Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-705/2023 13.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: paylı mülkiyyətdə olan əmlakın bölünməsi, payın paylı mülkiyyətdən ayrılması, əmlakın açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin mülkiyyətçilər arasında müvafiq olaraq bölünməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə Şuşa Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(077)-99/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır.
2. Şuşa Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(077)-298/2021 nömrəlki qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «payın naturada ayrılması» tələbinə dair iddiası təmin edilməmişdir.
3. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, QXM427/M nömrəli qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın likvid dəyəri 42000 manat müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı (sonradan iddianın artırılması ilə) iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilin kompensasiya edilməklə alınması, bu mümkün olmadıqda həmin mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib şəkildə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(077)-53/2019 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında olan nikah pozulmuşdur. Şuşa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(077)-167/2019 nömrəli qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən mənzildə İddiaçı payı ½ hissə, Cavabdeh payı isə ½ hissə müəyyən edilmişdir. O, mülkiyyətində olan mübahisəli mənzildə yaşamaq hüququndan məhrum edildiyindən payın naturada ayrılmasına dair məhkəmədə iddia qaldırmış, lakin Şuşa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(077)-298/2021 nömrəli qətnaməsi ilə qeyd edilən mənzilin naturada ayrılması texniki cəhətdən mümkün olmadığından iddia təmin edilməmişdir. Bu səbəbdən qeyd edilən mənzilin açıq hərracda satılaraq əldə olunmuş məbləğin bərabər şəkildə bölünməsi məqsədəuyğundur. Bu məqsədlə o, Cavabdeh öz payını satmağı təklif etsə də, cavabdeh təklifi qəbul etməmiş və məktubu qəbul etməkdən imtina etmişdir.
6. Şuşa Rayon Məhkəməsinin (hakim C.Səfiyeva) 10 noyabr 2022-ci il tarixli, 2(077)- 99/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətində olan Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 7A, 42 nömrəli mənzilin açıq hərracda satılması, satışdan əldə olunacaq pulun ½ hissəsi İddiaçı və ½ hissəsi Cavabdeh verilməsi, İddiaçı 150 (bir yüz əlli) manat və Cavabdeh 150 (bir yüz əlli) manat məbləğində qiymətləndirmə xərcinin tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-nin İnşaatçılar filialı, H/h AZ53AİİB400600C**********226, M/h AZ37NABZ********************, kod 201360,SWİFT:AİİBAZ2X,VÖEN ********** nömrəli hesabına ödənilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakda ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh payı müəyyən edilmişdir. İddiaçı əmlakın naturada bölünməsi barədə iddia qaldırsa da, mənzilin texniki cəhətdən bölünməsi mümkün olmadığından iddia tələbi təmin edilməmişdir. İddiaçı öz payını Cavabdeh təklif etsə də, cavabdeh bu təklifi qəbul etməmişdir. Həmçinin məhkəmə gedişatı zamanı Cavabdeh iddiaçıya 10.000 manat məbləğində kompensasiya məbləği təklif etmiş, lakin iddiaçı qeyd edilən məbləğlə razılaşmamışdır.
8. Məhkəmə həmçinin iddia tələbinin “kompensasiya ödənilməklə mübahisəli mənzilin alınması” hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh 10.000 manat məbləğində kompensasiya təklif etsə də, iddiaçı həmin məbləğlə razılaşmadığından, həmçinin qeyd edilən kompensasiya məbləği evin likvid dəyərinin iddiaçıya məxsus pay hissəsinə düşən məbləğdən xeyli az olduğundan, iddia tələbi bu hissədə təmin olunmamışdır.
9. Məhkəmə son nəticədə hesab etmişdir ki, paylı mülkiyyətin mülkiyyətçilərini ümumi əşyanın bölünməsinin şərtləri haqqında razılığa gəlmədiklərindən və ümumi əşyanın naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından mübahisəli Sumqayıt şəhəri, 7- 8-12-ci məhəllə, ev 7A, 42 mənzil açıq hərracda satılmalı və hərracda əldə olunmuş məbləğ tərəflərin payına mütənasib surətdə bölüşdürülməlidir.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 220.2, 220.3, 220.3-220.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayəti verərək Şuşa Rayon Məhkəməsinin 10 noyabr 2022ci il tarixli, 2(077)-99/2022 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır.
13. Şuşa Rayon Məhkəməsinin 2(077)-298/2021 nömrəli, 25 noyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «payın naturada ayrılması» tələbinə dair iddiası təmin edilməmişdir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumimülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. O, iddiaçıya 10.000 manat məbləğində kompensasiya məbləği təklif etmiş, lakin iddiaçı qeyd edilən məbləğlə razılaşmamışdır. Hesab edir ki, qanun da, mənəviyyat da buna yol vermir. Yuxarıda göstərdiklərini bütün ailə üzvləri və qonşuları, şahidlər, qonşuların hamısı təsdiq edə bilərlər.
15. Yuxarıda göstərilənlərdən belə məlum olur ki, iddiaçı qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, mənzilə olan hüquqlarımı pozmuş və iddiaçının hərəkətləri tam qanunsuzdur. İddiaçının təqsirli hərəkətləri nəticəsində onlar özlərinə məxsus olan evdə normal yaşayış hüququndan məhrum edilmişlər. İddiaçı hər zaman həmin mənzildən istifadə etməklərinə hər cür maneələr yaratmağa başlayaraq, hüquqlarını məhdudlaşdırmış və son nəticədə bu cür iddia ilə məhkəməyə müraciət etmişdir. Dəfələrlə polisdə ailə münaqişələri araşdırılmışdır. Ümumiyyətlə isə, iddiaçının iddia tələbləri qeyrimüəyyən və qeyri-dəqiqdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən, onun və azyaşlı körpəsinin yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə kifayət qədər tutarlı əsasları vardır. Belə ki, onun və körpəsinin başqa yaşayış yerləri yoxdur, başqa yerdən gəliri yoxdur, iddiaçı isə onun azyaşlı övladı ilə mübahisəli mənzildə yaşamağına imkan vermir. Göründüyü kimi, bu insanlar öz hüquqlarından sui-istifadə etmək istəyirlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdeh bu gün də 10000 məbləğində kompensasiya ödəməyə hazırdır, lakin iddiaçı tərəf bu məbləğlə razı deyil. Bundan əlavə tərəflər barışığa gəlmək üçün danışıqlar aparırlar. Belə ki,tərəflər arasında aliment mübahisəsi də var. Son danışıqlar bundan ibarətdir ki, alimentdən imtina olunmaqla işin barışıqla həllinə çalışılır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı tərəf məhkəməyə gəlməmiş, lakin elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətinə etiraz etdiklərini və işə onların iştirakı olmadan baxılıb, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
18. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydə alındığı andan yaranır. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarında Məhkəmənin hüququ mövqeyi ondan ibarət olmuşdur ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz .
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətindən görünür ki, apellyator Cavabdeh Şuşa Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(077)-99/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Ona görə də kollegiya Şuşa Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(077)- 99/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı paylı mülkiyyət hüququ əsasında özlərinə məxsus olan əmlakın açıq hərracda satılaraq, əldə olunmuş vəsautin paylara uyğun bölünməsini tələb edir.
26. Öyrənilən işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh əvvəllər ərarvad münasibətində olmuş, lakin Şuşa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(077)- 53/2019 nömrəli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Nikah pozulduqdan sonra Şuşa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(077)-167/2019 nömrəli qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən mənzildə İddiaçı payı ½ hissə, Cavabdeh payı isə ½ hissə müəyyən edilmişdir.
27. Bundan sonra iddiaçı payın naturada ayrılmasına dair məhkəmədə iddia qaldırmış, lakin Şuşa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(077)-298/2021 nömrəli qətnaməsi ilə qeyd edilən mənzilin naturada ayrılması texniki cəhətdən mümkün olmadığından iddia təmin edilməmişdir. Həmin qətnamə qüvvəyə mindikdən sonra iddiaçı Cavabdeh öz payını satmağı təklif etsə də, cavabdeh təklifi qəbul etməmiş və məktubu qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən hazırki tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
28. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya bildirir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi maddi və prosessual hüquq normalarının pozulmasına və birinci instansiya məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir.
29. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində olan dəlillərinə münasibətdə qeyd edir ki, mübahisəli daşınmaz əmlak payları bəlli olan mülkiyyət hüquq əsasında tərəflərə məxsus olması, həmin əmlakın paylara uyğun naturada bölünməsinin mümkünsüz olması işin mübahisəsiz halıdır.
30. Apellyasiya kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
31. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.
32. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir.
33. Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə üsulu pul kompensasiyasının ödənilməsidir
34. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
35. Bundan əlavə kollegiya qeyd edir ki, bu xarakterli iddialarda ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
36. Mülki Məcəllə\nin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 .04.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mülkü Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və ya satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırlması kimi qiymətləndirilə bilməz.
37. Hazırki işdən də görünür ki, iddiaçı tərəfindən yuxarıda sadalalan ardıcıllığa riayət edilmiş, müraciəti müsbət həll olunmadğından iddiaçı hazırki tələblə məhkməyə müraciət etmişdir.
38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(077)-99/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.