Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-723/2023 27.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cahid oğlunun Cavabdeh mülki iş üzrə (Açar sözlər: əqdin etibarlı hesab edilməsi - maraqlı şəxs DƏDRX-nin səlahiyyəti yox) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə Quba Rayon Məhkəməsinin 05 dekabr 2022 tarixli, 2(027)-238/2006 nömrəli qərardadından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məhkəməyə daxil olan 15 sentyabr 2022-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən məlum oldu ki, mübahisə predmetini təşkil edən JN-259 KOD 30307018 nömrəli, torpağa mülkiyyət hüququna dair dövlət aktının 259B hissəsinin cizgisi bazada yoxdur, 259A hissəsinə isə dövlət reyestrindən X5 və X3 adına 0.10 ha torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli, X7İunun adına 0.36 ha torpaq sahəsinə dair xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli çıxarış işlənmişdir.
2. Cahid Babayev tərəfindən məhkəməyə təqdim edilən JN 3305, 30307018 seriyalı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Quba Rayon Məhkəməsinin 2- 238/2006 nömrəli, 20 aprel 2006-cı il tarixli qətnaməsinə əsasən DTXK-nın Quba Rayon Şöbəsi tərəfindən Quba rayonu, Amsar kəndində yerləşən 0,46 ha torpaq sahəsi 26 may 2006-cı ildə İddiaçı adına işlənmiş, onun mülkiyyət hüququ xx.xx.2006-cı ildə dövlət aktı qeydiyyat kitabında 2427 nömrəli ilə qeydiyyat alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cahid oğlu iddia ərizəsilə məhkəməyə müraciət edərək, cavabdehin mərhum əri X2 ilə JN 259 saylı dövlət aktı ilə onlara məxsus 0,69 ha torpaq sahəsindən 0,46 ha bağ sahəsinin 05 may 2001-ci il tarixdə ona satılması barədə onlar arasında bağlanmış əqdin etibarlı hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Quba Rayon Məhkəməsinin 2-238/2006 nömrəli, 20 aprel 2006-cı il tarixli qətnaməsi ilə (hakim R.Cəfərov) iddia təmin edilmişdir.
5. Qətnamədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 2- 238/2006 nömrəli, 20 aprel 2006-cı il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.
6. Sumqayıt Apelyasiya Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(105)-242/2022 nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 3252/2021 nömrəli, 07 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş, İddiaçı Cahid oğlunun Cavabdeh qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 20 aprel 2006-cı il tarixli, 2-238/2006 nömrəli qətnaməsindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Quba Rayon Məhkəməsinə qaytarılmışdır.
7. Quba Rayon Məhkəməsinin 05 dekabr 2022 tarixli, 2(027)-238/2006 nömrəli qərardadı ilə Quba Rayon Məhkəməsinin 20 aprel 2006-cı il tarixli, 2(027)-238/2006 nömrəli qətnaməsindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
8. Həmin qərardaddan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi şikayət vermişdir.
9. Quba Rayon Məhkəməsinin 19 yanvar 2023 tarixli, 2(027)-238/2006 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-238/2006 nömrəli qərardadının ləğvi üçün heç bir əsas mövcud deyil. Belə ki, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi şikayətə səbəb kimi qeyd olunan torpaq sahəsinə dair digər şəxslərin hüquqlarının 2010 və 2015-ci illərdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasını göstərir. Qeyd olunan torpaq sahəsinə dair mübahisə hər bir halda həmin torpaq sahəsinə iddia edən şəxslər arasında olan mübahisədir. Bu mübahisədə İdarə hələki tərəf deyildir. Həmin mübahisə tərəflərin öz aralarında məhkəmədənkənar, yaxud da məhkəmə qaydasında həll edilməli, dövlət reyestrində qeydiyatda buna uyğun aparılmalıdır. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin qabaqcadan bu mübahisəyə qoşulması, mübahisə tərəflərindən birinin maraqları üçün şikayət verməsi onun mübahisədə bitərəfliyinə şübhələr doğura bilər. Bundan başqa, özünü qətnamə hüquq və vəzifələrinə toxunan şəxs hesab edən AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ərzində verməmişdir.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 361.1.3 və 364.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Şikayətin dəlilləri
12. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti vermək hüququna, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Quba Rayon Məhkəməsinin 20 aprel 2006-cı il tarixli, 2-238/2006 nömrəli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmişdir. Cavabdeh mərhum əri X2 ilə JN-259 saylı Dövlət Aktı ilə onlara məxsus 0,69 ha torpaq sahəsindən 0,46 ha meyvə bağı sahəsinin 05 may 2001-ci ildə İddiaçı satmaları barədə aralarında bağlanmış alğı-satqı əqdi etibarlı hesab edilmişdir. İddiaçı adına yeni torpağa mülkiyyət hüququna dair dövlət aktının verilməsi AR DT və XK-nə həvalə edilmişdir. Daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Ərazi İdarələri tərəfindən aparılır. Belə halda təbii ki, qəbul olunmuş məhkəmə qətnaməsi onların hüquq və vəzifələrinə toxunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-ci maddəsinə əsasən onlar bu işdə üçüncü şəxs tərəfi və apellyasiya şikayəti vermək hüquqları var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin hansısa hallarda başqa cür hesablanmasına dair (məs: əgər prosesdə şikayət verən tərəfin nümayəndəsi iştirak etmişsə yaxud proses iştirakçılarına qətnamə elan olunmuşsa, məhkəmə tərəfindən qətnamənin qəbul edilmə tarixi və s.) qanunvericilikdə başqa göstəriş yoxdur. Əksinə, apellyasiya şikayəti vermə müddətinin qətnamənin rəsmi qaydada verildiyi andan hesablanmasına dair qanunda düzünə göstəriş vardır. Bildiririk ki, tərəflərin məhkəmə prosesində iştirak edib-etməməsi, yaxud qətnamənin proses iştirakçılarına elan olunmasının, məhkəmə tərəfindən qətnamənin qəbul edilmə tarixi apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilən 1 aylıq müddətin axımına heç cür təsir etmir, həmin müddətin axımı qətnamə rəsmi qaydada verildiyi günü andan başlanır. Həmin qətnamə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 06 avqust 2021-ci il tarixində Quba Rayon Məhkəməsinin 23 iyul 2006-cı il tarixli 2-238 2006 saylı məktubu ilə daxil olunmuş və sözügedən məktubun surəti sübut kimi apellyasiya şikayətinə əlavə olunmuşdur. Həmin müddətədək qətnamənin mövcudluğundan məlumat olmamış və apellyasiya şikayətinin verilməsi üçün 1 (bir) aylıq prosessual müddət buraxılmamışdır.
13. Ona görə də, Quba Rayon Məhkəməsinin 05 dekabr 2022 tarixli, 2(027)-238/2006 nömrəli qərardadının ləğv edilməsini və Quba Rayon Məhkəməsinin 2-238/2006 nömrəli, 20 aprel 2006-cı il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. 384.0.5-ci maddəsinin mənasına görə, apellyasiya icraatı zamanı iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsaslar aşkar edildikdə apellyasiya instansiyası məhkəməsi iddia ərizəsini baxılmamış saxlamaqla birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni ləğv edə bilər. 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; . kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
Apellyasiya baxışının hədləri
16. Şikayətdən görünür ki, apellyator Quba Rayon Məhkəməsinin 05 dekabr 2022 tarixli, 2(027)-238/2006 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
17. Ona görə də, kollegiya birinci instansiya qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Quba Rayon Məhkəməsinin 05 dekabr 2022 tarixli, 2(027)-238/2006 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
19. Verilmiş şikayət əsasında işin hallarını araşdıran məhkəmə kollegiyası müəyyən etmişdir ki, Quba Rayon Məhkəməsinin 20 aprel 2006-cı il tarixli, 2-238/2006 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
20. Qətnamədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti vermiş, lakin şikayət Sumqayıt Apelyasiya Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(105)-242/2022 nömrəli qərardadı ilə qeyri-mümkün hesab edilərək mülki iş Quba Rayon Məhkəməsinə qaytarılmışdır.
21. Quba Rayon Məhkəməsinin 05 dekabr 2022 tarixli, 2(027)-238/2006 nömrəli qərardadı ilə həmin məhkəmənin sözügedən qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.
22. Həmin qərardaddan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi şikayət vermişdir.
23. Quba Rayon Məhkəməsinin 19 yanvar 2023 tarixli, 2(027)-238/2006 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
24. Kollegiya verilmiş şikayəti mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır.
25. Birincisi, yuxarıda sadalanan qanunvericilik normalarının mənasından göründüyü kimi qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Eyni zamanda apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunmalıdır.
26. Lakin təqdim olunmuş iş materiallarından göründüyü kimi Quba Rayon Məhkəməsinin 2-238/2006 nömrəli, 20 aprel 2006-cı il tarixli qətnaməsi artıq qanuni qüvvəyə minmişdir.
27. İkinci, MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.
28. Kollegiya verilmiş şikayətin dəlillərinə uyğun olaraq hüquqi dəyərləndirmə apararaq bildirir ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq həm də iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyildir.
29. Hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxslərin öz hüquqi maraqlarını qorumaq üçün işə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır.
30. Hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur.
31. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməməli və Quba Rayon Məhkəməsinin 05 dekabr 2022 tarixli, 2(027)-238/2006 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 357, 360, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin 05 dekabr 2022 tarixli, 2(027)-238/2006 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.