Məhkəmə qərarları › İş №2(105)-71/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-71/2021

25.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-71/2021 25.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili X7 iştirakı ilə açıq məhkəmə iclasında, Abşeron Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(012)-885/2019 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(012)-885/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və tikilidən çıxarılma barədə ilk və Cavabdeh İddiaçı qarşı çəkilmiş xərcin ödənilməsi barədə qarşılıqlı iddialarına dair mülki iş üzrə hər iki iddia təmin edilməmiş, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Mehdiabad qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən ona aid torpaq sahəsindən və tikililərdən Cavabdeh ailə üzvləri ilə birlikdə çıxarılması və onun tikiliyə köçürülməyi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək İddiaçı ona qarşı məhkəmədə iddia qaldırması ilə əlaqədar olaraq məhkəmədə müdafiə olunması üçün çəkdiyi xərcləri təşkil edən 1500 manat pul vəsaitinin İddiaçı tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili X10 məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat vermişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Mülki işin materiallarında olan JN-3105 saylı, kodu 30800027 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Abşeron rayon 1 saylı dövlət notariat kontorunun xx xxxx 2006-cı il tarixli, 4Ə/02-382 nömrəli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Mehdiabad qəsəbə sakinləri X2, X3, X4 və Qəhrəmanova Gövhər Arif qızının mülkiyyətlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0,0794 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx xxxx 2011-ci il tarixdə Bakı şəhəri 26 saylı dövlət notariat kontorunda 7E/6-3232 saylı reyestrdə qeydə alınmış etibarnamənin surətindən görünür ki, X5, X9, X6 və Qəhrəmanova Gövhər Arif qızı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsindən xx.xx.2006-cı il tarixdə verilmiş JN-3105 saylı, 30800027 kodlu dövlət aktına əsasən torpaq sahəsini idarə etməyi, sənədləşmə işlərini aparmağı və s. hərəkətləri etməyi 40 il müddətinə İddiaçı etibar etmişlər. Məhkəmə kollegiyasına təqdim olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 365.1.8-ci maddəsinə əsasən etibarnamə verilmiş fiziki şəxsin ölməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə görə bu Məcəllənin 20-ci fəslində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı öldüyündən, iddia tələbi ona etibarnamə verilməsi ilə əsaslandırıldığından, buna görə də mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikintitexniki ekspertizası tədqiqatının dəyəri olan 50 manat ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 365, 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(012)-885/2019 saylı qətnaməsi ləğv edilsin və mülki işin icraatına xitam verilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar