Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-724/2023 27.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1493/2019 saylı qərardadından iş üzrə cavabdeh Maraqlı şəxs1 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İşin halları: Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-1493/2019 saylı qətnaməsi ilə iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs1 qarşı maraqlı şəxs Quba Regional “ASAN Xidmət” Mərkəzi notariat kontoru olmaqla mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa olunmasına və mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı Ərizəçi Quba Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2(027)- 1493/2019 saylı qətnaməsindən apelyasiya şikayəti və apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2(027)- 1493/2019 saylı qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və mülki işin apelyasiya şikayətinə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1493/2019 saylı qərardadı ilə (sədrlik edən, hakim Rahim Həsənov) iş üzrə iddiaçı Ərizəçi Quba Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2(027)-1493/2019 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilmiş, Ərizəçi Quba Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2(027)- 1493/2019 qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması səbəbi üzürlü hesab edilərək prosessual müddətin bərpa edilməsi qərara alınmışdır. Cavabdeh Maraqlı şəxs1 Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)- 1493/2019 saylı qərardadından şikayət vermişdir. Birinci instansiya məhkəməsinin mövqeyi Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1493/2019 saylı qərardad ilə Ərizəçi Quba Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2(027)-1493/2019 qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması səbəbi üzürlü hesab edilərək prosessual müddət bərpa edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1, 130.1, 133.1-ci maddəsinə istinad etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə iddiaçı Ərizəçi yaşını, ahıl olması səbəbindən hüquqlarını müdafiə edə bilməməsini nəzərə alıb, məhkəməyə çatımlılıq hüququnun təmin edilməsi baxımından, hazırkı mülki iş üzrə apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının səbəbi üzürlü hesab edilməli və buraxılmış müddət bərpa edilməlidir. Şikayətin dəlilləri: Cavabdeh müvafiq məhkəmə qərardadından şikayət verərək, onun ləğv olunması və iddiaçı Ərizəçi Quba Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2(027)- 1493/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Ərizəçi tək yaşamır, həyat yoldaşı Nigar Fərzəliyevə ilə birgə yaşayır. Qızları və kürəkənləri tez-tez onların yanında olur. Ərizəçi savadsız olması və hüquqlarını müdafiə edə bilməməsinə gəldikdə isə Ərizəçi 10 ilə qədər müddətdir ki, Maraqlı şəxs1 qarşı Möhübəli Fərzəliyevdən miras qalmış əmlakla bağlı müxtəlif iddialar qaldırmış, məhkəmə proseslərinin əksəriyyətində heç bir müdafiədən istifadə etməyərək tamamilə müstəqil iştirak etmiş, öz hüquqlarını lazımınca müdafiə etmiş, ərizələr, vəsatətlər, apellyasiya, kassasiya şikayətləri vermiş, iddia tələblərini AR Ali Məhkəməsinə qədər müdafiə etmişdir. Ərizəçi iştirak etdiyi məhkəmə proseslərində təxminən 30-a qədər məhkəmə aktları qəbul olunmuşdur. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, barəsində şikayət verilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Könül Namidar qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi MİÜMK-nın 16 аvqust 2006-cı il tаrixli qərаrının Azərbаycаn Respublikаsı Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə mаneə törətsin və yа məhdudiyyət yаrаtsın. Müddətin burаxılmаsı ilə nəticələnmiş səbəbin üzrlü hesаb edilməsi bilаvаsitə məhkəmənin öz mülаhizələrindən аsılıdır. Bu mənаdа üzrlülük göstərilən meyаrlаrın sərhədində dаyаnаn elə inkаrolunmаz səbəblər bаrəsində qəbul olunmаlıdır ki, belə məsələ ilə əlаqədаr Mülki Prosessual Məcəllənin tələblərinə riаyət edilməklə çıxаrılmış məhkəmə аktı qаnunilik, obyektivlik və qərəzsizlik bаxımındаn şübhə аltınа аlınmаsın. Məhkəmədə tədqiq edilmiş sənədlərdən görünür ki, hazırki mülki iş üzrə müvafiq məhkəmə qətnaməsi 15 oktyabr 2019-cu il tarixli reyestr məlumatına əsasən tərəflərə göndərilmişdir.Lakin iş materiallarında həmin məhkəmə qətnaməsinin iddiaçı tərəfindən təhvil almasına dair heç bir sənəd (xəbərnamə, məhkəmə qəbzi və sair) mövcud olmamışdır. İddiaçı tərəfindən isə müvafiq məhkəmə qətnaməsindən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verilmiş, habelə ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə verilmişdir. Həmçinin, müvafiq məhkəmə qərardadı ilə iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizə təmin edilmişdir. Cavabdeh tərəf şikayətin əsası kimi iddiaçının məhkəmə proseslərindən məlumatlı olması, onun yaşlı olması, savadsızlığından müddəti ötürməsi kimi halların düzgün olmamasıkimi hallara istinad etmişdir. Məhkəmə kollegiyası onu qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən şəxsin müvafiq məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermək hüququ məhz həmin məhkəmə qətnaməsini rəsmi qaydada təhvil aldığı tarixdən 1 ay müddətində mövcud olur. İndiki halda isə iddiaçıya münasibətdə qeyd edilən tələbə əməl edilməməsi ilə bağlı halın müəyyən edilməsi mümkün olmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizənin əsası kimi istinad edilən halların üzrlü hal kimi qiymətləndirilməsi hər bir kəsin hüquq və mənafelərin məhkəmə müdafiəsinə təminat, məhkəməyə əlçatımlıq, məhkəmə qərarlarından şikayət vermək hüququ kimi konstitision və beynəlxalq hüquqi prinsip baxımından daha məqsədəmüvafiqdir. Həmçinin, qeyd olunmalıdır ki, cavabdehin şikayətin əsası kimi istinad etdiyi hallar ümumi sözlərlə, formal olaraq ifadə edilməklə, heç bir mötəbər sübuta əsaslanmamışdır. Ona görə də qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə qərardadı qanuni və əsaslıdır, cavabdehin şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas qismində çıxış etmir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, şikayət təmin edilməməli,barəsində şikayət verilən məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Maraqlı şəxs1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1493/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-724/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-724/2023
27.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver