Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-710/2025 05.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mülkiyyətin müdafiəsi, evdən çıxarılma, əşyanın tərkib hissəsi- vahid mülkiyyət) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X10 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3934/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi : İşin halları:
1. AN- İ ******* saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 rayonu, Masazır qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsini 30000 manata İddiaçı satmışdır.
2. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********99 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Onun adına xx.xx.2020-ci il tarixdə AA 577669 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona məxsus Abşeron rayonu, Masazır kəndi, F.Bağırzadə küçəsində yerləşən 0,04 ha torpaq sahəsində inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndi, F.Bağırzadə küçəsində yerləşən 0,04 ha torpaq sahəsi **********99 reyestr nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsini xx.xx.2020-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X1 almışdır. Həmin fərdi yaşayış evinin eskiz layihəsindən göründüyü kimi, bu torpaq sahəsinin üzərində 2 mərtəbəli 200 kv.metrlik fərdi yaşayış evi inşa edilmişdir. Ailə üzvləri ilə birlikdə həmin fərdi yaşayış evində yaşayırlar. X11 evi olmadığı üçün onu, həyat yoldaşı Cavabdeh və uşaqlarını mübahisəli fərdi yaşayış evinə dəvət edərək onunla birgə yaşamalarını təklif etmişdir. Onlar razılaşıb mübahisəli fərdi yaşayış evində yaşamağa başlamışlar. Bir müddət sonra tez-tez cavabdeh və onun qızı arasında dava-dalaş və mübahisələr baş vermişdir. Cavabdeh içki aludəçisi olduğu üçün evə içkili gələrək, onları narahat etmişdir. Qızı Nigar onunla yollaşa bilmədiyi üçün nikahın pozulması tələbi ilə bağlı Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İş hal-hazırda həmin məhkəmənin icraatındadır. Cavabdeh onu, həyat yoldaşını və öz uşaqlarını fərdi yaşayış evindən qovub çıxartmış, evə qayıtmaq istədikdə isə onları ölümlə hədələmişdir. Hal-hazırda o, həyat yoldaşı və qızı, onun uşaqları kirayədə yaşayırlar. Cavabdeh ona öz şəxsi mülkündən rahatlıqla istifadə etmək imkanı vermir, bu isə onun qanunla qorunan hüquqlarının pozulması deməkdir. Məcbur qalıb, məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3934/2024 nömrəli qətnaməsi ilə (hakim M.Abbasova) iddia təmin edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işin araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh İddiaçı keçmiş kürəkəni olmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə X6 Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsini 30000 manata almış, hüquqlarını xx.xx.2021-ci il tarixli çıxarışla qeydə aldırmışdır. İşdən görünür ki, bu torpaq sahəsində ikimərtəbəli yaşayış evi mövcuddur. İddiaçı qızının və ailəsinin bu evdə müvəqqəti yaşaması üçün şifahi razılıq vermişdir. Sonradan cavabdehlə iddiaçının qızının ailə münasibətləri korlanmışdır. İddiaçı hazırda ona məxsus torpaq sahəsində yerləşən tikilidən həmin əmlaklara heç bir hüququ olmayan Cavabdeh çıxarılmasını xahiş edir. İşdən görünür ki, mübahisəli torpaq sahəsi əvvəllər X7 mülkiyyətində olmuş, o isə həmin əmlakı xx.xx.2020-ci il tarixdə 30000 manat müqabilində İddiaçı satmışdır. Bu əmlakla bağlı onun adına reyestrdən çıxarış, habelə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Həmin sənədlər hazırda qüvvədədir. Məhkəmə hesab edib ki, Cavabdeh mübahisəli əmlaka dair heç bir hüququ olmadığından onun hazırda bu daşınmaz əmlakda yaşaması üçün əsas yoxdur. Mübahisəli tikiliyə dair hüquqmüəyyənedici sənədlər olmasa da, işin faktiki hallarından görünür ki, onun yerləşdiyi torpaq sahəsi xx.xx.2021-ci il tarixdən İddiaçı mülkiyyətindədir və beləliklə, məhkəmənin qənaətinə görə bu tikiliyə münasibətdə onun qanuni gözlənti hüququ mövcuddur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edib ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh iddiaçıya məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0,04 ha torpaq sahəsində inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evindən çıxarılmalıdır.
7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 60-cı maddələri, Azərbaycan Respublikası Mülki Məcəllənin 140, 152.1, 157.2, 157.4, 164.1, 165.1-ci maddələrinə, İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3934/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsasızdır. Mübahisəli fərdi yaşayış evinin yerləşdiyi 0,04 ha torpaq sahəsi çıxarış ilə İddiaçı mənsub olsa da torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin alınmasında iddiaçıya 38000 manat pul verib. AN-İ ******* saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə fərdi yaşayış evinin 30000 manata iddiaçıya satıldığı qeyd olunur. Halbuki fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə 30000 manat müqavilə, 87000 manat nəğd yolu ilə alınıb. Bunu təsdiqləyən şahidlər və maddi sübutlar vardır. Əks təqdirdə 2020-ci ilin sonunda 30000 manata alınan ev 3 il sonra 190.000 manata satışa çıxarılmazdı. Həmçinin qeyd edir ki, 17 dekabr 2020-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 31,79 kv/m olan 1 otaqlı mənzil 38.300 manata satılmışdır. Həmin alqı-satqı müqaviləsini və digər maddi sübutları (səs yazıları), şahidlərin ifadələrini Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim edərək pozulmuş hüquqlarını bərpa etmək istəyir. İşə baxan məhkəmə qeyd olunan halları araşdırmadan əsassız və qanunsuz nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir.
11. Etirazda işin hallarına istinad olunaraq qeyd olunub ki, birinci instansiya məhkəməsi tam və obyektiv araşdırma apararaq, haqlı olaraq iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmiş və hesab etmişdir ki, Cavabdeh iddiaçıya məxsus Abşeron rayonu, Masazır kəndi, 0.04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Cavabdehin mübahisəli evin alqı-satqısı üçün iddiaçıya 38 min manat pul verməsi barədə şikayətində qeyd etdiyi dəlillər tamamilə əsassızdır. Cavabdeh mübahisəli evə, eləcə də evin yerləşdiyi torpaq sahəsinə münasibətdə hər hansı hüququ olmayan şəxsdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, mübahisəli evdən öncə o ailəsi ilə birlikdə Müşfiqabad qəsəbəsində birotaqlı evdə yaşayırdı. Bir müddət sonra iddiaçı-keçmiş qaynanası ona yeni ev almaq fikiri bildirdi və o da razılaşaraq özünə məxsus 1 otaqlı mənzili satmış, əldə etdiyi 38000 manat pulu isə hazırkı mübahisəli evin alınması məqsədi ilə iddiaçıya vermişdir. Bu halı təsdiq edən şahidlər vardır. Hazırda məhkəmə qətnaməsi ilə iddiaçının qızı ilə nikahları pozulmuşdur. Uşaqlarının saxlanılması üçün o aliment ödəməlidir. Bu səbəbdən mübahisəli evdən çıxmaq istəmir. Çünki evdən çıxacağı təqdirdə kirayədə qalmağa məcburdur. Belə olan halda aliment ödəmə imkanı məhdudlaşır. O, evdən çıxacağı təqdirdə ev üçün ödədiyi pulun ona qaytarılmasını tələb edir ki, heç olmasa özünə ev alıb, kirayədə qalmağa məcbur olmasın. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
13. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, hazırkı tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bu səbəbdən məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi; Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələrahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 135.9. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Maddə 152.5 və 152.6. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdu Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 13.7. Üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri Maddə 384.0.1. Apellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətindən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3934/2024 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
20. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. İddia tələbi cavabdehin mübahisəli yaşayış evindən çıxarılması barədədir.
23. Kollegiya bildirir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir.
24. Baxılan işin mübahisəsiz hallarından müəyyən edilir ki, sözügedən evin yerləşdiyi torpaq sahəsi- Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Mübahisələndirilən yaşayış evi də həmin torpaq sahəsinin üzərində olmaqla, dövlət qeydiyyatına alınmamışdır.
25. İşin hallarından görünür ki, cavabdeh iddiaçının keçmiş kürəkəni olmaqla, bir müddət ailəsi ilə birlikdə sözügedən evdə yaşamış, sonra isə münasibətlər pisləşdikdən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İşə baxan məhkəmə mübahisəni yuxarıda qeyd olunan formada həll etmiş, narazı qalan cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.
26. Cavabdeh etirazını onunla əsaslandırır ki, mübahisəli əmlak (torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi) alınarkən, o da 38000 manat məbləğində pul vermişdir. Ona görə də ya həmin evdə onun yaşayışı təmin olunmalı, ya da vermiş olduğu pul ona geri qaytarılmalıdır.
27. Beləliklə, hazırkı işin yuxarıda göstərilən hallarından aydın olur ki, tərəflərin mübahisəli əşyaya (əmlaka) olan faktiki və hüquqi vəziyyətləri fərqlidir.
28. Həmin vəziyyət onu göstərir ki, mübahisəli ev yerləşdiyi torpaq sahəsinin tərkib hissəsidir. Bu səbəbdən apellyasiya məhkəməsi əşyanın tərkib hissəsi və onun hüquqi vəziyyəti barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya ilk olaraq qeyd edir ki, qanuna əsasən, torpaq sahələri və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır (Mülki Məcəllə, maddə 135.4)
30. Məlum olduğu kimi, əsas daşınmaz əşya sayılan torpaq sahəsi və ona bağlı olan digər fiziki obyektlər mülkiyyət hüququnun predmetidir. Yəni, mülki hüququn subyektləri onun üzərində mülkiyyət hüququ qura bilərlər.
31. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (MM, maddə 152.1).
32. Qeyd edilənlər ona dəlalət edir ki, baxılan iş üzrə iddiaçının torpaq sahəsinə dair dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququ mübahisəli evə (tikiliyə) altında yerləşən torpaq sahəsinə də aiddir. Yəni, iddiaçı bu evin bitişik olduğu torpaq sahəsinin də mülkiyyətçisidir.
33. İddianın hüquqi əsaslarından biri olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.
34. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir.
35. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf qeyd olunan yaşayış sahəsinə mülkiyyət hüququna malik olmaqla hazırki iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehin göstərilən müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Məhz bu səbəblərdən də apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.
36. Məhkəmə kollegiyası sonda, cavabdehin evin alınması ilə bağlı çəkmiş olduğu xərcin qaytarılması ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, bu dəlillər hazırki iddia tələbi çərçivəsində həll olunan məsələ deyil. Bu halda apellyator ayrıca iddia qaldırmaqla, ona dəymiş ziyanı tələb etmək hüququndan istifadə edə bilər.
37. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3934/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.