Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-71/2023 24.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Corat Bələdiyyəsinin Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması, qanunsuz tikilmiş hasarın sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(060)-5225/2021 saylı qətnaməsindən iddiaçı Corat Bələdiyyəsi və üçüncü şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) iddiaçı Corat Bələdiyyəsinin Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması, qanunsuz tikilmiş hasarın sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddia təmin edilməməsi qət edilmişdir. İddiaçı Corat Bələdiyyəsi və üçüncü şəxs X2 qətnamədən apellyasiya şikayəti vermişlər. Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İddia tələbi zəbt olunmuş torpaq sahəsinin boşaldılması, qanunsuz tikilmiş hasarın sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi barədədir. Hazırkı iş üzrə Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Mülki Prosessual Məcəllənin 261.0.7. maddəsinə əsasən hakim iş üzrə icraata iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə xitam verir. Qanunun mənasından göründüyü kimi iş üzrə tərəflərdən biri olan fiziki şəxsin ölməsi yalnız o halda iş üzrə icraata xitam olunması üçün əsas ola bilər ki, həmin şəxsin ölümündən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verilməsin. Mübahisəli hüquq münasibətinin hüquqi varisliyinə yol verib-verməməsi həmin münasibətin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Nəzərə almaq lazımdır ki, bir qayda olaraq şəxsi xarakter daşıyan və ölən tərəfin şəxsiyyəti ilə bilavasitə əlaqədar olan hüquq münasibətlərində prosessual hüquq varisliyinə yol verilmir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən, Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, Azərbaycan Respublikası MPM-in 261.0.7-ci maddəsinə əsasən hazırkı iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.5. maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 261.0.1, 384.0.4, 391, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ İddiaçı Corat Bələdiyyəsi və üçüncü şəxs X1 apellyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Corat Bələdiyyəsinin Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması, qanunsuz tikilmiş hasarın sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-71/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-71/2023
24.08.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver