Məhkəmə qərarları › İş №2(105)-70/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-70/2024

16.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-70/2024 16.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X5 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, ilk iddia üzrə iddiaçı, eyni zamanda digər ilk iddia üzrə İddiaçı2 nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Paşayeva (Məcidova) Aytəkin Rəşid qızına qarşı “mülkiyyətdə olan fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma” tələbinə dair ilk, Cavabdeh1 İddiaçı1 və İddiaçı2 qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin, qeydiyyat vəsiqəsinin və onların əsasında verilmiş qanun üzrə vərəsəlik şəhadətnamələrinin və çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbləri üzrə Quba Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(027)-240/2020 saylı qətnaməsindən ilk iddia üzrə cavabdehlər X12 və Paşayeva (Məcidova) Aytəkin Rəşid qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X6 və Paşayeva (Məcidova) Aytəkin Rəşid qızının Quba rayonu, Digah kəndində yerləşən və mülkiyyətlərində olan torpaq sahəsindən və fərdi yaşayış evindən əmlakları ilə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu, Digah kəndində yerləşən 0,16 ha torpaq sahəsi iddiaçılardan İddiaçı1 va həmin kənddə 0,08 ha torpaq sahəsi və ümumi sahəsi 96,1 kv.metr olan fərdi yaşayış evi onların birgə mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla ümumi sahəsi 96,1 kv.m olan fərdi yaşayış evinin və 0,08 ha torpaq sahəsinin birgə mülkiyyət hüququ əsasında İddiaçı1 va X9 mülkiyyətində olması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təsdiq olunur. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən Quba rayonu, Digah kəndində yerləşən fərdi yaşayış evinə dair İddiaçı1 adına **********53-10301 reyestr nömrəli texniki pasport tərtib edilmişdir. Cavabdeh1 ilə qohumluq əlaqələri vardır. Belə ki, Cavabdeh1 atası X11 bacısı, onun bibisidir. Cavabdeh1 ailə həyatı qurduqdan sonra gəlin köçdüyü qayınatasıgildə yaşamağın darısqal olması səbəbindən onun atasından həyat yoldaşı ilə birlikdə müvəqqəti olaraq yaşamaq üçün yer verməsini xahiş etmişdır. Atası 14 avqust 1988-ci il tarixdə atası evində yaşamasına ailə üzvlərinin arzusu ilə istədikləri vaxt evdən çıxmağı barədə öz xətti ilə yazılı şəkildə imzalı öhdəlik alaraq, Tamillaya və həyat yoldaşına yaşamaq üçün icazə vermişdir. Lakin atasının vəfatindan sonra bibisi onun ailəsinə qarşı soyuq münasibət göstərmiş və mülkiyyətlərində olan əmlaklardan mülkiyyətçi kimi istifadə edərək bir sıra hüquqlarını məhdudlaşdırmışdır. Hazırda cavabdeh ona və anasına məxsus əmlaklar üzərindəki sahiblik, istifadə və sərəncam vermək hüquqlarını tam həyata keçirməyə maneəçilik törədilir. Belə ki, bibisi və bibisi qızı Paşayeva (Məcidova) Aytəkin Rəşid qızı faktiki olaraq Quba şəhərinə köçüb yaşamalarına və orada işləmələrinə baxmayaraq, heç bir istifadə hüquqları olmadan fərdi yaşayış evinin və torpaq sahəsinə giriş qapılarını qıfılla bağlamış va açarların bir nüsxəsini onlara verməkdən imtina edirlər. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 27 avqust 2018-ci il tarixli, 1517 saylı arxiv arayışında göstərilir ki, Quba RİHB-nın Amsar İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid Digah kəndi üzrə 13 nömrəli təsərrüfatbaşına kitabda X18 1105 saylı təsərrüfatin başçısi olmuş, onun xüsusi mülkiyyətində ümumi sahəsi 144 kv.m, o cümlədən yaşayış sahəsi 45 kv.m olan yaşayış evi və xüsusi mülkiyyətində 0,24 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir, həmin təsərrüfatda X13 adından başqa, heç kimin adı yoxdur. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehlər X6 və Paşayeva (Məcidova) Aytəkin Rəşid qızının İddiaçı1 və sonuncunun məxsus əmlaklardan istifadə hüququna 2000 manat kompensasiya verilməklə xitam verilməsinə və onların əşyalarının fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. X3 Ruslan Sabir oğluna və İddiaçı2 qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin, qeydiyyat vəsiqəsinin və onların əsasında verilmiş qanun üzrə vərəsəlik şəhadətnamələrinin və çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-086A saylı, kodu 30307038 olan və JN-086F saylı, kodu 30307038 olan şəhadətnamələrin, 21 dekabr 1991-ci il tarixli, 11-5541 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin, X13 adına verilmiş 111 nömrəli qeydiyyat vəsiqəsinin, 16 avqust 2006-cı il tarixli və 23 iyul 2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, X15 adına olan 23 iyul 2002-ci il tarixli qeydiyyat vəsiqəsinin, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli çıxarışların, daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu, Alıc-Digah kəndində yerləşən fərdi yaşayış evi və 0,24 ha torpaq sahəsi Quba rayonunun Amsar kənd Sovetinin 1977-1979-cu illərə aid Digah kəndi üzrə 13 nömrəli təsərrüfatbaşına kitaba əsasən atası X10 məxsus olmuş, 1977-ci ildə atasının vəfatından sonra X7 adının üzərindən xətt çəkilmiş və üzərində X8 yazılmışdır. X2 xx.xx.1991-ci ildə vəfat etmiş, sonuncunun vəfat etdiyi günə kimi Quba rayonu, Alıc-Digah kəndində yerləşən fərdi yaşayış evi və 0,24 ha torpaq sahəsi Quba rayonun Amsar kənd Sovetinin Digah kəndi üzrə 13 nömrəli təsərrüfatbaşına kitaba əsasən anasının adına qeyd edilmişdir. Daha sonra hansısa yolla Quba rayonu, Alıc-Digah kəndində yerləşən fərdi yaşayış evi və 0,24 ha torpaq sahəsi əmlakın sahibi olan anasına heç bir qohumluluq bağı olmayan ögey oğlu, yəni X2nın oğlu olmayan X13 adına keçmişdir. O isə miras qoyan doğma anası X1 orada yaşamış, xəstə anasına baxmış, anasının vəfatından sonra dəfnini təşkil etmiş, hazırda da miras qalmış evdə yaşayır və idarə edir. Quba Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(027)-240/2020 saylı qətnaməsi ilə (hakim İlqar Məmmədov) ilk iddia təmin edilərək, Quba rayonu, Digah kəndində yerləşən 0,16 ha torpaq sahəsindən, həmin kənddə yerləşən 0,08 ha torpaq sahəsi və ümumi sahəsi 96,1 kv.m olan fərdi yaşayış evindən Cavabdeh1 və Paşayeva (Məcidova) Aytəkin Rəşid qızının istifadə hüquqlarına 2000 manat kompensasiya verilməklə xitam verilməsi, Cavabdeh1 və Paşayeva (Məcidova) Aytəkin Rəşid qızının Quba rayonu, Digah kəndində yerləşən 0,16 ha torpaq sahəsindən, həmin kənddə yerləşən 0,08 ha torpaq sahəsi və ümumi sahəsi 96,1 kv.m olan fərdi yaşayış evindən çıxarılmaları, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(027)-240/2020 saylı qətnaməsindən narazı qalan cavabdehlər X12 və Paşayeva (Məcidova) Aytəkin Rəşid qızı apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(027)-240/2020 saylı qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2022-ci il tarixli, 2(105)-72/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(027)-240/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2022-ci il tarixli, 2(105)-72/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4378/2022 nömrəli qərarı ilə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2022-ci il tarixli, 2(105)-72/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 izahat verib bildirmişdir ki, atası öldükdən sonra mübahisələr başlamışdır. Mübahisəli fərdi yaşayış evinə gedəndə cavabdeh onu evdən qovurdu. Buna görə də evi tam olaraq cavabdehə vermək qərarına gəlib. 0.03 ha sahəni və evi ona verməyi, 0.05 ha sahənin isə özündə qalmasını təklif etmiş, lakin cavabdeh razılaşmamışdır. Bundan sonra məhkəmədə şəhadətnamələrin ləğv olunmasına dair iddia qaldırmışdır. 1/5 paya münasibətdə qarşı tərəfin iddiası təmin olunmuş, lakin onu mübahisələndirərək apellyasiya şikayəti verməklə, razı olmadığı məqamların ləğv olunmasına nail olmuşdur. Şəhadətnamələr tam qanunidir. Atasından ona qalan miras əmlakıdır. Hazırda tələbi onun torpaq sahəsindən istifadəsinə xitam verilməsini istəyir. Kompensasiya verməklə torpaqdan çıxarılmaya yol verilmədiyindən adi qaydada torpaqdan istifadə hüququna xitam verilməsini xahiş edir. Anası öz payını ona bağışlamışdır. Özünə məxsus torpağa daxil ola bilmir, daxil olan zaman cavabdeh onu döydüyünü iddia edərək polisə şikayət edir. Qeyd olunanlara qarşılıqlı iddianın rədd olunması, ilk iddiasının qismən təmin edilərək qarşı tərəfin torpaqdan istifadə hüququna xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Paşayeva (Məcidova) Aytəkin Rəşid qızı məhkəmə iclasına gəlməmişdir. Bununla yanaşı qarşılıqlı iddiaçının vəkili ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə prosesinə üzürlü səbəbdən gələ bilmədiyini, mübahisəli mənzilə dair mülkiyyət hüququnun məhkəmə qətnaməsi ilə tanındığını, artıq qarşılıqlı iddiaçının həmin əmlakın paylı mülkiyyətçisi olduğunu və öz xüsusi mülkiyyətində olan əmlakdan çıxarılmasının qanunsuz olduğunu bildirib, ilk iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qarşılıqlı iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-086A saylı, kodu 30307038 olan şəhadətnamədən görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 03 may tarixli, 04 nömrəli qərarı ilə X13 mülkiyyətinə Quba rayonu Digah kəndində 0,08 ha torpaq sahəsi verilmişdir. Həmçinin, Torpağın mülkiyyətə verilməsinə dair JN-086F saylı, kodu 30307038 olan şəhadətnamədən görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 03 may tarixli, 04 nömrəli qərarı ilə X13 mülkiyyətinə Quba rayonu Digah kəndində 0,16 ha torpaq sahəsi verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(027)- 240/2020 saylı qətnaməsi ləğv edilməli, Torpağın mülkiyyətə verilməsinə dair JN-086A kod 30307038 saylı və JN-086F kod 30307038 saylı şəhadətnamələrin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi hissəsində iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmalı, ilk və qarşılıqlı iddianın rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi Torpağın mülkiyyətə verilməsinə dair JN-086A saylı, kodu 30307038 olan və JN-086F saylı, kodu 30307038 olan şəhadətnamələrin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə mülki məhkəmə icraatı baxmaqda haqlı olmamışdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi qeyd edilən şəhadətnamələrin verilməsinə əsas Quba rayonu Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli, 04 nömrəli qərarları təşkil etmişdir ki, həmin qərarlar inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt hesab olunmaqdadır. Qeyd olunan qaərarların qəbul edilməsi ilə bağlı fəaliyyət inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilməklə, iddiaçıların da iddiası məhz inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olması ilə bağlı olmuşdur. Buna görə də birinci instansiya məhkəməsi qeyd olunan tələbə mülki məhkəmə icraatı qaydasında baxmaqla, prosessual qanunvericiliyin tələbini pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2. madddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində qeyd olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 384, 387, 391, 402, 404- 406-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Torpağın mülkiyyətə verilməsinə dair JN-086A kod 30307038 saylı və JN-086F kod 30307038 saylı şəhadətnamələrin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi hissəsində iş üzrə icraata xitam verilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar