münasibətdə Əmək Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə zidd olduğundan ləğv edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, yuxarıda qeyd olunan xx.xx.2022-ci il tarixli 225 №-li əmr iddiaçıya münasibətdə ləğv edilməli olduğundan həmin əmrin icrası ilə bağlı verilmiş Xırdalan şəhər 1 №-li tam orta məktəbin 13 iyul 2022-ci il tarixli, 257 nömrəli əmri özlüyündə etibarsız hesab edilməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Məhkəmə kollegiyasının apellyasiya baxışında qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas olan hallar müəyyən edilmişdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və iddia təmin edilməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü mаddəsinə əsаsən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddiаnı təmin etməməklə düzgün nəticəyə gəlmədiyindən, işin yuxаrıdа şərh olunаn hаllаrını və qаnunvericilik аktı normаlаrını səhv təfsir etdiyindən, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğundan və məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun gəlmədiyindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, iş üzrə Abşeron Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(012)-4887/2022 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Xırdalan şəhər 1 №-li tam orta məktəbinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerinə bərpa edilməsi” tələbinə dair iddiası təmin olunmalı, Xırdalan şəhər 1 №-li tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 10 iyun 2022-ci il tarixli, 225 nömrəli əmri ona aid hissədə ləğv edilməli, həmin əmrin icrası barədə verilmiş Xırdalan şəhər 1 №-li tam orta məktəbin 13 iyul 2022-ci il tarixli, 257 nömrəli əmri özlüyündə etibarsız hesab edilməli, İddiaçı Xırdalan şəhər 1 №-li tam orta məktəbin təlimtərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməli və ona işdən azad olunduğu tarixdən işə bərpa olunacağı tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(012)-4887/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. Xırdalan şəhər 1 №-li tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə həmin məktəbin 10 iyun 2022-ci il tarixli, 225 nömrəli əmri ona aid hissədə ləğv edilsin. Həmin əmrin icrası barədə verilmiş Xırdalan şəhər 1 №-li tam orta məktəbin 13 iyul 2022-ci il tarixli, 257 nömrəli əmr özlüyündə etibarsız hesab edilsin. İddiaçı Xırdalan şəhər 1 №-li tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilsin. İddiaçı işdən azad olunduğu tarixdən işə bərpa olunacağı tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar