Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-72/2025 28.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X7 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 205/2024 nömrəli, 07 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim S.Səmədzadə) iddia tələbinin qismən təmin olunması, AN-1 seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1i ərazisində yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 1,43 ha torpaq sahəsinin 0.35 ha hissəsi şərq və cənub tərəfdən (mütəxəssis rəyinə uyğun) Cavabdeh1 istifadəsindən alınaraq İddiaçı istifadəsinə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə mütəxəssis rəyinın alınmasına görə ödənilmiş 95 manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı verilməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh1 alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş torpaq sahəsinin alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində alqı-satqı müqaviləsi əsasında Xaçmaz rayonu, Qaraçay-cək kəndi ərazisində 1.43 hektar torpaq sahəsi almış, alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi barədə AN-1,1128280 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi tərtib edilmişdir. Həmin müqavilə ilə ona satılmış torpaq sahəsinin pulunu ödəməklə almışdır. 8 iyul 2023-cü il tarixində AN-1, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə almış olduğu 1.43 hektar torpaq sahəsinə hasar çəkdirmək məqsədi ilə rayon bələdiyəsinə müraciət etmişdir. Müraciəti əsasında Xaçmaz rayonu Bələdiyyəsinin nümayəndəsi ilə AN-1,1128280 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında almış olduğu torpaq sahəsinə baxış keçirilən zaman, torpağın sahəsi dəqiqləşdirilmişdir. Dəqiqləşdirilmə zamanı almış olduğu torpaq sahəsinin sağ və sol hissələrinin zəbt olunması müəyyən edilmişdir. Dəqiqləşdirilmə işləri aparıldıqdan sonra almış olduğu torpaq sahəsinə bitişik torpaq sahələrinin mülkiyyətçiləri olan Cavabdeh2 və Cavabdeh1 əraziyə dəvət edərək onlara torpaq sahəsinin yerləşmə yerini göstərərək, torpağın sağ və sol hissəsinin onlar tərəfindən zəbt olunduğunu, həmin zəbt olunmuş ərazidən çıxmalarını tələb etmişdir. Buna baxmayaraq Cavabdeh2 və Cavabdeh1 həmin torpaq sahəsinin onlara məxsus olduqlarını iddia edərək zəbt etdikləri torpaq sahəsindən çıxmayacaqlarını bildirmişlər. Hal-hazırda ona məxsus olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmuş hissəsindən istifadə edə bilmir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 Xaçmaz Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iş üzrə yenidən məhkəmətorpaqşünaslıq ekspertizası təyin olunmaqla, mütəxəssis rəyinin yenidən alınması və işə obyektiv qiymət verilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə məhkəmə mühəndis texniki ekspertizası təyin olunmuş və bunun əsasında mütəxəssis tərəfindən iddiaçı X4 və cavabdehlər Cavabdeh1, digər Cavabdeh2 məxsus torpaq sahələrinə baxış keçirilmişdir. Baxış keçirilən zaman mütəxəssisə hər üçünə məxsus olan torpaq sahələrinin koordinatları müəyyən olunması və cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin nə qədər hissəsinin zəbt olunmasını müəyyən etmək üçün həmin torpaqlara baxışı Cavabdeh2 məxsus torpaq sahəsindən başlanmasını bildirsələr də, mütəxəssis buna əməl etməmişdir. Nəticədə mütəxəssis tərəfindən düzgün rəy verilməmişdir. Mütəxəssis rəyinə görə guya o, İddiaçı mülkiyyətində olan 1.43 ha torpaq sahəsinin 0.35 ha hissəsinin onun tərəfindən zəbt olunması göstərilmişdir. Bu barədə yəni, torpaq sahələrinə baxış keçirərkən onlara məxsus torpaq sahələrinin koordinatlarının müəyyən olunmasına Cavabdeh2 sahəsindən başlanılmasını bildirsə də, məhkəmə nədənsə buna əhəmiyyət verməmişdir. Hətta o mütəxəssis rəyindən sonra İddiaçı məxsus torpaq sahəsi ilə Cavabdeh2 məxsus torpaq sahələri arasında təxminən 40 sota yaxın boş sahə qaldığını israrlı şəkildə bildirsə də, buna məhkəmə tərəfindən heç bir qiymət verilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsinin öz təsdiqini tapması ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 152.1-152.3, 157.2, 157.5, Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh1 vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, sonuncu qətnaməni ona aid hissədə mübahisələndirmişdir. Hazırki iş üzrə apellyasiya baxışının predmeti qətnamənin Cavabdeh1 aid hissəsidir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qətnamənin Cavabdeh1 aid hissədə mübahisələndirildiyini nəzərə alaraq həmin hissədə apellyasiya şikayətinin dəlillərinə uyğun qiymət verilməsini zəruri hesab edir. AN-1 seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.43 ha torpaq sahəsini İddiaçı satması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi iddiaçıya məxsus torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2. maddəsi təşkil edir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asıl olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu iddia mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Həmin maddənin dizpozisiya şərtlərinə əsasən iddianın təmin olunması üçün iddiaçı ilk növbədə mübahisəli mənzilin onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Qeyd olunan mübahisəli torpaq sahəsinin isə iddiaçının mülkiyyətində olduğu işin mübahisəsiz halıdır. İşdən görünür ki, iddiaçının qanuni istifadəsində olan 1,43 ha torpaq sahəsinin qonşuluğunda Cavabdeh1 məxsus torpaq sahəsi yerləşir və həmin torpaq sahəsi faktiki olaraq sonuncunun istifadəsindədir. İddiaçı cavabdehlərin ona məxsus torpaq sahəsini zəbt etdiklərini iddia edərək, həmin sahənin cavabdehlərin qanunsuz sahibliyindən alınaraq ona qaytarılmasının xahiş edir. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, AN-1 seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1i ərazisində yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 1,43 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. AN-1 seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1i ərazisində yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 1,43 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən 0,35 ha hissəsi istifadə olunur. İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 1,43 ha torpaq sahəsindən 0.35 ha hissəsi şərq və cənub tərəfdən cavabdeh tərəfindən istifadə olunur. Cavabdeh1 isə apellyasiya şikayətində həmin rəylə razı olmadığını, rəyin düzgün olmadığını, hansı koordinatlar üzrə torpağın zəbt olunduğunun görünmədiyini əsas gətirərək təkrar ekspertiza keçirilməsini xahiş etmiş və sonuncunun bu vəsatəti əsasında ekspertiza təyin edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/616 nömrəli 03 fevral 2025-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, mülki iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən müəyyən olunur ki, X2 №0702388 saylı çıxarışa əsasən mülkiyyətində olmuş və hazırda AN-1 seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı qanuni istifadəsində olan 1,43 ha olan torpaq sahəsinin koordinatları naturada faktiki torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Həmçinin qeyd edilməlidir ki, mübahisəli torpaq sahələrinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisinin iştirakı təmin edilməklə məhkəmə kollegiyasının iştirakı ilə yerli baxış keçirilmiş, baxış zamanı tərtib olunmuş müvafiq rəyə əsasən X2 №0702388 saylı çıxarışa əsasən mülkiyyətində olmuş və hazırda AN-1 seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı qanuni istifadəsində olan 1,43 ha torpaq sahəsinə qonşu torpaq sahələrinin koordinatları müəyyən edilmiş və məlum olmuşdur ki, Cavabdeh1 Gülbala oğlu tərəfindən 0,35 ha hissəsi istifadə olunur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsinin Cavabdeh1 Gülbala oğlunun qanunsuz istifadəsində olduğu öz təsdiqini tapdığından, iddiaçının hüququnun müdafiəsi tələbi əsaslı hesab edilməklə iddianı mübahisələndirilən hissədə də təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh1 Gülbala oğlundan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh1 Gülbala oğlunun apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 Gülbala oğlundan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-72/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-72/2025
28.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver